şənbə günü, 15 avqust 2026
     

Qəlbindən gözlərə nur paylayan insan-Paşa Qəlbinur

Image


Əlləri hər gecə işığa həsrət qalan gözlərin yuxusuna girib o gözlərə zərrə-zərrə işıq paylayır. Əlləri gecə yüzlərlə bəbəyə nur çiləyir onun. Bəlkə də ilahinin qismətidir ki, ona həm şəfalı əllər, həm büllur ürək, həm də insaf verib. İnsaflı adamdır Paşa Qəlbinur. Şərlə-qaranlıqla mübarizədən onu qalib çıxaran ürəyidir, bir də ona pənah gətirən insanlara bəslədiyi sevgidir. Paşa Qəlbinurun qapısı hər zaman açıq olur.    Çox maraqlı haldır ki, kasıblar, kimsəsizlər, möhtac olan göz xəstələri başqa göz cərrahlarının yanına getmir, onlar Paşa Qəlbinurun qapısına gəlir. Paşa Qəlbinurun belə insanlara həssas münasibəti, qayğısı hədsizdir. Bunun dəfələrlə şahidi olmuşuq. Xəstələr şəfa bulacaqlarına ümid etdikləri üçün onun yanına gəlir. Allah adamıdır Paşa Qəlbinur, çünki belə olmasaydı, Tanrı onun əllərinə, ürəyinə ilahi işıq, möcüzə bəxş etməzdi.    İdraklı adamdır, qələmi də, sözü də işıqlıdır. Həkimliyilə şairliyi, yazıçılığı arasında sirli bir bağlılıq var. Ürəyində iki işıq gələn yer var onun-biri sözüdür, biri isə insanlara şəfa verən əlləridir.    Paşa Qəlbinurla tanışlıq, onunla ünsiyyət insanlara xüsusi enerji verir. Bu enerji bir-iki saata tükənmir, insanı bir neçə gün izləyir. Paşa müəllimlə dəfələrlə ya görüşüb, ya da zəngləşib müxtəlif məsələlər ətrafında müzakirələr aparmışıq. O, yazılarına daha çox bənzəyir, şair var ki, yazısı ilə arasında dağla dərə qədər fərq var, ancaq biz bunu qətiyyən Paşa müəllimə aid edə bilmərik. Paşa Qəlbinurun yazılarında diqqətçəkən hədsiz humanizm ruhu və mübarizə, cahad (cihad) var. İnsanın öz daxilində, batinində gizlətdiyi, az qala hər gün aşkara çıxardıb var etdiyi cahad Paşa Qəlbinurun şeirinin, duyğularının və esselərə çevrilən ovqatının, yazmaq eşqinin ana axarında dayanır.    Bir neçə gün əvvəl Paşa Qəlbinurun hələlik son kitabı olan "İdrak ətri" esselər toplusu ilə tanış oldum. Kitabı oxuduqca burda özüm üçün də, oxucular üçün də maraqlı fikirlər, yanaşmalar kəşf etdim. Bu yazılarda mücərrədlik, qaranlıq heç nə yoxdur, həm fəlsəfi esselər, həm də portret esselər (deyim ki, portret essenin Azərbaycanda ilk müəlliflərindən biri Paşa Qəlbinurdur-İ.S) qəlbimdə yeni duyğu qatları yaratdı. Əslində, onun yazdıqları yeni xəbərlər deyil, ancaq hamının yanaşa bilməyəcəyi, hamının ifadə edə bilməyəcəyi bir ruhda, dildə, yəni öz duyğusunun, sevgisinin, nifrətinin, xatirəsinin dilində yazıb Paşa Qəlbinur... Bu yazılar insanın gah yaddaşına sərinlik çiləyir, gah düşündürür, gah ağladır, gah haldan-hala salır, gah miskin günə salır, gah da nifrət atına mindirir. Bu esselərdə Azərbaycan və dünya insanının obrazları işıqlandırılıb. Hər bir qəhrəmanın da həyat yolunda bir cahad, yəni qəhrəmanın cahadı ifadə olunub. Cahad yaşamaqdır, özünü müdafiə etməkdir, evini, elini qorumaqdır.    Paşa Qəlbinurla görüşüb, bu xeyirsevər insanın qonağı olmaq, onunla dərdləşmək, fikir mübadiləsi aparmaq çox xoşdur mənə. Paşa müəllimlə budəfəki söhbətimiz bir az tələsik oldu, deyərdim ki, onu bir qədər atüstü söhbətə də bənzədə bilərsiz... Paşa müəllim cərrahiyyə əməliyyatına tələsir, onu işığa həsrət qalan bir cüt göz gözləyirdi, söhbətimizdən dərhal sonra o, qaranlıqla-Əhrimənlə mübarizəyə gedəcəkdi...    Paşa Qəlbinur yazarkən yazısının hansı janrda olacağını öncədən planlaşdırmır. Şair dedi ki, sadəcə, fikirlərini kağıza köçürməyə tələsir, yazının hansı janrda olması isə öz-özünə, təbii şəkildə yaranır: "Əvvəlcə yazını konkret hansısa bir janrda yazmağı düşünmürəm. Mən yazını yazıram, necə ki, əlindən bir badya süd tökülür və axıb çuxura gedir, yazı da elədir, yazırsan, o öz janrını tapır. Yalnız yazının qaranlıqda başlığını görürəm, sonra o bir kəndir kimi mənim ürəyimdən, içimdən sökülüb gəlir".    Paşa Qəlbinurun fəlsəfi esselərində dünyaya, ədalətsizliyə, haqsızlığa bir səsləniş, etiraz, üsyan var. "İdrak ətri" kitabında dünyanın siyasi mənzərəsi də əks olunub. O, mərhum İraq lideri Səddam Hüseynlə bağlı "Səddam" essesində insanlıqla mübarizə aparan bir "Tikrit yetimi"nin obrazını yaradıb. O bildirdi ki, bir yazar olaraq məlum obyektə, məlum hadisəyə fəlsəfi nöqteyi-nəzərdən baxıb: "Həyat həm də cəmiyyətdən, insanlardan, təbiətdən, siyasətdən ibarətdir. Esselərdə həm poetik qanadlanma var, həm sərbəstlik var, həm nəsr var, həm də fəlsəfə, həm də həyatın özü var".    Paşa müəllim, vaxt vardı ki, şairlərin şeirlərini, yazılarını qəzetlərdən, kitablardan tapıb böyük sevgilə oxuyardıq, bir şairin kitabının çıxmasını həsrətlə gözləyərdik, amma bu gün mənzərə dəyişib. İndi kitab oxuyan da, şeir oxuyan da azdır. Oxucularla necə ünsiyyət tapırsız?    Şair bildirdi ki, öz yaradıcılığında oxucu qıtlığı hiss etmir və oxuculardan razıdır: " Əslində, hər oxucunun yazılarını axtardığı, izlədiyi öz müəllifləri var, onlar o yazarları yadda saxlayırlar. Bu baxımdan, siz dediyiniz oxucu problemi az görsənir. Sübut olunmuş fikrə görə, başqa ölkələrlə müqayisədə, bir neçə ölkəni çıxmaq şərtilə, Azərbaycanda kitabxanalara müraciət edənlərin, qəzet-jurnal alanların, kitab oxuyanların sayı azdır. Ancaq bu da var ki, respublikamızda ziyalılar, başqa insanlar arasında kitab oxuyanlar çoxdur. Başqa bir tərəfdən, əsərlər müxtəlif xarici dillərə də tərcümə olunur. Bu anlamda da yazarlarımızın oxucu auditoriyası artır. Mənim "Qara su" romanım 2009-cu ildə rus dilində çıxdı. Bu kitaba görə Avropadan, İsraildən, Amerikadan, başqa ölkələrdən məktublar aldım. Onların çoxu Rusiyadan başqa ölkələrə miqrasiya edən şəxslərdir. Hətta o məktubların bir hissəsi çap da olundu. Professor Felin maraqlı bir məqaləsi də vardı, İsraildən yazmışdı, onun bu yazısını bizim qəzetlər çap etdilər. Hər yazarın öz oxucusu var. Zaman etibarilə əgər bu yazılar həqiqidirsə, əyarı yüksəkdirsə, oxucuların sayı artır, əhatə genişlənir. Bu yaxınlarda "525-ci qəzet"də mənim "O" essem çap olundu. Yazı çıxandan sonra 20-dən artıq ziyalı mənə zəng edib. Bu "İdrak ətri" kitabından sonra yazdığım ilk essedir. Bu yazıya çox ciddi yanaşmışam. Burada mənə məxsus yeni fikirlər var, siz də oxuyarsız. Məni oxucu problemi sıxmır. Bir yazıya görə ölkənin üzdə olan adamları, professorlar, elm-ədəbiyyat xadimləri zəng edib yazı haqda fikirlərini deyirlərsə, demək, o oxunur ki, fikir bildirilir".    Paşa Qəlbinur hər yazının sevincini ürəkdən yaşamağı, ondan mənəvi ləzzət almağı bacaran şairdir, alimdir. Onun fikrincə, övladın iməkləyib, sonra ayağa durub addım atması valideyni hədsiz dərəcədə sevindirdiyi kimi, yazı da yazarı elə sevindirir: "Yazı da qələm adamının övladıdır. Yazı çıxır, onu oxuyurlar, sənə tərif deyirlər-bu çox xoşdur, bu, mənəvi bir sevincdir".    Paşa Qəlbinurun "Cahad" essesini həyəcansız, göz yaşısız oxumaq, haldan-hala düşməmək mümkün deyil. Bu esseni oxuyan hər kəs hiss edir ki, o, Qarabağ, dünya haqqında yazılan ən gözəl essedir. Hətta xalq yazıçısı Mövlud Süleymanlı deyir ki, Qarabağ mövzusunda bundan gözəl, bundan yaxşı yazı yazılmayıb, yazılmayacaq da, bu yazı göydən gəlib... Bizim bir cahad borcumuz var Vətənə, bizim hələ qarşıda Qarabağ davamız var. Paşa Qəlbinur deyir ki, cahad mütləq səfərbərlikdir: "Hər bir fərdi xarakterizə edən bir məsələdir səfərbərlik. Adam qadındırsa, onun həyat yoldaşının, qayınata və qaynanasının, övladlarının, kişidirsə, yenə eyni qayda bir fərd olaraq mütləq səfərbər olması vacibdir. Əgər bir adam mütləq səfərbər deyilsə, (orduda buna yüksək döyüş hazırlığı deyilir-P.Q) o adam özünü müdafiə edə bilməz. Əgər bir adam mütləq səfərbər olmağı bacarırsa, o qeyrətli adamdır, bir adam nə qədər tənbəldirsə, bir o qədər biqeyrətdir, istər kişi olsun, istərsə də qadın, bir adam nə qədər zəhmətsevərdirsə, bir o qədər qeyrətlidir. Qeyrət deyilən şey səfərbərlikdir, səfərbərliyin isə ədəbi adı isə cahaddır, ona bəzən cihad da deyirlər. İnsan özü hər gün cahad vəziyyətində olur, bu vəziyyətə düşür, yaxud bu vəziyyətə düşmək istəyirsə, demək o qeyrətli adamdır. Tələbədirsə, nə qədər yorğun olsa da, mütləq dərsini oxumalıdır ki, gələcəkdə yaxşı mütəxəssis olsun, yaxşı mütəxəssis olmasa, ac qalacaq. Cahad insan fizionomiyasının bir formuludur, eyni zamanda da vacib atributudur. "Cahad" essesini məclislərdə Mikayıl Mirzə çox gözəl deyirdi, indi də deyirlər. "Cahad" əslində Xocalıdan da kənara çıxır. Düz deyirsiz ki, "Cahad" bizim xalqımız üçün gərəkli bir atributa çevrilib. Düzü, "Cahad" bütün dünya insanına aiddir".    Paşa Qəlbinur bir tibb professoru olduğu üçün oftolmologiya sahəsində bir sıra nailiyyətlərə imza atdığı, dərman ixtira etdiyi üçün onun çağdaş səhiyyəmizlə bağlı fikirlərini də eşitmək maraqlı oldu: "Bizim səhiyəmiz inkişaf etmiş ölkələrin səhiyyəsinin keçdiyi yolu keçir. Bu gün səhiyyənin xidmət formaları müxtəlifdir. Səhiyyəmizin vəziyyəti yaxşıdır. Bu gün bizdə tibb sahəsində çox yüksək səviyyəli mütəxəssislər yetişir. Bu gənclərin bəziləri ölkəmizdə oxuyur, bəziləri xaricdə oxuyur, sonra ölkəyə gəlir. Biz özümüz Moskvada oxumuşuq. Elm üçün uzağa da getmək, hər şeydən məhrum olmaq da lazımdır. Həkimlik də ən çətin sənətlərdəndir. Mənim özümün də məhrumiyyətlərim çox olub".    Paşa Qəlbinurun qapısı hər zaman ümidsiz, bir az da kasıb xəstələrə açıq olur, hətta o, özəl klinikalarda işləyəndə belə, o xəstələrə güzəşt etməyi bacarır. Paşa müəllim deyir ki, o xəstələr Paşa Musayevin yox, Paşa Qəlbinurun yanına gəlir: "Mənim biznesim yoxdur, həkiməm. Mənə də yemək, geyinmək lazımdır, bunun üçün isə işləməliyəm, pul qazanmalıyam. Ancaq buna baxmayaraq, Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının, Bəstəkarlar İttifaqının, �urnalistlər Birliyinin üzvlərinə, bu sahədə təmsil olunanların hamısına 20 ildən artıqdır ki, təmənnasız kömək edirəm. Bura kasıb təbəqə də aiddir. Həm dövlət müəssisəsində, həm də özəl klinikalarda çalışıram ki, bu insanlara gücüm çatan dərəcədə kömək edəm. Darda qalan müxtəlif adamlar mənə müraciət edir. Mənim özümün də çətinlikdə, darda qaldığım vaxt olub".    Qapısını açan hər kəsin dərdinə çarə bulmağı özü üçün bir həyat, fəaliyyət missiyası sayır Paşa Qəlbinur. Onun qapısı işıq gələn tərəfidir dünyanın... O işıq heç vədə sönməsin, o sönsə, bizim ümidlərimizə də kölgə düşər...    
İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ