şənbə günü, 10 oktyabr 2026
     

Teatr haqqında qanunda yer alan prodüserlik institutu teatrlara hələ gəlib çatmayıb...

Image


Teatr bizim hər zaman maraq dairəmizdə olan, diqqətimizi çəkən, zövqümüzü zənginləşdirən bir mədəniyyət ocaqıdır. Tələbkar tamaşaçılar Azərbaycan teatrını onun daxili aclığını doyurmağı, sənət yanğısını söndürməyi bacaran bir vasitə hesab edir. Düşünürük ki, ölkədə teatr sənəti inkişafa meyllidir və bir sıra nailiyyətlərilə yadda qalır. «Teatr və Teatr Fəaliyyəti Haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahədə yeni üfüqlər açıb. Adıçəkilən Qanunda teatrın bütün inkişaf istiqamətləri ayrıca maddə və bəndlərlə öz ifadəsini tapıb. «Teatr və Teatr Fəaliyyəti Haqqında» Qanunda göstərilən hər bir bənd, hər bir maddə, istiqamət milli teatrımızın tərəqqisinə, onun çağdaş dünya teatr ailəsinin hüquqi üzvü olmasına yönəlib.

Sözügedən Qanunda teatr prodüserliyi haqda xüsusi bir maddə var. Qanunun 14-cü maddəsində prodüserin teatr tamaşasının kütləvi nümayişi ilə bağlı hüquqları öz əksini tapıb. Nədir bu hüquqlar, prodüserin tamaşa məhsullarının meydana gəlməsində rolu nədən ibarətdir?

Qanunun 14-cü maddəsinin 14.0. bəndində bildirilir ki, prodüserlə quruluşcu arasında bağlanan müqaviləyə əsasən, teatr tamaşasının kutləvi numayiş hüququ prodüserə keçə bilər. «14.0.1. teatr tamaşasının kütləvi numayişini həyata keçirmək, tamaşanın yerini, vaxtını və biletlərin qiymətini müəyyən etmək;

14.0.2. teatr tamaşasının kütləvi nümayişinin sayını muəyyən etmək, onu dayandırmaq və bərpa etmək;

14.0.3. teatr tamaşasından və onun bəzi hissələrindən digər tamaşalarda istifadə olunmasının, teatr tamaşasının texniki vasitələrin (teleradio yayımı, kabel televiziyası və s.) koməyi ilə efirə verilməsinin, istənilən maddi daşıyıcılara yazılışının və həmin yazılışların təkrarən əks etdirilməsinin şərtlərini müəyyənləşdirmək» və eləcə də digər məsələlər prodüserin hüquqlarına aiddir.

Qeyd edək ki, prodüser-teatr tamaşalarının hazırlanmasının və (və ya) nümayişini təşkil edən, maliyələşdirən hüquqi və fiziki şəxsdir.

«Teatr və Teatr Fəaliyyəti Haqqında» Azərbaycan Respublikasının Qanununda önəmli bir maddə kimi göstərilən teatr prodüserliyinin teatrlarımızda hansı formada özünü göstərməsi maraqlıdır. Azərbaycan teatrlarının prodüseri varmı? Bu prodüserlər tamaşaların təşkilini, nümayişini, biletlərini satışını və s. necə həyata keçirir?

Araşdırmamız zamanı bəlli oldu ki, qanunda mövcud bənd təsbit olunsa da, onun icrası həyata keçirilmir. Yəni teatrlarımızda nə prodüser ştatı var, nə də prodüserlər. Təbii, ştat olmayandan sonra prodüser hardan olasıdır ki...

«Bu gün Azərbaycanda prodüserlər yoxdur»


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, tanınmış teatr mütəxəssisi Bahram Osmanovla əlaqə saxlayıb, onun mövzu ilə bağlı fikirlərini öyrəndik. B.Osmanov «Bakı-Xəbər»ə açıqlamasında teatrımızın prodüserlik kimi yaralı yerinə toxundu. B.Osmanov «Teatr və Teatr Fəaliyyəti Haqqında» Azərbaycan Respublikasının Qanununu təqdir edərək bildirdi ki, bu qanunvericilik sənədi çox mükəmməldir və gərəklidir: «Qanun çox gözəl qanundur və burada göstərilənlər teatrın inkişafına yönəlib. Burada prodüser sənəti haqda da xüsusi maddə var. Ancaq təəssüflər olsun ki, Azərbaycanda prodüserlik sənəti, məktəbi yox dərəcəsindədir. Prodüserin adı var, vəzifələri də göstərilib, amma onun görəcəyi iş maliyyə ilə bağlı olduğu üçün problem yaradıb. Prodüserə imtiyazlar verilmir. O, pulu hardan tapacaq, özümü pul qoyacaq, yaxud yatırdığı maliyyədən hansı yolla gəlir götürəcək? Bunun mexanizmi yoxdur. İlk olaraq işlək mexanizm olmalıdır ki, bu məktəb də yaransın. Azərbaycanda prodüserlik məktəbi sıfır səviyyəsindədir. Prodüserlik məsələsi təkcə teatra aid deyil, bu, mədəniyyətin bütün sahələrini əhatə edir. Bu heç bir sahədə yoxdur, inanmıram ki, yaxın gələcəkdə də olsun. Çünki yenə də deyirəm, mexanizm yoxdur».

B.Osmanov bildirdi ki, hazırda teatrlarda tamaşanın maliyyəsi, onun nümayişi və s məsələlərlə teatr rəhbərləri və inzibatçıları məşğul olur.

«Bir nəfər teatr prodüseri var...»


Tanınmış aktyor-rejissor, istedadlı səhnə adamı Nicat Kazımov da «Bakı-Xəbər»ə açıqlamasında bu sahədə boşluq olduğunu bildirdi. N.Kazımovun sözlərinə görə, indiyə qədər dövlət teatrlarında prodüserlik edən bir nəfər də mütəxəssis yoxdur: «Ümumiyyətlə, qanunda prodüser sənəti haqda maddə var. Ancaq teatrda prodüserə rast gəlməmişəm. Tamaşalara bilet satışı ilə teatrların inzibatçıları məşğul olur. Azərbaycanın dövlət teatrlarında prodüserlər yoxdur. Tamaşalar teatrların daxili gücü, nazirliyin sifarişilə səhnəyə qoyulur. Mən özəl sektorda çalışan bir prodüser tanıyıram, o təkdir. Müsahib bəy adlı bu prodüser maraqlı layihələr həyata keçirir. Mənə də əməkdaşlıq təklif edib. O bir müddət əvvəl «Leyli və Məcnun» layihəsini də həyata keçirdi. Ancaq o təkdir...»

Düşünürük ki, teatr sənəti üçün çox vacib olan bir sahənin, istiqamətin inkişafına böyük önəm veriləcək. Çünki mövcud qanunvericilikdə bu məsələyə xüsusi yer verilib və onun peşəkar fəaliyyətdə icra olunmasına ciddi ehtiyac var. Dünya teatr reallığından kənarda qalmaq olmaz. Prodüserlik inkişaf etməlidir ki, teatr sənətinə maliyyə yatırımları edənlər olsun, bu sahədə çalışan insanlar məşğul olduqları sahədən bəhrələnə bilsinlər. Eyni zamanda da milli teatrlarımız dünya arenasına çıxıb müştərək yaradıcılıq ənənəsinə sahib ola bilsin. Teatrlarımızda prodüserlik istiqaməti inkişaf etsə, xarici teatrlarla da işgüzar münasibətlər yaranar və bizim də ad-sanımıza bələd olarlar...




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ