şənbə günü, 03 oktyabr 2026
     

İslamda humanizm

Image


Allah buyurub: "Mənə qarşı haqsızlığı bağışlaya bilərəm. Fəqət bəndəmə qarşı haqsızlığı onun razılığı olmadan bağışlamaram". Humanizm (lat.humanus-insani, bəşəri) baxışlar sistemidir. O, bir şəxsiyyət kimi insanın dəyərini, azadlığını, xoşbəxtliyini, inkişafını və bacarığını aşkara çıxarmaq hüququnu qəbul edir. Humanizm, insanın rifahını sosial institutların qiymət meyarı - bərabərlik, ədalət, bəşəri prinsipləri insan münasibətlərinin norması sayır.
O, hər cür qeyri-insani və qeyri-insafi münasibətin, fanatizmin və başqalarının fikrinə hörmətsizliyin antipodudur.
Fizikaya, maddiliyə söykənən dünyagörüşə görə, humanizm Renessans dövründə (XIV-XVI əsrlər) meydana gəlib və o, antik mədəniyyətin dirçəlişinə xidmət edib. Lakin Rəbb kəlamlarına istinad edən metofizika hesab edir ki, humanizm və onu təşkil edən xeyirxahlıq, mərhəmət, şəfqət, əfv, insanın inkişaf və bacarığını aşkara çıxarmaq hüququ ona doğuluşdan, fitratdan verilib. Fərdin bu dəyərlərdən istifadə etməməsi və ya edə bilməməsi isə heç də o demək deyil ki, insan yaradılışdan humanist hiss və duyğularla təchiz olunmayıb. Fizikadan fərqli olaraq, metofizik fəlsəfə humanizmi geniş anlamda həm dünya, həm də axirətə şamil edir.
"Özünü dərk edən Rəbbini dərk edir" kəlamına görə, insan Allahın gözəl adlarını Yerdə təcəssüm etdirən mükəmməl və kamil bir varlıqdır. Rəbbin belə isimlərindən biri, həm də humanizmi xarakterizə edən Rahmən (rəhmli) və Rahimdir (mərhəmətli). Elə Quranın 114 surəsindən 113-nün Rəbbin "Rəhmli və mərhəmətli Allahın adı ilə" kəlamı şəklində təsbit olunması da humanizm prinsiplərinin bu isimlərdən qaynaqlandığını göstərir. Allahın mərhəmətinin sonsuzluğunu önə çəkən Peyğəmbər(ə) buyurub: "Kafir Allahın mərhəmətinin nə qədər böyük olduğunu bilsəydi, cənnətdən ümidini üzməzdi". Bu kəlamlar İslamdakı mərhəmətin, humanizmin bariz nümunəsidir.
Elə bir din, elə bir səməvi kitab yoxdur ki, orada humanizm prinsipləri İslam və Quranda olduğu qədər təsbit edilsin. İslama görə, insan yaradılışların ən şərəflisidir. İslam məfkurəsi bir nəfərin haqsız öldürülməsini bütün bəşərin öldürülməsi kimi qəbul edir. Burada cinayətkara layiq olduğu cəzanın verilməsi, ədalətin təntənəsi kimi çoxluğun xoşbəxtliyinə xidmət edir. İslamda bağışlama haqqı dövlət və hakimin səlahiyyətində deyil. O, zərərçəkənin haqq və səlahiyyətinə aid məsələdir. Zira Allah buyurub: "Mənə qarşı haqsızlığı bağışlaya bilərəm. Fəqət bəndəmə qarşı edilən haqsızlığı onun razılığı olmadan bağışlamaram". İslam humanizmi şəxsi, nisbi əqidə və subyektiv düşüncələrin baxış sistemi deyil. Çünki zərərçəkənin mənafeyini tapdalayıb zülmə bəraət qazandırmaq, əslində zərərçəkənə qarşı bir ədalətsizlik və antihumanistlikdir.
İslamda ilahi humanizmin zirvəsi şəfaətdir
İslamda qisas insanlararası münasibətlərdə (hüquqda) tətbiq olunan cəzadır. Fəqət qisasın həyata keçirilməsi zərərçəkənin və ya ayrı-ayrı şəxslərin deyil, məhkəmənin qərarı ilə olur. Şikayətçi günahı bağışlaya da bilər və Tövratdan fərqli olaraq Quran bunu təqdir edir. İslam humanizmi istismar və zülm edən azlığın yox, əzilən, haqqı tapdanan bütün insanların mənafeyini müdafiə edir. İslamda günahları yalnız Allah bağışlaya bilər. Burada Allah ilə qul arasında heç bir vasitə yoxdur. Xristianlar isə keşişi razı saldıqdan sonra qurtuluşun təmin olunması iddiasındadırlar.
"Bir yaxşı əmələ görə əvəzin on qat verilməsi", "Allahdan rəhm istəyirsinizsə, bütün yaratdıqlarına rəhm edin", "Bütün din əhlinə sədəqə verin", "Zimmini (İslam ölkəsinin qeyri-müsəlman vətəndaşı-V.C) incidən məndən deyil", "Əsirlərlə yaxşı rəftar edin", "Hər adamın köləsi onun qardaşıdır, əmisi oğludur", "Tanrı lənət eləsin bir heyvana əziyyət verənə" və s. Quran və Peyğəmbər(ə) kəlamları İslam humanizminin prinsipləridir.
Tarixdən məlumdur ki, Sultan Məhəmməd Qanuni (1495-1566) Macarıstan kralı və şahzadələrini Avstriya əsirliyindən, Fransa kralını isə alman imperatoru Şarlgenin həbsxanasından təmənnasız xilas edib. Halbuki, Şarlgen Roma Papasını əsir götürərkən yalnız çox böyük miqdarda pul aldıqdan sonra onu azad etmişdi. O da məlumdur ki, BMT bütün xalqların din və mədəniyyətinə hörmət etməyi demokratiya və humanizmin şərti hesab edir. Halbuki, Sultan II Əbdülhəmid hələ 1880-ci illərdə İstanbulda tikdirdiyi Qocalar Evində, məscidlə yanaşı, kilsə və yəhudi sinaqoqu da inşa etdirmişdi. Ümumiyyətlə, türkdilli xalqların ədalət və humanizmi hələ onlar İslamı qəbul etmədən öncə bütün dünyada məşhur idi. Bunu Quranın həmyaşıdı "Dədə Qorqud" eposu da təsdiq edir.
İslamda ilahi humanizmin zirvəsi şəfaətdir. Lakin "Allahın izni olmadan Onun hüzurunda kim şəfaət edə bilər?" (Bəqara 255), "O gün Rahmənin (Allahın) izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz" (Taha 109) ayələri təsdiq edir ki, şəfaət yalnız Allaha məxsusdur. Bu səlahiyyət bəşərdə olsaydı, onun Rəbbə qarşı sui-əxlaqda olub, əməlinə görə cəhənnəmdə yanan dünya fironuna yazığı gələrdi. Halbuki, belə acıma, lmərhəmət" zülmə məruz qalan əksər insanların haqqına təcavüzdür. Bununla yanaşı, Rəbb istədiyi şəxsə şəfaət etmək hüququnu da verir. Belə ki, peyğəmbərlər, övliya, alim və şəhidlər dərəcələrinə görə Rəbbin iznilə şəfaət edə bilərlər və inşaallah, edəcəklər də. Ən böyük şəfaətçi isə Peyğəmbər(ə)-dir. O buyurub: "Qiyamət günü qəbirdən birinci mən qalxacam və ilk şəfaət verən də mən olacam. Şəfaətimə inanmayanlar ona qovuşmayacaqlar". Bəli, İslamda şəfaət haqdır. Lakin həz.Məhəmmədin axirətdəki şəfaəti onun dünyadakı rəhm və mərhəmətinin davamıdır. Belə ki, Taif döyüşündən sonra (630-il) İslamı qəbul edən taifillər həz.Peyğəmbərdən kölələrinin yenidən onlara qaytarılmasını istədilər. Lakin quldarlıq dövrünün tüğyan etdiyi VII əsrdə Həzrət bəyan etdi: "Xeyr, bu ola bilməz. Onlar Allahın azad bəndələridir və bu gündən hürriyyətə qovuşublar".
Humanizm əxlaqı tamamlayan dəyərdir
"Mən ən gözəl əxlaqı tamamlamaq (və göstərmək) üçün göndərildim" hədisinə görə, insandakı mərhəmət və humanist dəyərlər həm də əxlaqı tamamlayan komponentlərdən biridir. Zira İslam tərbiyəsi alan fərdin Allah və Onun Elçisinə qarşı ibadət və itaəti bağışlama, əfv və digər insani dəyərlər yaşanmadan ixləsli ola bilməz. Məkkəni fəth edən Peyğəmbər(ə) əhaliyə xitabən: "Mövcud cəhalətin qan və mal davaları ayaqlarımın altındadır və mən onları əzib atıram. Bilin ki, bütün insanlar Adəmdən, Adəm isə torpaqdan yaranıb" deyib. Müsəlmanlara, islama və haqqa zülm edən məkkəlilərə humanist fateh kimi müraciət edən Məhəmməd(ə) buyurdu: "Məndən nə gözləyirsiniz? Sizin barənizdə hansı tədbir görəcəyimi düşünürsünüzmü?" Bəşərin ən böyük mürşidi dünənə qədər onun canına, qanına, malına susayan düşmənlərinə dedi: "Bu gün siz əzab veriləcək halda deyilsiniz. Gediniz, hamınız azad insansınız". Əfv edilənlər içərisində həz.Məhəmmədin əmisi Həmzənin qarnını yarıb ürəyini çıxaran və sonra onu çeynəyən Hindi də var idi. Həz. Həmzənin bilavasitə qatili Vəhşi də Peyğəmbər(ə)-dən əfv dilədi. Onu əfv edən Mərhəmət abidəsi(ə) dedi: "Səni görəndə əmim Həmzə yadıma düşür. Barı gözümə görünmə".
İslam hüququna görə, müsəlman kişi xristian və ya yəhudi qadınla evlənə bilər. Bu zaman humanist qanunlara görə qadın öz dinində qala da bilər. Peyğəmbər(ə)-nin lBeşikdən qəbrədək oxuyun, öyrənin" kəlamı elm və alimlərə böyük dəstək olduğu halda, inkvizisiya dövründə Kilsə elmə müharibə elan edərək, 400 mindən artıq demokratik düşüncəli insanı məhv etdi. Onlardan 200 mini isə tonqallarda diri-diri yandırıldı. İslamı qılınc dini kimi təqdim edənlər unudurlar ki, iman və din bir qəlb, etiqad məsələsidir. Onu qılıncla yox, yalnız Allah kəlamları ilə fəth etmək olar. Xristian islamşünas akademik Bartold məcbur olub yazırdı ki: "İslam dini zorakılıqla yayılmırdı və zərdüştlər, yəhudi və xristianlar təqib olunmurdular". İslam ordusunun girmədiyi İspaniya, əhalisinin 80 faizi müsəlman olan İndoneziya, Hindistan, Çin və Pakistanda həmin dinin təşəkkül tapması da buna bariz nümunədir. Bəs, Vatikanın təhrikilə Xaç yürüşlərini qəlb, iman, əqidə məsələsi saymaq olarmı? Əsla yol! İslam aləmində elə bir epizod yoxdur ki, hər hansı İslam üləma və ziyalısı başqa peyğəmbərlərə qarşı hörmətsiz bəyanat verib, əsərlər yazsın. Lakin, dövrünün "moda və humanist" şairi olan Volter (1694-1778) və başqalarının İslam peyğəmbəri barədə təhqiramiz yazıları nə qeyri-islami din xadimlərini, nə də dövlət rəhbərlərini narahat edirdi. Volterin həz.Məhəmməd barədə yazdığı pyesin səhnələşdirilməsi cəhdi isə, yalnız Sultan Əbdülhəmidin qətiyyətli notasından sonra gündəlikdən çıxarıldı.
Çünki həmin dövrdə müsəlman dünyası humanizm prinsiplərinə əməl etməklə yanaşı, həm də özünü qoruyacaq səviyyədə güclü idi. Bu baxımdan, İslam dünyasında nümayiş etdirilən mübahisəli "Da Vinçi kodu" filmi, Məhəmməd(ə)-yə bənzədilən karikaturaların sərgilənməsi, Quranın yandırılması, NATO əsgərləri tərəfindən Əfqan müsəlmanlarının təhqir olunması, İslamofobiya termininin icad edilməsi məhz müsəlman aləminin nisbətən zəif olduğu dövrə təsadüf etməsilə əlaqələndirilsə, məncə səhf etmərik.
Müharibələrdə öldürülən kafirlərin müsəlman ordusu tərəfindən basdırılması (Bədr döyüşü, 623 il), əsirlərlə insani davranış İslam humanizminin praktik cəhətləridir. Müsəlmanların qalib olmadığı vuruşlarda isə (məs: Uhud döyüşü, 625 il) kafirlər öldürdükləri insanların burun, göz, qulaq və başqa əzalarını kəsiblər. Və sözsüz ki, Xocalıda al qanları ilə ağ qar üzərində "Allahu Əkbər" yazan şəhidlərimizə qarşı edilən təhqiramiz hərəkətlər məhz həmin şərəfsiz əməllərin, vandalizmin davamıdır. Bunun əksi olaraq İslam isə, hətta düşmənin belə təhlükəsiz sığınacaq istəməsini rədd etməyib (bax: Tövbə 6).
"İslamda humanizm halallıq və azadlıq rəmzidir"
Sultan Alparslanın Bizansa barış təklif etməsinə rəğmən, Bizans hökmdarı Diogenes Sultanın elçisinə dedi: "İsfahanmı, yoxsa Həmədanmı daha yaxşıdır? Mən İsfahanda, atlarım isə Həmədanda qışlayacağıq!" 1071-ci ildə Malazgirt müharibəsində Bizansı darmadağın edib, Diogenesi əsir tutan Alparslan ondan soruşdu: "Zəfəri sən qazansaydın, mənə nə edərdin?" Diogenes: "Sən beləcə mənə əsir düşsəydin, ya başını kəsdirərdim, ya da səni asdırardım" - dedi. Sultan isə məğlub imperatorun taxtını öz taxtı ilə yanaşı qoydurub, ona dedi: "Səni məmləkətinə göndərib, taxtına qaytarıram". Bu sözü eşidən Diogenes Sultanın ayağından öpdü. Öz vətəninə dönən hökmdarı isə 1072-ci ildə həmvətənləri gözlərinə mil çəkib öldürdülər. Mərdliyinə görə Sultan Alparslana "Cahan sultanı" deyilirdisə, ədalət və humanistliyinə görə o, "Sultanul Adil" kimi tanınırdı.
İslamda humanizm həm də halallıq və azadlığın rəmzidir. Həz. Məhəmməd dünyadan köç etməzdən iki gün əvvəl məscidə gəlib minlərlə camaata belə müraciət etdi: "Kiməsə pisliyim keçibsə, gəlib əvəzini alsın. Kiminsə məndən alacağı varsa, gəlib alsın". Səhabədən biri üç dirhəm alacağını dedi. Bu üç dirhəmi isə o, Peyğəmbər(ə)-nin tövsiyəsilə sədəqə vermişdi. Sözsüz ki, həmin pul dərhal ödənildi.
İslamdakı humanizm, şəfqət, mərhəmət və digər ümumbəşəri ülvi dəyərlər Quran və Peyğəmbər(ə) əxlaqından qaynaqlanır. Başqa cür ola da bilməz. Çünki Rəbb Məhəmməd Mustafa(ə) istisna olmaqla, seçdiyi peyğəmbərlərin heç birinə: "Səni aləmlərə bir rəhmət olaraq göndərmişəm" kəlamı ilə müraciət etməyib. Və təsadüfi deyil ki, BMT və demokratik ölkələrin ali sənədləri həmin əxlaqın prinsiplərilə həmahəngdir.
Təkzibolunmaz faktdır ki, Peyğəmbər(ə) tərəfindən əsası qoyulan və Rəşidi Xəlifələr tərəfindən inkişaf etdirilən İslam aləmi dünyaya 600 il ərzində şəriksiz humanizm, elm və mədəniyyət dərsi verib. Bu ənənəni davam etdirən 5 əsrlik Abbasi xilafətinin durumu isə bəşər tarixinin ən gözəl dövrü olub. Həmin dövrü xarakterizə edən islamşünas fransız-xristian E.Renan (1823-1892) yazıb: "İnsanlar əbədi olaraq, o dövrün həsrətini çəkəcəklər".
Həqiqəti yalnız onu itirən axtarır. İslam aləmi bu gün həm də humanizmi ümumbəşər malı etmək üçün, itirdiyi dəyərləri axtarmaqdadır. Axtarışın uğuru isə iman, elm və saleh əməl vəhdətilə özünə qayıdışdadır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ