şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Qələmini cəmiyyətin ovqatı üstə kökləyən satirik...
Tarix: 05.03.2014 / 12:12
Bölmə: Mədəniyyət
Xeyrəddin Qoca cəmiyyətin və insanların ağrıyan yerini yaxşı tanıyır. O bu ağrıların içində yaşayır illərdir. Yazıçı insanların daxili aləminə bələd olmasa, onların içdiyi suyun dadını bilməsə, aldığı havanı ciyərlərində hiss etməsə, heç zaman mükəmməl əsər yarada bilməz. Xeyrəddin Qoca qələmini, yazmaq məharətini cəmiyyətin ovqatı üstə kökləyən bir yazıçı-dramaturq, satirikdir. Xeyrəddin Qoca indiyə qədər günün nəbzini tutan və dünən, bu gün, bəlkə də sabah üçün aktual olacaq məsələlərə ayna tutur. Bu güzgüdə eybəcər görünənlər bizim yanımızda, yaxud bizdən beş-on addım uzaqda olanlardır. O adamlar başqa planetdən gəlməyiblər, Yer üzünün Azərbaycan adlı məmləkətinin insanlarıdır. Ədəbi axına keçən əsrin 70-ci illərində "Kirpi" jurnalında çap edilən "Hədiyyə" hekayəsi ilə qoşulan Xeyrəddin Qoca 40 ildən çoxdur ki, öz qələmilə cəmiyyətimizin, insanlığın təəssübünü çəkir. Xeyrəddin Qocanın "Filankəslər" və "Biz-bizə bənzərik" satirik hekayələr kitabı, deyərdim ki, vaxtaşırı vərəqlədiyim kitablardandır. Xüsusən də "Biz-bizə bənzərik" kitabı acı həqiqətlərə açılan qapıya bənzəyir. O qapıdan içəri girdikdə çox qəribə mənzərənin(lərin) şahidi olursan. Sanki zaman heç dəyişməyib, Mirzə Cəlilin, Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Xeyrəddin Qocanın personajları Üzeyir Hacıbəyovun qəhrəmanlarına bənzəyir. Yəqin ki, Xeyrəddin Qocanın tənqid obyekti olan bu insanlar keçən zamanda klassiklərimizin böyük ürək yanğısı ilə təsvir etdiyi tiplərin xələfləridir. Bəzən elə insanların da bir neçə əsr sonra xələfləri, davamçıları olur. Burada söhbət genetik yaxınlıqdan getmir, əməl yaxınlığından gedir. Bilirik ki, X.Qocanın indiyə qədər "Filankəslər", "Hərə öz payını götürsün", "Marallar", "Bu dünyadan məktublar", "Gərək yazam", "Pyeslər", "Bu da belə həyatdır", "Biz-bizə bənzərik" kitabları, barəsində "Həyati proseslərin axarında", "Xeyrəddin Qoca" (foto-kitab), "Ömür belə keçir" nəşrləri işıq üzü görüb. Dramaturqun "Hərənin öz payı" adlı satirik komediyası Akademik Milli Dram Teatrında tamaşaya qoyulub, "Qonşulaşma, qohumlaşma, kirvələşmə" komediyası Azərbaycan Televiziyasında ekranlaşdırılıb, "Düzü-düz, əyrini-əyri", "Bu bizim zəmanədir", "Toy olacaq" pyesləri Milli Radioda səhnələşdirilib. Yanvarın 29-u tanınmış yazıçı-dramaturq, ictimai xadim, jurnalist-publisist Xeyrəddin Qocanın doğum günüdür, yazıçı ömrünün 65-ci ilinə qədəm qoyur, uğurlu və mübarək olsun!!! Kökdən düşməyən qələm... Xeyrəddin Qoca satirik yazıçıdır, onun gördüklərini elə hamımız görürük, ancaq gördüklərimizi Xeyrəddin müəllim kimi ipə-sapa düzə bilmirik. İstəsək də bacarmırıq, çünki o vəziyyəti ifadə etməyə, xarakterləri olduğu kimi təqdim etməyə duzlu, eyni zamanda da tənqidi yerində yazmağı bacaran qələm lazımdır. O qələm də ki, Xeyrəddin Qocanın əlindədir. X.Qocanın həyatı ağır olub, keşməkeşli ömür yaşayıb, indi də o qarışıqlığın, çətinliyin içində yaşamağa davam edir. Cəmiyyətimizdə özünü müəyyən şəxslərin timsalında göstərən mənəvi deqradasiya prosesi bir vətəndaş yazıçı kimi Xeyrəddin Qocanın qələmindən yayına bilmir. Yazıçının qələmi hər zaman aktual problemləri qabardır, pisi-pis, əyrini-əyri, düzü-düz adı ilə yazır. O hər şeyi, hər kəsi öz adı ilə çağırmağı bacarır. Sözsüz ki, hər kəs də öz adını, əməlini yaxşı tanıdığından, Xeyrəddin müəllimin satirik aynasında özünü görür. Ona görə də "Hərə öz payını götürsün" deyə "dost"larına üz tutur. Xeyrəddin Qocanın qəhrəmanlarının hamısı, demək olar ki, bir-birinə bənzəyir, eyni zamanda da bir-birini təkrar etmir, hər qəhrəman özü-özlüyündə təkrarsız görünür, çünki yazıçı onların hərəsini oxucusuna öz donunda, libasında, səsində təqdim edə bilir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, millət vəkili Nizami Cəfərov Xeyrəddin Qocanın satirasını təhlil edərək yazır ki, yazıçının tənqid hədəfi daha çox Azərbaycan cəmiyyətinin və Azərbaycan insanının son illərdə "qazandığı" yeni qüsurlardır: "Sözü oldu olmadı qəzet çıxarıb söz demək həvəsi; partiya, cəmiyyətlər yaradıb "üzə çıxmaq" ehtirası, nazir, prezident olmaq mərəzi. Müəllif göstərir ki, həmin ictimai bəlalar hər şeydən əvvəl şəxsiyyəti öldürür, cəmiyyətin harmoniyası üçün əsas şərtlərdən biri olan xarakteri məhv edir". Xeyrəddin Qocanın qələmi iti, kəsərli bir bıçağa bənzəyir, o, neqativ halları kökündən baltalamağı özünə amal seçib. Qələmi millətin, xalqın dərmansız dərdlərinə çarə axtarır Xeyrəddin Qocanın. Yazıçının qələmi hər zaman yazmağa səfərbərdir və o heç zaman kökdən düşmür. Bizi narahat edən hər bir məsələ Xeyrəddin müəllimin əsərlərində əks olunub. "Uşaq bağçasında" adlı kiçik satirasında Xeyrəddin müəllim günümüzün ən böyük problemlərindən birini yada salıb. Bilirik ki, bəzi pullu işbazların şəhərin hər yerini zəbt etməkdən gözləri doymur, onlar uşaq bağçalarının, uşaq əyləncə yerlərinin də yerləşdiyi ərazilərə göz dikirlər. Onun "Uşaq bağçasında" satirası da bu məzmundadır: "Firma müdiri uşaq bağçasına gəldi. - Bu da mən! Salam, uşaqlar! Müdir mehribanlıq göstərdi. - Siz burada necə dincəlirsiniz? Yaxşı. Çox gözəl. Təzə sakini qəbul edin. - Bağçanın müdiri nəvazişlə dilləndi: - Hörmətli müdir, gətirin oğlunuzu bizim bağçamıza. - Nə oğul? Mən özüm sizin bağçaya gəlmək istəyirəm. Yaşım uyğun gəlmir? Nə olar, bağçaya indiyədək kiçik yaşlılar gəlir, bundan sonra bizim firmanın işçiləri gələrlər. Sözün qısası, biz bağçanı firmamız üçün alırıq". Göründüyü kimi, yazıçı burada günümüzün, üz qarası olan bir problemi ictimailəşdirib. Uşaqlarımızın gələcəyinə, sağlam böyüməsinə edilən belə qəsdlər bir deyil, beş deyil, çoxdur. Xeyrəddin müəllimin qəhrəmanları "anadangəlmə istedad"a malik insanlardır, onlar "alıb-verməyi", özlərindən böyüyə, vəzifəliyə boyun əyib, özlərindən zəifləri qarışqa kimi tapdalayan, tox qarınlı mənəviyyatı aclardır. Xeyrəddin müəllim "Biz-bizə bənzərik" kitabına yazdığı müəllif sözündə üzünü oxuculara tutub maraqlı bir cümlə işlədir: "Əvvəla, kitabı vərəqləməzdən əvvəl lazımdır əsəblərinizin möhkəm olub-olmadırını bir daha yoxlayasınız". Bəli, onun yazılarını oxuyanda oxucuya mütləq mənada ürək həbi tələb olunur, çünki Xeyrəddin Qocanın qəhrəmanları ilə sakit şəkildə ünsiyyətə girmək mümkünsüzdür. İstənilən yazını, hekayəni, romanı oxuyarkən oxucu qəhrəmanlarla psixoloji cəhətdən əlaqədə olur. Bəzən sənə elə gəlir ki, yazıçının personajı məddahdır, dəstəbazdır, nadandır, insanların düşmənidir, rüşvətxordur, el malına kəm baxandır... Yazıçı haqqında yazılanlar... Keçən il "Yazıçı" nəşriyyatı "Yalnız yazılan qalacaq" seriyasından Xeyrəddin Qocaya həsr edilən "Həyati proseslərin axarında" adlı kitab nəşr edib. Kitabda Xeyrəddin Qocanın həyat və fəaliyyəti əksini tapıb. Burada satirik yazıçının, Milli Məclisin sabiq deputatı, Azərbaycanın İstanbuldakı sabiq baş konsulunun, jurnalistin, yazıçının, nəhayət, böyük ziyalının görünən və görünməyən tərəfləri dostlarının ürək sözlərində işıqlanıb. Kitabda məqalələr də var, məktublar da, təbriklər də. Xeyrəddin Qoca haqqında elə şəxsiyyətlər, fikir adamları elə söz deyib ki, o sözün çəkisi, sanbalı çox dəyərli və ölçüyəgəlməzdir. Filologiya elmləri doktoru, professor, məşhur ədəbiyyatşünas Pənah Xəlilov deyir: "Mən Xeyrəddin Qocanın əsərlərini oxuyanda Əbdürrəhim bəy Haqverdiyevin "Marallar"ı yadıma düşür. Demək istəyirəm ki, Xeyrəddin Qocanın əsərlərində o kişinin ruhu yaşayır. Onun açdığı, qoyduğu cığırı Xeyrəddin Qoca indi öz əsərlərində yaşadır". Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın fikrincə isə, satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır: "Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən, heç kimdən qorxmur". Xeyrəddin Qocanın yaradıcılığına, ədəbiyyatımızda, ictimai fikrimizdə tutduğu mövqeyə yüksək dəyər verən akademik İsa Həbibbəyli zəmanəmizin tanınan satiriki haqda belə yazır: "Yazıçı Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli təmsilçisidir. Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq onun satirik nəsrinin ana xəttidir. Ədib Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın "marallar"ının bədii obrazlarını yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin Qocanın "marallar"ı həm də Molla Nəsrəddin "marallar"ının xələfləridir. O, satirada qüdrətli yazıçı və vətəndaş, publisist Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır..." "Onun sözü göz önündədir..." Yazıçının sözünə şərik olanlar həm söz aləmində, həm də bu aləmdən kənarda həddən artıq çoxdur. Xeyrəddin Qoca hansı tribunadan çıxış edirsə, mütləq tamaşaçı, dinləyici ayaq saxlayıb onu dinləmək istəyir . Xeyrəddin müəllimin hər zaman yararlı söz demək gücü, qeyrəti ictimaiyyətin ürəyincədir. Respublikanın əməkdar jurnalisti, tanınan şairə-yazıçı, publisist Flora Xəlilzadə yazır: " Onun sözü də, özü də göz önündədir. Duyduğum odur ki, Xeyrəddin Qoca çox maraqlı, orijinal fikirli bir müsahibdir. Ütülü danışıq, nədənsə çəkinmək, barlanmaq istəyi, kiməsə xoş gəlmək onun təbiətinə tamam yaddır. Torpağına, ailəsinə, ən başlıcası, qələminə bağlı bir insandır..." Xeyrəddin müəllimə deyəndə ki, Sizin ad gününüzlə bağlı yazı hazırlamaq istəyirik, təşəkkür etdi. Ancaq bir şeyi xahiş etdi ki, Siz Allah, məni çox tərifləməyin... Biz də onun sözünə əməl edib tərifdən yan keçdik. Çalışdıq ki, tanınan yazıçı, dramaturq, satirik, ictimai xadim Xeyrəddin Qocanın portretini boyasız, tərifsiz - olduğu kimi cızaq. İndi buna nə qədər nail olduq, deyə bilmərik. Burada əks olunan fikirlər Xeyrəddin Qocanın əziz bildiyi insanların dost boğçasından göndərilən paydır, ərmağandır. Bunlar sadəcə gözəl arzulardır. Bir də ki, Xeyrəddin müəllim həmişə "hədiyyə almağı yox, hədiyyə verməyi xoşlayır". Bunu özü deyir. Tanrı Sizə ürəyiniz istəyən qədər ömür, sağlam canla, bax belə saf ruhla yaşamaq qismət etsin.
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
Tarix: 10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı
- nəyə nail oldunuz…
10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər...
- VİDEO
10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…
10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...
10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi
- Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…
10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj
- ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…
10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...
10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- FOTO
10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar
- FOTO
10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
- FOTO
10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi
10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...
10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...
10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
- SƏRƏNCAM
10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır
- ABŞ administrasiyasına çağırış edildi...
10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi"
- ABŞ Prezidenti
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ