şənbə günü, 10 oktyabr 2026
     

"Vaxtında titullar qazanmasaydım, gəncliyimdə pul dalınca qaçsaydım..."

Image


Ustad sözü, ustad nəfəsi həmişə dadımıza çatır, əlimizdən tutur, bizə təsəlli olur. Ustadı yanar bir ocağa, gur işığa, hikmət xəzinəsinə bənzətmək olar ancaq. Çağdaş aşıq sənətinin yiyəsi, sahibi olan bu ustadların sayı elə də çox deyil, amma sanbalları, sənət meydanındakı çəkiləri misilsizdir, ölçüyəgəlməzdir.
Bir sıra titullar sahibi, Prezident təqaüdçüsü ustad aşıq Mahmud Məmmədov aşıq sənətinin müqəddəs, etibarlı ünvanlarından biridir. Ustadın adı çəkilən yerdə ağlımızdan ilk keçən aşıq Mahmudun salğarı, ləngəri, dərin biliyi, zəkası, fəhmi, aşıq sənətinin sirlərinə sahibliyi, eləcə də onun sazı, aşıqlığı gənclik həvəsi və sevgisilə sevməsi olur. Ustad müqəddəs sazımızı yüksəklikdə saxlayır və onu vicdanla təbliğ edir, öyrədir. Birmənalı şəkildə deyə bilərəm ki, aşıq Mahmud hazırda aşıq sənətinin ən işıqlı ünvanıdır ki, gənc saz-söz həvəskarları, aşıq olmaq istəyənlər o ünvanı yaxşı tanımalıdır, ondan bəhrələnməlidir.
Eşitdim ki, aşıq Mahmud Məmmədov ağır əməliyyat keçirib, çox pərişan oldum, keyfim pozuldu. Ağır ləngərli, danışığının, söz-söhbətinin yerini bilən, ədəb-ərkan məktəbi olan ustadın ömrünün payız çağında ağrı-acı ilə üzləşməsi üzdü ürəyimi. Ustad aşığın əməliyyat olunması bütün aşıq sənəti vurğunlarını narahat etdi. Demək olar ki, aşıq Mahmud sənətinin pərvanələrinin hamısı ustaddan xoş xəbər, müjdə gözləyir. Ustadın görüşünə getdim. Getdim ki, onunla həmsöhbət olub hazırkı vəziyyətini, aşıq sənətilə bağlı düşüncələrini, istəklərini əziz sazsevərlərə çatdıram. Çünki bu gün aşıq Mahmud Məmmədovun sazına, sözünə, nəsihətinə böyük ehtiyac var.
"Ürəyim həmin ürəkdir..."
Aşıq Mahmud və həyat yoldaşı Aybəniz xanım məni çox böyük qonaqpərvərliklə qarşıladı, ustadı gümrah görüb lap sevindim. Aşıq Mahmudun qıvraqlığı, tezliklə sağalıb ayağa durması, sazı sinəsinə alıb "Dilqəmi" havası ilə könlümüzü xoş etməsi ürəyimi dağa döndərdi... Ustad aşığın səsi də, barmaqları da həminkidir, xəstəlik ondan heç nə qopara bilməyib. Aşıq dedi ki, həyat çox gözəldir, ancaq onun qısalığı insanın ondan tam olaraq zövq ala bilməməsilə nəticələnir: "Ürəyim həminkidir, heç dəyişməyib. Çünki Xudavənd-aləm onu elə xəlq edib ki, ürək dəyişmir. Hissim də həminkidir, duyğum da. Özü də ki, dünya bal kimi şirindir, aldadıcıdır. Gərək elə yaşayasan ki, nəfsə qul olmayasan. Heç zaman nəfsə aldanmadım... İş elə gətirdi xəstələndim. Əlbəttə, atalar deyir ki, xəstəlik də can zəkatıdır, baş verə bilər, ancaq gərək axırı aydınlıqla nəticələnsin, sağlamlıq olsun. Bu yaşımda ağır əməliyyatdan sonra yenidən həyata qayıtdım, balalarımın yanındayam. Allahdan çox razıyam ki, yaxşı balalarım, yaxşı qardaşım, bacım uşaqları var. Hamısı mənim hörmətimi saxlayır, ona görə də Allaha min şükür edirəm. İndi də ürəyimdə təpər var ki, sazı əlimə götürüb çıxışlar edəm, tamaşaçı qarşısına çıxam. Mən əməliyyata gedən gün akademik Əhliman Əmiraslanov soruşdu ki, neçə yaşınız var? Dedim ki, yaşımı neynəyirsən? Mən çalıb oxumalıyam, yaşamalıyam. Yəni dediyim odur ki, adamın ürəyi təmiz olanda Tanrı da onun işini rəvan edir. Qəlb təmiz olmalıdır, bütün diləklərini Allahdan istəməlisən. Mənim belə bir şeirim var:
Əqlin qalib gəlsin nəfsə,
Taleh, bürcün düşməz nəhsə.
Odur mətləb verən hər kəsə,
Səadətini ondan istə...
Bunu elə xəstəlik zamanı yazdım, düşünürdüm ki, bəlkə bir də balalarımla görüşə bilmərəm. Ancaq bununla belə ümidimi Allahdan üzmürdüm. Allahımdan da, sənətimdən də, xalqımdan da, dövlətimdən də çox razıyam. Əlbəttə, dövlətin dəstək verdiyi, qayğı göstərdiyi ustad aşıqlardan biri də mənəm. Təbii, dövlət də bu qayğını mənə sənətdəki zəhmətimə, çəkdiyim cəfalara, göstərdiyim xidmətlərə görə göstərir. Əgər vaxtında titullar qazanmasaydım, gəncliyimdə pul dalınca qaçsaydım, dövlət konsertlərindən yayınsaydım, festivallarda, müsabiqələrdə, dövlət əhəmiyyətli tədbirlərdə iştirak etməsəydim, bu gün çox çətinlik çəkərdim. Mənim titullarım, sənətdəki xidmətlərim rəsmi qurumlara bəllidir, bunlar haqda Mədəniyyət və Turizm Nazirliyində geniş məlumat var. Allahımdan yaşadığım, sağ-salamat olduğum, dövlətimdən mənə Prezident təqaüdü verdiyi, xalqımdan isə mənim sənətimə dəyər verdiyi, məni sevdiyi üçün yerdən göyə qədər razıyam. Bu gün hamı özünü aşıq adlandırır, amma sənəti bilmək kifayət deyil, aşıq olan kəs atdığı addımı bilməlidir, sənətkar hər zaman öz təmiz adını da qorumalıdır. Sənətkar çox şeydən pəhriz olmalıdır. Üzr istəyirəm, cavan vaxtı mən ailəmi, həyat yoldaşımı, qızlarımı maşına oturdub dükan-bazara gedə bilməzdim. Başqa sənət sahiblərini heç kəs tanımır, ancaq aşığı el tanıyır. Sözümün canı budur ki, aşıq olan öz şəxsiyyətini, mənliyini qorumalıdır".
"Aşıq Ələsgər aşıqlığın himnini yazıb"
Ustad dedi ki, aşıq öz əxlaqı, tərbiyəsi, davranışı ilə gənclik üçün bir örnək olmalıdır. Onun sözlərinə görə, abır-həyası olmayan şəxsdən el sənətkarı ola bilməz: "Allah aşıq Ələsgərə rəhmət etsin. O, aşıqlığın himnini yazıb gedib.
Yaxşı hörmət idə, yaxşı ad ilə
Mən dolandım bu Qafqazın elini.
Pirə ata dedim, cavana qardaş,
Ana-bacı bildim qızı- gəlini.
Görün, nə gözəl kəlamdır. Əlbəttə, keçmişdə də, indi də el, xalq aşığın xətrini çox istəyib. Məsələn, bir kənddə bir ixtilaf olanda, dava düşəndə həmin yerə aşığı aparıblar, aşığa görə həmin dava yatırılıb. Aşıq hər zaman qan davalarını yatıran olub. Yadımdadır ki, cavan vaxtlarım idi. Atamın bir qohumu Tovuzun Qaraxanlı kəndindən qız götürüb qaçmışdı, qızı da oğlanın əlindən almışdı, oğlanı tutdurmaq istəyirdilər. Oğlan tərəf atamın yanına kömək üçün gəlmişdilər, gecə ilə getdim ora. Mənim ora getməyimə görə qızın atası oğlanı həbs etdirmədi. Dediyim odur ki, mən məmur deyildim, vəzifəm yox idi, amma bir sazın, sənətin hörmətinə bu iş baş verdi. Camaat aşığa həmişə güvənc yeri, ümid yeri kimi baxıb. Mən köhnə ustadların şəxsiyyətini də çox uca gördüm. Onlar çox sanballı kişilər idi. Aşıq sənətinin adət-ənənələrini, qaydalarını saxlamaq lazımdır".
"Aşıq Mahmud, ancaq elə bil indi o ənənə itmək üzrədir, ustadların qaladığı ocaqları söndürmək istəyənlər yox deyil..." - deyə ustaddan soruşduqda o bildirdi ki, bu hal onu da incidir, amma bu səbəbsiz deyil, o səbəbi aradan qaldırmaq lazımdır. Ustad aşıq hesab edir ki, buna yol açan başlıca amil ustad-şəyird münasibətlərinin pozulmasıdır: "Bu halı ustadsızlıq törədir. Ustadlardan biri deyib ki: "Könül qulluq eylə kamil ustada, ustad görməyənin işi xam qaldı" (Qul Allahqulu). Ustad aşığa təkcə çalıb oxumağı, dastan danışmağı öyrətmir, ona bütün həyatın incəliklərini öyrədir. Oturmağı, durmağı, danışığının yerini bilməyi şəyirdə ustad öyrədir. Bilirsiz, bəzən elə məclis ola bilər ki, biri bir sual verər, ustaddan əvvəl xam, hələ bişməmiş şəyird ona cavab verər, bu halda ustad deyər ki, a bala, nə bilirsən, mən o sualın cavabını bilirəm, ya bilmirəm, cavab vermirəmsə, demək məsləhət deyil. Ustad onda belə bir bayatı çəkir:
Usta kar,
Haqq özüdür usta kar.
Ərşdə bir sirr gördüm,
Şəyird laldır, usta kar.
Şəyird burdan öz payını götürür, başa düşür hər şeyi. Odur ki, şəyird lal, kar olmalıdır, sadəcə öyrənməlidir. Biz hər cür məclis görmüşük, məclisdə hər şey olur, ustad görmüş aşıq gərək bir söhbətlə, bir sözlə o məclisin səs-küyünü yatırsın. Aşıq yetişməlidir, özünü məclisdə aparmağı, məclisi idarə etməyi bacarmalıdır. Bu gün gənc aşıqların ustad yanına getməməyinin bir neçə səbəbi var. Onlardan biri vaxt qıtlığıdır, o biri isə məclislərdə tələbkarlığın olmamasıdır. Bu gün məclisə gedən gənc aşıqdan təcnis təhlili soruşsalar, dastan istəsələr, qəliz sözlər, kəlamlar sifariş versələr, onlar gəlib aşıq Mahmudu və digər kamil ustadları axtarıb tapacaq və öyrənəcək. Təəssüf ki, zamanın hökmü başqadır. İndi beş-altı hava bilir, barmağı da var, uşaqlıqdan öyrənib, beş altı da söz oxuyur, eli var olsun, el də ona pul verir. Pul da onu şirnikdirir və ustad onun yadına düşmür. Niyə? Çünki onu məclislərdə "sıxıb suyunu çıxarmırlar". Bir tərəfdən, tələbkar tamaşaçının, dinləyicilərin olmaması gənclərin ustad yanına gəlməməsinə səbəb olur. Gərək cəmiyyət də aşıq sənətini qorusun. Dövlətimizin də, alimlərimizin də, ziyalılarımızın da fikri var ki, aşıq sənəti yaşasın.
Mən özüm gözü yolda, qulağı səsdəyəm ki, nə ola bir qabiliyyətli, istedadlı gənc ola, ona aşıqlığın sirlərini öyrədəm. Bu gün aşıq sənətində ustad sayılan üç-dörd aşıq qalıb. Mən anlaya bilmirəm ki, bizlər olmasaq, gənclər dastanları kimdən öyrənəcək? Ona görə də gərək cəmiyyət aşıq sənətini qoruya və sevə. Bu sənət çox qiymətli sənətdir. Aşıq sənəti tarixdə bir neçə dəfə büdrəyib, amma yenə ayağa durub. Aşıq sənəti 16-cı əsrdə də sarsılıb, ancaq Şah İsmayıl Xətai onu qaldırıb. Şah Abbasın dövründə də büdrəyib aşıqlıq, o vaxt Şah Abbas "saz" deyənin dilini kəsib, qolunu vurdurarmış. Ancaq sənətin kökü olduğu üçün yenidən qalxıb inkişaf edib. Aşıq sənəti həqiqəti, haqqı sevir. Aşıq sənəti əyləncə deyil, xalqı düzgün yola dəvət edən bir sənətdir ".
"Aşıq İmran olmasaydı..."
Aşıq Mahmud ustadı aşıq İmran Həsənovdan da danışdı. Dedi ki, aşıq İmran olmasaydı, bəlkə də o, aşıq sənətində ustad ola bilməzdi: "Allah rəhmət etsin İmrana, aramızda iki yaş fərq olmasına baxmayaraq, mən atamdan sonra onu özümə böyük sayırdım, ağsaqqalım bilirdim. İmran o qədər ciddi, o qədər tələbkar adam idi ki, hər şeyə diqqət yetirirdi. O olmasaydı, mən aşıq ola bilməzdim. Çox utancaq idim, məndən aşıq olmazdı. O məni güclə aşıq etdi. İmran bizə gəlib oxuyanda utanıb çölə çıxırdım ki, ağsaqqalların yanında o, saz çalıb oxuyacaq, onun yerinə tərləyirdim. Dilsiz-ağızsız bir gənci İmran aşıq etdi, İmranın yanında püxtələşdim, yetişdim".
"Ustad, bu gün aşıq sənəti müxtəlif musiqi məktəblərində, ali məktəblərdə tədris olunur. Buna münasibətiniz necədir?"- deyə ustaddan soruşduq, aşıq Mahmud bildirdi ki, müəllim aşıq məsələsi ustad-şəyird adına yapışmır, yad bir məsələdir. Ustad hesab edir ki, müəllim aşıqlar heç vaxt ustad kimi şəyird yetişdirə bilməz: "O gün aşıqlardan birinə sual verirlər ki, indi ustad-şəyird münasibətləri varmı? Deyir ki, yoxdur, indi ustad-şəyird yoxdur, indi müəllim-şagirdlik var. Müəllim və şagird münasibətləri heç bir dərəcədə ustad-şəyird ənənəsini əvəz edə bilməz. Mən indi də sazı əlimə alanda böyük ustadların hamısı gözümün qabağına gəlir. Azərbaycan dövləti aşıq sənətinə böyük dəyər verir. Bu gün aşıq sənəti beynəlxalq aləmdə tanınır. İndi internet saytlarında aşıqların ifası yayılır. Mənim ifamda "Abbas və Gülgəz" dastanına film çəkilib, hazırda ona hər yerdə qulaq asırlar".
İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ