çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Image


Aydın Xan Əbilov: "Onlara ehtiyac olmadığı üçün bu qurumlar ləğv edilib"

Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb. 

Maraqlıdır, bu qurumlar niyə ləğv edilib? Özlərini doğrultmadılar, yoxsa başqa bir səbəb var? Hətta belə şaiyə var ki, Tərcümə Mərkəzi Yazıçılar Birliyinin, Monitorinq Mərkəzi isə AMEA-nın tərkibinə daxil ediləcək. Bu yöndə ehtimallar var.

"Bu iki qurumun gördüyü işləri AMEA-nın aidiyyatı institutu və yaradıcı birlik də həyata keçirirsə..."

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən çoxsaylı rəsmi və yarımrəsmi publik hüququ şəxs kimi qeydiyyatdan keçən təşkilatlar var. A.X.Əbilov qeyd etdi ki, bir çox hallarda bu qurumlar bir-birinin işini təkrarlayır. "Bu baxımdan, Azərbaycan Prezidentinin Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi ilə bağlı sərəncamı başadüşüləndir. Çünki Azərbaycan dövləti son 30 ildə intensiv olaraq dövlətçilik islahatları aparır, yeni təşkilatlar, qurumlar yaradılır, ixtisaslaşdırılmış müəyyən təşkilatların bu və digər dərəcədə ixtisar edilməsi və birləşdirilməsi ilə bağlı proseslər gedir. Prezidentin də bu sərəncamı həmin islahatların tərkib hissəsidir. 

Çox maraqlıdır ki, universitetlər, Elm və Təhsil Nazirliyinin, eləcə də AMEA-nın müxtəlif institutları, xüsusən də Dilçilik, Ədəbiyyat, Folklor İnstitutları, o cümlədən də yaradıcılıq birlikləri və QHT-lər əksər hallarda bir-birinin işini təkrarlayır. Bu bir-birini təkrarlama məsələsi tərcümə işi və dil məsələsi ilə də bağlıdır. 

Bu qədər təsisatların olduğu bir şəraitdə Azərbaycanda tərcümə sənəti yüksək səviyyədə inkişaf etməyib, bu sahədə ciddi problemlər var. Yaxud da tərcümə işi nəşriyyatların öz səviyyəsinə qədər inkişaf edib. Bildiyim qədər, Azərbaycan Tərcümə Mərkəzi də ildə bir neçə kitab, rüblük jurnal buraxmaqla öz işini bitmiş hesab etdi. Dil üzrə Monitorinq Mərkəzinin isə, demək olar ki, işi görsənmir, yalnız sosial şəbəkələrdə hansısa söz lağ obyektinə çevriləndə Montorinq Mərkəzi işə düşürdü və o zaman ya özünün yaratdığı yeni sözləri gündəmə gətirməyə, ya da lüğətdəki problemlərlə bağlı özünü müdafiə siyasətinə başlayırdı. Bu baxımdan, əgər bu iki qurumun gördüyü işləri AMEA-nın aidiyyəti institutu və yaradıcı birlik də həyata keçirirsə, onların təkrarçı bir qurum kimi fəaliyyətinə ehtiyac varmı? Onlara ehtiyac olmadığı üçün bu qurumlar ləğv edilib. 

Düzdür, düşünürəm ki, əslində hər iki sahə vacib sahələr olsa da, burada başqa məqamlar var ki, onlar mütləq şəkildə nəzərə alınmalıdır. Günümüzün reallıqlarına uyğun olaraq alternativ tərcümə vasitələri meydana gəlib.  Bu gün avtomatlaşmış tərcümə üsulları var, süni intellekt, müxtəlif elektron tərcümə platformaları vasitəsilə bu proses gedə bilir. Eləcə də elektron lüğətlərin, elektron kitabxanaların yaradılması hər iki təsisatın lüzumsuz bir quruma çevrilməsinə səbəb oldu. Bəli, burada mübahisə yaradan o ola bilər ki, süni intellekt Azərbaycan dilinin incəliklərini bilə bilərmi? Süni intellekt hər üç aydan bir inkişaf etdirilir, dəyişdirilir. İki il ərazində o, insan zəkasını, idrakını da üstələyəcək, yaxud eyni səviyyədə ola bilcək qədər inkişaf edəcək. Tərcümə məsələsinə baxanda, deyə bilərəm ki, tərcümə texnologiyaları, aparatlar günü-gündən inkişaf edir. 

Tərcümə Mərkəzi Yazarlar Birliyinə, Monitorinq Mərkəzi isə AMEA-ya veriləcəksə, yaxud hər ikisi eyni qurumda birləşdiriləcəksə, düşünürəm ki, bu qurumların ikisinin potensialını birləşdirib çox sürətlə Azərbaycan dilinin elektron varinatı resurslarının yaradılması, elektron lüğətlərin təkmilləşdirilməsi, leksik fondun elektronlaşdırılması, internetdə ayrıca saytların, tətbiqlərin, eyni zamanda onların Google və digər qlobal axtarış paltformaları, sosial şəbəkələrlə inteqrasiya edilməsi üzərində işləmək lazımdır. İl ərzində milyonlarla vəsait ayırıb bu qurumları saxlamaqdansa həmin qurumların işini görən yeni nəsil internet biliciləri yetişdirmək daha uyğun olardı. Bu, dilçiliyin və bədii tərcümə sənətinin inkişafı ilə yanaşı onun elektron versiyasının yaradılması, durmadan süni intellektə inteqrasiya edilməsi demək olardı. Bu prosesin Azərbaycanda süni intellektlə bağlı həm dilçilik, həm tərcümə proqramlarının yaradılmasına yönəldilməsi daha düzgün olar.  Bu baxımdan, cənab Prezidentin verdiyi sərəncamı müsbət qarşılayıram və bu vaxtında verilmiş sərəncamdır. Biz həmişə yaxından müşahidə etmişik ki, Prezidentin sərəncamları, göstərişləri, idoloji çıxışları zamanından beş il əvvəli qabaqlayır". 

A.X.Əbilov qeyd etdi ki, Prezident ana dilimizin, ədəbiyyatımızın qorunması, internetin inkişafı ilə bağlı dəfələrlə çıxış edib, AMEA-da islahatların aparılması da inkişafa yönəlmişdi. "Təəssüflər olsun ki, vəzifələr tutan yaşlı adamlar, xüsusən də hər ay 3-5 min məvacib alan akademiklər, professorlar bu islahatları anlamaq, qəbul etmək istəmirlər. Onlar hələ də tozlu kitabların içində ömür sürməklə məşğuldurlar. Hələ də fikirləşirlər ki, gənclər, tədqiqatçılar kitabxanalarda kağız kitablardan istifadə edirlər. Amma hər şey elektronlaşıb, hər kəsin əlində smartfonlar var, kompüterə sahib olan insanlarımız həddən artıq çoxdur. Onlar internet vasitəsilə dilimizlə, tərcümə ilə ilə bağlı məlumatlar, bədii əsərlər axtarırlar. Elektron iş yerləri və sair yaradılır. Dilin inkişafı düşüncə ilə bağlıdır. Təhsil, elm, zəkamız inkişaf etmirsə, əlbəttə, süni intellektin əsirinə çevriləcəyik və süni intellekt bizim hamımızı, tərcümə sənətimizi də, dilimizi də, dilçiliyimizi də, düşüncə tərzimizi də  məhv edə bilər. Ona görə də, biz düşüncəmizi, təhsilimizi, elmimizi, zəkamızı,  dilimizi inkişaf etdirməliyik". 

A.X.Əbilov hesab edir ki, şüurumuzu inkişaf etdirməklə süni intellektə qalib gələ, yaxud onunla yarışa bilərik, bunu isə Azərbaycan dilində edə bilərik. O deyir ki, əgər Azərbaycanda dillə, tərcümə ilə bağlı yeni tətbiqlər yaradılmırsa Azərbaycan dili inkişaf edə bilməz, şeirlə, sənətlə dil inkişaf etmir, bununla dilin elmi potensialı inkişaf edə bilməz. O deyir ki, dilimizin bədii və poetik qatı əla inkişaf etsə də, fəlsəfi, riyazi, elmi-texnoloji qatı inkişaf etməyib, yeni texnoloji göstəricilərə cavab verən dil terminlərimiz yoxdur, çünki bunlar dilimizdə yoxdur. "Elə sözlər var ki, biz onların Azərbaycan dilində qarşılığını yarada bilməmişik, bunlar yaradılmalıdır. Prezidentin sərəncamı da bu məsələlərin həllinin sürətləndirilməsi, yeni nəsil kreativ intellektulların formalaşdırılması üçün vaxtında atılan bir addımdır"-deyə A.X.Əbilov bildirdi.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ