çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

“Nooldu, Paşinyan" ritmləri dünyanı bürüdü - dilimizi bilməyənlər də oxuyur...

Image


Ali Baş Komandan 27 sentyabr 2020-ci il tarixində xalqın gözlədiyi əmri verdi və “Qarabağ Azərbaycandır, nida” ifadəsi ilə oğullarımızı bir olub torpaqlarımız uğrunda mübarizəyə qalxmağa səslədi. 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azadlığı ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə və xalqımızın qürur mənbəyinə çevrildi.

Vətən müharibəmiz, hər şeydən əlavə, Azərbaycan dilinin frazeoloji ehtiyatlarını da xeyli zənginləşdirdi. Psixoloji-emosional atmosferin maksimum qatılaşdığı həmin günlərdə dövlət başçımızın hər bir maraqlı ifadəsi dərhal qanadlanaraq dillərə düşürdü. Dillər əzbəri olan ifadələrdən biri də "Nooldu, Paşinyan?” idi.

Vətən müharibəsi dövrünün ən məşhur ifadəsi, sözsüz ki, budur. Bu sözlər geniş xalq yaradıcılığına rəvac verdi, onun əsasında mahnılar yazıldı, meyxanalar qoşuldu, internetin “Youtube”dan “TikTok”a qədər bütün künc-bucağı bu səslə əks-səda verdi: “Nooldu, Paşinyan?!”

İlham Əliyev bu meqapopulyar, hətta əfsanəvi ifadəni ilk dəfə oktyabrın 26-da xalqa müraciət zamanı işlətmişdi: "Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi!".

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev “Bəs Cəbrayıla yol çəkirdin Paşinyan, nə oldu?” çıxışından sonra bu ifadə dillər əzbəri oldu. Kiçikdən-böyüyə hər kəs Ali Baş Komandanın bu ifadəsini təkrarladı. Hətta bu ifadəyə mahnı da qoşuldu. Elçin Göyçaylı və Oruc Aminin ifa etdiyi “Noldu Paşinyan” mahnısı kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəsin marağına səbəb oldu. Mahnının sözləri, ifa tərzi və musiqi ahəngliyi hər kəsin onu sevməsinə səbəb oldu. Dilimizi bilməyənlər, mahnının sözlərini başa düşməyən şəxslər belə adıçəkilən musiqini eşidən  qol qaldırıb oynayır. Bu günlərdə məşhur italyan tiktoker milyonçusu Alessandro Karuzonun videosu gündəm olub. Belə ki, o, Elçin Göyçaylı və Oruc Aminin repertuarından olan "Noldu Paşinyan" mahnısının sədaları altında rəqs edib. Video qısa zamanda sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və xeyli sayda bəyənmə toplayıb.

  • Aydın Xan Əbilov: "Vətənpərvərlik janrında yaranan bu mahnı hər kəsin marağına səbəb oldu, bu mahnının sevilməsinin bir səbəbi də..."

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yenimedia.net saytının və  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin çıxışlarında bəzi ifadələr, fikirlər trendə çevrildi: "Siyasi xadim İlham Əliyev müharibə zamanı rəqibinə necə hərbə-zorba gəlməyi çox yaxşı bilirdi. Məlumdur ki, həmin ərəfədə ölkəmizdə real müharibə ilə yanaşı, virtual müharibə də yaşanırdı. İnformasiya savaşı psixoloji gərginliyə səbəb olurdu. İkinci Qarabağ müharibəsi zamanı hərbçilərimizin və Prezident İlham Əliyevin dəqiq  siyasəti sayəsində Azərbaycan qalıb oldu. Azərbaycanın qalıb olması yaradıcı şəxslərə ilham verirdi. Onlar Prezident İlham Əliyevin "Nə oldu Paşinyan" ifadəsindən ilhamnaraq mahnı bəstələdilər. Bu mahnı olduqca uğurlu oldu. Vətənpərvərlik janrında yaranan bu mahnı hər kəsin marağına səbəb oldu. Bu mahnının sevilməsinin bir səbəbi də onun meyxana janrında olmasıdır".

A.Əbilovun sözlərinə görə, adıçəkilən mahnı müxtəlif seriallarda, reklamda səsləndirilir: "Həmçinin, TikTok platformasında da bu mahnı böyük marağa səbəb olub. İtaliyalı dizayner bu mahnının sədaları altında rəqs edərək video çəkib TikTok platformasında paylaşıb. Həmin video da böyük marağa səbəb olub".

  • Xəyalə Rəis: "Mahnının bir qədər də ritmik notlarda olması, oynaqlığı həm də ona şərait yaradır ki, onun sözlərini başa düşməyən əcnəbilər belə eşidəndə oynamaq istəyir"

Sənətşünas, medianews.az saytının baş redaktoru Xəyalə Rəis "Bakı-Xəbər" ə açıqlamasında bunları qeyd etdi: "Bu məsələdən danışarkən öncə ifadənin özünə diqqət çəkmək lazımdır. Bilirsiniz ki, "Noldu, Paşinyan" ifadəsinin müəllifi Ali Baş Komandan İlham Əliyevdir. 44 günlük Vətən müharibəsi dövründə cənab İlham Əliyev xalqa müraciətində belə bir ifadə işlətdi - "Noldu, Paşinyan, bəs Cəbrayıla yol çəkirdin?". Sonradan bu sözlər o qədər məşhurlaşdı ki, hətta azyaşlı uşaqlar belə onu əzbərləmişdi. Dünyada da geniş rezonans doğurdu.  Ona görə də "Noldu, Paşinyan" mahnısının bu qədər məşhurlaşması normal haldır. Əgər Prezident bu ifadəni işlətməsəydi, bəlkə də bayağı bir mahnı kimi yadda qalar, o qədər də reaksiya olmazdı. Amma ideya və bəstə tam yerinə düşdüyü üçün mahnının müəlliflərini ürəkdən təbrik etmək olar. Çünki zamanın və insanların nəbzini anındaca tuta biliblər. Mahnının bir qədər də ritmik notlarda olması, oynaqlığı həm də ona şərait yaradır ki, onun sözlərini başa düşməyən əcnəbilər belə eşidəndə oynamaq istəyir. Bütün hallarda, böyük zəfərimizdən sonra, necəliyindən asılı olmayaraq, məşhurlaşan, qələbəmizi dünyaya car çəkən bütün mahnılar, ifadələr, sözlər bizim uğurumuzdur.

  • Fatimə Hacıbəyli: "Tək azərbaycanlılar deyil, xarici vətəndaşlar da böyük sevinclə bu mahnını eşidən kimi qol qaldırıb rəqs edir"

"Vəfa" Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin bəzi fikirləri, ifadələri dillər əzbəri oldu. Yaşından, kimliyindən asılı olmayaraq hər kəs Prezident İlham Əliyevin ifadələrini sevinclə səsləndirirdi: "O ifadələrdən biri də "Nə oldu Paşinyan" idi. Məlumdur bu ifadəyə mahnı bəstələnib. Meyxana janrında olan bu mahnı böyük marağa səbəb olub. Tək azərbaycanlılar deyil, xarici vətəndaşlar da böyük sevinclə bu mahnını eşidən kimi qol qaldırıb rəqs edir. Bu günlərdə italiyalı dizayner "Nə oldu Paşinyan" mahnısına rəqs edib. Onun rəqsi sosial şəbəkədə izlənmə sayına görə çoxluq təşkil edib. Onu da deyim ki, bu mahnı Gürcüstan, Türkiyə, Rusiya, İran və digər ölkələrdə də səsləndirilib. Hətta bu mahnını eşidən əcnəbilər yolun ortasında belə rəqs ediblər. Bununla bağlı sosial şəbəkədə yetərincə görüntülər var".

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ