şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın “ölü Miatsumu” xortlatmağı, “iflas ssenarisinə” Əliyevin öncül yanaşması və radikal müxaliflərin “erməni dayılığı”... - Aydın QULİYEV yazır

Image


Üç gündür Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş Xankəndi şəhərimizdə “Ümumerməni oyunları” adı altında əslində başqa oyunlarına, onun bəzi bəyanatlarına öz cəmiyyətimizin, erməni cəmiyyətinin, erməni siyasi müxalifətinin, eləcə də Azərbaycan müxalifətinin reaksiyalarını diqqətlə izləyirik. Verilən qiymətlərin əyri-doğru saydığımız elementlərini aşkar etməklə bərabər, öz dəyərləndirmələrimiz də, təbii ki, var. Real yanaşmalarla bərabər, populist, qeyri-real, qızışdırıcı mövqelərin də şahidi oluruq. Hər bir reaksiyanın arxasında mümkün qədər obyektiv olmaq iradəsini, sözsüz ki, heç də bütün hallarda görmürük, özünün qrup mənafelərinə söykənən dəyərləndirmələrə də rast gəlinir.

Əvvəlcə Paşinyanın bizim işğal edilmiş Xankəndimizdə söylədiyi “böyük nitqin” tezisvari xülasəsinə baxaq:”Qarabağ Ermənistandır”; “Dünyanın məğrur erməniləri”; “Məqsədimiz Qarabağın öz müqəddəratının təyini yollarında əldə etdiklərini möhkəmləndirməkdir”; “1988-ci ildə bu torpaqlardan bütün dünyanı lərzəyə gətirmiş şüarı mən də deyirəm – Miatsum” və sair. Yəni davam etməkdə olan sülh danışıqlarının 25 ildən çox sürmüş indiyə qədərki mərhələsini tam alt-üst edən “Qarabağı və onun ətrafında işğal etdiyimiz rayonları qaytarmayacağıq” kimi kobud formada ifadə edilmiş inkarçı mövqe, işğal torpaqları hesabına dövlət qurmaq ideologiyası ilə 150 ildən bəri zəhərlənmiş ermənilərin bu gün də yaşayan nəsil davamçılarının gözündə “yaxşı erməni lideri” olmaq istəyi, Ermənistan cəmiyyətini şovinist-ilhaqçı siyasi platforma ətrafında toparlamaq planları, şovinist-ilhaqçı erməniləri qondarma “DQR”-in “rəhbərliyinin” təsir dairəsindən çıxarıb öz təsirinə salmaq və Sarkisyan- Köçəryan klanının tör-töküntüləri kimi onların arxasınca saakyanları da yola salmaq... Bunların hər biri ayrı-ayrılıqda təhlil oluna bilən məsələlər olsa da, onları şərti qruplaşdıraraq qısa baxış keçirmək obyektiv nəticəyə doğru ən qısa yoldur.

  • Azərbaycanın radikal-inkarçı müxalifəti əlinə düşən şansı “çeynəmək”...

Azərbaycandakı müxalif radikal-inkarçı kəsimlə Ermənistandakı ilhaqçı-şovinist dairələrin reaksiyaları eyni xəttin üstündə, lakin tam əks tərəflərdə qərarlaşır. Məsələn, Azərbaycanın radikal-inkarçı müxalifəti əlinə düşmüş fürsəti “çeynəmək” şansını buraxmaq istəməyərək məsələyə İlham Əliyevin başçılığı altında Azərbaycan diplomatiyasının “böyük məğlubiyyət” səhnəsi kimi baxır, bu zaman sırf kütlə təfəkkürünün “dopinqi” sayılan “ermənilərin bizim torpaqlarımızda meydan oxuması zəifliyimizdir” kimi populist deyimə əsaslanır, elə bunun üstündə də cəmiyyəti İlham Əliyevin prezident və Ali Baş Komandan olaraq daha düşünülmüş və sakit reaksiyasına qarşı kökləməyə çalışır. Onlarda əminlik var ki, “İlham Əliyev nə üçün Paşinyanın sərsəm “Miatsum” bəyanatına qarşı dərhal Silahlı Qüvvələrə əmr vermədi” kimi ittihamçı sualla həqiqətən də xalqı hakimiyyətin üstünə yönəltmək üçün əlavə motiv əldə edə biləcəklər. Ancaq bu əminlik sosial şəbəkələrdə hakimiyyətin ənənəvi ittihamçılarına çevrilmiş azsaylı narazılar qrupunu yeni fəallaşma dalğasına çıxarmaqdan o yana gedən effekt vermir. Əslində bir az dərindən düşünməyi bacaranlar bu effektsizliyi elə ilk dəqiqələrdən görə bilirdilər. Axı Paşinyan Xankəndi mitinqində yeni və qondarma “DQR”-in “rəhbərliyində” oturmuş Köçəryançı-Sarkisyançı tör-töküntünün indiyə qədər dediklərindən fərqli nə dedi ki?! Məgər indiyə qədərki 1 il 4 ayda Paşinyan “Qarabağ Azərbaycanındır” deyirdi ki, Xankəndidə söylədiyi “miatsum” bəyanatı yeni və fərqli davranış kimi xarakterizə olunsun?! Xankəndidə “miatsum” bəyanatını ermənilərə yeni hadisə kimi təqdim etmək cəhdi Paşinyanın özünün şəxsi oyun planlarına daxil olan bir elementdir. Xankəndidəki həmin mitinqdən bir gün qabaq ermənilərə lovğa-lovğa müraciət edərək “mümkün qədər hamınız Qarabağa gəlin, sizə mühüm açıqlamalar verəcəm” kimi çağırışı təsadüfən etmədi. Hər şey çox sadədir. Paşinyan, sadəcə olaraq, Xankəndiyə çoxlu erməni toplamaq və çoxdan “dişini qıcıyıb üstünə yerimək istədiyi” yerli hakim qruplaşmaya əzələ göstərmək istəyirdi. Yəni ”baxın, bu mənim çağırışıma hay verən şəxsi güclərimdir, özü də sizin meydançanızda”.

Beləliklə, Xankəndi mitinqi Paşinyana Qarabağ məsələsində “miatsum“ adı ilə yeni mərhələ açmaqdan daha çox, Sarkisyanın dalınca yola salmaq istədiyi qondarma “DQR” “rəhbərlərinə” güc göstərmək üçün lazım idi. Ölkənin içinə hesablanmış siyasi oyun buna deyirlər.

  • Paşinyan 31 il əvvəl bağıran saqqallı ermənilərin səviyyəsinə düşdü...

Paşinyan “miatsum” sözünü həqiqətən də ilk dəfə Xankəndi mitinqində səsləndirdi. Ancaq təzə olan onun leksikonunda tək “miatsum” sözüdür. “Miatsum”un məzmununa uyğun siyasi davranışlar isə elə ilk gündən onun fəaliyyət platformasında var, onu özündən əvvəlki iqtidarlardan miras alıb və cürbəcür aldadıcı, dayaz ideoloji ifadələrlə həmin siyasəti davam etdirmək istəyir. Hədəf eynidir – Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına imkan verməmək. Qarabağ Azərbaycanın tərkibinə qaytarılmayıbsa, onun “havadan asılı” vəziyyətdə qalmasının və ya Ermənistana birləşmiş kimi təsəvvür edilməsinin zatən bizim üçün heç bir fərqi qalmır. Ancaq bunun şəxsən Paşinyan üçün böyük fərqi var və məhz həmin fərqin ört-basdır edilməsi xatirinə mitinqdə “miatsum” deyərək 31 il əvvəl “Stepanakert” deyilən yerdə bağırmış saqqallı ermənilərin səviyyəsinə düşdü. Bir haşiyədən sonra Paşinyanın enən istiqamətdə səviyyə dəyişməsinin mahiyyətinin nədən ibarət olduğuna qayıdacağıq. Haşiyəmiz Paşinyanın məlum çıxışına münasibətdə şovinist-ilhaqçı ermənilərlə eyni xəttin üstündə, ancaq əks nöqtədə qərarlaşan Azərbaycanın radikal-inkarçı müxalifətinin mövqeyi ilə bağlıdır. Biz burada hər şeyi çox asanlaşdıran bəsit düşüncə və məsuliyyətsiz avantürizmin qaynamağını görürük. “Paşinyan o bəyanatı verən kimi Azərbaycan ordusuna dərhal hücum əmri verilməliydi” deyən müxalif radikalların və onların təsirinə düşmüş sosial şəbəkə fəallarının davranışlarına bundan dəqiq ad düşünmək çətindir. Dünyadakı reallıqlardan, regiondakı vəziyyətdən, müharibənin kimə lazım olmasından, kimə lazım olmamasından, hansı nəticələr doğuracağından, 1994-cü ildə Füzuli, 2016-cı ildə Lələtəpə əməliyyatlarında üçüncü qüvvələrin davranışlarından xəbərsizlik sonucu bəlli olmayan avantüralardan başqa nəsə deyil. Paşinyanın “miatsum” bəyanatının dərhal ardından Ordunun ayağa qaldırılması Azərbaycan üçün avantürist hərəkət olmaqla, sadəcə “ürəklərdən tikan çıxarmaq” effektinə malik gediş ola bilərdi. Ancaq əvəzində “miatsum” adı ilə onsuz da Ermənistanın daxili auditoriyasına yönəlik oyun qurmuş Paşinyanın şəxsi planlarının xeyrinə yeni vəziyyətlər yarada bilərdi.

  • “Miatsum” çöpündən yapışmaq hələ o demək deyil ki...

Məlumdur ki, Paşinyan ölkəsində hakimiyyət dəyişikliyinə sosial inqilabçılıq şüarları və tələbləri ilə nail oldu. Həmin vaxt Paşinyanın əsas dəstəkçi qüvvəsi məhz sosial problemlər üstündə siyasiləşmiş insan qrupları idi. Qarabağla əlaqəli proseslər birbaşa mənada onlar üçün maraqlı deyildi. Əsasən yoxsulluğa, işsizliyə, hüquqsuzluğa, korrupsiya və talançılığa qarşı kökləndikləri üçün Qarabağ məsələsi onlara yalnız dolayı təsir rolu oynaya bilirdi. İnqilabdan ötmüş ilyarım ərzində Paşinyan ondan köklü sosial dəyişikliklər gözləyən təbəqəyə praktik olaraq nəsə verməyi bacarmadığı üçün kütlənin gözündə sosial-inqilab dəyərləri sürətlə sönürdü. Təbii ki, Paşinyan və onun komandası bunu görür, qarşısını almaq üçün prosesə əks gedişlər axtarırdı. Tapdıqları isə bu oldu – şovinist-ilhaqçı erməni kəsimini öz yanına çəkmək və onların daha fəal enerjisi ilə ümidi qırılmış sosial-inqilabçı kəsimi aktivləşdirmək. Bunun yolu Xankəndidə “miatsum” bəyanatı səsləndirməkdən keçirdi ki, Paşinyan da məhz bunu elədi. Lakin “miatsum çöpündən” yapışmaq hələ o demək deyil ki, erməni baş nazir əsas hədəfinə yetişdi və ruhdan düşmüş sosial-inqilabçı kütlə ilə fəal şovinist-ilhaqçı təbəqəni birləşdirərək erməni cəmiyyətində ümumi fəal axın yarada bildi. Təmkinli və məntiqli düşüncə çərçivəsində baxsaq, Paşinyanın hədəfdən çox uzaq keçərək “yerə dəydiyi” yüz faizli reallıqdır. Baxmayaraq ki, Azərbaycandakı radikal-müxalif kəsim İlham Əliyevin orduya əmr verməməsini məğlubiyyət və ya ziyanlı təmkinlilik kimi qiymətləndirdiyi üçün Paşinyanın sözügedən hədəfə çatdığını və məntiqi olaraq situasiyadan guya qalib çıxdığını iddia edir. Əslində isə həm də Azərbaycan radikallarının ermənilərə “yersiz dayılığının” müəyyən əlamətlərini üzə çıxaran bu situasiyada qalibin və məğlubun kim olduğunu tam yəqinləşdirmək üçün daha bir təhlil istiqamətinə nəzər yetirmək lazımdır. Artıq şübhə yoxdur ki, Paşinyanı “miatsumun dalınca qoşaraq” Xankəndiyə çəkib gətirən ilk məqsəd sürətlə itirməyə başladığı nüfuzunu bərpa etmək, ondan üz döndərən inqilab tərəfdarlarını geri qaytarmaq və bu rels üstündə ölkədə ümumi fəal hərəkat mərhələsi açmaq idi. Artıq deyildiyi kimi, bu məqsədə yetişə bilmədi. Çünki sadəcə yaşayış, rifah və həqiqi islahatlar gözləyən sosialçı təbəqə ilə boşboğaz və şovinist “Qarabağçı” təbəqənin birləşməsi sadəcə mümkünsüzdür. Onlar bir-birini indi heç anlamırlar da...

Paşinyanın ikinci hədəfi “miatsum” çılğınlığını işə salaraq, hazırda “dəftər-qələmi” itirilmiş erməni diasporunu yenidən öz ətrafında toparlamaq idi. Bu istiqamətdə Paşinyanın vəziyyəti daha acınacaqlıdı. Başqa istiqamətlərdə olduğu kimi, diaspor quruculuğu sahəsində də Paşinyanın iflasa uğradığını hamı bilir. Bu sahə üçün dəyişikliklərə çox hay-küylə başladı. Diaspor nazirliyini ləğv etdi, nəticədə nəinki diasporun Ermənistan ətrafında toparlanmasına nail ola bilmədi, əksinə, diaspor onun komandasından tam üz çevirdi. Paşinyan köklü islahatlar proqramı ortaya qoya bilmədiyinə görə islahat adlandırdığı işlərə diasporun dəstəyini ala bilmədi, varlı diaspor təmsilçiləri Paşinyana pul, ölkəyə investisiya yatırmadılar. Bu şəraitdə Paşinyan “sosial islahatlara dəstək verməyən erməni diasporu üçün miatsum xülyası daha cəlbedici olacaq” düşüncəsi ilə İrəvandan Qarabağ mitinqinə doğru yol keçdi. Onun mitinqdə “Ermənistan-Qarabağ-diaspor” kimi mifik bir “üçbucaq qüvvədən” danışması məhz bu məqsədə xidmət edən uğursuz və aldadıcı gediş oldu. Çünki çox həssas və praqmatik olan erməni diaspor elitasının hazırda getdikcə güclənməkdə olan əksinqilab dalğası ilə üz-üzə qalmış Paşinyanın yanında yer alacağını düşünmək sadəlövhlük olardı.

  • Baş nazirin “küpü süzdü” və anladı ki...

Paşinyanın “miatsum” mitinqi arxasında qurduğu oyunun üçüncü hədəfi daha maraqlıdır. Baş nazirin hakimiyyətə qondarma “DQR”-i danışıqlara ayrıca tərəf kimi daxil etmək hay-küyü ilə gəldiyi, yəqin ki, unudulmayıb. Paşinyandan əvvəlkilər də bir neçə bu cür uğursuz mərhələlərdən keçmişdilər. Hələ 90-cı illərin əvvəllərindəki hakimiyyətlər əvvəlcə Qarabağı birmənalı Ermənistana rəsmi birləşdirməyə nail olmaq yolu tutdular. Dünyada Qarabağı Ermənistanın tərkibində torpaq kimi tanıyan olmadı. Valı dəyişdilər və qondarma “DQR”-in özünü beynəlxalq hüququn müstəqil subyekti kimi tanıtmaq kursuna baş vurdular. Hətta Ermənistanın özünün də qondarma “DQR”-i ayrıca dövlət kimi tanıya bilmədiyi fiasko vəziyyəti ilə üzləşdilər. Bütün bu mərhələləri bir vaxt küçə siyasətçisi və cızmaqaraçı jurnalist olaraq kənardan yaxşı müşahidə etmiş Paşinyan formaca bir qədər fərqli cığır seçdi. “Mən Qarabağın adından danışıqlar apara bilmərəm” fikri altında açılan guya yeni cığır əslində qondarma “respublikanı” ayrıca dövlət olaraq tanıtmaq kimi köhnə zurnaların çalnmasından başqa bir şey olmadı. Paşinyan öz aləmində kiçik biclik işlədərək qondarma “respublika”nı dünyada ayrıca subyekt kimi tanıtmaq yolunda ibtidai addımdan başlamaq istədi – qondarma “respublika”nı danışıqlar prosesinə tərəf kimi daxil etdirmək. Kiçik bicliyin, sözsüz ki, uğur şansı heç əvvəldən yox idi. Çünki hamı başa düşür ki, qondarma “respublika”nın danışıqlara tərəf kimi qoşulması onun dünyada təzə dövlət kimi tanınması yolunda tutarlı addım ola bilərdi. Fransa məhkəmələri “erməni nəzəriyyələri” üstündə Qarabağ və fransız şəhərlərinin qardaşlaşma aktlarını bir-bir ləğv edəndə Paşinyanın “küpü süzdü”. Baş nazir anladı ki, qondarma “DQR”-i dünyada dövlət kimi tanıtmaq siyasətinin artıq heç bir perspektivi qalmayıb. Tanıtma siyasəti perspektivsizliyə məhkum oldusa, bu halda qondarma “DQR”-i danışıqlara tərəf kimi qatmaq siyasətinin də perspektivi və mənası qalmırdı. “DQR”-i dövlət kimi tanıda, tərəf kimi danışıqlara qata bilməyən Paşinyanın qarşısında çətin sual yarandı – nə etməli? “Miatsum”! Beləliklə Paşinyan mitinqə “miatsum” şüarı gətirməklə özünün göstərdiyimiz iki istiqamətdəki “Qarabağ iflası”ndan ermənilərin diqqətini yayındırmaq ssenarisi oynamaq istədi. Görürsünüzmü, yenə daxilə hesablanmış oyun... Əslində isflasdan yayınma oyunu... kimi daha dəqiq adı olan bu ssenarinin içindəki fiqurlara yekun olaraq bir daha baxaq. Paşinyan, ümidi qırılmış sosial inqilabçılar, şovinist-ilhaqçı kəsim, hökmü verilmiş qondarma “DQR prezidenti”, küskün erməni diasporu... İflas ssenarisini sırf siyasi ambisiyalarla Paşinyanın gücü, Prezident Əliyevin  zəif davranışı kimi təqdim edən Azərbaycanın radikal ittihamçı müxalifəti... Paşinyanın “miatsum” bəyanatını Ermənistana ağır zərbə kimi qiymətləndirən erməni müxalifəti və... Ssenarinin iflas mahiyyətini öncədən aydın gördüyü üçün təmkinli siyasi davranışı üstün tutan Azərbaycan Prezidenti...

Əliyevin təmkinlə və emosiyasız davranaraq provokasiyalara uymadan düzgün nəticə çıxarması konkret situasiyada Azərbaycan diplomatiyasına daha iki üstünlük qazandırdı – Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı ilə düz 25 ildə danışıqlar prosesinin əsl pozucu tərəfinin kim olduğu təsdiqləndi və münaqişənin həlli üzrə vasitəçiləri Azərbaycanın prinsiplərinə daha sayqılı olmaq məcburiyyətində qoyaraq, hərbi gücdən legitim istifadə yolunu tam açdı. 

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ