Bazar günü günü, 27 sentyabr 2026
     

Məktəblərimizdə saxta diplomlu müəllimlər, hətta direktorlar da var

Image


İstənilən sahədə saxta diplomlu şəxslərin fəaliyyət göstərməsi həmin sahənin inkişafına deyil, tənəzzülə doğru getməsinə rəvac verir. Çox təəssüf ki, saxta diplomlu şəxslər respublikanın orta təhsil sisteminə də sirayət edə biliblər. Onlar arasında nəinki sıravi müəllimlər, hətta məktəb direktorları, dərs hissə müdirləri də var. 

Hələ 2014-cü ildə Təhsil Nazirliyindən bildirilirdi ki, nazirlik 2 minə qədər saxta diplomlu müəllimi adbaad tanıyır. Qurum qeyd edirdi ki, nazirlikdə 2 minə qədər saxta diplomlu müəllimin işləməsi barədə dəqiq məlumat var, amma onları bir anın içində işdən uzaqlaşdırmaq mümkünsüzdür.

Son zamanlar yenidən təhsil sənədi nümunəvi olmayan (saxta diplom), mövcud qaydaların tələblərinə uyğun olmayaraq işə qəbul edilmiş şəxslərlə bağlı məsələ gündəmdədir. Xüsusilə də orta təhsil sistemində olanlara münasibət diqqəti cəlb edir.

Bu günlərdə saytlarda və sosial şəbəkələrdə Təhsil Nazirliyinin saxta diplomlarla işləyən müəllimlərə, məktəb direktorlarına qarşı barışmaz mövqe sərgilədiyi qeyd edilib.

Sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, Xalidə Əzizovanın Kirovabad (Gəncə) Pedaqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb. 

Məsələ barədə Təhsil Nazirliyindən mətbuata bildirilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.

  • “Belə bir "xroniki xəstəliyi” birdən-birə aradan qaldırmaq mümkünsüz dərəcədə çətin bir şeydir”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Müəllimlər İnstitutunun Gəncə filialı tələbələrə saxta diplomlar təşkil edir: “İlk növbədə qeyd edim ki, ən çox saxta diplom Müəllimlər İnstitutunun Gəncə filialında tələbələrə təşkil edilir. Bu ali təhsil müəssisəsinin adı ilə alınıb təhsil sistemində işlədilən diplomlar 600-dən çoxdur. Ədalət naminə demək lazımdır ki, saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Bunun səbəbləri müxtəlif şəkildə izah oluna bilər. Xatırlayırsınızsa, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM) sədri Məleykə Abbaszadə məsələ ilə bağlı ciddi rəqəmlər açıqlamışdı. O, 1992-2011-ci illər ərzində 22 min 332 nəfərin TQDK-nın (DİM) "qara baza"sına düşdüyünü və həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini bildirmişdi.

Saxta diplomların əsasən köçürmələrlə bağlı olduğunu da qeyd etmək lazımçdır. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənclər xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul edilir, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunurdular.

Xatırladım ki, Azərbaycan Beynəlxalq Universitetinin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlara görə bağlanandan sonra həmin ali məktəbin diplomları qəbul olunmadı, məhkəmə prosesi hələ də bu günə kimi davam edir. Misir Mərdanovun nazir olduğu dövrdə bir neçə müəllim işdən azad olundu. Amma məhkəmə bunları yenidən bərpa etdi. Saxta diplom məsələsinin başlıca səbəbi cəzasızlıqdan qaynaqlanır. Hər hansı universitet rektorunun və ya nazirlikdən kiminsə mövcud səbəbə görə cəza aldığı ilə bağlı konkret rəsmi məlumat verilməyib. Məhz cəzasızlıq sindromuna görə bu kimi hallar baş verir”.

O qeyd etdi ki, Sovet dövründə Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlama İnstitutu var idi, sonradan bu institutun xarakteri dəyişilərək Azərbaycan Müəllimlər İnstitutu statusu aldı. Bu azmiş kimi, həmin institutun bölgələrdə 11 filialı yaradıldı, o cümlədən də Gəncədə. Bir müddətdən sonra burada böyük korrupsiya faktları aşkarlandı, bir neçə filial bağlandı və belə bir mənzərə ortaya çıxdı. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzaladı və belə deyək ki, diplom istehsal edən ən böyük müəssisə fəaliyyətini dayandırdı. “Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa bir xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır. İnstitutun lisenziyası yoxdursa və ya nostrifikasiyadan keçməyibsə, saxta hesab olunur. Saxta anlayış da var ki, möhür saxtadır və ya imza saxtadır. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Amma bir məqam da var ki, bəzi hallarda Təhsil Nazirliyində Nostrifikasiya şöbəsinin təsdiqi ilə də saxta diplomlardan əmək bazarında istifadə olunur.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ölkənin sosial-iqtisadi sahəsində olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar əmələ gəldi. Təhsil qanununun qəbul olunması 15 ilə qədər ləngidi. Digər normativ-hüquqi baza yaradılması istiqamətində lazımi iş aparılmadı. Fürsətdən istifadə olunub, 70-dən artıq ali və orta təhsil müəssisəsi yaradıldı və bu müəssisələrin əksəriyyəti özəl oldu. Onların hər hansı bir bazası formalaşmadı. Ona görə də qanunvericilikdə olan müəyyən boşluqlar  bu təhsil müəssisələrində saxtakarlıq elementlərinin baş verməsinə zəmin yaratdı. Özəl ali məktəblərdə islahatlara start verildi. Bir neçə universitet – Azərbaycan Beynəlxalq Universiteti,  Təfəkkür Universiteti, Moskva Açıq Universiteti bağlandı. Bu sahədə rasionallaşma, optimallaşma baxımından tədbirlər həyata keçirilir. Bir sıra universitetlər bağlanır, digərləri birləşir, kolleclər universitetlərin nəzdinə verilir. Bu hərəkətlilik və dəyişikliklər müəyyən vaxtlarda boşluqlar yaradır və bundan istifadə edənlər saxta diplomlar hazırlayıb kimlərəsə verirlər. Belə bir "xroniki xəstəliyi” birdən-birə aradan qaldırmaq mümkünsüz dərəcədə çətin bir şeydir. Əvvəllər mətbuat, internet belə geniş səs-küy salmırdı. Burada mətbuatın rolu böyükdür. Korrupsiya, saxtakarlıq halları mətbuat tərəfindən qabardıldı, bu məsələ yüksək səviyyələrə qədər qaldırıldı. Mətbuatın rolu, ictimaiyyətin təpkisi olmasaydı, bu proses hələ də çiçəklənməkdə davam edəcəkdi.

Bundan başqa, hesab edirəm ki, elektron baza olmalıdır. Hər bir işəgötürən işçini qəbul etdikdən sonra rahatlıqla həmin portala daxil olub verilmiş diplomin həqiqi, yoxsa saxta olduğunu yoxlamalıdır” - deyə ekspert qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ