şənbə günü, 10 oktyabr 2026
     

Milli balabanımız niyə "qan ağlayır"?

Image


Qulaqlarımıza dolan qədim səslər bizimlə əcdadlarımız arasında sehirli bir əlaqə yaradır. Bu səsləri eşidəndə, istər-istəməz, diksinirik, özümüz də bilmədən xəyala dalırıq, alt şüurumuzda bizdən əvvəlki nəsillərin ruhları danışır. Qədim türklər mövcud olduqları gündən musiqi səsilə danışmağa başlayıb. Ürəklərini dələn dərdləri, nisgilləri, mübhəm duyğuları musiqi sədasına kökləyiblər.
Balaban bu duyğuların ən arxaik tərənnümçüsünə çevrilib. Balaban aləti milli alətlərimiz sırasında elə bir yer tutur ki, onu sadəcə sözlə ifadə etmək çətindir. Gərək o alətin səsini, onda dillənən sızıltıları, göynərti verən sədanı qulağınla eşidib, ürəyinlə hiss edib, ağlınla dərk edəsən ki, onun yerini də müəyyən edə biləsən.
Musiqi ədəbiyyatından, tarixi mənbələrdən aldığımız məlumata görə, balaban Azərbaycanın qədim xalq musiqi alətidir. Bəli, hətta onun sazdan da əvvəl yarandığı haqda səhih məlumatlar var.

"Yastı balaban", qəmli "mey"...

Balabanı dinləyəndə heyran qalırsan ki, bu sadə taxta parçası özündə nə böyük ürək yaşadır. Demək ağacın da ürəyi var. Ürəyi olmasaydı, bu boyda hikmət yarada bilməzdi. Balaban türk-Azərbaycan mədəniyyətində ayrı bir dünyadır. Ona el arasında "yastı balaban", "balaman" və "mey" də deyirlər. Bildirək ki, yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur.
"Balaban" sözünün mənasına gəlincə, qeyd edildiyinə görə, "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir.
Balabanın qədim milli musiqi alətimiz olduğunu sübut edən yüzlərlə dəlil, sübut var. Onlardan yalnız bir-ikisini xatırlatmaq istəyirik. Məlumatlara görə, Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış, e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılıb. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında, eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.

"Əzizim balabanı, asta çal balabanı..."

Balaban aləti xalqımızın həyat tərzində, düşüncəsində özünə yer tutmaqla yanaşı, həm də böyük bir mədəniyyət hadisəsidir. İnsanlar onu mədəniyyət hadisəsinə çevirməmişdən əvvəl öz sirdaşı, ürək dostu bilib. Nənələrimiz oğul dərdini çəkə bilməyəndə balabandan kömək istəyib ki, bəlkə balaban onun dərdinə çiyin verə bildi.
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı...
Balaban anaya oğul qaytarmayıb, amma sızıltısına şərik olub. Anaların göz yaşı quruyanda balaban ağlayıb və ağladıb...

Balabanda yenilik...

Balaban milli musiqi alətimiz zaman-zaman təkmilləşdirilib, inkişaf etdirilib. Milli musiqi araşdırmaçılarının verdiyi bilgiyə görə, İsmayıllıdan olan tanınmış milli nəfəs alətləri ifaçısı və bərpaçısı usta Əlicavad milli səslənmə xüsusiyyətlərini nəzərə alaraq, 4 yeni balaban növü yaratdıb. Həmin alətlər özünün qeyri-adi zəngin temb keyfiyyətlərinə görə hazırda xalq çalğı alətləri orkestrinin tərkibini daha da zənginləşdirə bilər.

Balaban "duduk" ola bilməz...

Bilirik ki, milli musiqi alətlərimizi, mahnılarımızı, mədəniyyətimizin incisi sayılan şedevrləri başqa xalqlar, toplumlar da mənimsəyirlər. Onların sırasında, təbii ki, tarixi torpaqlarımızı işğal edən ermənilər ön sırada dayanır. Onlar hazırda balabanı da hədəfə alıb, öz adlarına çıxmağa başlayıblar. Təəssüflər olsun ki, erməni saxta təbliğatının nəticəsidir ki, dünyada balaban bəzən "erməni düdüyü" kimi tanınmaqdadır. Üstəlik, balabanla ifa olunan "Sarı gəlin", "Gözəlim sənsən", "Sən gəlməz oldun" və sairə Azərbaycan mahnıları mənimsənilərək öz adlarına çıxarılmağa çalışılır. Lakin onların bu saxta təbliğatının qarşısı Azərbaycan musiqiçiləri tərəfindən alınır. Onu da qeyd edək ki, hazırda balabanı Azərbaycandan kənarda tanıdan məşhur balaban ifaçısı Əlixan Səmədov bu aləti Türkiyədə sevdirə bilib. Tarixi kökləri altıncı əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov ermənilərin bütün dünyada "duduk" kimi tanıtdıqları balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək, erməni plagiatlığını ifşa edib. Əlixan Səmədovun bu xidməti danılmazdır.

Balabanın əfsanəvi ifaçıları-onu yaşadanlar...

Azərbaycan xalqı tarixlər boyu adlı-sanlı musiqiçilər, balaban ustaları yetişdirib. Tarixdə ad qoyan balabançıların fəaliyyəti unudulmazdır. Böyük fəxr hissilə deyə bilərik ki, balaban sənəti Azərbaycanda həmişə özünün inkişafına görə irəlidə olub. Bu gün balabana respublikamızda maraq olsa da, bu illər əvvəllə müqayisədə bir qədər sönük görünür. Sovet illərində balaban sənətinin elə qüdrətli simaları, tərənnümçüləri olub ki, biz bu gün onları rəhmətlə anırıq. Bu sırada əfsanəvi balabançılar Abbas İsmayılovun və Həsrət Rüstəmovun adını xüsusi çəkmək istəyirik. Çünki onlar öz zamanında çox böyük işlər görüb və özlərindən sonra tükənməz irs, təməli möhkəm məktəb qoyub gediblər. Bu gün onların yolu ilə gedən balabançılar bu sənəti layiqincə təmsil edə bilir. Təəssüf, onların sayı çox deyil.
Hazırda balaban ustası kimi şöhrət tapan balabançılar bütün güclərini səfərbər edib bu sənəti təbliğ edirlər. Hazırda əməkdar mədəniyyət işçisi, tanınmış balabançı Sərdar Məmmədov, Əlixan Səmədov, Ələkbər Əsgərov, Mübariz Atayev, Babaxan Əmirov, Bəhruz Zeynalov, Şirzad Fətəliyev və başqaları balabanın ustad ifaçıları sayılır.

"Balaban Cənubi Azərbaycanda daha çox inkişaf edib"

Balabandan danışarkən bir həqiqəti unutmaq olmaz. Tarixən balaban sənəti aşıq sənətinin ayrılmaz bir parçası olaraq inkişaf edib. Qazax (bir hissəsində), Borçalı, Ağbaba, Anadolu istisna olmaqla, digər aşıq mühitlərində balaban geniş yayılıb. Bu mühitlərdə müasir dövrdə balaban və saz paralel şəkilə inkişaf etdirilir. Bu gün aşıqların xeyli hissəsi balabanın müşayiətilə çıxış edir. Yuxarıda adlarını qeyd etdiyimiz əfsanəvi balaban ustaları Həsrət Hüseynov da, Abbas İsmayılov da, adlarını qeyd etmədiyimiz digər sənətkarlar da aşıqlarla paralel ifa ediblər. Söz yox ki, onların solo ifaları da olub, ancaq balabanın sazla qoşalığına geniş yer veriblər.
Azərbaycanda balaban sənətinin inkişaf meyllərindən danışan professor Məhərrəm Qasımlı Azərbaycan Televiziyasında həmmüəllifi olduğu "Musiqi Xəzinəsi" proqramında maraqlı bir fikir bildirib. Professor Qasımlının sözlərinə görə, hazırda balaban sənəti Şimali (qüzey) Azərbaycanla müqayisədə Cənubi (güney) Azərbaycanda daha yüksək səviyyədə inkişaf edib. Məhərrəm müəllimin bildirdiyinə görə, hazırda Güney Azərbaycanda çox güclü balabançı nəsli yetişib. Onlar həm aşıqlarla birgə, həm də müstəqil olaraq balaban ifa edirlər. Bu balabançıların peşəkarlıq səviyyəsinin üstün olduğunu deyən M.Qasımlının sözlərinə görə, onların balaban sənətinə marağı böyükdür: "Balaban Cənubi Azərbaycanda daha çox inkişaf edib. Son illər burada çox istedadlı balabançılar yetişib".
Professor onu da bildirdi ki, Cənubi Azərbaycanda da hazırda peşəkar balaban ustaları olsa da, bu sahəyə gənclər arasında meyl zəifdir.
Yeri gəlmişkən, bəzi tədqiqatçılar yanlış olaraq qeyd edirlər ki, balaban sənətinin farslara da aidiyyəti var. Yəni bu alət onların da mədəniyyətinə xasdır. Bu yanlış yanaşmadır. Farslar balabandan istifadə edə bilərlər, ancaq türk aləti olaraq. Məsələ burasındadır ki, fars musiqiçiləri balabanı azərbaycanlı musiqiçilərindən götürüb. Professorun da qeyd etdiyi kimi, Cənubi Azərbaycanda saysız-hesabsız balaban ifaçısı var. Tarixən musiqilərin, alətlərin inteqrasiyası mövcud olub. Ancaq bu heç kəsə əsas vermir ki, bizim qədim alətimizi mənimsəsin.

"İstərdim ki, gənc nəsil balaban sənətinə maraq göstərsin"

Günümüzün məşhur balaban ustası, əməkdar mədəniyyət işçisi Sərdar Məmmədov "Bakı-Xəbər"ə açıqlamasında balaban sənətinin müasir vəziyyəti, inkişafı barədə danışdı.
Onun sözlərinə görə, hazırda balaban sənətinə gənclərin marağı sönükdür":Balaban elə bir alətdir ki, ona gərək könüldən bağlanasan. Buna barmaqarası yanaşmaq olmaz. Sizin fikrinizlə razıyam ki, hazırda balaban ifaçılığına gənclər az maraq göstərir. Bilirsiz, bunun da kökündə maddi məsələ dayanır. İndi gənclər daha çox toylara meyl göstərir ki, gedib ifa etsin, evinə beş-on manat çörəkpulu gətirsin. Balabançının iş yeri yoxdur, əməkhaqqı almır. Bu mənada gənclər çörək dalınca qaçır. İstərdim ki, gənc nəsil balaban sənətinə maraq göstərsin. Bu alətdə böyük bir aləm var. Deyərdim ki, indi gənclər daha çox bizim digər qədim nəfəsli alətimiz olan qara zurnaya meyl göstərir. Hazırda qara zurna çox yüksək inkişaf mərhələsindədir. İnsanlar qədimliyə qayıdır, toylara daha çox qara zurna aparırlar. Onu da sizə deyim ki, balaban aləti zurnadan da, sazdan da çox qədimdir. Heç onun yaşını dəqiq bilən yoxdur. Xalqımız mövcud olandan balaban da mövcud olub. Bu alət Azərbaycan türklərinin ən ilkin alətlərindən biridir".
Balaban sətətini ilk olaraq qardaşı Abbasəli Qələndəroğlundan öyrəndiyini deyən Sərdar Məmmədov sonra balabanla bağlı bilgisini əfsanəvi balaban ustadı Abbas İsmayılov vasitəsilə genişləndirib. Onun sözlərinə görə, eyni zamanda, Rəşid Rüstəmovdan, balabançı Bəşir kişidən, Binnət Məmmədovdan da bəhrələnib":Balaban sənətini öyrənməkdən yorulmamışam. Həmişə öz üzərimdə işləyirəm. Azərbaycanda qüdrətli balaban ustaları çox olub. Ancaq mən Abbas İsmayılovu ən üstün balaban ustadı sayıram. O kişi çox böyük sənətkar olub. Bu gün balabançı kimi də, aşıq kimi də fəaliyyət göstərirəm. Özümün şəyirdlərim də var. Tahir İsgəndərov, Mehman Abbasov və başqa balabançıları yetişdirmişəm. Balaban çox gözəl alətdir və burada xalq və aşıq mahnılarını, havalarını mükəmməl şəkildə ifa etmək olur. Bütün havalar balabanda yüksək səviyyədə alınır. Balabanı solo şəkildə də ifa edirik. Bu da çox maraqlı alınır. Yaxşı dəmkeş olanda meydana mükəmməl ifalar çıxarırıq. Ancaq televiziyalar solo ifalarımıza şərait yaratmır. Şərait yaratsaydılar, balabanı müstəqil bir alət kimi xalqa təqdim edərdik. Mən də, başqa müasir balaban ustaları da bu işi bacarırıq. Balabanda çox yüksək səviyyədə "Çoban bayatı", "Segah" və başqa musiqi nümunələri daha gözəl alınır. Məsələn, "Çoban bayatı"nı həm tütəkdə, həm də balabanda ifa etsək görərsiz ki, bu, balabanda daha yaxşı alınır. Sözümün canı odur ki, bu alətin inkişafına daha ciddi ehtiyac var, gənclər onunla məşğul olmalıdır. Bu gün ermənilər onu mənimsəyir. Ancaq balaban erməni "duduk"u ola bilməz. Bu, balabandır və türkə xasdır. Erməni onu çala bilər, amma ürək o ürək, səs o səs ola bilməz. Mən balaban çalan ermənilərin çoxunu tanıyıram, onlar buradan gedənlərdir. Vaxtilə orkestr və ansambllarda dəmkeşlik edirdilər, indi gedib balabanı "duduk" ediblər. Onlar balabanı mənimsəyə bilməzlər. Çünki bu alətdə onların ruhu danışmır".

"Cənubi Azərbaycanda 500-dən artıq balabançı tanıyıram"

Balaban sənətinin Cənubi Azərbaycanda daha geniş inkişaf etməsi fikri ilə razılaşan S.Məmmədov bildirdi ki, onların çoxunu tanıyır və ünsiyyətdə olub: "Orada balaban sənəti yüksək inkişaf edib. Çox güclü balabançılar var. Onlar aşıqlarla birgə toya da, tədbirlərə də gedir. Mən özüm 500-dən artıq balabançı tanıyıram. Bəziləri də mənim şəyirdimdir. Azərbaycanın hansı bölgəsində olmasından asılı olmayaraq, balaban inkişaf edirsə, sevinməliyik. Bu sənətin inkişafına hamımız çalışmalıyıq".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ