Cümə günü, 13 noyabr 2026
     

Akademiyanın institut direktorları da “islah olunmağa” başladı - MÜSAHİBƏ

Image


“Elmi işlə məşğul olmaq mənim üçün daha maraqlıdır”

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi elmi-tədqiqat institutlarının direktorlarının tutduqları vəzifədən uzaqlaşdırılacağı haqqında proqnozlar özünü doğrultmaqdadır. Belə ki, yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilərək burada bir sıra məsələlərə baxılıb, o cümlədən də bəzi institutlara təyinatlar edilib, bəzilərinin direktorları isə tutduqları vəzifədən uzaqlaşdırılıblar. .

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə fizika üzrə fəlsəfə doktoru Elman Yusifov AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib.

Qeyd edək ki, Zoologiya İnstitutunun on illər ən çox fəaliyyətsizlikdə ittiham edilən elmi-tədqiqat institutu olduğu bildirilir və məlumatlara görə, bu institutun əməkdaşları çöl-tədqiqat işlərinə cəlb edilmirlər. Bundan əlavə, AMEA-nın Zoologiya İnstitutu keçən il Azərbaycanda mövcud olan çöl quşlarının adlarının dəyişdirilməsi ilə gündəmə gəlmişdi.

AMEA Rəyasət Heyətinin qərarı ilə yanvarın 9-da vəzifəsindən kənarlaşdırılan, fizika üzrə fəlsəfə doktoru Elman Yusifovla əlaqə saxlayıb ondan müsahibə götürdük.

- Elman müəllim, Zoologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılmağınız sizin üçün gözlənilən idimi? Bu qərarı necə qarşıladınız?

- Bu qərarı çox normal qarşıladım. Bu mənim üçün gözlənilən idi. Mən ərizə yazdım və çox sağ olsun hörmətli Ramiz müəllim, ərizəmi qəbul etdi.

- Ərizə yazmağınızın səbəbi nə ilə bağlı idi?

- Bilirsiniz, elmi fəaliyyətim bir qədər axsayırdı. Çünki elmi fəaliyyətlə rəhbərlik, inzibati iş heç cür uyğunlaşmır. İnzibati vəzifə daha artıq diqqət, zaman tələb edir. Ona görə də elmi fəaliyyətə zaman qalmır. Doktorluq işim yarımçıqdır, onu bitirmək üçün direktor vəzifəsindən çıxmaq istəyimlə bağlı ərizə yazdım və vəzifədən azad edildim. Mənim yerimə də təyin edilən Elşad Əhmədov çox layiqli namizəddir, yaxşı kadrdır. Hesab edirəm ki, fəaliyyəti dövründə çox işlər görəcək. Mən də hazırda Zoologiya İnstitutunda qalıb çalışıram, fəaliyyətimi davam etdirirəm.

- Elman müəllim, Zoologiya İnstitutunun direktoru vəzifəsində neçə il idi işləyirdiniz?

- Dörd ilə yaxın idi ki, direktor vəzifəsində idim.

- Elmi fəaliyyətinizin axsamasına direktorluğunuz mane olurdu?

- 10 il idi ki, mənim doktorluq mövzum təsdiqlənib. Amma mən o işin ardınca gedə bilmirəm. Bizim sahə elədir ki, kabinetdə oturub yazmaq olmur, gərək elmi ekspedisiyalara, çöl işlərinə gedəsən, koordinatlar götürəsən, tədqiqatlar aparasan. Amma direktor vəzifəsi buna imkan vermirdi. Çünki hər zaman iclaslarda iştirak etmək, sənədlər imzalamaq lazım olur. Yəni rəhbərlik işi çox çətindir. Bizim institutun kollektivi çox böyükdür, burada 240-a yaxın işçi var və bu da elmi işlə məşğul olmağa yol vermirdi. İşdən çıxmaq mümkün deyildi, harasa getmək üçün gərək rəsmi müraciət edəsən, bütün bunlar direktor üçün maneələrdir. Bu sahədə məhdudiyyətlər var. Ona görə də elmi işimi bitirmək istəyirəm, elmi işlə məşğul olmaq mənim üçün daha maraqlıdır.

- “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin yeni tərkibi formalaşıb. Siz necə, həmin heyətdə varsınızmı?

- “Qırmızı kitab”ın II nəşri çapdan çıxıb, indi isə III nəşrə hazırlıq gedir. Nazirlər Kabinetinin qərarı ilə hər 15-20 ildən bir bu kitab nəşr edilir. “Qırmızı kitab”ın III nəşrinin hazırlanmasında mən də iştirak edirəm. Burada daha dəqiq nəticələr göstərmək, CİS koordinatlarından istifadə etmək lazımdır. Bu iş AMEA-nın Zoologiya İnstitutu, Botanika İnstitutu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi ilə həyata keçiriləcək.

- “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın vəziyyəti necədir? Elə bir heyvan, bitki növü varmı ki, onların adlarını bu kitabdan çıxarmaq mümkün olub?

- Əlbəttə, bəzi növlər var ki, onları “Qırmızı kitab”dan çıxarmaq olar. Çünki onlar xüsusi mühafizə olunan təbiət ərazilərində qorunur, vəziyyətləri yaxşıdır. Bəzi növlər də var həddən artıq çoxalıb. Məsələn, oxlu kirpi. Bir sıra növlər də var ki, onların vəziyyəti təhlükə qarşısındadır, biz onları “Qırmızı kitab”ın III nəşrinə tövsiyə etmək istəyirik.

- Konkret olaraq söhbət hansı növlərdən gedir? Təhlükəli vəziyyətdə olan canlılar hansılardır?

- Məsələn, elə biri tibb zəlisidir. Bu dəqiqə “bum” yaranıb, qanuni-qanunsuz, həmin növ zəlilər apteklərə daşınır. Bu zəlilər də məhdud göllərdə olur, şirin su göllərində. İqlim dəyişməsi nəticəsində də həmin göllərin get-gedə həcmi azalır. Sahibkarlar müxtəlif yollarla zəliləri daşıyırlar. Belə problemlər var.

- Zəli problemi doğrudan da aktualdır. İstənilən aptektdə rast gəlinir, amma mənşəyi bilinmir ki, haradan gətirilib, istifadə edilməsi düzgündür, yoxsa yox?

- Ümumiyyətlə, indi çox yaxşı trendlər var. Mən işlədiyim mühitdə artıq bir neçə sahibkar süni şəkildə zəlini çoxaldır. Təkcə zəli deyil, hazırda göl qurbağasına da həvəs, maraq artıb.

- Yəqin bu, göl qurbağalarının kulinariyada istifadə edilməsi ilə bağlıdır, yoxsa?

- Bəli, bu gün restoranlarda göl qurbağasına böyük tələbat var. Göl qurbağalarından kulinariyada istifadə edilir. Hətta xarici ölkələrə də satılır. Biz bunu da araşdıracağıq. Təbii göllərdən istifadə ilə bağlı məhdudiyyətlər olanda sahibkarlar bunları süni şəkildə çoxaldırlar. Burada heç bir məhdudiyyət yoxdur, sahibkarlar istədikləri həcmdə süni şəraitdə yetişdirdikləri zəliləri, qurbağaları aparıb sata bilərlər. Bu, ölkə büdcəsinə, ümumdaxili məhsulun artmasına da, sahibkarlığın inkişafına, işsizliyin aradan qaldırılmasına çox böyük fayda verir. Amma təbiətə israfçı münasibət yaxşı hal deyil. Bəzi növlər var ki, biz onlar haqqında düşünürük. Bu, bir institutun işi deyil, burada bir neçə elmi qurum, institut iştirak etməlidir. Məsələn, fauna üzrə AMEA-nın Zoologiya İnstitutu bir tərəfdir, Bakı Dövlət Universitetinin uyğun kafedraları bir tərəfdir. Eləcə də Naxçıvan Bioresurslar İnstitutu və digər institutlar bu işləri birgə müzakirə edəcəklər.

- Elman müəllim, sizin institut son dövrlər daha çox quşların adlarının dəyişdirilməsi məsələsi ilə gündəmə gəlmişdi. Doğrudanmı quşların adlarının dəyişdirilməsinə ehtiyac vardı?

- Bu sensasiyanı bəzi media orqanları yaratmaq istəmişdi. Amma süni yolla ajiotaj yaratmaq yaxşı hal deyil. Quşların adlarının dəyişdirilməsinə gəlincə, biz quş adı dəyişən deyilik. Quşların adlarının dəyişdirilməsi məsələsi elmi terminologiyada olan uyğunsuzluqla əlaqədardır. Bir quşun adını bir alim bir çür, o biri alim başqa cür, bir başqa alim də tamam fərqli yazır. Biz bütün alimləri bir araya toplayıb qərara gəldik ki, quşları bir adla adlandıraq, bütün elmi ədəbiyyatlarda bu belə getsin. Bilirəm, siz indi “maygülü”nü deyəcəksiniz. Biri “maygülü” yazır, biri batağan yazır, biri isə həmin quşun latınca adını Azərbaycan dilinə tərcümə edir, bu da çox zaman dilimizin qaydalarına uyğun gəlmir. Onlar istəyirlər orijinallığı saxlasınlar. Quşların adları elmi məqalələrdə eyni cür yazılmalıdır. Elmdə bir növün bir adı olmalıdır. Məqsəd bundan ibarətdir. Bu da konsensus variantında işlənib. Bəzi alimlər deyirlər bu belə olsun, başqası başqa cür olsun deyir, biz də orijinal adı yazıb mötərizədə də digər variantları qeyd edirik. Bu özü də son söz deyil, bu, yazılandan, kitab çap olunandan sonra bu adlar elmdə işlənəcək, bir də yanlışlığa yol verilməyəcək. Hansı ad, hansı söz daha çox işlənsə, o söz də elmdə qalacaq, o biri söz isə tədricən təbii yolla itib gedəcək. Yəni söhbət bundan gedir. Yoxsa ki, bizim o qədər işimiz var, onları görməliyik. Bəzən bizim haqqımızda deyirlər ki, işləri qurtarıb, indi də quş adlarını dəyişirlər. Bu ədalətsizlikdir və alimlərin zəhmətini yerə vurmaqdır. Bu da yaxşı hal deyil.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ