şənbə günü, 10 oktyabr 2026
     

Mavi gözlü istanbullu qız - məşhur opera sənətçisi Oya Ergün...

Image


O xanım həzin bir nəğməyə bənzəyir, səsi ilə can verdiyi şərqilərə elə oxşayır ki...Onu dinləyəndə sənə elə gəlir ki, lap uzaqdan gələn ilahi bir səsi duyursan, o səsin işığını daxilində, ruhunda hiss edə-edə ardınca gedirsən. Səni səsləyənin kim olduğunun fərqində olmursan, çünki səni qayibanə bir səs çağırır...
Oya Ergün - bu adı Azərbaycanda duymayan çox az adam tapılar. Xeyli müddətdir Bakıda yaşayan sənətçi həm musiqimizə aşiqdir, həm də şəhərimizə. Niyə də aşiq olmasın? Axı o bir Azərbaycan sevdalısıdır.
Ünlü Türkiyə vokalçısı, opera müğənnisi Oya Ergün Türkiyənin məşhur Mərmərə Universitetinin musiqi bölümünü bitirib, vokal müəllimi olaraq özünü göstərib. Uzun illər Hollandiyada yaşayıb. Sonra Vətəni Türkiyəyə qayıdıb. İndi isə Bakıdadır. Bakıya çox bağlanıb Oya Ergün. Sanki bu şəhərdə doğulub, boya-başa çatıb xanım sənətçi. Əlbəttə, Bakını sevmək üçün burada doğulmaq şərt deyil, əsas ruhun yaxınlığıdır.

Bakı - doğma ev, yaxud musiqi cənnəti...

Oya Ergün o qədər həssas həmsöhbətdir ki, onun danışığı, münasibəti, heyrəti və heyranlığı adama zövq verir. Oya xanım Azərbaycan musiqisini, xüsusən də dəyərli klassik irsimizi könüldən sevən bir vokal ustasıdır. Oya Ergün paytaxtın "Şəhər bağları" adlanan ərazisində yaşayır. Biz Oya xanımla onun mənzilində görüşdük. Oya Ergünlə təmasda olmaq, onun düşüncələrilə tanış olmaq çox maraqlıdır. Bilirdim ki, opera sənətçisinin dünya şöhrətli ölməz sənətkar Rəşid Behbudovun mahnılarından ibarət albomu işıq üzü görüb. Azərbaycan bəstəkarlarının əsərlərini, əbədiyaşar mahnılarını qüsursuz oxuyan Oya Ergün alboma "Sevgilim" adı verib. R.Behbudovun repertuarından "Ayrılıq", "Sevgilim", "Bakıda sabah", "Küçələrə su səpmişəm", "İncə geyərsən", "Nazəndə sevgilim", "Girdim yarın bağçasına", "Lalələr", "Sənə də qalmaz", "Reyhan", "Alagöz", "Ne proşay", "Moskva gecələri", "Bakıda axşam" kimi ölməz mahnıları öz səsi ilə canlandıran, onları yeni biçimdə həyata gətirən Oya Ergün mahnıları elə ürəkdən oxuyub ki... Bu əsərləri oxumağa həm böyük ürək, həm bənzərsiz istedad, həm də geniş düşüncə gərəkdir. Bunlar bütövlükdə Oya xanımda özünü ifadə edən keyfiyyətlərdir.
O bir Azərbaycan sevdalısıdır, o bir Rəşid Behbudov aşiqidir, o bir gözəllik vurğunudur... Oya xanım dedi ki, Bakıya gəlməzdən əvvəl də bizim mahnılarla tanış olub, Azərbaycan mahnılarını konsert proqramlarına daxil edərək oxuyub: "Azərbaycanı, Bakını çox sevirəm. Lap əvvəldən buranın bir musiqi cənnəti olduğunu bilirdim. Azərbaycan musiqisinə sevdalıyam və o üzdən burada olmaqdan çox məmnunam. Mən uzun illər qürbətdə yaşadım. İndi Bakıdayam, sanıram ki, öz vətənimdəyəm, burada özümü qərib saymıram, bura doğmadır mənə. Özümü öz evimdəki kimi xoşbəxt hiss edirəm və Bakıda musiqi fəaliyyətimi sürdürürəm. Azərbaycanın musiqi cənnətindən çox dəyərlər götürməkdəyəm. Bura gəlməyimin ən xeyirli tərəfləri odur ki, burada çox dəyərli musiqiçilərlə tanış oldum. Elə böyük musiqiçilərin adını eşitdim, səsləri ilə tanış oldum ki, Bakıya gələnə qədər onlardan xəbərim yox idi. Məsələn, bura gələnə qədər Şövkət Ələkbərova kimi böyük müğənni haqda məlumatım yox idi. Onun kimi dəyərli sənətkar haqqında öyrəndim, bundan başqa, burada çox dəyərli şərqilər, mahnılar öyrəndim. Ancaq Rəşid Behbudovun adını uşaqlıqdan duymuşdum, onun mahnılarına sevdalıydım. Mən hər zaman Rəşid Behbudovun heyranı olmuşam. Belə səs yoxdur. Allah ona rəhmət eləsin, möhtəşəm bir sənətkar olub. Mən klassik musiqi təmsilçisiyəm, Konservatoriyada müəllim idim. Mən Avropada musiqi təhsili almışam, orada Motsart, Bethoven və digər klassik musiqiçilərin irsini öyrənmişəm. Azərbaycanda çox böyük musiqiçilərin yaradıcılığını, xalq musiqisi örnəklərini öyrəndim və hələ də öyrənməkdə davam edirəm. Üzümüzə gələn il Avropada keçiriləcək bir çox festivala Rəşid Behbudovun mahnıları ilə qatılacağam. 2015-ci ildə Rəşid Behbudovun yüz illiyidir həm də. Bu il də festivala gedəcəyəm, orada da Rəşid Behbudovun repertuarından iki mahnı oxuyacağam. Türkiyədə də ünlü klassik musiqi təmsilçiləri var, ancaq onlar mənim ruhuma Rəşid Behbudov qədər nüfuz edə bilməyib. Dünya klassik musiqisində üç nəfərin səsini qeyri-adi, ilahi səs sayıram. Onlardan biri Rəşid Behbudovdur, ikincisi Luçano Pavorottidir, üçüncüsü isə amerikalı tenor Rudolf Antoni Jozefdir. Mən vaxtilə Türkiyədə "Klassik müzik" dərgisi çıxarırdım, orada sənətçilərlə bağlı yazılar yazırdım. Əminəm ki, bu üç sənətçinin səsi kimi özəl səslər dünyada çox azdır. Bu səslər uçub gedən səslərdir, onun işığı hər ürəyə yayılır".

İstanbullu qızı Bakıya hansı rüzgar gətirib?

Oya xanımla diz-dizə, göz-gözə oturub xeyli söhbət etdik. Soruşdum ki, Oya xanım, Türkiyə Konservatoriyasında müəllim işləyirdiniz, tələbələriniz vardı, davamlı konsertlər verirdiniz. Müəllimliyi buraxıb bura gəldiniz. Deyə bilərsizmi istanbullu qızı Bakıya hansı rüzgar gətirdi?
Oya Ergün sualımı təbəssümlə qarşıladı və bildirdi ki, bura gəldiyi üçün təəssüflənmir, yaradıcılığını da, müəllimliyini də burada davam etdirir, konsertlər verir, festivallara gedir. Bir sözlə, musiqi həyatında yaşanan xoş ovqat ona zövq verir":Bilirsiz ki, uzun illər Hollandiyada təhsil almışam və orda yaşamışam. Həyat yoldaşımın işi ilə əlaqədar Azərbaycana köçdüm. Həyat yoldaşım təqaüdə çıxdıqdan sonra burdan bir iş təklifi aldı və təklifi qəbul etdi. Təbii ki, Azərbaycana gəlməklə bağlı mənim də fikrimi soruşdu, gəlmək istəyib-istəmədiyimi öyrəndi. Dedim ki, Azərbaycan əsl musiqi, sənət ölkəsidir. Burda özümü rahat hiss edərəm və qərar verdim ki, Azərbaycana gəlim. Bəli, universitet müəllimi idim. Müəllimlikdən ayrıldım və gəldim Azərbaycana. İstanbul Barosunda solistliyimə davam edirəm və ancaq konsertlərə gedirəm. Təəssüf ki, İstanbul Barosunda operalara qatıla bilmirəm. Azərbaycanda musiqi sənəti güclü olduğu üçün artıq fəaliyyətimi burda davam etdirirəm".

Oya Ergünü Azərbaycan Opera Teatrında görə bilərikmi?

Bakının musiqi mühiti ilə yaxından tanış olmaqda davam edən Oya Ergündən bizim Bakı Musiqi Akademiyasında müəllim işləmək arzusunun olub-olmadığını da soruşduq. Oya xanım dedi ki, belə bir arzusu olsa belə, həm oğlunun körpə olması, həm də tez-tez xarici ölkələrdə konsertlər verməsi bu işə mane olub: "Bu ildən xaricdə işlərim bir qədər azalır. Fikrim var ki, bir neçə tələbəyə öz biliyimi aşılayım. Tələbələrlə məşğul olmaq, onları yetişdirmək fikrim var. Yeni nəsillə ünsiyyəti, onlarla işləməyi çox istəyirəm. Artıq yanıma gələnlər var, onlarla məşğul oluram".
Məşhur opera müğənnisi olan Oya xanımın Azərbaycan Akademik Opera və Balet Teatrı ilə hər hansı bir iş birliyinin olması arzuediləndir. Bu teatrla sənətçinin işbirliyinin, əməkdaşlığının olmaması, açığı, təəssüfləndirici haldır. Oya xanım dedi ki, vaxt azlığından bu teatrla tanış ola bilməyib, ancaq gələcəkdə əməkdaşlıq təklifi alarsa, bunu məmnuniyyətlə dəyərləndirər":Mən burada ilin 365 gününü olmuram, tez-tez gedib gəlirəm. Yaxud konsertə hazırlaşıram, öz üzərimdə işləyirəm, məşqlər edirəm. Allah qoysa, vaxtım olduqca bu məsələ ilə maraqlanacağam. Müasir opera müğənnilərinizdən Fidan Hacıyevanın, Azər Zeynalovun səsini dinləmişəm. İnşallah, yaxın vaxtlarda digər opera sənətçiləri ilə də tanış olacağam. Mən Azərbaycanda bəzi müğənniləri tanıyıram. Tünzalə Ağayeva ilə bir konsertim olub. Azərinlə də tanışam".

Yeni solo konsert astanasında...

Oya Ergün vaxtaşırı Bakıda da konsertlər verir. Bir müddət əvvəl sənətçi öz evində konsert verərək musiqisevərləri başına yığmışdı. Əslində, Oya Ergün kimi tanınan opera sənətçilərini, gözəl səs sahiblərini istənilən yerdə dinləmək, seyr etmək maraqlıdır. Çünki Oya xanımın səsi hər zaman arzulanan bir səsdir. O səsin qanadlarında adamın ümidlərinin əlləri lap göylərə çatır... O səs günəş işığına qoşulub minillik yolları bir göz qırpımında qət etməyi bacarır...
Mayın 22-də Rəşid Behbudov adına Mahnı Teatrında Oya xanımın solo konserti olacaq. Bu konsertdən sonra da Oyasevərlər sənətçinin yeni konsert proqramlarını gözləyə bilər, çünki Oya Ergün tamaşaçılarla tez-tez görüşməkdə maraqlıdır. O ona və əsl sənətə, yüksək əyarlı musiqiyə, ipək səsə qiymət verməyi bacaran insanlara böyük dəyər verir.
Oya Ergün Azərbaycan mahnılarını o əsərlərin ruhunu əzmədən oxuyur. O mahnılara həssaslıqla yanaşan müğənni onlara Nilufər çiçəyinə toxunurmuş kimi sığal verir. Açığı, ilk dəfədir türkiyəli müğənninin Azərbaycan mahnılarına belə qayğı ilə yanaşmasının şahidi oluram. Oya xanım mahnıları Azərbaycan ləhcəsi ilə oxuyur, tələffüzündə qüsur yoxdur: "Opera müğənniləri bir çox dillərdə əsərlər oxuyur. Məsələn, mən Hollandiyada olduğum illərdə, bir qayda olaraq, 6 dildə mahnı oxuyurdum. Alman, italyan, ingilis, rus, holland və türk dillərində ifalar edirdim. Hətta yapon dilində də kiçik bir ariya oxumuşdum. Ana dili o dil olan müəllimlərimiz bizi davamlı olaraq çalışdırırdı. O dili bilməsək belə, italyan dilində oxuyacağımız əsərin üstündə çalışırdıq, tələffüz qaydalarını öyrənirdik, şeiri əzbərləyib onun mənasını bilirdik. Yəni öyrəndiyim musiqini dərindən mənimsəyirəm. Bu mənada, sözü sındırmaq mənim üçün qəbuledilməzdir. Sözə həssaslıqla yanaşıram. Mənim üçün sözləri o dildə danışan insanlar kimi söyləmək çox önəmlidir. Türkiyədə yaşadığım zamanlar Azərbaycan mahnıları oxuyurdum. İndi anlayıram ki, mahnıların sözlərini sındırıb oxumuşam, burada yaşadığım müddətdə bəzi şeyləri yanlış oxuduğumu indi fərq edirəm".
Azərbaycan musiqisinin nəhəngləri olan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Səid Rüstəmovun, Müslüm Maqomayevin, Ağabacı Rzayevanın, Firəngiz Əlizadənin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Arif Məlikovun, Qara Qarayevin, Fikrət Əmirovun, Rauf Hacıyevin, Şəfiqə Axundovanın və başqa bəstəkarların əsərlərinə vurğun olan Oya xanım bildirdi ki, Firəngiz Əlizadəni dünya çapında dəyəri olan böyük, modern bir bəstəkar, musiqiçi sayır.

O səsi qərib bilməyin...

Oya xanım dedi ki, onun səsinə mahnılar yazan yoxdur hələlik, ancaq ruhuna yaxın oranjeman edənlər olub. Arzusu budur ki, Firəngiz Əlizadə onun səsinə uyğun mahnılar yazsın, o, da onları böyük məhəbbətlə ifa etsin: "Onunla Almaniyada tanış oldum. Bir konsertdə iştirak edirdim, orada onun da əsəri çalınırdı. Bu əsər məni o qədər valeh etdi ki, onun müəllifi ilə maraqlandım. Dedilər ki, azərbaycanlı bəstəkarın əsəridir. "Aman Allah, o da türkcə danışır" deyib dərhal Firəngiz xanımın yanına getdim. Təkrarən Amsterdamda görüşmək qismət oldu bizə".
"Biri sən, biri İstanbul" mahnısı Oya Ergünün repertuarında əvəzsiz bir yer tutur. Həsrət, nisgil dolu bu şərqi sevgilərin və ayrılıqların qovuşduğu ortaq nöqtədir. Oya xanımın bu mahnısı çox sevildi. O bildirdi ki, mahnının sözləri Qənirə xanım Paşayevaya, musiqisi isə Türkiyədə yaşayan yaxın dostu, orada Konservatoriya müəllimi işləyən, bəstəkar Emre Dündara aiddir":Qənirə xanım mənə kitabını bağışlamışdı. Kitabda "Biri sən, biri İstanbul" şeiri çox xoşuma gəldi, məni cəlb etdi. İstədim ki, bu şeirə mahnı bəstələnsin. Bəstə də çox gözəl oldu. Bu mahnı Türkiyədə də çox sevildi, bir çox telekanallarda izlənir. Bu mahnı ilə ilgili ancaq xoş hisslər keçirirəm...Hələ uzun illər Bakıda yaşamağı düşünürük. Bundan sonra qədər nə göstərəcək bilmirəm. Ancaq mən Bakıda olmaqdan çox mutluyum!"
Oya xanımla söhbətdən böyük zövq aldım. İnanıram ki, onun sözləri sizə də xoş gələcək.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ