şənbə günü, 10 oktyabr 2026
     

"Sənət dözüm tələb edir"

Image


Tamaşanın başlanmasını bildirən üçüncü zəngin çalınmasına az qalıb. Bir azdan Dövlət Musiqili Komediya Teatrında "Evlənmə" tamaşası oynanılacaq. Bu günlərdə "Əməkdar artist" fəxri adına layiq görülən Emma Məlikova Qoqolun məşhur əsərində Alina Pantelemonovna obrazı ilə tamaşaçıların görüşünə gəlir.
Qrim otağında oturub növbəti dəfə səhnəyə çıxmağa hazırlaşan istedadlı aktrisa ilə söhbətləşirik. 1949-cu ildə anadan olan Emma Məlikova 1976-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirib. Gözəl vokal səsə (metso-soprano) malik olduğuna görə tələbə ikən o zamankı Dövlət Musiqili Komediya Teatrının aktyor truppasına qəbul olunub. Bir neçə illik fasiləni çıxmaq şərtilə elə o vaxtdan bu teatrda çalışır.
Doğma teatrın səhnəsində Nargilə (Fikrət Əmirov, Məhərrəm Əlizadə "Gözün aydın"), Жalə (Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik"), Ballı (Oqtay Kazımi, Ramiz Heydər "Qızıl toy"), Mülayim (Zakir Bağırov, Məcid Şamxalov "Qaynana"), Nabat (Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Özümüz bilərik"), Səlbi (Səid Rüstəmov, Məmməd Səid Ordubadi "Beş manatlıq gəlin"), Kəblə Qubadın arvadı (Üzeyir Hacıbəyov "Ər və arvad"), Təşəkkür (Ramiz Mustafayev, Cahangir Məmmədov "Volqalı canan"), Səməni (Süleyman Ələsgərov, İsi Məlikzadə "Subaylarınızdan görəsiniz"), Qızbacı (Emin Sabitoğlu, Sabit Rəhman "Hicran"), Yengə (Üzeyir Hacıbəyov "O olmasın, bu olsun"), Xumar ( Sərdar Fərəcov, Əziz Nesin "Şəhərdə manyak var") kimi müxtəlif rollar ifa edib.
- Emma xanım, yəqin ki, tələbəlik illərini yaxşı xatırlayırsınız...
-Əlbəttə. 1972-ci ildə Dövlət İncəsənət İnstitutuna qəbul olundum. Axşam şöbəsində təhsil alırdım. Çox gözəl müəllimlərim, istedadlı kurs yoldaşlarım olub. 1976-cı ildə təhsilimi başa vurub diplom aldım, buna baxmayaraq, hələ ikinci kursda oxuyandan - 1974-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işə qəbul olunmuşdum. Bu da hər sənət adamına nəsib olan xoşbəxtlik deyildi. O zamanlar teatrımızın səhnəsində görkəmli sənət xadimləri çalışırdı. 3 il teatrda işlədim.
- Bəs niyə belə az?
- Bunun da səbəbləri var idi. Daha doğrusu, şəxsi həyatımla bağlı məsələ idi. Artıq ailə həyatı qurmuşdum, oğlum dünyaya gəlmişdi. Ona görə də bir müddət səhnədən ayrı qalmalı oldum.
- Bu fasilə uzunmu çəkdi?
- Düz dörd il. 1981-ci ildə yenidən doğma teatra qayıtdım və rollar oynamağa başladım. Şükür Allaha ki, o vaxtdan bu günə qədər də fasiləsiz çalışıram, tamaşalarda müxtəlif obrazlar yaradıram.
- Yaratdığınız obrazlardan biri də "Hicran" tamaşasındakı Qızbacıdır. 1993-cü ildə Sabit Rəhman və Emin Sabitoğlunun birgə yaradıcılıq məhsulu olan bu əsərin yeni quruluşunda siz Qızbacını ifa etmisiniz. 1970-ci ildə bu rolu səhnəmizin korifeylərindən sayılan Nəsibə xanım Zeynalova yaradıb...
- Nəsibə xanım kimi qüdrətli sənətkardan sonra Qızbacını oynamaq asan məsələ deyildi. Nəsibə xanım elə nəhəng aktrisa idi ki, onu nə təkrarlamaq olurdu, nə də üstələmək. Azərbaycan səhnəsinə, kinosuna ikinci bir Nəsibə Zeynalova gəlməyəcək. Qızbacı roluna gəlincə, çalışdım ki, bu obrazı özünəməxsus şəkildə yaradım.
- Müsahibələrinizin birində demişdiniz ki, məni Nəsibə Zeynalovaya oxşadırlar...
- Demişdim. Axı mən onun qızıyam. Rəhmətlik Nəsibə xanım özü həmişə mənə deyirdi ki, sən mənim qızımsan... Nəsibə xanım həm böyük sənətkar, həm də gözəl insan idi. Onun haqqında saatlarla danışmaq olar. Ruhu şad olsun.
- Teatrda oynadığınız rollardan hansını daha çox fərqləndirərdiniz?
- Şəxsən mən rollarımdan heç birini digərindən ayırmaq istəmirəm. Çünki hamısı mənim üçün əzizdir. Böyük rolu da, epizodu da özünəməxsus oynamağa çalışmışam.
- Hər halda Gülcahan rolu sizi daha çox tanıtdırdı...
- "Qaynana" serialındakı qatıqsatan Gülcahan tez populyarlaşdı. Televiziyanın imkanları teatrla müqayisədə daha genişdir. Teatra gəlməyən, səhnədəki rollarımı görməyən teleserialdakı oyunumu görən kimi bəyənir, yadda saxlayır. İndi hara gedirəm, hamı deyir ki, Gülcahan gəlir. Hətta balaca uşaqlar belə Gülcahan xala deyib qabağıma qaçırlar. Uzun illər teatrda çalışan aktrisa üçün bəlkə də bu hissləri yaşamaq bir qədər çətindir. Lakin mən çətinlikdən qorxan deyiləm, çünki çox dözümlü insanam. Məhz bu dözümün, səbrin sayəsində sənətdə qalmışam, fəxri ada layiq görülmüşəm. 65 yaşımda "Əməkdar artist" fəxri adına layiq görüldüm. Bu, yubileyimə də yaxşı bir hədiyyə oldu. Dövlətimizin başçısına, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, teatrımızın direktoruna, çiyin-çiyinə çalışdığım iş yoldaşlarıma minnətdarlığımı bildirirəm. Bir də tamaşaçılara təşəkkürümü çatdırmaq istəyirəm.
- Yaşınız və fəxri adınız imkan verir ki, gənc aktrisalara məsləhət verəsiniz. Onlara deyiləcək sözünüz varmı?
- Əgər bu sənətdə uğur qazanmaq istəyirlərsə, çətinliklərə dözməyi bacarmalıdırlar. Sənətdə heç nə asanlıqla əldə olunmur.
- Uzun fasilədən sonra teatrınızın binasında təmir işləri başa çatdı, yenidən tamaşaçılarla müntəzəm görüşmək imkanı yarandı. Sizi hansı tamaşalarda görəcəyik?
- Təmirdən sonra teatrımızda çox gözəl şərait yaradılıb, hər şey yüksək səviyyədədir. Ən əsası isə daimi tamaşaçılarımızla daha tez-tez görüşə bilirik. İndi bir azdan "Evlənmə"də səhnəyə çıxıram. Repertuarımızdakı 5 tamaşada rolum var. "Qızıl toy" yeni quruluşda hazırlanır. Bu tamaşada əvvəllər baş rolda oynamışam. İndi isə Nabat rolunu həvalə ediblər. Görək də, sağlıq olsun...



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ