şənbə günü, 20 iyun 2026
     

Qələmini cəmiyyətin ovqatı üstə kökləyən satirik...

Image


Xeyrəddin Qoca cəmiyyətin və insanların ağrıyan yerini yaxşı tanıyır. O bu ağrıların içində yaşayır illərdir. Yazıçı insanların daxili aləminə bələd olmasa, onların içdiyi suyun dadını bilməsə, aldığı havanı ciyərlərində hiss etməsə, heç zaman mükəmməl əsər yarada bilməz. Xeyrəddin Qoca qələmini, yazmaq məharətini cəmiyyətin ovqatı üstə kökləyən bir yazıçı-dramaturq, satirikdir.    Xeyrəddin Qoca indiyə qədər günün nəbzini tutan və dünən, bu gün, bəlkə də sabah üçün aktual olacaq məsələlərə ayna tutur. Bu güzgüdə eybəcər görünənlər bizim yanımızda, yaxud bizdən beş-on addım uzaqda olanlardır. O adamlar başqa planetdən gəlməyiblər, Yer üzünün Azərbaycan adlı məmləkətinin insanlarıdır.    Ədəbi axına keçən əsrin 70-ci illərində "Kirpi" jurnalında çap edilən "Hədiyyə" hekayəsi ilə qoşulan Xeyrəddin Qoca 40 ildən çoxdur ki, öz qələmilə cəmiyyətimizin, insanlığın təəssübünü çəkir. Xeyrəddin Qocanın "Filankəslər" və "Biz-bizə bənzərik" satirik hekayələr kitabı, deyərdim ki, vaxtaşırı vərəqlədiyim kitablardandır. Xüsusən də "Biz-bizə bənzərik" kitabı acı həqiqətlərə açılan qapıya bənzəyir. O qapıdan içəri girdikdə çox qəribə mənzərənin(lərin) şahidi olursan. Sanki zaman heç dəyişməyib, Mirzə Cəlilin, Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Xeyrəddin Qocanın personajları Üzeyir Hacıbəyovun qəhrəmanlarına bənzəyir. Yəqin ki, Xeyrəddin Qocanın tənqid obyekti olan bu insanlar keçən zamanda klassiklərimizin böyük ürək yanğısı ilə təsvir etdiyi tiplərin xələfləridir. Bəzən elə insanların da bir neçə əsr sonra xələfləri, davamçıları olur. Burada söhbət genetik yaxınlıqdan getmir, əməl yaxınlığından gedir.    Bilirik ki, X.Qocanın indiyə qədər "Filankəslər", "Hərə öz payını götürsün", "Marallar", "Bu dünyadan məktublar", "Gərək yazam", "Pyeslər", "Bu da belə həyatdır", "Biz-bizə bənzərik" kitabları, barəsində "Həyati proseslərin axarında", "Xeyrəddin Qoca" (foto-kitab), "Ömür belə keçir" nəşrləri işıq üzü görüb. Dramaturqun "Hərənin öz payı" adlı satirik komediyası Akademik Milli Dram Teatrında tamaşaya qoyulub, "Qonşulaşma, qohumlaşma, kirvələşmə" komediyası Azərbaycan Televiziyasında ekranlaşdırılıb, "Düzü-düz, əyrini-əyri", "Bu bizim zəmanədir", "Toy olacaq" pyesləri Milli Radioda səhnələşdirilib.    Yanvarın 29-u tanınmış yazıçı-dramaturq, ictimai xadim, jurnalist-publisist Xeyrəddin Qocanın doğum günüdür, yazıçı ömrünün 65-ci ilinə qədəm qoyur, uğurlu və mübarək olsun!!!        Kökdən düşməyən qələm...    Xeyrəddin Qoca satirik yazıçıdır, onun gördüklərini elə hamımız görürük, ancaq gördüklərimizi Xeyrəddin müəllim kimi ipə-sapa düzə bilmirik. İstəsək də bacarmırıq, çünki o vəziyyəti ifadə etməyə, xarakterləri olduğu kimi təqdim etməyə duzlu, eyni zamanda da tənqidi yerində yazmağı bacaran qələm lazımdır. O qələm də ki, Xeyrəddin Qocanın əlindədir.    X.Qocanın həyatı ağır olub, keşməkeşli ömür yaşayıb, indi də o qarışıqlığın, çətinliyin içində yaşamağa davam edir. Cəmiyyətimizdə özünü müəyyən şəxslərin timsalında göstərən mənəvi deqradasiya prosesi bir vətəndaş yazıçı kimi Xeyrəddin Qocanın qələmindən yayına bilmir. Yazıçının qələmi hər zaman aktual problemləri qabardır, pisi-pis, əyrini-əyri, düzü-düz adı ilə yazır. O hər şeyi, hər kəsi öz adı ilə çağırmağı bacarır. Sözsüz ki, hər kəs də öz adını, əməlini yaxşı tanıdığından, Xeyrəddin müəllimin satirik aynasında özünü görür. Ona görə də "Hərə öz payını götürsün" deyə "dost"larına üz tutur. Xeyrəddin Qocanın qəhrəmanlarının hamısı, demək olar ki, bir-birinə bənzəyir, eyni zamanda da bir-birini təkrar etmir, hər qəhrəman özü-özlüyündə təkrarsız görünür, çünki yazıçı onların hərəsini oxucusuna öz donunda, libasında, səsində təqdim edə bilir.    Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, millət vəkili Nizami Cəfərov Xeyrəddin Qocanın satirasını təhlil edərək yazır ki, yazıçının tənqid hədəfi daha çox Azərbaycan cəmiyyətinin və Azərbaycan insanının son illərdə "qazandığı" yeni qüsurlardır: "Sözü oldu olmadı qəzet çıxarıb söz demək həvəsi; partiya, cəmiyyətlər yaradıb "üzə çıxmaq" ehtirası, nazir, prezident olmaq mərəzi. Müəllif göstərir ki, həmin ictimai bəlalar hər şeydən əvvəl şəxsiyyəti öldürür, cəmiyyətin harmoniyası üçün əsas şərtlərdən biri olan xarakteri məhv edir".    Xeyrəddin Qocanın qələmi iti, kəsərli bir bıçağa bənzəyir, o, neqativ halları kökündən baltalamağı özünə amal seçib. Qələmi millətin, xalqın dərmansız dərdlərinə çarə axtarır Xeyrəddin Qocanın. Yazıçının qələmi hər zaman yazmağa səfərbərdir və o heç zaman kökdən düşmür. Bizi narahat edən hər bir məsələ Xeyrəddin müəllimin əsərlərində əks olunub.    "Uşaq bağçasında" adlı kiçik satirasında Xeyrəddin müəllim günümüzün ən böyük problemlərindən birini yada salıb. Bilirik ki, bəzi pullu işbazların şəhərin hər yerini zəbt etməkdən gözləri doymur, onlar uşaq bağçalarının, uşaq əyləncə yerlərinin də yerləşdiyi ərazilərə göz dikirlər. Onun "Uşaq bağçasında" satirası da bu məzmundadır:    "Firma müdiri uşaq bağçasına gəldi.    - Bu da mən! Salam, uşaqlar! Müdir mehribanlıq göstərdi. - Siz burada necə dincəlirsiniz? Yaxşı. Çox gözəl. Təzə sakini qəbul edin.    - Bağçanın müdiri nəvazişlə dilləndi:    - Hörmətli müdir, gətirin oğlunuzu bizim bağçamıza.    - Nə oğul? Mən özüm sizin bağçaya gəlmək istəyirəm. Yaşım uyğun gəlmir? Nə olar, bağçaya indiyədək kiçik yaşlılar gəlir, bundan sonra bizim firmanın işçiləri gələrlər.    Sözün qısası, biz bağçanı firmamız üçün alırıq".    Göründüyü kimi, yazıçı burada günümüzün, üz qarası olan bir problemi ictimailəşdirib. Uşaqlarımızın gələcəyinə, sağlam böyüməsinə edilən belə qəsdlər bir deyil, beş deyil, çoxdur. Xeyrəddin müəllimin qəhrəmanları "anadangəlmə istedad"a malik insanlardır, onlar "alıb-verməyi", özlərindən böyüyə, vəzifəliyə boyun əyib, özlərindən zəifləri qarışqa kimi tapdalayan, tox qarınlı mənəviyyatı aclardır.    Xeyrəddin müəllim "Biz-bizə bənzərik" kitabına yazdığı müəllif sözündə üzünü oxuculara tutub maraqlı bir cümlə işlədir: "Əvvəla, kitabı vərəqləməzdən əvvəl lazımdır əsəblərinizin möhkəm olub-olmadırını bir daha yoxlayasınız". Bəli, onun yazılarını oxuyanda oxucuya mütləq mənada ürək həbi tələb olunur, çünki Xeyrəddin Qocanın qəhrəmanları ilə sakit şəkildə ünsiyyətə girmək mümkünsüzdür. İstənilən yazını, hekayəni, romanı oxuyarkən oxucu qəhrəmanlarla psixoloji cəhətdən əlaqədə olur. Bəzən sənə elə gəlir ki, yazıçının personajı məddahdır, dəstəbazdır, nadandır, insanların düşmənidir, rüşvətxordur, el malına kəm baxandır...        Yazıçı haqqında yazılanlar...    Keçən il "Yazıçı" nəşriyyatı "Yalnız yazılan qalacaq" seriyasından Xeyrəddin Qocaya həsr edilən "Həyati proseslərin axarında" adlı kitab nəşr edib. Kitabda Xeyrəddin Qocanın həyat və fəaliyyəti əksini tapıb. Burada satirik yazıçının, Milli Məclisin sabiq deputatı, Azərbaycanın İstanbuldakı sabiq baş konsulunun, jurnalistin, yazıçının, nəhayət, böyük ziyalının görünən və görünməyən tərəfləri dostlarının ürək sözlərində işıqlanıb. Kitabda məqalələr də var, məktublar da, təbriklər də.    Xeyrəddin Qoca haqqında elə şəxsiyyətlər, fikir adamları elə söz deyib ki, o sözün çəkisi, sanbalı çox dəyərli və ölçüyəgəlməzdir.    Filologiya elmləri doktoru, professor, məşhur ədəbiyyatşünas Pənah Xəlilov deyir: "Mən Xeyrəddin Qocanın əsərlərini oxuyanda Əbdürrəhim bəy Haqverdiyevin "Marallar"ı yadıma düşür. Demək istəyirəm ki, Xeyrəddin Qocanın əsərlərində o kişinin ruhu yaşayır. Onun açdığı, qoyduğu cığırı Xeyrəddin Qoca indi öz əsərlərində yaşadır".    Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın fikrincə isə, satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır: "Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən, heç kimdən qorxmur".    Xeyrəddin Qocanın yaradıcılığına, ədəbiyyatımızda, ictimai fikrimizdə tutduğu mövqeyə yüksək dəyər verən akademik İsa Həbibbəyli zəmanəmizin tanınan satiriki haqda belə yazır: "Yazıçı Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli təmsilçisidir. Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq onun satirik nəsrinin ana xəttidir. Ədib Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın "marallar"ının bədii obrazlarını yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin Qocanın "marallar"ı həm də Molla Nəsrəddin "marallar"ının xələfləridir. O, satirada qüdrətli yazıçı və vətəndaş, publisist Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır..."        "Onun sözü göz önündədir..."    Yazıçının sözünə şərik olanlar həm söz aləmində, həm də bu aləmdən kənarda həddən artıq çoxdur. Xeyrəddin Qoca hansı tribunadan çıxış edirsə, mütləq tamaşaçı, dinləyici ayaq saxlayıb onu dinləmək istəyir . Xeyrəddin müəllimin hər zaman yararlı söz demək gücü, qeyrəti ictimaiyyətin ürəyincədir.    Respublikanın əməkdar jurnalisti, tanınan şairə-yazıçı, publisist Flora Xəlilzadə yazır: " Onun sözü də, özü də göz önündədir. Duyduğum odur ki, Xeyrəddin Qoca çox maraqlı, orijinal fikirli bir müsahibdir. Ütülü danışıq, nədənsə çəkinmək, barlanmaq istəyi, kiməsə xoş gəlmək onun təbiətinə tamam yaddır. Torpağına, ailəsinə, ən başlıcası, qələminə bağlı bir insandır..."    Xeyrəddin müəllimə deyəndə ki, Sizin ad gününüzlə bağlı yazı hazırlamaq istəyirik, təşəkkür etdi. Ancaq bir şeyi xahiş etdi ki, Siz Allah, məni çox tərifləməyin... Biz də onun sözünə əməl edib tərifdən yan keçdik. Çalışdıq ki, tanınan yazıçı, dramaturq, satirik, ictimai xadim Xeyrəddin Qocanın portretini boyasız, tərifsiz - olduğu kimi cızaq. İndi buna nə qədər nail olduq, deyə bilmərik. Burada əks olunan fikirlər Xeyrəddin Qocanın əziz bildiyi insanların dost boğçasından göndərilən paydır, ərmağandır. Bunlar sadəcə gözəl arzulardır. Bir də ki, Xeyrəddin müəllim həmişə "hədiyyə almağı yox, hədiyyə verməyi xoşlayır". Bunu özü deyir.    Tanrı Sizə ürəyiniz istəyən qədər ömür, sağlam canla, bax belə saf ruhla yaşamaq qismət etsin.    
İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

20.06.2026 / 10:43
ABŞ kəşfiyyatından Trampa Netanyahu xəbərdarlığı – bu ehtimal çox yüksəkdir...

20.06.2026 / 10:19
ABŞ Prezidentindən şok İsrail açıqlaması - “…mən nə deyirəmsə onu edirlər”

20.06.2026 / 10:13
Reuters: “Sanksiyaların ləğvi ilə SEPAH-ın biznes imperiyası böyük qazanc əldə edəcək”

20.06.2026 / 10:10
Tramp: “İran razılaşmasa, onları xoşbəxt etməyəcək addımlar atacağıq”

20.06.2026 / 09:58
Tramp Xameneyinin yaralanmasına görə təəssüfləndiyini dedi...

20.06.2026 / 09:20
DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi

20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı

20.06.2026 / 07:47
“Başladığımız yerə döndük” - Barak Obama

20.06.2026 / 07:35
Ukrayna XİN rəhbəri Polşa Komandir Xaçından imtina etdi - Gərginlik artır…

20.06.2026 / 07:13
Kuba rəhbərini də Maduronun aqibəti gözləyir? - Heqset mümkün sayır…

20.06.2026 / 07:03
Polşa Prezidenti Zelenskini ən yüksək dövlət mükafatından məhrum etdi - Tuskun reaksiyası gündəmdə…

19.06.2026 / 23:12
İran ABŞ-ı açıq təhdid etdi - bu dəfə daha sərt şillə yeyəcəklər...

19.06.2026 / 22:50
Vətənə tuşlanan düşmən gülləsinə sinəsini sipər etdi – Elvin Şahmarlı

19.06.2026 / 22:37
İlham Əliyev 3 super dövlətin birgə keçmiş siyasətini cəsarətlə ifşa etdi...

19.06.2026 / 22:15
AB edamlara görə İranı tənqid etdi

19.06.2026 / 21:54
Bir gündə onlarla gəmi: Hörmüz boğazında canlanma müşahidə olunub

19.06.2026 / 21:30
Azərbaycanın üstündən daşınan yük 15-dən 30 milyon tona çatdırılacaq...

19.06.2026 / 21:06
Qarabağ münaqişəsinin bu qədər uzanmasının unikal səbəbi... dünya eşitdi...

19.06.2026 / 20:47
Azərbaycanın Ermənistanla siyasətinin 2 əsas prinsipi bəyan edildi - “unutmayacağıq” və “yenidən qisas almayacağıq”...

19.06.2026 / 20:32
Çingiz Əsgərov Avropa Məhkəməsinin anti-Azərbaycan qərarlarını tutarlı arqumentlərlə alt-üst etdi...

19.06.2026 / 20:15
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ