çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Elə bircə yas-toy pulundan vergi vermək qalmışdı - Aydın Xanın təklifinə kəskin etirazlar var...

Image


Xalqımızın toy və yas kimi qədim adətləri ətrafında müzakirələr davam edir. Bir zamanlar toylarda və yaslarda israfçılığa yol açan məqamlar daha çox tənqid edilirdi. Bu gün sanki onlar bir qədər arxa plana keçirilib. Toylarla və yaslarla bağlı indi yeni bir tendensiya ortaya atılıb.

Söhbət toy və yas sahiblərinin yığılan puldan vergi ödəməsindən gedir ki, bunu da Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov irəli sürüb.

Kulturoloq toy və yas məclislərindən əldə edilən gəlirin vergiyə cəlb olunmasını təklif edib:

"Ona görə də hər bir insan işləyən zaman, mükafat alan zaman onun ailə büdcəsinə pul gələn zaman dövlətə mütləq vergi verməlidir və bu onun müqəddəs borcudur. Vergilər verilməsə, dövlət orqanları çalışa bilməz, pensiyalar verilə bilməz, məktəblər işləyə bilməz, dövlətlərin sosial problemləri həll oluna bilməz. Bu baxımdan Azərbaycanda toylar və yaslarla bağlı vergi mədəniyyəti olmalıdır. Bir çox insan deyir ki, toylar üçün xərclər çəkilir, bu toy sahibindən çıxır, amma çox maraqlı və qəribədir ki, toy və yas sahibləri bu məclislər hesabına öz büdcəsini doldurur, yəni ailəyə əlavə gəlir daxil olur, amma həmin məbləğ vergiyə cəlb edilmir. Bir toydan 50-100 min yığıla bilər və bunun yarısı xərclərə gedir, o xərcləri kənara qoyuram, lakin real gəlir var və o gəlirin müəyyən faizi dövlətin büdcəsinə getməlidir. Yoxsa hər kəs uşaq pulu istəyir, pensiyaların artmasını tələb edir, məvaciblərinin artırılmasını istəyir, bəs dövlət bu pulu haradansa götürməlidir ki, artım da olsun.

Qəribədir, biz 10 manat lotereyadan pul udanda həmin puldan vergi tutulur, banklara pul qoyduqda faiz götürürüksə, həmin faizdən də vergi tutulur. Amma toyda, yasda, ad günü şənliklərində qazanılan həmin pullardan, nəmərlərdən, yığılan vəsaitlərdən heç bir vergi tutulmur. Yüz minlərlə qazanılan puldan insanlar vergi vermək istəmir. Bu nə dərəcədə düzgündür?"

Aydın Xan Əbilov təklif edib ki, toylardan tutulan vergi hesabına kasıb təbəqəyə kömək etmək də mümkündür və bu, ədalət prinsipi ilə tənzimlənməlidir:

"Burada bir məsələ var, düşünürəm ki, yuxarı və orta təbəqə vergi verməlidir, amma aşağı təbəqə üçün əksinə, dövlət konpensasiya ödəməlidir. Çünki kasıb toy etdiyi zaman bəzən restoranlara verməyə pulu olmur, bu da həm yeni yaranan ailənin özü üçün problem olur, həm də toy edən valideynlər üçün. Hətta əvvəllər şadlıq evləri yeni evlənən cütlükləri girov götürürdülər ki, gedin borcu gətirin, sonra bəylə gəlin evə getsin. Bu da çox böyük konfliktlər yaradırdı. Əgər belə hallar yaşanarsa. Yığılan vergi hesabına dövlət həmin insanlara yardım etməlidir. Biz ədalət prinsipini qorumaq şərti ilə bu məsələyə xüsusi önəm verməliyik"-deyə bildirib.

  • “Dövlət toy edən şəxslərdən vergi almalı deyil, əksinə, onlara kömək etməlidir”

A.X.Əbilovun fikirlərinə münasibət heç də birmənalı deyil. Bəzi ekspertlər hesab edir ki, kulturoloqun ortaya atdığı ideya mənasız və perspektivsizdir. Toylara və yaslara yazılan pullardan vergi tutulmasının absurd olduğunu deyən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu anormal bir hal olardı. “Aydın Xanın o fikirləri ilə tanışam. Kulturoloqun irəli sürdüyü təklif tamamilə absurddur. Dünyanın heç bir yerində toydan, yasdan vergi yığılması məsələsi qaldırılmayıb. Hətta ən kasıb ölkədən tutmuş ən varlı ölkəyə qədər toydan, yasdan yığılan pulların dövlət tərəfindən vergiyə cəlb edilməsi halı yoxdur. Toydan yığılan vəsaitin, yas pulunun və nəmərin məxsusi təyinatı var. Dünyanın elə ölkələri var ki, orada toylardan bizimkindən qat-qat çox pul yığılır. Toyda yığılan nəmər bəylə gəlinə çatır. Bizim toylarda da xeyli məbləğ yığılır, amma bizim toylarda yığılan məbləği elə toyun özünə xərcləyirik, bu heç kimin cibinə pul getmir. Dövlət də toy edən şəxslərdən vergi almalı deyil, əksinə, onlara kömək etməlidir”-deyən A.Nəsirli qeyd etdi ki, toydan yığılan pulların xərcləndiyi məkanlar - restoranlar, gözəllik salonları, gəlin maşını icarəyə verən şirkətlər və sair o vəsaitdən dövlət büdcəsinə vergi verir. O vurğuladı ki, sahibkarlar toydan əldə edilən gəlirdən vergi verirlər. “Nəmərdən vergi tutmaq artıq ikiqat vergi ödəmək olardı. Bunun qanuni, nəzəri, iqtisadi tərəfindən söhbət gedir. Nəmərdən, yas pulundan vergi almaq artıq ikiqat vergi tutmaq olardı. Yas pulundan da mərhumun dəfn mərasiminə, qəbidaşının düzəldilməsinə, ehsana və sair  xərclənir. Yəni yas pulunun öz xərclənmə istiqaməti var. Bu baxımdan, kulturoluqun təklifi düzgün deyil” - deyə A.Nəsirli qeyd etdi.

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ