çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Ağcabədinin müəllimləri idarə rəisinə və məktəb direktoruna qarşı...

Image


Mətbuatda Azərbaycanda bir qrup müəllimin etiraz videosu yayılıb. Məlumata görə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Şəlvə kənd musiqi məktəbinin müəllimləri İdarənin rəisi Qalib Həsənov və məktəbin direktoru Azər Əliyevdən şikayətçidirlər.

Narazı müəllimlər Mədəniyyət Nazirliyinə yığışaraq məktəbdəki özbaşınalıqları, qanun pozuntularını dilə gətirib, bununla bağlı tədbir görülməsini tələb ediblər. Müəllimlərin müraciətini əks etdirən həmin görüntülər mediada yayılıb.

Qeyd edək ki, son dövrlər musiqi məktəblərindəki qanunsuzluqlarla bağlı şikayətlər artıb. Söhbət təkcə Ağcabədi Regional Mədəniyyət İdarəsindən və Laçın Şəlvə kənd musiqi məktəbinin rəhbərliyinin narazılıq doğuiran fəaliyyətindən getmir, bütövlükdə musiqi məktəbləri ilə bağlı narazılıqlar çoxalıb. Xüsusən də bu problem bölgələrdə mövcuddur. Onu da qeyd edək ki, sabiq mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun məhkəməsində də əsas üzərində dayanılan məsələlərdən biri musiqi məktəblərində mövcud olmuş korrupsiya faktları idi. Məhkəmə prosesini izləyənlər bunu yaxşı xatırlayır.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Şəlvə kənd musiqi məktəbinin müəllimlərinin İdarənin rəisi Qalib Həsənov və məktəbin direktoru Azər Əliyevdən şikayətlərinə Mədəniyyət Nazirliyinin hansı reaksiya verəcəyi maraqlıdır. Nazirlik şikayətlərlə bağlı nə kimi tədbirlər görəcək?

Müəllimlərin narazılığına son qoymaq üçün hansı işlər görüləcək?

  • Mədəniyyət Nazirliyi: “…Məktəbdə xidməti araşdırma təyin edilməsi və zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur”

Mədəniyyət Nazirliyindən “Bakı-Xəbər”ə verilən açıqlamaya görə, nazirlikdə Laçın Şəlvə kənd musiqi məktəbinin müəllimlərinin şikayəti nəzarətə götürülüb: “Sözügedən məsələ ilə baglı məktəbdə xidməti araşdırma təyin edilməsi və zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur”.

Nazirliyin cavabı belə oldu.

Məsələyə ekspert fikri də öyrəndik.

  • Aydın Xan Əbilov: “Mədəniyyət Nazirliyi ona ünvanlanan bütün şikayətləri dərindən araşdırmalı və ədalətli qərarın verilməsinə nail olmalıdır”

Analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı təəssüflə bildirdi ki, son zamanlar musiqi məktəblərində belə xoşagəlməz hallar yaşanır. A.X.Əbilov hesab edir ki, bütün bunların əsas səbəbi musiqi məktəblərinin, mədəniyyət idarələrinin yeniliklərə adaptasiya edilməməsi, yaxud etmək istəməməsi ilə bağlıdır. Xüsusi istedadlı uşaqların təhsil aldığı məktəblərdə, musiqi və incəsənətlə bağlı məktəblərdə belə halların baş verməsi, xüsusilə də korrupsiya hallarının yaşanması çox narahatlıq törədir.

“Bilirsiz ki, müstəqillikdən bu yana Azərbaycana yeni təhsil siyasəti yaradılması üçün təhsil texnologiyaları gətirilməyə başladı. Çox təəssüflər olsun ki, bu texnologiyalar gətirilən zaman ya məlumatsızlıqdan, ya peşəkarlıq səviyyəsinin yetərincə olmamasından, ya da yenilikləri mənimsəyə bilməməkdən təhsil sistemində oturuşmuş bir çox vərdişlər, bacarıqlar, əldə olunan biliklər sanki darmadağın edildi. Bu da yalnız ibtidai, natamam və orta təhsilə yox, həm də xüsusi ixtisaslı məktəblərə təsirsiz ötüşmədi. Təbii ki, söhbət musiqi, incəsənət məktəblərindən gedir.

Sovet təhsil sisteminin çox böyük uğurları vardı, amma bu uğurlar yeni dövrün tələblərinə cavab vermirdi. Biz bu təhsil sisteminin yaxsi tərəflərini götürüb, onu yeniliklə sintez edib milli təhsil sistemi yaratmalı idik. Sadəcə bunu istəmədik.

Bu sahədə mükəmməl sistemin yaradılmaması nəticəsində incəsənətlə bağlı təhsil müəssisələrində bu cür xoşagəlməz hallar yaşanır. Ağcabədidə baş verən narazılıq ilk deyil, bundan əvvəl analoji xəbərlər Bərdə tərəfindən gəldi. Bilirsiz ki, regional mədəniyyət idarəsinin rəisi dəyişdirildi. Sonra bu sahədə Qazax-Tovuz bölgəsində də problem çıxdı. Bildiyim qədər, bu sahədə Cənub bölgəsində də problemlər var. Xüsusi istedadlı musiqiçilər, incənət adamları yetişdirməyə cavabdeh olan təhsil müəssisələrində problemlərin olması narahatlıq doğurur. Qeyd edim ki, Gəncədə də belə hal baş verib. Musiqi məktəblərində baş verən problemlər gələcək peşəkar sənətkarları yetişdirən o mühitin məhvinə aparıb çıxarır. Musiqi məktəbləri direktorlarının, "zavuç" larının, hətta valideynlərin də başları belə qovğalara, şikayətlərə, məhkəmələrə qarışıb deyə, məktəbin verməli olduğu bilgi, təhsil məhv olur. Ona görə də biz buna qəti etiraz edirik. Mədəniyyət Nazirliyi ona ünvanlanan bütün şikayətləri dərindən araşdırmalı və ədalətli qərarın verilməsinə nail olmalıdır”.

A.X.Əbilov hesab edir ki, nazirlik musiqi məktəblərində ictimai nəzarəti gücləndirmək üçün fəaliyyətə keçməlidir, çünki ictimai nəzarət olmayan yerdə hər zaman belə narazılıqlar, qarşıdurmalar baş verir: “Mədəniyyət Nazirliyi, aidiyyəti dövlət qurumları ictimai təşkilatların nümayəndələrindən ibarət ictimai komissiya yaratmalıdır ki, bu yoxlama prosesində ictimai nəzarət funksiyasını yerinə yetirməli olan ictimai qurumlar da iştirak  edə bilsinlər

Çox təəssüf ki Mədəniyyət Nazirliyinin, eləcə də Təhsil Nazirliyinin öz strukturlarından edilən şikayətləri bu qurumların əməkdaşları araşdırır. Amma bütün dünyada bu cür şikayətlər hüquq-mühafizə orqanları, prokurorluq orqanları tərəfindən araşdırılır. Azərbaycanda məhkəmələrə vətəndaş inamsızlığı var və nəticədə də xoşagəlməz hadisələr baş verir. Az qala məhkəmədə şikayətçilər saçyoldusuna çıxırlar. Biz valideynlərlə müəllimələrin saçyoldusunu çox görmüşük. Bir-birini  videoya çəkib məhkəməyə veriblər və sair.

Qaldı musiqi məktəblərinə, bu sahəyə ciddi qayğı, sayğı, diqqət göstərilməlidir. Xüsusi istedadı olan uşaqları dedi-qodular, direktor-müəllim, müəllim-valideyn, müəllim-məmur çəkişməsinin qurbanına çevirmək yolverilməzdir. Çünki o uşaqlar bizim musiqimizin, incəsənətimizin gələcək peşəkarlarıdır. Bu cür məktəblərdə nə qədər söz-söhbət, dedi-qodu, şikayət olacaqsa, onların gələcəyi sual altına düşəcək. Odur ki, şikayət nazirlik tərəfindən ciddi araşdırılmalıdır və prosesdə ictimai qurumıarın təmsilçiləri də iştirak etməlidir, şəffalıq üçün bu vacibdir”.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ