şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tənha ahıllarla bağlı dövlət siyasəti milli-mənəvi dəyərlərə əsaslanır
Tarix: 17.05.2014 / 10:58
Bölmə: Sosial
Bəşər genefonduna yaradılışdan qoyulan bəzi dəyərlər bütün xalqlar üçün yaşadılması və gələcək nəslə ötürülməsi vacib olan cövhərlər olmasına baxmayaraq, təəssüf ki, bu gün çox az xalq, toplum bu əmanətləri qoruyub saxlaya bilib. Həmin dəyərlər uşaqlara, ağbirçək və ağsaqqallara, xüsusən tənha ahıllara qayğı, hörmət, iltifat göstərilməsidir.
Bu baxımdan həm mənsub olduğumuz dinimizə, həm də xalqımızın əsrlər boyu formalaşdıraraq inkişaf etdirdiyi adət-ənənələrimizə sadiqliyimiz bizi digərlərindən fərqləndirən cəhətlərdən biridir desək, məncə yanılmarıq. Əslimizdən, nəslimizdən, kimliyimizdən xəbər verən bu cövhərlər tariximizin müxtəlif dövrlərində fəaliyyət göstərən hər hansı dövlətin qərarından asılı olmayaraq yaşayıb, yaşayır və yaşayacaq. Yaşayacaq ona görə ki, dinimiz və milli adət-ənənələrimizin tövsiyə etdiyi bu dəyərlər həm də müstəqil Azərbaycan dövlətinin prioritet sosial siyasət istiqamətlərindən biridir.
Milli-mənəvi dəyərlərimizin fundamental prinsiplərindən olan qocalara mərhəmət, qayğı göstərmək həm də bir İslam ümməti olaraq bizə vacib bilinib. "Kiçiyimizin halına acımayan, böyüyümüzün haqqını bilməyən bizdən deyil" Peyğəmbər(ə) kəlamında böyük hikmət var. Milli-mənəvi dəyərlərimiz və dinimizə görə, böyüyə hörmət, qocaya mərhəmət əslində cavanların yox, ahılın, qocanın cavanlar üzərində haqqıdır. Çünki ahılın işlədiyi vaxtlar büdcəyə keçirtdiyi sosial ayırmalar cavanların təhsilində, onların sosial həyatında mühüm rol oynayıb. Deməli, vətəndaş cəmiyyətində tənha ahıllara göstərilən qayğı bizim borcumuz, onların haqqıdır. Bu baxımdan, ictimai nəqliyyatda ahıllara yer vermək cavanın iltifatı kimi yox, ahılın cavan üzərində haqqı kimi qəbul edilməlidir.
Məlumdur ki, xarici siyasətilə dünya birliyinə uğurla inteqrasiya edən müasir Azərbaycanın sosial yönümlü daxili siyasəti prioritet məsələ olaraq ölkə ictimaiyyətinin geniş dəstəyini qazanıb. Yəni dövlətin ən ümdə vəzifəsi ölkə vətəndaşlarının sosial rifahını yüksəltməkdir. Və sözsüz ki, burada tənha ahıllarla bağlı dövlət siyasəti necədir və bu siyasət nəyə söykənir məsələsi də mühüm əhəmiyyət kəsb edir. İlk öncə onu qeyd edək ki, cəmiyyət dövlətdən daha qabaq təşəkkül tapdığı üçün ahıllar, o cümlədən tənha ahıllarla bağlı dövlət siyasəti hər hansı keçici prinsiplərə yox, əsrlərin süzgəcindən keçmiş və yaşama hüququ qazanmış milli-mənəvi dəyərlərə söykənir.
Azərbaycanda ahıllarla bağlı dövlət siyasətinin olması bəzi ölkələrdən fərqli olaraq cəmiyyətin qocalara biganələyindən deyil, dövlətin ömrü qüruba doğru gedən vətəndaşının layiqli sosial müdafiəsindən qaynaqlanır. Bu həm də vaxtilə dövlətin vergi ödəyicisi olmuş vətəndaşı qarşısında öhdəliyi, vəzifəsi və ahıl vətəndaşın dövlət və cəmiyyət üzərində qaytarılması vacib olan haqqıdır.
Məlumdur ki, BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi ilə bağlı Qətnamə"sinə əsasən 1 oktyabr Beynəlxalq Ahıllar Günü kimi təsis edilib. Ölkəmizdə isə Beynəlxalq Ahıllar Günü 1993-cü ildən qeyd olunur. Qeyd edək ki, Azərbaycanda, başqa sahələrdə olduğu kimi, ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin əsası da məhz mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulub. Və bu siyasət son 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. İstər xarici, istərsə də daxili siyasətdə milli maraqlarımıza və milli-mənəvi dəyərlərimizə sadiqlik nümayiş etdirən cənab İlham Əliyevin inkişafına dəstək verdiyi bu humanist siyasətin əsasında ahıl, xüsusən tənha ahıl vətəndaşlarımızın sosial vəziyyətinin, mənəvi durumunun yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması dayanır.
Azərbaycan Respublikasının "Ahıllara sosial xidmət haqqında" Qanununa əsasən, 70 yaşına çatan hər bir vətəndaş ahıl hesab olunur. Rəsmi statistikaya görə, hazırda ölkəmizdə 400 min nəfərdən artıq ahıl insan yaşayır ki, bu da ümumi əhalinin təxminən 23 faizini təşkil edir. Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan Respublikası (AR) Prezidentinin təqaüdü, dövlət hesabına bərpa müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort göndərişləri ilə mütəmadi olaraq təmin edilirlər.
Ahıl vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması üçün AR Prezidentinin 2006-cı il 17 aprel tarixli Sərəncamı ilə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" təsdiq edilib. Bu proqramda, eləcə də "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda və digər sənədlərdə ahılların sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir. Vurğulayaq ki, ahılların sosial müdafiəsinə yönələn tədbirlər təkcə dövlət proqramları ilə məhdudlaşmır. Prezidentin diqqət mərkəzində olan bu sahə müxtəlif sərəncam və göstərişlər vasitəsilə ilbəil inkişaf etdirilir.Fikrimizi AR Prezidentinin bu günlərdə 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi iştirakçılarına, döyüşlərdə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalaması təsdiq edir. Və artıq milli-mənəvi dəyərlərimizə söykənən bu siyasət əksər dövlət və qeyri-hökumət təşkilatlarının iş metoduna çevrilib. Müəssisələrdə ağsaqqallar, veteranlar şurasının fəaliyyəti, ahıl jurnalistlərin AR Prezidenti yanında KİV DF-nin keçirdiyi tədbirlərdə iştirakı, Azərbaycan Mətbuat Şurasında Ahıl Жurnalistlər Məclisinin fəaliyyəti və MŞ İdarə Heyəti üzvlərinin jurnalistikamızın inkişafında xidmətləri olmuş, ömrünü-gününü bu çətin peşəyə sərf etmiş və qayğıya ehtiyacı olan ahıl qələm sahiblərini mütəmadi ziyarət etməsi bu qəbildəndir.
Məlumdur ki, tənha ahıllarla bağlı dövlət siyasəti bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik dövlətin prioritet elan etdiyi siyasət daxilində qayğıya ehtiyacı olan sosial təbəqə və xüsusən tənha ahılların problemlərinin həlli istiqamətində mühüm işlər görür. Son illər bu sahədə atılan əsaslı addımlarla yanaşı, həm də qanunvericilik bazası möhkəmləndirilib. Artıq sosial təminat və sosial xidmətlər sisteminə baxışda keyfiyyətcə yeni mərhələyə qədəm qoyulub. Belə ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Evdə sosial xidmətin göstərilməsi Qaydaları" əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə sosial xidmətin göstərilməsini tənzimləyir. Bu sahədə nazirlik yanında fəaliyyət göstərən Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə ilə müraciət edilməsi kifayət edir.
Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Mərkəzin sosial işçiləri həftədə ən azı 2 dəfə tənha ahıl və əlil şəxslərin evində olur, onlara təmizlik işlərinin aparılmasında, dərman, ərzaq, sənaye və məişət əşyalarının alınması və digər işlərdə xidmət göstərirlər. Qeyd edək ki, bu gün respublika üzrə 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir. Evdə sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli əsaslarla göstərilir. Sosial xidmət tərəflər arasında bağlanan sosial xidmət müqaviləsi əsasında həyata keçirilir.
Doğrudur, Azərbaycan cəmiyyətində tənha ahılların dövlət və özəl pansionatlarda yaşamasının mənəvi tərəfinə, onun dini-milli dəyərlərimizə və nəhayət, ənənəvi ailə institutumuza mənfi təsirini, valideyn-övlad münasibətlərinə xələl gətirəcəyini düşünənlər də kifayət qədərdir. Lakin o da danılmaz faktdır ki, əksər hallarda ahıl, xüsusən tənha ahıl insanlar öz arzusu ilə pansionatda yaşamağa üstünlük verirlər.
Bu zaman onlar heç kimdən asılı olmadığı üçün mənən daha rahat olurlar.
Məsələyə diqqət çəkən millət vəkili Musa Quliyev bunları bildirib: "həmin pansionatlar ahıllar üçün daha rahat olacaq, istədiyi menyunu sifariş edəcək, onun qulluğunda duracaqlar, tibbi yardım göstərəcəklər və o da rahat yaşayacaq. Belə məsələlər xarici ölkələrdə normal qarşılanır. Bizdə isə bir qədər fərqli yanaşma var ki, kiminsə övladı varsa, nəyə görə pansionatda yaşamalıdır? Yəqin ki, gələcəkdə bu sistem bizdə də tam oturuşacaq". Göründüyü kimi, müasir dünyanın bir parçası olan Azərbaycan Respublikasında ailə institutu nə qədər güclü olsa da, fəqət, burada həm özəl, həm də dövlət büdcəsindən maliyyələşən ahıllar evlərinin fəaliyyətinə də ciddi ehtiyac var. Bir şərtlə: tənha ahıllarla bağlı dövlət siyasəti milli-mənəvi dəyərlər üstündə kökləndiyi üçün həmin şəxslər heç vaxt qohum-əqrəba, dost-tanış ziyarətindən, cəmiyyətdən kənarda qalmamalı, unudulmamalıdır. Belə yanaşma ahıllara gözəl anlar yaşatdığı kimi, cavan nəslə, ziyarətçilərə "mən də belə ola bilərəm" ibrətini yaşadaraq cəmiyyətdə mərhəmət, şəfqət hissini daha da gücləndirər.
Tənha ahıllarla bağlı milli-mənəvi dəyərlərə söykənən dövlət siyasəti nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlillərinə xidmət edən pansionatında hazırda 155 nəfər tənha ahıl və əlil dövlət himayəsində yaşayır. Onlar həmişəlik yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunub. Burada əsaslı təmir işləri aparılıb və inşa edilən ikinci korpusun açılış mərasimi cənab İlham Əliyevin iştirakı ilə keçirilib. Mərasimdə tənha ahıllar göstərilən dövlət qayğısından, yaradılan şəraitdən, sosial xidmətdən razılıqlarını bildirib.
Hazırda buradakı pansionat 300 nəfərə sosial xidmət göstərmək imkanındadır. Onu da qeyd edək ki,inşa edilən yeni korpusda qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin daha keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, vaxtlarının daha mənalı təşkili üçün müvafiq şərait, kitabxana və idman zalları, onların özünüməşğulluğu üçün emalatxanalar yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Buzovna qəsəbəsindəki 9 saylı internat evində isə 214 nəfər ruhi-əsəb əlillər və ahıllara dövlət hesabına sosial xidmət göstərilir. Sevindirici haldır ki, nazir Səlim Müslümov pansionat və internatdakı sosial xidmətin vəziyyətini həmişə nəzarətdə saxlayır.
Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilən dövlət proqramları, "Sosial xidmət haqqında" Qanunun qəbulu ahılların sosial müdafiəsinə yönələn dövlət siyasətinin uğurla həyata keçirilməsini təmin edir. Əlbəttə, bu siyasət milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün onun xalqımız tərəfindən təqdir və müdafiə edilməsi də şübhəsizdir.
Vaqif CƏLİLOĞLU, Tex.e.üzrə fəlsəfə doktoru
Yazı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı -
Tramp, BVM və ukraynalı fəal…
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ