şənbə günü, 15 avqust 2026
     

Təbrizdən gələn aşıq...

Image


Güney Azərbaycan sazın zirvələrə ucaldıldığı bir məkandır. Bu gün aşıq sənəti güneydə də çox güclü şəkildə inkişaf edir, yeni aşıq nəsli yetişir. Bu günlərdə coğrafi baxımdan uzaq, lakin könül yaxını olan yolları qət edərək Təbrizdən Bakıya gələn tanınmış aşıq İsa Qaraxanlının keçirdiyi bir məclisdə oldum. Aşıq İsa, gənc olmasına baxmayaraq, aşıq sənətini özünə görə bilən, havaları yerli-yataqlı çalıb-oxumağı məharətlə bacaran bir aşıqdır.
Təbrizdə yaşayır, ancaq tez-tez də bu tay Azərbaycana gəlib məclislər aparır, televiziya və radio verilişlərində çıxış edir.
Onu da deyim ki, aşıq İsa bir neçə il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda çalışıb. Həm aşıq, həm də folklor tədqiqatçısı kimi özünü göstərən sənətkar ağız ədəbiyyatımızın toplanması sahəsində az iş görməyib. Güney Azərbaycanın zəngin folklor soraqlarını toplayan İsa Qaraxanlının (Təbrizli) aşıqlıqla bərabər aktyorluğu, şeir yazmaq qabiliyyəti də var. Folklor araşdırmaları ilə məşğul olan İsa Təbrizli Güney Azərbaycanın atalar sözlərinin, zərb məsəllərinin, nağıllarının, bayatılarının, aşıq sənəti ilə bağlı incilərini xəlqi mahiyyətini elmi prinsiplərlə araşdırıb, türk ruhunun ölməzliyini əsaslandırıb. Ancaq İsa Təbrizlini narahat edən Güney Azərbaycanın zəngin folklorunun hələ də istənilən səviyyədə toplanmaması, kitablaşdırılmamasıdır.
Aşıq İsa bu barədə belə deyir: "Güney Azərbaycan folkloru ümumən Azərbaycan folklorunun, mədəniyyətinin cövhərini özündə çox gözəl yaşadır".
Güney Azərbaycanda aşıq sənətinin inkişafından danışan İsa Təbrizli bildirir ki, buradakı aşıq məktəbləri, mühiti ilə bağlı zəngin nümunələr hələ də ciddi şəkildə araşdırılmasını gözləyir. Aktyorluğa gəlincə, İsa 2001-ci ildə "Koroğlu" filminə çəkilib. "Şah İsmayıl Xətai", "Yəhya bəy Dilqəm", "Cavad xan" filmlərində də çəkildiyini deyən İsa Təbrizli aşıq sənətinin bütün mühitlərinə bələdliyindən qürur duyduğunu deyir: "Tovuz, Qazax, Şirvan, Gəncə, Gədəbəy, Borçalı, Təbriz və başqa məktəblərin üslub xüsusiyyətlərini, havacatlarını əzbər bilirəm. Şirvanda aşıq Vüqar Mahmudoğlu ilə birgə kaset buraxmışıq. Güney Azərbaycanda məşhur olan aşıq havacatlarını, habelə güneydə xalq arasında yaşayan 14 dastanı burada yazdırmışıq".
Aşıq İsa bildirib ki, o dastanlar burada hafizələrdə, demək olar, yox idi. O, Güney Azərbaycanda - Qaradağ mahalında ifa edilən 18 havacatın lentə alınmasını isə gözəl hadisə hesab edir: "Məni Azərbaycan dinləyicisinə ilk dəfə Elxan Məmmədli "Sarıtel" verilişində tanıdıb. Güney Azərbaycandakı havacatları buradakı soydaşlarımıza sistemli şəkildə təqdim etməyimizin əhəmiyyəti odur ki, bunlar itmək təhlükəsindən qurtarır, ölməzlik qazanır".
Qayıdaq aşıq İsanın aşıqlıq fəaliyyətinə. Aşıq İsanın repertuar seçimi çox zəngindir və burada klassik havaların üstünlük təşkil etməsi diqqətçəkən məqamdır. İndi Təbrizdə də, Bakıda da aşıqlıqla məşğul olan aşığın şirin və yanıqlı səsi çaldırı havalar dinləyəni valeh edir. Aşıq İsa aşıq sənətinin bütün mühitlərindən bəhrələnməyi bacarıb. O bu gün ayrı-ayrı aşıq mühitlərinə xas havaları çalıb oxuyur. İsanın çox maraqlı dastan danışımı qabiliyyəti, baməzə söhbətləri də var. O elə bir aşıqdır ki, məclisin nəbzini dərhal tutur və ifasını həmin axara kökləyir. Aşıq İsa yanıqlı havaları elə oxuyur ki, elə bil canından imtahan verir. Nakam aşiqlərin taleyini yaşayan, obrazını canlandıran İsanı dinləyəndə onun ifasının başa çatmasını istəmirsən. Elə havalar var ki, aşıq onu daha təsirli oxuyur. Aşıq İsanın məclisində olanda qonaqlardan biri dedi ki, aşıq qardaş, sazını bir "Dilqəmi" üstə kökləsənə. Aşıq qonağın sifarişini susqunluqla qarşıladı, sonra da qəfil dilləndi: "Siz gərək mənə "Dilqəmi"ni sifariş verməyəydiniz. Bu havanı çalıb-oxumaq çətindir mənə. Adətən "Dilqəmi" sifariş ediləndə oxumaqdan yayınıram. Çünki mənim taleyim biçarə Dilqəmin taleyinə yaman bənzəyir. Amma madam ki, israr edirsiz, oxuyaram".
Aşıq sazı sinəsinə basıb nakam aşiq Yəhya bəy Dilqəmdən oxudu, ürəklərimizi deşdi aşıq bu çalğısı ilə. Aşıq "Yurd yeri", "Baş sarıtel", "Ruhani", "Dübeyti" kimi dinləyici ürəyini fəth edən havalar ifa edərək bizi sazın-sözün qanadlarında başqa bir dünyaya apardı. Təbrizdən gələn aşığın dünyasıydı həmin dünya. Onun saz-söz boğçası doludur. O bizim yanımıza sazla-sözlə gəlib.
Aşıq İsa Bakını çox sevir. Deyir ki, Bakı da ona Təbriz qədər əzizdir. Bir zamanlar yaşayıb işlədiyi bu şəhərdə aşığın çox xatirələri var. Aşıq İsa, sazın, sözün var olsun, qardaş!



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ