Bazar günü günü, 25 oktyabr 2026
     

Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

Image


Faktdır ki, bu gün Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bundan irəli gəlir ki, indi mötəbər beynəlxalq tədbirlərin əsas ünvanlarından biri də ölkəmizdir. Belə vəziyyətdə dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır.

Bu baxımdan ölkəmizdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu böyük əhəmiyyət kəsb edir.

Forumun mövzusu indi qlobal miqyasda xüsusilə aktual olan məsələlərə həsr edilib: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Bu barədə danışmazdan öncə qeyd edək ki, tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Ekspertlər hesab edir ki, qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın, həqiqətən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var. Məlumdur ki, bu gün sürətlə dəyişən dünyada qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Bu baxımdan forum böyük əhəmiyyətə malikdir. Hazırda dünyamız çox narahat və gərgin bir dönəmdən keçməkdədir. BMT-nin qəbul etdiyi qərarlar icra olunmur, beynəlxalq hüquq onu qorumalı olan böyük dövlətlər tərəfindən tapdalanır, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi fundamental hüquqlar heçə sayılır. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü dünya nizamını qoruyub saxlaya bilmir. Problemin həlli üçün ciddi müzakirələr gedir. Yeni-yeni dövlətlər bu problemin həllinə töhfə vermək üçün aktivlik göstərir. Azərbaycan bu sırada ön yerlərdədir. XII Qlobal Bakı Forumu qeyd edilən fonda yenə də dünya üçün mühüm əhəmiyyət kəsb edəcək. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan indiki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirlər.

XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradır. Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatı təqdim ediləcək. Bundan əlavə, “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək. “COP29: Belem üçün sıçrayış - Transformasiyanın sürətləndirilməsi” və “Avropanın gələcəyi” mövzuları gecə sessiyalarında müzakirə olunacaq. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclər danışsın, biz dinləyək" paneli olacaq. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dünya liderlərinin bir araya gəldiyi, qlobal problemlərin həllinə töhfə verildiyi ünvana çevrilib. Təbii ki, bu cür beynəlxalq tədbirlər Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu bir ptatforma rolunu oynayır. Onu da xüsusi vurğulamaq lazımdır ki, Qlobal Bakı Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu bir tədbirdir. Amma həm də bu forumlardan fərqlənir. O baxımdan ki, Davos yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq, Qlobal Bakı Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Qlobal Bakı Forumu, adından da göründüyü kimi, bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ