şənbə günü, 10 oktyabr 2026
     

Nə edək dünyanı bir az yaşadaq...

Image


Qadınlar şeir yazsalar da, yazmasalar da elə təpədən-dırnağa poeziya ovqatındadırlar. Şeir və qadın yaranışdan həmahəng olub. Ən gözəl, zərif şeirlər qadın ülviliyini vəsf edib.
Ancaq bir də var qadın özü şeir yazır, ürəyini, daxilindəki mübhəm duyğuları, aramsız kədəri, hicran yanğısını kağıza köçürür-bu başqa bir aləm olur.
Məmmədova Ruhiyyə Yaşar qızını çoxdan tanıyıram, uzun illər qəzetimizin əməkdaşı olub. Ruhiyyə Yaşar imzası ilə yazdığı şeirlər, ərsəyə gətirdiyi bədii tərcümə nümunələri diqqətimi cəlb edib.
İstedad və ilhamla yazılan, lakin qüssə ilə cilalanan poetik duyğularını sizə təqdim edəcəyimiz Məmmədova Ruhiyyə Yaşar qızı 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib, 1983-cü ildə 59 saylı orta məktəbin birinci sinfinə qəbul olub, 1992-ci ildə natamam orta təhsillə məktəbi bitirib. Həmin il Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna qəbul olunub. Oranı bitirdikdən sonra 2003-2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda təhsilini davam etdirərək ali təhsil alır. Uşaq yaşlarından musiqiyə, poeziyaya, incəsənətə meylli olan Ruhiyyə Yaşar 1993-cü ildən Azərbaycan və rus dillərində şeirlər yazmağa başlayıb. Hətta gözəl səsə malik Ruhiyyə 1992-1993-cü illərdə "7-dən 17"yə mahnı müsabiqəsində iştirak edib. 2005-ci ildən isə taleyini mətbuata bağlayan Ruhiyyə "Müstəqil-Nezavisimaya", "Tribuna plyus", "Bakı-Xəbər" qəzetlərində, "Sağlamlıq" jurnalında çalışıb. Hazırda Regionların İnkişafı İctimai Birliyində ofis meneceri vəzifəsində çalışmaqla yanaşı, tərcüməçilik fəaliyyəti ilə məşğuldur, həmçinin "Qanun" və "Polis Akademiyası" jurnallarının korrektorudur. 20-dən çox kitab tərcümə edib. 2013-cü ildə işıq üzü görən fiziki qüsurlu tanınmış insanların həyat və yaradıcılığından bəhs edən "Bir ümid işığı" kitabının tərtibatçı redaktoru olub.
İndi isə Ruhiyyə Yaşarın şeirlərini sizlərə təqdim edirik.
İradə Sarıyeva
Mən səni...
Mən səni Günəşdən,
nurdan soruşdum,
Dedilər: "Görürük,
sənə görünmür".
Mən səni buluddan,
çaydan soruşdum,
Dedilər: "Gələcək, bitməyib ömür".

Mən səni ulduzdan,
Aydan soruşdum,
Dedilər: "Üzülmə, mütləq gələcək".
Mən səni bahardan,
yazdan soruşdum,
Dedilər: "Darıxma,
xoşdur gələcək".

Mən səni çiçəkdən,
güldən soruşdum,
Dedilər: "Görmüşük, səni axtarır".
Sonadan, bülbüldən
səni soruşdum,
Dedilər: "Cavab ver, səni çağırır".

Mən səni havadan,
sudan soruşdum,
Dedilər: "Nəfəs al, o, nəfəsdədir".
Mən səni zirvədən,
dağdan soruşdum,
Dedilər: "Azad et, o, qəfəsdədir".

Mən səni Allahdan,
Haqqdan soruşdum,
Yaradan yuxuma gətirdi səni.
Sənsiz qol-qanadsız
bir qərib quşdum,
Bəlkə Allah mənə yetirdi səni?

Zülmətə doğru
Bir gün görəcəyik dünya boşalıb,
Boylanıb ətrafa mat qalacağıq.
İlahi! Bu nədir?! İnsan qalmayıb!
Təpədən-dırnağa odlanacağıq.

Göylər də bizlərdən üz döndərəcək,
Həsrət qalacağıq yağışa, qara.
Günəş də sönəcək, Ay da batacaq,
Dünya yasa batıb geyəcək qara.

Qaranlıq içində tənha, çarəsiz,
Əsa ilə gəzib dolanacağıq.
Ömrü başa vurub səssiz-səmirsiz,
Bir ovuc torpağa qarışacağıq.

Dünyada yaşarkən nə əldə etdik,
Bəlkə sadalayaq pak əməlləri?
Hörmətmi qazandıq, xeyirmi verdik,
Faydası nə oldu ötən illərin?

Gül kimi biz solub-saralacağıq,
Yağacaq qəlblərə qanlı yağışlar,
Dünya kimi biz də qaralacağıq,
Qara günün ömrü qaraltmağı var.

Bir kəlmə kəsməyə əllərdə çıraq,
Həmdəm axtararaq dilənəcəyik.
Evimiz olacaq buz kimi torpaq,
Lal olub ilantək sürünəcəyik.

Bilsin hər kəs bunu, eşitsin hamı:
O günlər bizləri güdür, izləyir.
Nə qədər işığı yanır dünyanın,
Nə qədər ki, dünya bizi gözləyir,

Bu sevgi işıqdır, əl-ələ tutaq,
Yaşadaq qəlblərin hənirtisini.
Allaha əl açıb rəhm diləyək,
Dünya dağılsa da, viran qalsa da,
Tanrı döndərməsin bizdən üzünü.

Məni axtarma
Məni keçmişimdə axtarma, gecdi,
Hər şey dəyişibdir,
mən indi mənəm.
Ömrümün çağlayan günləri keçdi,
Mən özüm özümə indi düşmənəm.

Yağışa qarışıb sellərə döndüm,
Mən indi dənizin bir damlasıyam.
Küləklə savaşan çıraqdım, söndüm,
Taleyin silinməz bir damğasıyam.

Qaranlıq sirdaşım, sazaq çarpayım,
Məni zülmətlərdə tapa bilərsən.
Tənhalıqdır mənim
qismətim, payım,
Yarpaq tək ömrümdən
qopa bilərsən.

Soraqlama məni Aydan, Günəşdən,
Onlardan çox uzaq
bir məkandayam.
Nə isə qalıbsa - o da keçmişdən,
Axtarma, mən
məchul bir zamandayam.

Gələcək qatarı tərpəndi, getdi,
Gecikdim, biletim əlimdə qaldı.
Könül nəğməsinin bir bəndi itdi,
Bir nakam kəlmə də dilimdə qaldı.

Düşdüm bir tufanlı, qumlu səhraya,
Sovurdu göylərə külək ruhumu.
Bir kəs görmədim ki, ayaq saxlaya,
Soruşa halımı, yoza yuxumu.

Bir səs eşitmirəm, mən indi karam,
Görmürəm, gözlərim tutulub artıq.
Bu acı qismətdə tək günahkaram,
Sinəmə yapışan ürəyim qırıq.

Məni keçmişimdə axtarma daha,
Mən nə keçmişdəyəm, nə gələcəkdə.
Bugünü, bu anı almışam baha,
Zaman mənə ağa, mən ona kölə...


Uşaqlığın son gecəsi
Bir zaman əyilməz, sarsılmaz idim,
Mənimçün həm dövlət,
həm də var ata.
Sən var ikən təpərliydi ürəyim!
İndi kölgəmdən də qorxuram, ata.

O günlər xəyaltək dolanır hər an,
Sənin "can" sözünü
hey gözləyirəm.
Kədərim qoynuma sarılmış ilan,
Ömür badəsindən zəhərlənirəm.

Toz kimi sovrulub itmək istədim,
O gün uşaqlığın son gecəsiydi.
Nağıl dünyasından qovuldum qəfil,
Artıq böyüməyin bir vədəsiydi.

Çoxları istədi əyiləm, sınam,
Ömrüm başdan-başa bir sınaq imiş.
Dünən uşaq idim, bu gün ahılam,
Zaman da, günlər də oyuncaq imiş.

Allaha sığındım, pənah gətirdim,
Gecələr ağlayıb çəksəm də fikir.
Astaca yoluma davam elədim,
"Şükür kərəminə, Allahım, şükür!"

Nə edək dünyanı
bir az yaşadaq?
Təbiət də daha bizdən inciyib,
Qara həsrət qalıb qışda insanlar.
Canlılar çoxalıb, dünya kiçilib,
Uzanıb gecələr, artıb yatanlar.

Azalıb qəlblərin hərarəti də,
Ümidsiz çırpınır sinədə ürək.
Dünyanın böyüyən müsibətində
Tükənir bərəkət artdıqca kələk.

Yorulub misralar, küsüb nəğmələr,
Həyat zövq oxşamır əvvəlki kimi.
Bükübdür boynunu küskün lalələr,
Qırılıb kamanı dindirən simi.

Nə edək dünyanı bir az yaşadaq?
Allahım! Bizləri yalqız buraxma!
Biz Sənə tapınaq, Sənə sığınaq,
Sən bizi bağışla, qüsura baxma.

Rəhm elə ümidin itirənlərə,
Bizi haqq yolundan ayırma, lütfən!
Şükürlü həyat ver şükr edənlərə,
Sənsən bu dünyanı
yoxdan var edən!

Qonağam
Ürək qırılanda can da qırılır,
Damardan süzülən qan da "qırılır",
Həzin-həzin yanan şam da qırılır,
Cavabsız suallar çanağıyam mən.

Sevgi sorağında gəzib-dolaşdım,
Çaylardan adladım,
dağlardan aşdım,
Gənclik illərimdə çağladım, daşdım,
Saralmış otların qalağıyam mən.

Sinəmdə gül açdı arzu-diləklər,
Nəğməmi aləmə yaydı küləklər,
Qəlbimdən su içdi solğun çiçəklər,
Bir zülmət gecənin çırağıyam mən.

Ömür yollarında yıxıla-qalxa
Şələmi sürüdüm mən qorxa-qorxa,
Aza qane olub, şükr etdim çoxa,
Oğlumun Yerdəki dayağıyam mən.

Könlümdən çox keçdi vüsal nübarı,
Yanımdan yan keçdi ömür qatarı,
Yoxmuş bu dünyanın heç etibarı,
İşıqlı dünyanın qonağıyam mən...

Son bahara düşən yarpaq
Qəlbimi boşuna xərclədim, heyif,
Varmadım yaxşının, pisin fərqinə,
Bu həyat bir döyüş meydanı deyil,
Bu həyat körpüdür - beşikdən qəbrə.

Görmədim baharda açan gülləri,
Almadım ətrini ciyərlərimə.
Küləyə sovurdum ötən illəri,
Yazığım gəlmədi hey ürəyimə.

Düşmənə güc verdim, dostasa kədər,
Qıymadım gözümün gilələrinə.
Bir də ayıldım ki, vaxt ötüb hədər,
Açmadım qəlbimi sevdiklərimə.

Demədim kimsəyə dərdi-sərimi,
Özgənin dərdinə acıdım, yandım.
Bir vərəqə yazıb diləklərimi,
Hamıdan gizlətdim, hamıdan dandım.

Hər kəsə inandım bir uşaq kimi,
Duymadım taleyin kələklərini.
Son baharda düşən bir yarpaq kimi
Sonradan anladım mən səhvlərimi...

Xatirə
Qəlbimdən keçənlər gəlmir dilimə,
Sahilə çırpılır dalğalar kimi.
Saralmış vərəqlər keçir əlimə,
Xəyallar canlanır nağıllar kimi.

Bir ana laylası, körpə beşiyi
Aparır ruhumu çox uzaqlara.
Ata nəvazişi, qardaş keşiyi,
Bacı məhəbbəti düşür yadıma.

Qonaqlı-qaralı ata ocağım
Bir dayaq nöqtəsi olub çoxuna.
İndi qərib qalmış o meyvə bağım
Nübarlar daddırıb doğmalarına.

Şən gülüş səsləri, toy nidaları
Düşmənə qor olub, dosta təsəlli.
Qocalıb evimin daş divarları,
Qırılıb atamın tarının teli...

Təzadlar içində
çırpınan ürək
Bir bahar nəğməsi doldu ruhuma,
Çağladı qəlbimin zərif telləri.
İllərdir sığındığım tənhalığıma
Əsdi bahar çağı payız yelləri.

Kükrədi dənizlər, coşdu xəzanlar,
Dərdimi bir küncə sinə bilmədim.
Tələsdi gedənlər, getdi qalanlar,
Ürəyim talandı - dinə bilmədim.

Qılıncdan sıyrılıb keçdi arzular,
Fəsillər dəyişdi - mən dəyişmədim.
Bir vaxtlar gözümdə uca olanlar
Zirvədən quyuya endi - dinmədim.

Gördüklərim məni yanıltmadılar,
Dünyadan küssəm də, hey əyilmədim.
Quşlar da qürbətdən qayıtmadılar,
Qəmi də qəlbimdən silə bilmədim.

Olmaz
Hər doğan Günəşin istisi olmaz,
Təbiət amansız hökm edir hərdən.
Dünya özbaşına dolub-boşalmaz,
Tanrı da inciyib bəşəriyyətdən.

Hər yanan ocağın istisi olmaz,
Ha yaxın oturub, qısılsan belə.
İliyə işləmiş soyuq da az-az
Yanıb-yaxıldıqca qarışar külə.

Hər döyünən qəlbin istisi olmaz,
Dərinə baş vursan, donub qalarsan.
Minnətli süfrənin ruzisi olmaz,
Duzu-çörəyi də alıb-satarsan.

Hər düşən qığılcım od verə bilməz,
Közün də yananı, sönəni olur.
Nəvaziş görməsə, körpə böyüməz,
Sular şimal qütbdə buz olub donur.

Hər doğma qucağın istisi olmaz,
Bəzən karsız olur bu şəfəqqət də.
Günəş sünidirsə, səhər açılmaz,
İstidən can alır eşq də, nifrət də...






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ