şənbə günü, 15 avqust 2026
     

Sevdalanmışlar

Image


Haqqa imrənən, insan vücudunun vəhdətini dörd əməldə birləşdirərək, onlar can, din, iman, bir də nəfsimdir deyən böyük türk şairi və sufisi Yunus İmrəni anladan filmin qalasına toplaşdıq bir axşam.    Ruhumuzun ehtiyac duyduğu yerdəydik. Can, qan qardaşlarımızla, sevdalı ürəklərimizlə. Böyük Yaradan bir daha ayırmasın. Filmin pərdəsi açılınca ruhumuz təslim oldu eşqin səsinə. Yükü sevdaydı, işığıydı, nurlanmış ruhlar idi filmin. Haqq adlı aşiqin məşuqi idi Yunus İmrə:    Halal qıldı maşuqa aşık öz qanını,    Maşuq naqşından oxuyar aşq yeri öz Quranını    Yəni eşqin və aşiqin müqəddəs yeri Qurani-Kərimdir deyərək özünü axtarmaq, özünə qovuşmaq üçün əbədi yola çıxır gənc aşiq, ürəyini, könlünü də bu "məşuqəyə" təslim edir. Həqiqəti, eşqi, sevdanı insanlara anlatmaq, cahanı sevgiylə sarmaq üçün. İnsanlıq təməlindən qopmasın deyə, Yer üzü cahillikdən, köləlikdən xilas olsun, insanın ruhu azad olsun, nəfsini yenə bilsin deyə. Mütləq varlıq olan Yaradana məxsus oldu, Ona sevdalandı, bütün zamanların insanı oldu İlahi eşqiylə Yunus İmrə.    Yüzillərdir bu səsin hənirtisinə isinir könüllər, onu arayanların yanındadır bu səs: "Min il də sonra bizə ehtiyacı olanların yanında olacağıq!" demişdi mürşidimiz Şəmsi Təbrizi. Məqsədiniz insan evladının nəfsini, könlünü, hissini, ruhunu köləlikdən, cahillikdən qurtarıb da yerini kamil sevgiylə, atəşlə, eşqlə doldurmaq, cahanı işıqlandırmaq idi. Siz Qüdrətdən görəvləndirilmişdiniz SEVDALILAR! Davranışlarınızla, düşüncənizlə insanı ucaltmaq, dəyərini artırmaq istədiniz. İnsan ən ucadır dediniz, Allah yaradarkən ona imanla bərabər öz mahiyyətini anlamaq təfəkkürü də verib. Bunu anlarsa, insan övladı vəhdət olur dediniz. Cüneyd Bağdadi deyirdi ki "...Qulun sonu əvvəlinə dönər, olmamışdan əvvəl olduğu kimi görünər anladığı zaman". Çünki o zaman insanın ruhu, təfəkkürü azad olur, əsil olur, kamil olur. Siz olmamışdan əvvəl necə görünürdünüzsə, eləcə də yaşadınız dünyanızı. Bu yolu cəhənnəmdən qorxduğunuz üçün getmədiniz, cənnətə düşməyi də düşünmədiniz. Allaha, həqiqiətə, gözəlliyə, işığa sevdalandığınız üçün getdiniz. Eşq bəzən xardal dənəsində, bir parça odunda, bir qar topasında, bir daş dəyirmanında idi. Nə fərq edər ki, Siz aşiq idiniz, qovuşmaq üçün daş dəyirmanından da keçərdiniz, odun da daşıyardınız, bir buğda dənəsində cahan boyda eşq arayardınız. Heç usanmadan, yorulmadan bu yolçuluğu başa vardınız. Könüllərə sevdalandınız, əsl dost üzünü qiblə sandınız, Allahın işartıları təcəlli etdi nurlu üzünüzdə.    Həqiqətin yolları dardır, amma püskürən atəş var orada, dərin çöllüklər var. Siz atəşlərdən keçərək həqiqətin dərkinə getdiniz. Sonunda bu sevdanız dünyanın mənəviyyatını, əxlaqını dəyişdi. İnsanlığı təsiriniz altına aldınız eşqinizin səsiylə. Mevlana Cəlaləddin Rumidən başlayaraq insana: "Comərdlik və yardım etməkdə axar su kimi ol, şəfqət və mərhəmətdə Günəş kimi ol, başqalarının qüsurunu örtməkdə gecə kimi ol, təvazökarlıqda torpaq kimi, xoşgörülükdə, dözümlülükdə dəniz kimi ol, ya olduğun kimi görün, ya göründüyün kimi ol" dediniz    Dostun, düşmənin, zənginliyin, kasıblığın və hər cür nəsnənin çox yaxınında olduğunu, qapısının önündə dayandığını anlatdınız insana. Lakin sevgiylə nifrət daha yaxında, damarınızdadır dediniz. Hansını daha çox bəslərsəniz, qulluq göstərərsəniz, o da sizə xidmət edər, o da sizi bəslər dediniz və bu seçimi insan oğlunun özünə buraxdınız. Beləcə, əsrlər əvvəl gəldiniz, İlahi vəzifənizi icra etdiniz və hələ də yolunuza davam edirsiniz. İnsanlıq var olduqca Siz yaşayacaqsınız.    ... Bu gün dünyamızın sizə ehtiyacı var, sevdalılar! Qaranlığımızdan sabahlarımız açılmır, gecələr doğulur gecələrimizdən. Dörd tərəfimizdə bir işartı görünmür. Cəhalət sarmış bəşəri, yollarımız sizin getdiyiniz eşq yolları deyil, bir məhşərdir. Canımızda gəzdirdiyimiz ruhumuz əzgin və yorğundu, ağır yükdür gəzdirdiyimiz. Sevdasız, işıqsız, atəşsiz. İlahi sevdayla da yüklənməyib nə yazıq. Canımız ruhumuza, ruhumuz canımıza zindandır. Aşikar olan o ki, uzaq düşdük sizdən. Sizin kimi eşq atəşində yana bilmədik, şər atəşində yanırıq. O üzdən illərdir qara günlərimiz ağ günlərimizi daş-qalaq edir. Dünyanın bol-bol silahı-sursatı, topu-tüfəngi, insanlığı göz qırpımında Yer üzündən silən silahlar, nüvələr yaradırıq. Ovuc boyda sevgi yarada bilmirik. İşıqlı ruhunuzla yenidən gəlin. Göyərmək üçün torpağın suya ehtiyacı olduğu qədər ehtiyacımız var sizə, aşiqlər. Bir bizim tərəfdən də keçsənizə...    ... Film bitdi, hər kəs yerində oturduğu kimi qaldı, qalxmadı. Düz səkkiz əsr yaşadıq film boyu. Ruhumuz işıqlanmışdı, Könüllərimizdə Şəmsi Təbrizinin, Bektaşın, Ruminin, Tapdıq İmrənin, Yunus İmrənin sevdası pöhrələndi.    
Rəsmiyyə RZALI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ