şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanda yeni teatr - "Dastan" teatrı...
Tarix: 12.03.2014 / 08:56
Bölmə: Mədəniyyət
Dastan yaradıcılığı Azərbaycan ağız ədəbiyyatının əsas qollarından, janrlarından biri kimi özünü minilliklər boyudur ki, göstərə bilir. Şifahi xalq ədəbiyyatımızda yaşı bilinməyən dastanlar çoxdur. Həmin dastanlar insanların yetişməsində, formalaşmasında müstəsna rol oynayır. Bu da bəllidir ki, dastanlar aşıq yaradıcılığı ilə sıx vəhdət təşkil edir.
Biz xalqımızın məhəbbət və qəhrəmanlıq dastanlarını el aşıqlarının repertuarından eşitmişik. Yazıya alınıb kitaba çevrilən dastanlar da aşıqların dilindən köçürülüb. Dastançı aşıqlarımız çox olub. O aşıqlar xalqımızın qədim tarixini, söz mədəniyyətini özündə ehtiva edən dastanları məclislərdə və efirlərdə tamaşaçılara çatdırıblar. Aşıq özündə bir neçə cəhəti birləşdirməlidir. Bu işin öhdəsindən 20-30 il əvvəlki aşıqlar çox uğurla gəlirdi... Aşıq həm saz çalıb oxumağı bacarmalıdır, həm gözəl nitqə malik olmalıdır, həm də dastan danışmaq məharətinə sahiblənməlidir. Hesab edin ki, məclisdə, efirdə dastan danışan aşıq bir mahir aktyora bənzəməlidir. Aşığın özündə aktyorluq qabiliyyəti güclü olmalıdır ki, o, dastanı mükəmməl şəkildə dinləyiciyə çatdıra bilsin. Aşıqlar olub ki, bu tələbə cavab verib və dastançı aşıq kimi özünü təsdiqləyə bilib. Məsələn, aşıqlar bütün obrazların dilində danışmağı bacarıblar. Əlbəttə, bu da onların yüksək istedadından, ustadlığından irəli gəlib. Mütəxəssislərin fikrincə, dastançılıq ənənəsinin yaşaması üçün keçmiş zamanlarda, illərdə münbit şərait olub. Daha doğrusu, dastanlar ustad vasitəsilə şəyirdlərə öyrədildiyi üçün onların canlı qalması mümkün idi. Hər aşığın şəyirdi öz ustadından öyrəndiyi dastanı özünəməxsus formada çatdıra bilirdi. Aşıq sənətini yaxından izləyən tamaşaçılar və mütəxəssislər yaxşı bilir ki, hazırda dastan danışılması, dastançılığın təbliği aşağı səviyyədədir. Həyatda olan ustad aşıqlara da çox zaman efirlərdə dastan danışmaq üçün şərait yaradılmır. Yaradılanda da zaman məhdudiyyəti qoyulur ki, bu da onların istənilən dastanı mükəmməl şəkildə çatdırmasına əngəl törədir. Vaxt vardı ki, televiziyada (AzTV) "Dastan axşamları" olardı və ustadlar dastan danışardı. Ancaq indi o ənənə davam etdirilmir... Son zamanlar Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə Dövlət Filarmoniyasında müasir aşıqların iştirakı ilə "Dastan axşamları" keçirilir. Ancaq bu gecələr tam olaraq dastan təkiyəçiliyini ehtiva edə bilmir. Bu mənada ki, o dastanları danışan aşıqlar onu lazımi səviyyədə çatdıra bilmir. Düzdür, çağdaş dastan danışan aşıqların sırasında bu dastançılıq tələblərini ödəyənlər yox deyil, ancaq onların barmaq sayı olması və yetirmələrinin olmaması narahatlıq yaradır. Bugünkü gənc aşıqların çoxunun dastana meyl göstərmədiyi bəllidir. Az sayda maraq göstərənlərin bir qismi ustadlardan bəhrələnməyə can atır, bir qismi isə kitablardan öyrənir. Təbii ki, kitab dililə dastan danışmaq çox gülməli və bayağı görünərdi. Dastanlar xalq dili ilə sıx bağlıdır və o canlı dildə danışılmalıdır.
Artıq bəzi mütəxəssislər təkliflər irəli sürür ki, Azərbaycan dastançılıq ənənəsini yaşatmaq üçün yeni tədbirlər görülməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, görkəmli folklorşünas, professor Məhərrəm Qasımlı həmmüəllifi olduğu "Musiqi xəzinəsi" verilişində bildirib ki, dastan yaradıcılığının inkişaf etdirilməsi üçün ən optimal yol "Dastan" teatrının yaradılmasıdır. Onun fikrincə, "Dastan" teatrının yaradılması xalqımızın folklor mədəniyyətinə, aşıq yaradıcılığına verilən böyük töhfə olardı. Məsələnin maraqlı olduğunu nəzərə alıb, bununla bağlı professor Məhərrəm Qasımlının fikirlərini genişləndirdik. Onun sözlərinə görə, "Dastan" teatrının yaradılmasının ancaq aşıq sənətinə xeyri dəyə bilər: "Aşıq sənətinin əsas qolu olan dastançılığın yükək səviyyədə inkişafına böyük ehtiyac var. Ustad sənətkarların dünyadan köç etməsi nəticəsində bir qədər dastançılıq inkişafdan dayandı. Hesab edirəm ki, dastançılığın inkişafı üçün "Dastan" teatrının yaradılmasına ehtiyac var. Düşünürəm ki, burada dastanlarımız aktyorların iştirakı ilə səhnələşdirilsin. Yəni dastanlarda aşıqlarla yanaşı, aktyorlar da iştirak etsinlər. Bu çox maraqlı alınar. Dastanlardakı hadisələri aktyorlar danışar, personajları onlar canlandırar, çalıb oxumaq hissəsini isə aşıqlarımız ifa edərlər. Mənə belə gəlir ki, bu teatrın mövcudluğu dastanlarımızın həyatında mühüm rol oynayacaq".
Azərbaycan Aşıqlar Birliyinin mətbuat katibi, tanınmış jurnalist Musa Nəbioğlu "Bakı-Xəbər"ə açıqlamasında "Dastan" teatrı ideyasını dəstəklədiyini dedi: "Mənim bu işə münasibətim müsbətdir. Bilirsiz, hər bir ideyanın reallaşmasının sonu maliyyəyə bağlı olur. "Dastan" teatrı yaradılması ideyası da özlüyündə alqışlanası ideyadır, ancaq bunu yaratmaq Aşıqlar Birliyinin imkanları xaricindədir. Çünki bunun üçün hər şeydən əvvəl müvafiq yer və maddi vəsait lazımdır. Maddi imkanları yol verirsə, Folklor İnstitutu da yarada bilər, Aşıqlar Birliyi də üzərinə düşən köməyi göstərər. Amma Aşıqlar Birliyi üçün ayrıca bina tikildikdən sonra, təbii ki, biz bu istiqamətdə işlər görməyə çalışacağıq".
Qeyd edək ki, bəzi mütəxəssislərin fikrincə, "Dastan" teatrı AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyət göstərməlidir ki, bu sahəyə peşəkar nəzarəti olsun.
Bu gün Azərbaycan xalqının yaddaşında mühüm səhifə olan dastanlarımız var ki, bədnam ermənilər onlara iddialıdır. Məsələn, onlar "Əsli və Kərəm", "Aşıq Qərib" kimi dastanları öz adlarına çıxırlar. Hətta 2011-ci ildə ermənilər "Aşıq Qərib" dastanının onlara mənsub olması iddiası ilə YUNESKO-ya müraciət edib, bu dastanın erməni adı ilə qeydiyyata alınmasına çalışıblar. Lakin erməni yalanını Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ifşa edərək bu məsələnin qarşısını alıblar.
Onu da bildirək ki, bir-iki xırda həcmli dastan aktyorların ifasında təqdim edilib. Bu, aşıq Ələsgərin həyatı ilə bağlı dastan olub. Deyək ki, çox effektli bir tamaşa kimi yadda qalıb. Bəzi mütəxəssislər hesab edir ki, artıq teatr rejissorları dastan-tamaşalarının hazırlanmasına meyl göstərməlidir. Dastan-tamaşaların böyük auditoriyası ola bilər. Bilirik ki, dahi Üzeyir Hacıbəyov Azərbaycan məhəbbət və qəhrəmanlıq dastanlarından bəhrələnərək özünün şah əsərlərini - "Əsli və Kərəm", "Koroğlu" operalarını yaradıb. Əslində, bu ona işarədir ki, dastanlarımızın teatrlaşmış şəkildə təqdimatı maraqlı alınar. Hesab edirik ki, həyatda olan ustad aşıqların repertuarındakı dastanlar həm onların iştirakı ilə müstəqil şəkildə, həm də ayrıca aktyorların da iştirakı ilə lentə alınmalıdır. Bizə belə gəlir ki, hər bir dastanın təbii aşıq repertuarında yaşaması mütləqdir və vacibdir. Eyni zamanda da müəyyən dastanlar eksperiment üçün peşəkar rejissorlar tərəfindən səhnələşdirilməlidir, burada aktyorlarla yanaşı, aşıqlarımız da rol almalıdır. Biz bu məsələni gündəmə gətirməklə ciddi bir məsələyə aidiyyəti qurumların diqqətini yönəltmək istədik. Yəqin ki, "Dastan" teatrının yaradılması məsələsi reallaşacaq. Bu, xalqımıza gərəkdir.
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
Tarix: 10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı
- nəyə nail oldunuz…
10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər...
- VİDEO
10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…
10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...
10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi
- Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…
10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj
- ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…
10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...
10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- FOTO
10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar
- FOTO
10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
- FOTO
10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi
10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...
10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...
10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
- SƏRƏNCAM
10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır
- ABŞ administrasiyasına çağırış edildi...
10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi"
- ABŞ Prezidenti
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ