Bazar ertəsi günü, 09 noyabr 2026
     

Erməni arxeoloqlar "dəfn mərasimlərinin küp fenomenini" də mənimsədi - ermənilərdə küp qəbir olub?...

Image


Qədim  küp qəbirləri mədəniyyətinin yarandığı, geniş yayıldığı ərazilərdən biri Azərbaycan ərazisidir ki, onun müasir sərhədləri daxilində və sərhəddləri xaricində olan tarixi torpaqlarında arxeoloji qazıntılar zamanı küp qəbirlər aşkarlanıb. Tarixi Azərbaycan torpaqlarında qədim kurqanların, qədim insan yaşayış məskənlərinin böyük əksəriyyətindən dəfn adətlərimizi özündə ehtiva edən bu tip qəbirlər tapılıb.

Hətta uşaqlara aid də belə qəbirlərin olduğu məlumdur. Bu gün Ermənistan adlanan Qərbi Azərbaycan ərazisində də türk tayfalarının yaşadığı məlumdur və o ərazilərdə XIX əsrin 20-30-cu illərinə qədər Azərbaycan türkləri kompakt yaşayıb. Burada türk tayfaları öz zəngin mədəniyyətlərini, etnoqrafik həyatlarını yaradıblar. Ermənistan deyilən ərazidə mövcud olan qədim məzarlıqlar, aşkarlanan kurqanlar, qədim dəfn adətlərini özündə ifadə edən küp qəbirlər, xristianlıq dövrü abidələri hamısı Azərbaycan türklərinin oğurlanmış irsidir.

Çox təəssüflər olsun ki, Azərbaycan türklərinə aid olan bu maddi-mədəniyyət və mənəviyyat xəzinəsini ermənilər özününküləşdirməklə məşğul olur. Erməni arxeoloqları  Qərbi Azərbaycan mahallarında apardıqları qanundankənar arxeoloji qazıntılar zamanı aşkarladıqları küp qəbirləri “erməni dəfn adətləri”nin “elementi” olaraq qələmə verməkdə davam edirlər.

Ermənistan mətbuatının yazdığına görə sentyabrın 16-da Ermənistan Tarix Muzeyində “Dəfn mərasimində küp fenomeni: Qədim Ermənistanda küp qəbirləri mədəniyyəti” adlı müvəqqəti sərginin açılışı olub. Qeyd olunur ki,  ilk dəfə olaraq Ermənistanın “müxtəlif qədim abidələrində aparılan qazıntılar zamanı tapılan dəfn qabları”, küp qəbirlər  nümayiş etdirilib.

Sentyabrın 16-da Ermənistan Tarix Muzeyində bu muzeylə Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun təşəbbüsü ilə “Dəfn mərasimində küp fenomeni: Qədim Ermənistanda küp qəbirləri mədəniyyəti” adlı müvəqqəti sərginin açılışı olub. Maraqlıdır ki, nümayiş olunan küp qəbirlərin hamısı azərbaycanlıların tarixən yaşadığı ərazilərdən aşkarlanan eksponatlardır. Əslində, Ermənistan adlanan dövlətin hər qarışında yerli xalq olaraq Azərbaycan türkləri yaşayıb, 1988-ci ilin deportasiyasına qədər o yerlərdə biz mövcud olmuşuq...

Erməni arxeoloqlarının Gərnidə, Sərdarabadda, Talində və başqa Qərbi Azərbaycan mahallarında yerləşən müxtəlif qədim abidələrdə apardıqları qazıntılar zamanı təsadüf nəticəsində tapdıqları dəfn qabları, onları müşayiət edən əmlak-keramika, metal, zərgərlik və zərgərlik məmulatları da orada təqdim olunub. Ermənilər bu qədim qəbirləri ona görə təqdim ediblər ki, guya bu küp qəbirlərdə onların “əcdadları dəfn olunub”. Guya bunların “əcdadları belə dəfn olunub”.  

  • “O torpaqlara dünən gələn hayların  yaranma tarixi eramızdan əvvələ bağlı olan küp qəbirlər mədəniyyətinə iddiası çox gülünc görsənir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarxi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Qərbi Azərbaycan ərazisindən aşkarlanan qədim küp qəbirlərlə ermənilərin heç bir əlaqəsi yoxdur. Q.Hacıyevin sözlərinə görə, o ərazilərin ilk sakinləri, yerli xalqı, əhalisi Azərbaycan türkləri olub və o küp qəbirlər də türklərə məbsubdur. “Bizim coğrafiyada, bölgədə XX əsrin əvvəllərinə qədər Ermənistan adlı dövlət olmayıb. Bu bütün dünyaya məlumdur. Onlara Azərbaycan torpaqları hesabına dövlət qurulub. Odur ki, indiki Ermənistan ərazisindən tapılan bütün qədim maddi-mədəniyyət nümunələri, abidələr, o cümlədən də küp qəbirlər, əski dəfn adətlərini özündə ifadə edən bütün nümunələr azərbaycanlılara aiddir.  Qafqazda “Qədim Ermənistan” adlı dövlət olmayıb ki, onun da özünün qədim küp qəbirləri mədəniyyəti olsun. Saxtakar erməni arxeoloqlarının Qərbi Azərbaycan mahallarından aşkarladıqları küp qəbirlərin  “qədim Ermənistanda küp qəbirlər mədəniyyəti” adı ilə təqim edilməsi absurddur, bu növbəti erməni saxtakarlığının nümunələrindən biridir. O torpaqlara dünən gələn hayların  yaranma tarixi eramızdan əvvələ bağlı olan küp qəbirlər mədəniyyətinə iddiası çox gülünc görsənir. Ermənilər həm mədəniyyət, həm də mənəviyyat cəhətdən çox miskin bir tayfadır. Özlərinin heç nəyi yoxdur, amma dünyada qədim nə varsa hamısına iddialı olur. Dünyanın elə bir qədim mədəniyyəti yoxdur ki, erməni qriqoryan kilsəsi erməniləri o mədəniyyətə yamaq etməsin. Cənubi Qafqazda, Azərbaycan Albaniyasında mövcud olmuş qədim mədəniyyətlərə erməni iddiasını anlaya bilmirəm” - deyə Q.Hacıyev bildirdi.

44 günlük müharibədə tamamilə əzildikdən və dünyada biabır olduqdan sonra saxtakarlığın miqyasını bir az da artıran ermənilərin son zamanlar qədim Azərbaycan xalçalarını, küp qəbirləri, başqa eksponatları nümayiş etdirməsinin səbəblərinə gəlincə, Q.Hacıyev bildirdi ki, guya bununla özlərinə təsəlli verir, guya ayaqüstə durduqlarını sübut etməyə çalışırlar. Q.Hacıyev əlavə etdi ki, erməni arxeoloqları Sovet dövründə Gərnidə, “Karmir Blur”da, Göyçədə, başqa mahallarımızda çoxlu  arxeoloji qazıntılar aparıblar və onların nəticələri indi onları “qane  etmir”, bu səbəbdən də yenidən saxtalaşdırma işlərini dərinləşdirirlər: “Onlar Sovet dövründə Qərbi Azərbaycan ərazində arxeoloji qazıntılar aparırdılar. Təbii o vaxt da saxtalaşdırma ilə məşğul olurdular. Amma bu saxtalaşdırma onlara azlıq etdiyi üçün yeni “mənbələr”. Yeni “faktlar” əsasında “tədqiqatlar” aparırlar, öz tarixçilərinin yazdıqlarına da müdaxilə edir, əlavələr edirlər. Son illər erməni alimləri Qərbi Azərbaycanın tarixini, arxeologiyasını, mədəniyyətini daha geniş şəkildə saxtalaşdırır. Amma onlar nə etsələr, də nə yazsalar da hamısı cəfəngiyyatdır və saxtakarlıqdan başqa bir şey deyil. Necə ki, qəlb pul heç kəsə lazım deyil, eləcə ermənilərin uydurduğu saxta tarix bir kimsəyə gərək deyil”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ