Cümə günü, 13 noyabr 2026
     

AMEA-da Akif Əlizadənin keçmiş ev bölgüsü ədalətsiz sayılmağa başlayır

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi dövründə qurumda baş verən neqativ halların araşdırılmasına başlandığı barədə məlumatlar var.

AMEA sistemində çalışan alimlərin bir çoxu keçmiş rəhbərliyin qurum əməkdaşlarının çoxuna ədalətsiz münasibət bəslədiyini iddia edir. Əldə etdiyimiz məlumata görə, artıq qurumun bir sıra strukturlarında ciddi araşdırma işləri həyata keçirilir, işində, fəaliyyətində nöqsanlara yol verənlər ya işdən çıxarılır, ya da başqa şəkildə cəzalandırılır. AMEA-dakı mənbələrimizdən aldığımız məlumata görə, akademiyanın bir qrup əməkdaşı özlərinin təxminən bir-iki il əvvəl üzləşdiyi ədalətsiz mənzil bölgüsünün yenidən araşdırılması ilə bağlı AMEA-nın yeni rəhbərliyinə müraciət etməyə hazırlaşır. Artıq bununla bağlı qeyri-rəsmi müraciətlərin edildiyi bildirilir. AMEA əməkdaşları hesab edirlər ki, akademiyanın keçmiş rəhbərliyi mənzil bölgüsünə ədalətlə yanaşmayıb.

Keçən il mətbuatda ev ala bilməyən alimlərin ciddi etirazları dərc edilirdi, onlar bildirirdilər ki, AMEA rəhbərliyi tərəfindən mənzillər haqqı olmayanlara verilib. Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yerləşən yataqxanada məskunlaşmış AMEA əməkdaşları mənzil bölgüsü zamanı ev ala bilməmişdilər. Alimlərin etirazı mediada yer aldığı zaman AMEA-nın İşlər idarəsinin müdir müavini, mənzillərin bölüşdürülməsi komissiyasının katibi Sərdar Əliyev mətbuata göndərdiyi məktubda quruma qarşı ünvanlanmış ittihamların əsassız olduğunu bildirirdi. “AMEA-da işləyən və yataqxanada yaşayan alimlər mənzillə təmin edilib və bu məsələ ilə əlaqədar AMEA-da heç bir qalmaqal yoxdur. AMEA əməkdaşları mənzil bölgüsündən çox razıdırlar. Bu məsələnin ətraflı izahı məqsədilə aşağıdakıları bildiririk:

Akademiyanın keçmiş rəhbərliyi dövründə AMEA ilə "Evrostroy-S” MMC arasında AMEA-nın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yerləşən yataqxanasında yaşayan əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə 14 noyabr 2012-ci il tarixli müqavilə bağlanıb. Yataqxana AMEA-nın balansında, ərazisi AMEA-ya aid olduğuna və qanunvericiliyə əsasən, yataqxana müvəqqəti yaşayış sahəsi hesab edildiyinə görə burada yaşayan sakinlər müqavilənin bağlanmasında tərəf kimi iştirak edə bilməzdilər. Belə ki, bu yataqxanadakı otaqlar özəlləşməmişdi və özəlləşdirilməsi də nəzədə tutulmur.

Müqavilədə podratçı tərəfindən həmin ərazidə inşa ediləcək 4 girişli 16 mərtəbəli yaşayış binasından 1 girişli 16 mərtəbəli yaşayış binasının ödənişsiz əsaslarla AMEA-ya ayrılması nəzərdə tutulmuşdu. Lakin müqavilə bağlanan zaman "Evrostroy-S” MMC tərəfindən ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyinə görə çox çətinliklərlə üzləşdik.

Məlumat üçün bildiririk ki, müqavilə bağlanarkən yataqxanada 116-ya yaxın ailənin yaşamasına baxmayaraq, "Evrostroy-S” MMC Şərifzadə küçəsi 12 ünvanında inşa etdiyi binadan AMEA-ya 54 mənzil ayırdı. Bu mənzillər azlıq etdiyinə və həmin ünvanda əlavə mənzillər olmadığını bildirdiklərinə görə AMEA-nın təkidindən sonra "Evrostroy-S” MMC ətraf qəsəbələrdə inşa edilmiş yaşayış evlərindən də mənzillər ayırdı. Bu mənzillərin cəmi hətta yataqxana ilə əlaqədar olan və hazırda AMEA-da işləyən elmi işçilərə də azlıq etdi. Hazırda əlavə mənzillərin ayrılması üçün "Evrostroy-S” MMC ilə danışıqlar davam etdirilir. Hətta hüquq-mühafizə orqanlarına da müraciət etmişik”. Bu, AMEA-nın rəsmi açıqlaması idi.

AMEA-nın verdiyi açıqlamadan belə görsənirdi ki, qalmaqalların səbəbkarı "Evrostroy-S" MMC-dir. Siyahıda 116 ailənin adı vardısa, tikinti şirkəti nə üçün AMEA-ya 54 mənzil ayırır?

Qeyd edilənə görə, 2012-ci ildə AMEA işçilərinin siyahıya alınmasında və mənzil məsələsinin həll edilməsində məsul şəxs olan akademiyanın və "Evrostroy-S” MMC-nin keçmiş işçisi Bəxtiyar Təhməzov mətbuata açıqlamasında “Mən qalmaqallardan sonra işdən çıxarılmışam. 3 ildən artıqdır ki, orada çalışmıram” - deyə bildirib.

AMEA, həmçinin, iddia edib ki, yataqxanada məskunlaşmış şəxslərin əksəriyyətinin orada qanuni yaşamaq hüququ yoxdur və bunlar araşdırıldıqdan sonra qurum yüzlərlə şəxsin qeydiyyatdan çıxarılmasına nail olub. Həmçinin, mənzillərin obyektiv bölüşdürülməsini təmin etmək məqsədilə komissiya yaradılıb: "Yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə var. Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isə AMEA-da işləməyənlərdir. Bunlardan əlavə, AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) əksəriyyətinin 20 ildən artıq müddətdir yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilib. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Bunlardan yataqxanada otaq ayrılması barədə məhkəmə qərarı olanları və əvvəllər yataqxanada yaşamış, sonralar isə ailə qurduğuna görə kirayəyə çıxmışlar da var. Bu əməkdaşlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalmışlar”.

Bildirək ki, AMEA Rəyasət Heyətinin 05 iyul 2017-ci il tarixli, 9/23 nömrəli qərarı ilə əvvəlki komissiyanın tərkibində dəyişiklik edilmişdi və yeni komissiyaya AMEA Gənc Alim və Mütəxəssislər Şurasının, Veteranlar Şurasının üzvləri də əlavə edilərək 7 nəfərdən 13 nəfərə artırılmışdı.

Qeyd edək ki, həmin dövrdə “Biz yataqxana sakinləri 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12-də yerləşən AMEA-nın Aspirantlar yataqxanası sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığımız müraciəti yenidən dövlət başçısına ünvanlayaraq bildirmək istəyirik ki, bu müraciətdə qeyd olunan bütün qanunsuzluqları AMEA prezidenti və onun ətrafındakı özbaşına məmurlar bu günə kimi (2019-cu ilə kimi) həyata keçiriblər və mənzil almaq hüquqlarımızı pozaraq Sizin humanistliklə imzaladığınız layihəni AMEA və “Sipark” ( “Evro Stroy-S” MMC) inşaat öz mənfəət bazalarına çeviriblər. Bu gün də bu qanunsuz əməlləri davam edir. “Sipark” inşaatla AMEA bizə ayrılan mənzilləri sataraq bizi evsiz qoyublar. Müraciət ünvanlanandan bu günə kimi bizim problemimiz öz həllini tapmamış, təəssüflər olsun ki, səsimizi də Sizə onların havadarlarının hesabına çatdıra bilməmişik.

Biz sakinlər bu yataqxanaya qanuni yollarla gəlmişik, vaxtilə AMEA əməkdaşı olmuşuq və bu gün də AMEA əməkdaşlarıyıq, amma AMEA rəhbərliyi və “Sipark” inşaat əlbirliyi ilə bütün qanunları pozaraq, bizim mənzillərimizi mənimsəyərək, Sizin verdiyiniz göstərişı həyata keçirməyərək, bizləri dövlətdən narazı salaraq, Sizin idarəetmə imicinizə ziyan vururlar”.

Bu da keçən illər mənzil bölgüsündən kənarda qalan AMEA əməkdaşlarının ölkə başçısına müraciətindən bir parça idi.  

Bu gün də yenidən bu məsələ qabardılıb və AMEA əməkdaşları yeni rəhbərlikdən mənzil bölgüsü ilə bağlı problemin yenidən, lakin obyektiv şəkildə araşdırılmasını istəyirlər.

  • “Mənzillər tikiləndən sonra orada bölgü prosesinin guya şəffaf olması ilə bağlı akademiyanın eks-prezidenti Akif Əlizadə bir neçə populist bəyanat səsləndirmişdi”

Proses başlayandan onun içində olan və hadisələrə şahidlik edən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, AMEA əməkdaşlarının vaxtilə üzləşdikləri ədalətsiz mənzil bölgüsünün yenidən araşdırılmasını tələb etmələri tamamilə doğru bir haldır və bu onların haqqıdır. İ.Orucov hesab edir ki, AMEA rəhbərliyi mənzil bölgüsü zamanı yaşanan bütün neqativ olayları araşdırmalı, ədalət bərpa olunmalı və evsiz insanların haqqını özünə qaytarmalıdır. “Bu məsələ olduqca aktual və həllini tapmayan bir problemdir. Bu gün də bu məsələnin gündəmə gətirilməsi, alimlərin tələblər irəli sürməsi tam yerindədir. Xatırlayıram, biz gənc alimlərin problemlərini müzakirə edən zaman Azərbaycan Milli Elmlər Akademiyasının aspirantlar yataqxanasının yerləşdiyi Şərifzadə küçəsi 12 ünvanında yataqxananın həyətindəki boş ərazidə gənc alimlər üçün yaşayış binası tikilməsi məsələsi qaldırdıq. Bununla həm də yataqxana sakinlərinin acınacaqlı durumunu yaxşılaşdırmağı düşünürdük. Cənab Prezident tərəfindən 2007-ci il respublikada “Gənclər ili” elan edildiyindən və cənab Prezidentin gəncləri qəbul etməsindən, gənclərə “mən gəncləri özümə dost bilirəm, mən sizə güvənirəm, siz də mənə güvənin” çağırışından sonra biz ölkə başçısına bir məktub hazırladıq. Bu məktub cənab Prezidentə göndərildi. Bundan sonra biz həmin ərazidə alimlər üçün yaşayış binasının tikilməsi ilə bağlı bir neçə aidiyyəti dövlət qurumunun təmsilçiləri ilə görüşdük. Yataqxana sakinlərinin israrlı müraciətlərindən sonra akademiyanın prezidenti akademik Mahmud Kərimov ölkə başçısına məktubla müraciət etdi. Çünki 2007-ci ildə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı Azərbaycanda ölkə başçısının müvafiq qərarından sonra burada fəlsəfə doktoru və elmlər doktoru dərəcəsi alanlar da güzəştli ipoteka kreditlərindən yararlana bilərdilər. O zaman İpoteka Fondunun rəhbəri ilə görüşdüm və məlum oldu ki, gənc alimlərin əməkhaqqının aşağı olması heç cür onlara ipoteka kreditindən yararlanmağa imkan vermir. Bundan sonra məcbur qaldıq ki, evə, mənzilə ehtiyacı olan insanların problemlərinin həllinə nail olmaq üçün akademiyanın ərazilərindən istifadə edək. Beləliklə, biz  həm özümüz bununla bağlı cənab Prezidentə məktub yazdıq, həm də AMEA-nın mərhum prezidenti, akademik Mahmud Kərimov Prezidentə məktubla müraciət etdi, cənab Prezident də müvafiq sərəncam imzaladı. Bu çox vaxt aparan bir iş idi və bizə tikinti şirkəti tapmaq lazım idi. O tikinti şirkəti tapıldı, onunla danışıqlar aparıldı, müqavilə imzalandı, akademiyanı təmin edən şərtlər daxilində binanın tikintisinə razılıq verildi. Nəzərdə tutulmuşdu ki, akademiyanın yataqxanasında yaşayan 118 nəfər evə ehtiyacı olan insan inşa edilən binada evlə təmin edilsin. Eyni zamanda, təklif olundu ki, növbəti mərhələdə oradakı başqa boş ərazidə də gənc alimlər üçün yaşayış binası tikilsin və ehtiyacı olan gənc alimlərə də mənzillər verilsin. Bu bina tikildi. Biz o vaxt araşdırıb müəyyənləşdirdik ki, təxminən 162 nəfər mənzilə ehtiyacı olan fəlsəfə doktoru dərəcəsi alan (səhv etmirəmsə aralarında 1-2 nəfər elmlər doktoru da vardı - İ.O.) alimlərin müvafiq sənədlərini topladıq. Belə oldu ki, 2013-cü ildə akademiyanın prezidenti Mahmud Kərimov dünyasını dəyişdi. Binanı tikən şirkətlə də müqaviləni birbaşa Mahmud Kərimov imzalamışdı. Həmin ərəfədə, eyni zamanda, müəyyən narazılıqlar da başlamışdı. Çünki Mahmud müəllim rəhmətə getdikdən sonra akademiyanın prezidenti vəzifəsinə gəlmiş Akif Əlizadə bizdən sənədləri istədi ki, o sənədləri mənə verin, mən onlarla tanış olmalıyam, görüm kimin həqiqətən mənzilə ehtiyacı var, kimin yoxdur. Biz o sənədləri ona təqdim etdik və sonrakı dönəmlərdə mən o prosesdən uzaqlaşdım, onlar özləri bu işləri görməyə başladılar”.

İ.Orucov qeyd etdi ki, həmin dövrdə yataqxana sakinləri özləri də bir komitə yaradaraq bu işlə məşğul olurdular, hətta onlar bununla bağlı etiraz piketləri də keçirirdilər, tələblər edirdilər. “Onlar evlə təmin olunmalarını israrla tələb edirdilər. Əslində, əvvəlki müqavilədə həmin yataqxanada yaşayan adamların mütləq şəkildə mənzillə təmin olunması əks olunmuşdu. Çox təəssüf ki, sonrakı dövrlərdə bu bölgüyə yenidən “baxıldı”. Mənzillər tikiləndən sonra orada bölgü prosesinin guya şəffaf olması ilə bağlı akademiyanın eks-prezidenti Akif Əlizadə bir neçə populist bəyanat səsləndirmişdi. Sonra məlum oldu ki, bu 85 yaşlı adamın yataqxanada yaşayan zavallı alimlər üçün tikilən o mənzillərdə gözü var imiş. O, dövlətdən bir neçə dəfə ev almasına baxmayaraq, bu binadan da özünə bir 4, bir 2 otaqlı mənzil götürmüşdü, onun mənzilləri ələ keçirməsi ilə bağlı müqavilələrin şəkilləri hətta mətbuatda da yayılmışdı. Eyni zamanda, gəlinin adına iki mənzilin (bir 4, bir 2 otaqlı) müqavilələrinin şəkli mətbuatda işıqlandırıldı. Yəni bir binadan yalnız 4 mənzili o özü ələ keçirdi. Həmçinin də akademiyanın vitse-prezidentləri də ondan “nümunə” götürərək evləri, mənzilləri ola-ola yenə də oradan mənzil aldılar. Çox təəssüf ki, akademik titulu olan ahıl insanlar bu cür saxtakarlığa əl atdılar. Nəticədə də xoşagəlməz hadisələr baş verdi. Məsələ burasındadır ki, həm yataqxanada yaşayan sakinlər, eyni zamanda, akademiyada illərlə mənzil gözləyən, həmin binadan  mənzil alacaqlarına ümid edən gənclər də, təbii ki, qarşılaşdıqları ədalətsizliklərlə bağlı ölkə başçısına, ölkəmizin Birinci vitse-prezidentinə, eləcə də əlaqədar qurumlara müraciətlər edir, məktublar imzalayırlar və bu məsələ son dövrlərdə bir qədər də aktuallaşıb. Ədalətsiz mənzil bölgüsü probleminin aktuallaşmasına və gündəmə gətirilməsinə səbəb isə akademiyada Ramiz müəllimin prezident seçilməsindən sonra aşkarladığı qanunsuzluqlar, yerində olmayan adamları işdən uzaqlaşdırmasıdır. İnsanlar ümid edirlər ki, nəhayət, ədalət bərpa olunacaq, bu işdə saxtakarlıq edənlər ifşa olunacaqlar. Çox yaxşı olardı ki, bu adamlar haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlı qanuni ölçü götürülsün”.

İ.Orucov hesab edir ki, AMEA-nın yeni rəhbərliyi özündən əvvəlki rəhbərliyin mənzil bölgüsündə yol verdiyi saxtakarlığın və ədalətsizliyin aradan qaldırılması üçün müvafiq addımlar atacaq. O hətta bildirdi ki, mənzil almağa haqqı olan adamlar saxta yollarla mənzil almış adamların əllərindən həmin mənzillərin alınmasını da tələb etməkdə haqlıdırlar. Müsahibimizin fikrincə, işə ədalətli münasibət olsa, yataqxana sakinləri olan alimlər öz evlərinə qovuşa bilərlər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ