şənbə günü, 10 oktyabr 2026
     

Aşıq Kamandar Əfəndiyevin mənəvi varisləri sənətdə klounluq edənlərə hiddətlənib

Image


Aşıq Ramin Qarayev və aşıq Avdı Musayev gənc olmalarına baxmayaraq, aşıq sənətində kifayət qədər tanınırlar. Onlar bu populyarlığı aşıq sənətinə, saza dərin bələd olduqları, mahir ifaları və klassik irsə, ənənəyə bağlılıqları ilə qazanıblar. Ustad aşıq Kamandar Əfəndiyev yolunun, dəst-xəttinin layiqli davamçısı olan Avdı və Ramin aşıqlıq sənətində ustadın mənəvi varisləri sayılır.
Bəlli məsələdir ki, aşıq Ramin və aşıq Avdı aşıq Kamandar nəfəsini, yolunu layiqli şəkildə davam etdirir, böyük ozanın çatdığı ocağı sönməyə qoymurlar. Aşıq Kamandar ləmisini, aşıq Kamandar üslubunu yaşadan bu gənclər dövrümüzün ən istedadlı aşıqları kimi özlərini təsdiqləyiblər. Onlar ulu ustadlardan, dədə ozanlardan əmanət qalan aşıq sənətinə xəyanət etmədən bu müqəddəs dəyəri gələcəyə daşımağa qadirdirlər.
Aprel ayının 8-də aşıq Ramin Qarayev və aşıq Avdı Musayev "Bakı-Xəbər"in qonağı oldular. Sazımızın-sözümüzün, milli dəyərlərimizin, tariximizin qədrini bilən və bu sərvəti hər zaman qədirşünaslıqla təbliğ edən "Bakı-Xəbər" Avdı və Raminə də meydan verdi. Təbii ki, bu gənc aşıqların istedadı, klassik irsə dərindən bələd olmaları, gözəl ifaları, başlıcası isə tamaşaçılar tərəfindən sevilmələri onlara bəlli yolu açdı.
- Siz bir neçə il əvvəl "Arteks XXI əsr" şirkətinin telekanallardan birində keçirilən ozan-aşıq müsabiqəsinin iştirakçılarısınız. Yaxşı yadımdadır, finala ikiniz qalmışdınız, uzun mübarizədən sonra Avdı qalib gəldi, yəni müsabiqədə birinci yer tutdu. Belə söhbətlər dolaşırdı ki, Avdının qalib olması Raminlə onun arasında problemə səbəb olub. Əslində iş nə yerdə idi?
Aşıq Ramin: - Əlbəttə, müsabiqənin gedişi zamanı, onun tələblərinə uyğun olaraq rəqib ola bilərdik. Ancaq sənətdə bizim qoşa qanad olduğumuzu görürsünüz. Bilirsiz ki, ikimiz də aşıq sənətində aşıq Kamandar Əfəndiyev məktəbinin davamçısıyıq. Bu baxımdan da bizim hansısa bir problemimizin olması mümkünsüzdür. Sənətdə də, həyatda da dostuq. Deyim ki, biz "Arteks XXI əsr" şirkətinin keçirdiyi müsabiqədən əvvəl Tovuzda SM televiziyasının keçirdiyi saz müsabiqəsində iştirak etmişdik və ikimiz də orada birinci yeri qazanaraq "Qızıl saz" almışdıq. Demək istəyirəm ki, dostluğumuzun təməli Tovuzda qoyuldu, Bakıda isə daha yaxın dost olduq.
Aşıq Avdı: - Bizim yaxın dost olmağımıza heç bir şəkk - şübhə ola bilməz. Çünki biz nəhəng bir sənətin daşıyıcılarıyıq. Eyni yolda addımlayırıq. O yolu da bizim böyük ustadımız aşıq Kamandar qoyub. Biz o yolun davamçısıyıq, bu üzdən də dost olmaya bilmərik.
-Sizin səhnələrdə qoşa görünməyiniz müsbət bir haldır. Yeni layihələriniz varmi?
Aşıq Avdı: - Sözsüz ki, layihələrimiz var. Ancaq bəzi "aşığam" deyənlər bir az sanballı işlərə zərbə vururlar. Tamaşaçılar da yaxşı bilir ki, bəzi dırnaqarası aşıqlar klounluq edir, şit hərəkətlərlə efirlərdə görünürlər. Dəfələrlə efirlərdən də açıq şəkildə onları kəskin tənqid etmişəm. Mənim o sazoynadanlardan qorxum yoxdur. Raminlə mənim qoşalığım da sənətin inkişafına yönəlib, ikimiz də klassik irsi yaşadırıq, məqsədimiz də bu tükənməz ifaçılıq xəzinəsini tamaşaçılara, dinləyicilərə təqdim etməkdir. Əlimizdən gələn qədər də üzərimizə düşən işi görürük. Biz efirlərdə, el şənliklərində də aşıq sənətini, klassik ifaçılıq yolunu təbliğ edirik. Sazı duyan, anlayan insanlar var ki, onlar Raminlə məni klassik irsi yaşatdığımız, o yolda ifa etdiyimizə görə məclislərinə dəvət edirlər.
-Bəziləri iddia edir ki, hazırda insanların saza münasibəti zəifdir. Siz bir aşıq olaraq tamaşaçıdan hansı mesajlar alırsız? Deyilənlərin əsası varmı?
Aşıq Ramin: - Birinci ozan-aşıq müsabiqəsindən sonra həm gənclərin saza, aşıq sənətinə meyli artdı, həm də tamaşaçılar bu sənətə kütləvi şəkildə istilik göstərməyə başladı. Eşitdiyimə görə, aşıq sənətində boşluq olub, bu, aşıq Kamandar "Aşıq Qərib" dastanını efirdə danışıb lentə yazdırana qədər davam edib. Ustadın ifasında el-aləmə yayılan "Aşıq Qərib" dastanı sükuta son qoyub. "Ana mən Qəribəm" deyə yeri-göyü yandıran ustadımın ifası sinəsi övlad dağı görən analara bir məlhəm olub. Mən özümüzü aşıq Kamandarla müqayisə etmək fikrindən uzağam, amma biz onun yolunu davam etdiririk. Sözümün canı odur ki, Avdı da, mən də bu müsabiqədə tanınıb populyarlaşdıq. Bu müsabiqədən sonra aşıqlar məclislərə, efirlərə daha sıx-sıx dəvət olunmağa başladılar.
-Demək olarmı ki, bu müsabiqə aşıq sənətinə və aşıqlara bir stimul verdi?
Aşıq Ramin: - Fikrimcə, bəli, verdi. Molla Cuma deyir ki:
Aşıqlıq Adəmdən icad olubdur,
O Adəm atanın nəvəsiyəm mən.
Nə qədər dünyaya aşıq gəlibdir,
Küllü aşıqların anasıyam mən.
Bilirsiz ki, aşıqlıq Adəm Peyğəmbərin dövründən mövcuddur. Onun yaşı insanlığın yaşına bərabərdir. Ancaq sirr deyil ki, vaxt vardı küçədə əlimizdə saz gedəndə bizə bəziləri lağ edirdi, yaxşı baxmırdılar. Ata anaya, qardaş-bacıya, Vətən torpağına, xalqa, Tanrıya, insanlığa sevgi və bağlılıq var aşıq sənətində. Fikrimizcə, aşıq sənəti onu sevib duyan, ona dəyər verən insanlar varkən çox yüksəkdədir.
-Aşıq sənətini yüksək dəyərləndirib onu ucalara qaldıranlar da, ona sırf qazanc məqsədilə baxanlar da, sazı oyuncağa çevirib efirlərdə, el şənliklərində klounluq edənlər, sazımız ucuzlaşdırmaq məqsədi güdənlər də var. Sonuncularla mübarizənin zamanı yetişməyibmi?
Aşıq Ramin: - Düşünürük ki, yetişib. Bayaq Avdı ona toxundu. Mən də onun fikrinə qüvvət verirəm. Deyim ki, sazoynadanlar, əlində saz klounluq edən şəxslər məni ciddi narahat edir. Siz aşıq sənətinə bələd olan bir yazar kimi yaxşı bilirsiz ki, o insanların aşıq sənətinə aidiyyəti yoxdur, onların haqqı çatmır ki, xalqımızın baş tacı olan sazımızı bu vəziyyətdə təqdim etsinlər. Sazdan istifadə edib müxtəlif şənliklərə, məclislərə gedir, efirlərə çıxırlar. Bilirik ki, üzü qədimlərdən saz ustad aşıqların sinəsində olub. Ancaq bu gün sazı aşağa endirmək azərbaycanlıya, türk övladına yaraşmayan bir işdir. Bu həm də günahdır.
-Aşıq Kamandar sağ olsaydı belələrinə nə deyərdi?
Aşıq Ramin: - Mən də, Avdı da eyni fikirli gənc aşıqlarıq. Ustad həyatda olsaydı və bu barədə nə deyəcəkdisə, biz də həmin sözə dəstək olaraq deyirik ki, o sazoynadanlar aşıq sənətinə ləkə gətirib, onu aşağı endirməyə cəhd etməsinlər. Aşıq sənəti bizim milli kimlik pasportumuz, milli dəyərimiz, ruhumuzdur. Saz türkə məxsusdur, onun əzəmətinin, qəhrəmanlığının yorulmaz təbliğatçısıdır. Mən elə bir Azərbaycan türkü tanımıram ki, saz çalınanda damarda qanı oynamasın. Zəlimxan Yaqub demişkən: "Əgər saz sənətinə kim isə yuxarıdan aşağı baxırsa, ən azından onun qanını yoxlamaq lazımdır ki, o türk övladıdır, ya yox".
-Aşıq Avdı, aşıq Ramin, bir çox ziyalılar çox istəyir ki, efirlərə dəvət edilən aşıqlar xüsusi nəzarətdən keçdikdən sonra xalq qarşısına çıxsın. Bu da onların sazımızın sazoynadanlar tərəfindən aşağılanmaması üçün irəli sürdükləri fikirlərdir. Azərbaycan Aşıqlar Birliyi bu sənətin sahibi olaraq televiziyalara müraciət etməlidirmi ki, efirlərə ancaq aşıq sənətini layiqli təmsil edənlər çıxarılsın?
Aşıq Ramin: - Bəli, Aşıqlar Birliyi bu məsələyə müdaxilə etsə yaxşıdır, bunun müsbət nəticələri ola bilər. Bizim də istəyimiz odur ki, bəzi sim tərpədim "aşığam" deyənlərin əl-ayağı efirlərdən yığışdırılsın, əsl aşıqlar telekanallarda çıxış etsinlər. Qoy efirə çıxan aşıqları imtahandan keçirib tamaşaçı qarşısına çıxarsınlar. Efirə çıxarılan aşıq klassik aşıq havaları-"Mansırı", "Bəhməni", "Məmmədbağrı", "Dilqəmi" və başqa havacatları ifa etməyi bacarmalıdır.
-Aşıq Avdı, son zamanlar davamlı olaraq Aşıqlar Birliyinin xəttilə gənc aşıqların iştirakı ilə "Dastan axşamları" konsert proqramları təşkil edilir. Sizi də o konsertlərdə mütəmadi olaraq görə bilirik. Tamaşaçılara təqdim edilən ifaların səviyyəsindən razısızmı?
Aşıq Avdı: - Bilirsiz necədir? Əgər bizim kimi 10 nəfər klassik yolu yaşadan gənc aşığın konsertini təşkil edib onların da içinə bir nəfər sazoynadanın ifası salınırsa, o da durub bir "Şınıx təranələri" çalırsa, bu mənim və digər ifaçıların ifasını cılızlaşdırmağa başlayır. Bu, əlbəttə, konsertlərin istənilən səviyyədə alınmasına mane olur.
-İstedadlı aşıqların, sazı təbliğ edən gənc sənətkarların qarşısına çıxan başqa bir maneə nədir?
Aşıq Avdı: - Toyxanalarda gitara çalanların hərəsi bir saz götürüb, ona müxtəlif aksesuarlar qoşaraq meydanı ələ almağa çalışırlar. Əvvəllər sazıma aksesuarlar taxmaq istəmirdim. Sonra gördüm ki, konsertlərdə olduğu kimi toyxanalarda da müəyyən tələblər var. Biz də toylarda həm klassik havalar ifa edirik, həm də sazın ruhuna uyğun oynaq havalar təqdim edirik. Bəzən görürsən ki, oynaq hava ifa etdiyin yerdə məclisdə tələbkar bir tamaşaçı olur və "Mansırı" çal deyir. Bu halla çox rastlaşmışam, bizdən klassik havalar istəyənlər çox olur. Biz bu havaları bildiyimiz üçün böyük sevgi ilə onları ifa edirik, ancaq belə vəziyyətdə sazoynadanlar, sazla klounluq edənlər nə edir bilmirəm. Biz klassik yolu davam etdirən aşıqlarıq. Ən böyük arzu və istəyimiz budur ki, tamaşaçıların klassik havalara tələbatı artsın, camaat aşıqlardan ağır, sanballı havalar istəsinlər. Bir dəfə bir məclisdəydim, mənə bir adam dedi ki, aşıq Avdı, maşallah, boy-buxunun var, güclüsən niyə o sazoynadanların boynunu qırmırsan? Düşünürəm ki, dövlətimiz və Aşıqlar Birliyi tərəfindən efirlərə tələb qoyulsa ki, sazoynadanlar, aşıqlığa aidiyyəti olmayanlar, klounluq edənlər efirə buraxılmasın, bu çox yaxşı olar. Düzdür, aşıq sənətilə bağlı sanballı verilişlər var, burada aşıq sənəti təbliğ olunur.
-Aşıq müsabiqələri son illər davamlı şəkildə keçirilir. Ancaq yarışmalar SMS-lə olduğu üçün burada obyektiv seçimdən söhbət gedə bilməz. SMS-siz aşıq müsabiqələri keçirilərsə, sənət nə qazanar?
Aşıq Ramin: - Əlbəttə aşıq sənətinin bundan qazancı az olmazdı. Fikrimizcə, aşıq müsabiqələri SMS-siz keçirilsəydi, yalnız sənəti bilənlər, ustadlar gənclərə qiymət versəydilər, yaxşı olardı. Təəssüf ki, bu müsabiqələrin SMS-siz keçirilməsinə təsir etmək bizim imkanımız xaricindədir. Hər halda, Azərbaycan Aşıqlar Birliyi də, Mədəniyyət və Turizm Nazirliyi də, Heydər Əliyev Fondu da təşəbbüs göstərib səviyyəli, sanballı aşıq müsabiqəsi keçirsəydilər, çox effektli olardı. Hər ikimiz hesab edirik ki, gec-tez aşıq müsabiqələri də muğam müsabiqələri kimi SMS-siz keçiriləcək. Buna ümidimiz böyükdür. Çünki dövlət səviyyəsində aşıq sənətinə böyük diqqət və qayğı bəslənir.
Aşıq Avdı: - Birinci muğam müsabiqəsi də SMS-lə keçirilmişdi. Sadəcə, orada layiqli müəllimlər, ustadlar olduğuna görə müsabiqə səviyyəli keçdi. Azərbaycanda muğam sənəti məktəbi çox inkişaf edib. Ancaq aşıq sənətinin tədrisinə yeni başlanır. Bir də ki, bizim sənətimiz daha çox şifahi şəkildə, ustaddan şəyirdə keçmək yolu ilə öyrədilir. Bir məsələni də deyim ki, bəlkə aşıq müsabiqələrini də SMS-siz keçirəcəkdilər, lakin ana sazımizı aşağı endirən sazoynadanlar öz davranışları ilə bizim sənətə zərbə vurdular. Məqsədimiz sazoynadanların ortalıqdan çıxmasına nail olmaqdır. Bu gün qruplar var, saz məktəbləri var, ancaq biz hələ o məktəblərdən aşıq kimi meydana çıxan layiqli bir nəfər görməmişik. Hələ çıxıb bir dənə klassik hava çalan yoxdur, çıxan "Şınıx təranələri" çalır ki, onu toyxanalara toya aparsınlar.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ