şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Qəlbindən gözlərə nur paylayan insan-Paşa Qəlbinur
Tarix: 06.03.2014 / 16:08
Bölmə: Mədəniyyət
Əlləri hər gecə işığa həsrət qalan gözlərin yuxusuna girib o gözlərə zərrə-zərrə işıq paylayır. Əlləri gecə yüzlərlə bəbəyə nur çiləyir onun. Bəlkə də ilahinin qismətidir ki, ona həm şəfalı əllər, həm büllur ürək, həm də insaf verib. İnsaflı adamdır Paşa Qəlbinur. Şərlə-qaranlıqla mübarizədən onu qalib çıxaran ürəyidir, bir də ona pənah gətirən insanlara bəslədiyi sevgidir. Paşa Qəlbinurun qapısı hər zaman açıq olur. Çox maraqlı haldır ki, kasıblar, kimsəsizlər, möhtac olan göz xəstələri başqa göz cərrahlarının yanına getmir, onlar Paşa Qəlbinurun qapısına gəlir. Paşa Qəlbinurun belə insanlara həssas münasibəti, qayğısı hədsizdir. Bunun dəfələrlə şahidi olmuşuq. Xəstələr şəfa bulacaqlarına ümid etdikləri üçün onun yanına gəlir. Allah adamıdır Paşa Qəlbinur, çünki belə olmasaydı, Tanrı onun əllərinə, ürəyinə ilahi işıq, möcüzə bəxş etməzdi. İdraklı adamdır, qələmi də, sözü də işıqlıdır. Həkimliyilə şairliyi, yazıçılığı arasında sirli bir bağlılıq var. Ürəyində iki işıq gələn yer var onun-biri sözüdür, biri isə insanlara şəfa verən əlləridir. Paşa Qəlbinurla tanışlıq, onunla ünsiyyət insanlara xüsusi enerji verir. Bu enerji bir-iki saata tükənmir, insanı bir neçə gün izləyir. Paşa müəllimlə dəfələrlə ya görüşüb, ya da zəngləşib müxtəlif məsələlər ətrafında müzakirələr aparmışıq. O, yazılarına daha çox bənzəyir, şair var ki, yazısı ilə arasında dağla dərə qədər fərq var, ancaq biz bunu qətiyyən Paşa müəllimə aid edə bilmərik. Paşa Qəlbinurun yazılarında diqqətçəkən hədsiz humanizm ruhu və mübarizə, cahad (cihad) var. İnsanın öz daxilində, batinində gizlətdiyi, az qala hər gün aşkara çıxardıb var etdiyi cahad Paşa Qəlbinurun şeirinin, duyğularının və esselərə çevrilən ovqatının, yazmaq eşqinin ana axarında dayanır. Bir neçə gün əvvəl Paşa Qəlbinurun hələlik son kitabı olan "İdrak ətri" esselər toplusu ilə tanış oldum. Kitabı oxuduqca burda özüm üçün də, oxucular üçün də maraqlı fikirlər, yanaşmalar kəşf etdim. Bu yazılarda mücərrədlik, qaranlıq heç nə yoxdur, həm fəlsəfi esselər, həm də portret esselər (deyim ki, portret essenin Azərbaycanda ilk müəlliflərindən biri Paşa Qəlbinurdur-İ.S) qəlbimdə yeni duyğu qatları yaratdı. Əslində, onun yazdıqları yeni xəbərlər deyil, ancaq hamının yanaşa bilməyəcəyi, hamının ifadə edə bilməyəcəyi bir ruhda, dildə, yəni öz duyğusunun, sevgisinin, nifrətinin, xatirəsinin dilində yazıb Paşa Qəlbinur... Bu yazılar insanın gah yaddaşına sərinlik çiləyir, gah düşündürür, gah ağladır, gah haldan-hala salır, gah miskin günə salır, gah da nifrət atına mindirir. Bu esselərdə Azərbaycan və dünya insanının obrazları işıqlandırılıb. Hər bir qəhrəmanın da həyat yolunda bir cahad, yəni qəhrəmanın cahadı ifadə olunub. Cahad yaşamaqdır, özünü müdafiə etməkdir, evini, elini qorumaqdır. Paşa Qəlbinurla görüşüb, bu xeyirsevər insanın qonağı olmaq, onunla dərdləşmək, fikir mübadiləsi aparmaq çox xoşdur mənə. Paşa müəllimlə budəfəki söhbətimiz bir az tələsik oldu, deyərdim ki, onu bir qədər atüstü söhbətə də bənzədə bilərsiz... Paşa müəllim cərrahiyyə əməliyyatına tələsir, onu işığa həsrət qalan bir cüt göz gözləyirdi, söhbətimizdən dərhal sonra o, qaranlıqla-Əhrimənlə mübarizəyə gedəcəkdi... Paşa Qəlbinur yazarkən yazısının hansı janrda olacağını öncədən planlaşdırmır. Şair dedi ki, sadəcə, fikirlərini kağıza köçürməyə tələsir, yazının hansı janrda olması isə öz-özünə, təbii şəkildə yaranır: "Əvvəlcə yazını konkret hansısa bir janrda yazmağı düşünmürəm. Mən yazını yazıram, necə ki, əlindən bir badya süd tökülür və axıb çuxura gedir, yazı da elədir, yazırsan, o öz janrını tapır. Yalnız yazının qaranlıqda başlığını görürəm, sonra o bir kəndir kimi mənim ürəyimdən, içimdən sökülüb gəlir". Paşa Qəlbinurun fəlsəfi esselərində dünyaya, ədalətsizliyə, haqsızlığa bir səsləniş, etiraz, üsyan var. "İdrak ətri" kitabında dünyanın siyasi mənzərəsi də əks olunub. O, mərhum İraq lideri Səddam Hüseynlə bağlı "Səddam" essesində insanlıqla mübarizə aparan bir "Tikrit yetimi"nin obrazını yaradıb. O bildirdi ki, bir yazar olaraq məlum obyektə, məlum hadisəyə fəlsəfi nöqteyi-nəzərdən baxıb: "Həyat həm də cəmiyyətdən, insanlardan, təbiətdən, siyasətdən ibarətdir. Esselərdə həm poetik qanadlanma var, həm sərbəstlik var, həm nəsr var, həm də fəlsəfə, həm də həyatın özü var". Paşa müəllim, vaxt vardı ki, şairlərin şeirlərini, yazılarını qəzetlərdən, kitablardan tapıb böyük sevgilə oxuyardıq, bir şairin kitabının çıxmasını həsrətlə gözləyərdik, amma bu gün mənzərə dəyişib. İndi kitab oxuyan da, şeir oxuyan da azdır. Oxucularla necə ünsiyyət tapırsız? Şair bildirdi ki, öz yaradıcılığında oxucu qıtlığı hiss etmir və oxuculardan razıdır: " Əslində, hər oxucunun yazılarını axtardığı, izlədiyi öz müəllifləri var, onlar o yazarları yadda saxlayırlar. Bu baxımdan, siz dediyiniz oxucu problemi az görsənir. Sübut olunmuş fikrə görə, başqa ölkələrlə müqayisədə, bir neçə ölkəni çıxmaq şərtilə, Azərbaycanda kitabxanalara müraciət edənlərin, qəzet-jurnal alanların, kitab oxuyanların sayı azdır. Ancaq bu da var ki, respublikamızda ziyalılar, başqa insanlar arasında kitab oxuyanlar çoxdur. Başqa bir tərəfdən, əsərlər müxtəlif xarici dillərə də tərcümə olunur. Bu anlamda da yazarlarımızın oxucu auditoriyası artır. Mənim "Qara su" romanım 2009-cu ildə rus dilində çıxdı. Bu kitaba görə Avropadan, İsraildən, Amerikadan, başqa ölkələrdən məktublar aldım. Onların çoxu Rusiyadan başqa ölkələrə miqrasiya edən şəxslərdir. Hətta o məktubların bir hissəsi çap da olundu. Professor Felin maraqlı bir məqaləsi də vardı, İsraildən yazmışdı, onun bu yazısını bizim qəzetlər çap etdilər. Hər yazarın öz oxucusu var. Zaman etibarilə əgər bu yazılar həqiqidirsə, əyarı yüksəkdirsə, oxucuların sayı artır, əhatə genişlənir. Bu yaxınlarda "525-ci qəzet"də mənim "O" essem çap olundu. Yazı çıxandan sonra 20-dən artıq ziyalı mənə zəng edib. Bu "İdrak ətri" kitabından sonra yazdığım ilk essedir. Bu yazıya çox ciddi yanaşmışam. Burada mənə məxsus yeni fikirlər var, siz də oxuyarsız. Məni oxucu problemi sıxmır. Bir yazıya görə ölkənin üzdə olan adamları, professorlar, elm-ədəbiyyat xadimləri zəng edib yazı haqda fikirlərini deyirlərsə, demək, o oxunur ki, fikir bildirilir". Paşa Qəlbinur hər yazının sevincini ürəkdən yaşamağı, ondan mənəvi ləzzət almağı bacaran şairdir, alimdir. Onun fikrincə, övladın iməkləyib, sonra ayağa durub addım atması valideyni hədsiz dərəcədə sevindirdiyi kimi, yazı da yazarı elə sevindirir: "Yazı da qələm adamının övladıdır. Yazı çıxır, onu oxuyurlar, sənə tərif deyirlər-bu çox xoşdur, bu, mənəvi bir sevincdir". Paşa Qəlbinurun "Cahad" essesini həyəcansız, göz yaşısız oxumaq, haldan-hala düşməmək mümkün deyil. Bu esseni oxuyan hər kəs hiss edir ki, o, Qarabağ, dünya haqqında yazılan ən gözəl essedir. Hətta xalq yazıçısı Mövlud Süleymanlı deyir ki, Qarabağ mövzusunda bundan gözəl, bundan yaxşı yazı yazılmayıb, yazılmayacaq da, bu yazı göydən gəlib... Bizim bir cahad borcumuz var Vətənə, bizim hələ qarşıda Qarabağ davamız var. Paşa Qəlbinur deyir ki, cahad mütləq səfərbərlikdir: "Hər bir fərdi xarakterizə edən bir məsələdir səfərbərlik. Adam qadındırsa, onun həyat yoldaşının, qayınata və qaynanasının, övladlarının, kişidirsə, yenə eyni qayda bir fərd olaraq mütləq səfərbər olması vacibdir. Əgər bir adam mütləq səfərbər deyilsə, (orduda buna yüksək döyüş hazırlığı deyilir-P.Q) o adam özünü müdafiə edə bilməz. Əgər bir adam mütləq səfərbər olmağı bacarırsa, o qeyrətli adamdır, bir adam nə qədər tənbəldirsə, bir o qədər biqeyrətdir, istər kişi olsun, istərsə də qadın, bir adam nə qədər zəhmətsevərdirsə, bir o qədər qeyrətlidir. Qeyrət deyilən şey səfərbərlikdir, səfərbərliyin isə ədəbi adı isə cahaddır, ona bəzən cihad da deyirlər. İnsan özü hər gün cahad vəziyyətində olur, bu vəziyyətə düşür, yaxud bu vəziyyətə düşmək istəyirsə, demək o qeyrətli adamdır. Tələbədirsə, nə qədər yorğun olsa da, mütləq dərsini oxumalıdır ki, gələcəkdə yaxşı mütəxəssis olsun, yaxşı mütəxəssis olmasa, ac qalacaq. Cahad insan fizionomiyasının bir formuludur, eyni zamanda da vacib atributudur. "Cahad" essesini məclislərdə Mikayıl Mirzə çox gözəl deyirdi, indi də deyirlər. "Cahad" əslində Xocalıdan da kənara çıxır. Düz deyirsiz ki, "Cahad" bizim xalqımız üçün gərəkli bir atributa çevrilib. Düzü, "Cahad" bütün dünya insanına aiddir". Paşa Qəlbinur bir tibb professoru olduğu üçün oftolmologiya sahəsində bir sıra nailiyyətlərə imza atdığı, dərman ixtira etdiyi üçün onun çağdaş səhiyyəmizlə bağlı fikirlərini də eşitmək maraqlı oldu: "Bizim səhiyəmiz inkişaf etmiş ölkələrin səhiyyəsinin keçdiyi yolu keçir. Bu gün səhiyyənin xidmət formaları müxtəlifdir. Səhiyyəmizin vəziyyəti yaxşıdır. Bu gün bizdə tibb sahəsində çox yüksək səviyyəli mütəxəssislər yetişir. Bu gənclərin bəziləri ölkəmizdə oxuyur, bəziləri xaricdə oxuyur, sonra ölkəyə gəlir. Biz özümüz Moskvada oxumuşuq. Elm üçün uzağa da getmək, hər şeydən məhrum olmaq da lazımdır. Həkimlik də ən çətin sənətlərdəndir. Mənim özümün də məhrumiyyətlərim çox olub". Paşa Qəlbinurun qapısı hər zaman ümidsiz, bir az da kasıb xəstələrə açıq olur, hətta o, özəl klinikalarda işləyəndə belə, o xəstələrə güzəşt etməyi bacarır. Paşa müəllim deyir ki, o xəstələr Paşa Musayevin yox, Paşa Qəlbinurun yanına gəlir: "Mənim biznesim yoxdur, həkiməm. Mənə də yemək, geyinmək lazımdır, bunun üçün isə işləməliyəm, pul qazanmalıyam. Ancaq buna baxmayaraq, Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının, Bəstəkarlar İttifaqının, �urnalistlər Birliyinin üzvlərinə, bu sahədə təmsil olunanların hamısına 20 ildən artıqdır ki, təmənnasız kömək edirəm. Bura kasıb təbəqə də aiddir. Həm dövlət müəssisəsində, həm də özəl klinikalarda çalışıram ki, bu insanlara gücüm çatan dərəcədə kömək edəm. Darda qalan müxtəlif adamlar mənə müraciət edir. Mənim özümün də çətinlikdə, darda qaldığım vaxt olub". Qapısını açan hər kəsin dərdinə çarə bulmağı özü üçün bir həyat, fəaliyyət missiyası sayır Paşa Qəlbinur. Onun qapısı işıq gələn tərəfidir dünyanın... O işıq heç vədə sönməsin, o sönsə, bizim ümidlərimizə də kölgə düşər...
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
Tarix: 10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı
- nəyə nail oldunuz…
10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər...
- VİDEO
10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…
10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...
10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi
- Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…
10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj
- ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…
10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...
10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- FOTO
10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar
- FOTO
10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
- FOTO
10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi
10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...
10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...
10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
- SƏRƏNCAM
10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır
- ABŞ administrasiyasına çağırış edildi...
10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi"
- ABŞ Prezidenti
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ