Cümə günü, 13 noyabr 2026
     

Magistraturaya qəbulun ikinci turunun ləğvi söhbətləri ciddi ictimai narazılıqlar törədib...

Image


Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul imtahanının ikinci mərhələsinin ləğv edilməsi ilə bağlı aidiyyəti qurumlara təklif verməsinin cəmiyyət tərəfindən mənfi qarşılanması çox təbiidir. DİM sədri Məleykə Abbaszadə deyib ki, Təhsil Nazirliyinin təşəbbüsü əsasında magistraturaya qəbulla əlaqədar təhlillər aparılıb və gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün magistraturaya qəbul prosedurunun birmərhələli keçirilməsi qəbul edilib.

Həm təhsil ekspertləri, həm də iddiaçılar haqlı olaraq hesab edirlər ki, magistraturaya qəbulun birmərhələli keçirilməsi gənclərin elm sahəsinə marağını azaldacaq. Onsuz da ali təhsilin magistratura pilləsinə qəbul qaydaları çətin olduğu üçün, gənclərin çoxu bakalavr təhsili ilə kifayətlənməli olur. Magistraturaya qəbulun ikipilləli, ikimərhələli olması gənclərin bu sahəyə meyl göstərməsinə səbəb olurdu. Amma yaxın zamanlarda magistraturaya qəbulun birmərhələli keçirilməsi barədə qərar qəbul olunarsa, bu, gənclərin əlindən şansın çıxması demək olacaq. Çünki birinci mərhələdə ya həyəcandan, ya da hansısa səbəbdən istənilən nəticəni göstərə bilməyən iddiaçı ikinci mərhələdə özünü tam olaraq ifadə etmək imkanı qazanırdı. Magistraturaya imtahanların ikimərhələli keçirilməsi gənclərin təhsilini təkmilləşdirməsinə böyük təkan verirdi.

Azərbaycanda, ümumiyyətlə, magistraturaya qəbul qaydaları həddən artıq çətin olduğu üçün, gənclər çalışırlar ki, bu istiqamətdə xarici ölkələrdə təhsil alsınlar. Hətta elə xarici ölkələr var ki, burada, ümumiyyətlə, magistratura təhsili ödənişsizdir, bura qəbul elə də çətin deyil. Bizdə isə əksinədir, magistraturaya imtahan qaydalarını o qədər sərtləşdirmək təklifləri irəli sürürlər ki, gənclər bu pillə üzrə təhsil almağa soyuq yanaşırlar. Gənclər arasında elmə, təhsilə marağın az olduğu bir dönəmdə magistraturaya qəbul qaydalarının dəyişdirilməsi, imtahanların birmərhələli şəkildə keçirilməsi təklifi sosial şəbəkələrdə də çox sərt şəkildə tənqid edilir. Ümumi fikirlər belədir ki, magistratura pilləsində ikimərhələli imtahan qaydası saxlansın, hətta magistratura təhsili pulsuz olsun, belə olarsa, bizim elm və təhsilimiz daha çox qazanc əldə edər.

  • “Dünya təcrübəsində qabaqcıl universitetlərdə magistraturada təhsil alanlar, demək olar ki, bakalavriaturada təhsil alanlara yaxın faizdədir”

Tanınmış təhsil eksperti Kamran Əsədovun da magistraturaya qəbul qaydalarının dəyişdirilməsinə münasibəti mənfidir. O bildirdi ki, imtahanların ikimərhələli keçirilməsi daha faydalıdır, nəinki onun birmərhələli keçirilməsi. “Bu gün ciddi şəkidə Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin əməkdaşları ilə 2020-ci ildə keçiriləcək magistratura imtahanı müzakirə edilir. Belə başa düşdüm ki, 2020-ci ildə magistratura səviyyəsinə qəbul üçün imtahan birmərhələli olacaq və bakalavrlar məntiq, informatika və xarici dildən imtahan verəcəklər. İmtahan may ayında olacaq... Mən də Təhsil Nazirliyinin Dövlət İmtahan Mərkəzi ilə razılaşdırıb Nazirlər Kabinetinə təqdim etdiyi bu yeniliyə qarşıyam. Bu, ixtisaslı kadrların çatışmazlığının mövcud olduğu dövrdə vəziyyəti daha da pisləşdirəcək. Heç olmasa, bu dəfə Nazirlər Kabineti qarşısına qoyulan bu sənədi həqiqətən də araşdıracaq. Başa düşürəm ki, onların ixtisaslı kadrları yoxdur, amma bu dəyişikliyi qəbul etmək olmaz.

Bəli, təklifə görə magistraturaya qəbulda ixtisas imtahanı ləğv olunur və bu, təhsilin daha əlçatan olması üçün edilir. Dünya təcrübəsində qabaqcıl universitetlərdə magistraturada təhsil alanlar, demək olar ki, bakalavriaturada təhsil alanlara yaxın faizdədir. Azərbaycan universitetlərində isə magistraturaya qəbul kifayət qədər azdır və bununla belə, plan yerləri yenə də dolmur. Əsas səbəbi də imtahan verənlərin 50%-nin DİM-in keçirdiyi imtahanın I mərhələsində müsabiqədən keçməməsidir. Demək, əlçatanlığın qarşısı I mərhələdəki imtahanda alınır”.

K.Əsədov qeyd edir ki, 2018 və 2019-cu illərdə imtahanda iştirak edən bakalavrların müvafiq olaraq, 49,73 faizi və 53,61 faizi 50 baldan yuxarı nəticə göstərib, 2014-2016-cı illərdə isə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil edib: “2019-cu ildə magistratura səviyyəsinə qəbul üçün imtahanda iştirak edən 12241 bakalavrdan 6121 nəfər 49,91-dən yuxarı, qalanları isə aşağı bal toplayıb. 2019-cu ildə 91 və daha yuxarı bal toplayanların sayı 23 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 336 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1369 nəfər olub. 2018-ci ildə isə müvafiq göstəricilər 11, 137 və 872 nəfərdir. Göründüyü kimi, I mərhələnin nəticəsi qənaətbəxş deyil. Magistraturaya tələbat yoxdur. Bunun da əsas səbəbi düşünürəm ki, magistratura təhsilinin əmək bazarında heç bir üstünlüyə malik olmamasıdır. Ölkə üzrə magistrların sayı bakalavrların 9 faizini təşkil edir ki, bu da olduqca aşağı rəqəmdir.

Mən isə təklif edirəm ki, magistratura imtahanı xarici dil və ixtisasdan olsun. Digər bilik və bacarıqlar isə universitetdə formalaşdırılmalıdır” - deyə mütəxəssis qeyd edib.

Mütəxəssisin fikrindən də göründüyü kimi, Azərbaycanda, ümumiyyətlə, magistraturaya qəbul faizi çox aşağıdır, bu da birbaşa yaradılan süni əngəllərlə bağlıdır. Magistratura imtahanlarına iddiaçının seçdiyi ixtiasaslara aidiyyəti olmayan fənlərin salınması, eləcə də imtahanın I mərhələsinin daha da mürəkkəb olması gənclərin qarşısını kəsir. Bu səbəbdən də hesab edirik ki, Nazirlər Kabineti Azərbaycanda magistraturaya qəbulun birmərhələli keçirilməsi ilə bağlı Təhsil Nazirliyi və DİM tərəfindən edilən müraciəti incələyəcək və ictimai rəyi nəzərə almaqla qərar qəbul edəcək. Aidiyyəti qurumlar deyirlər ki, bu təklif magistratura təhsilinin əlçatan olması üçün verilib. Amma biz əksini düşünürük. Hesab edirik ki, bu təklif magistratura təhsilinin əlçatmaz bir uzaqlıqda olmasına şərait yaradır, nəinki əlçatanlığına.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ