Cümə günü, 13 noyabr 2026
     

İranlı Abbas Lisaninin azərbaycanlı pərəstişkarı şairi ona bağlayan nədir? - MÜSAHİBƏ

Image


“Mən Təbrizə, Ərdəbilə gedəndə Abbas Lisani ilə də görüşmək istəmişəm, lakin görüşümüz alınmayıb”

 

Cənubi Azərbaycanda ictimai-siyasi fəal olan, İranda azərbaycanlıların milli haqları uğrunda mübarizə aparan və bu fəaliyyətinə görə həbs edilən Abbas Lisaninin haqlarını müdafiə edən tanınmış həkim-şair Fəzail İsmayıl müxtəlif mətbuat orqanlarında A.Lisani ilə bağlı məqalələrlə çıxışlar edir. F.İsmayıl redaksiyamıza gələrək A.Lisanini müdafiə etməsinin səbəblərini açıqladı.

- Fəzail müəllim, siz Abbas Lisanini şəxsən tanıyırsınızmı?

- Yerli mətbuatda davamlı olaraq Abbas Lisaninin azadlığa çıxması barədə yazıram, onu müdafiə edirəm. Xeyr, Abbas Lisanini şəxsən tanımıram, onunla heç bir şəxsi tanışlığım yoxdur. Ancaq onun bir milli fəal kimi fəaliyyətini həmişə izləmişəm, təqdir etmişəm. Ümumiyyətlə, Güney Azərbaycanda baş verən prosesləri, Azərbaycanın bütövlüyü uğrunda orada aparılan mübarizəni hər zaman yaxından izləmişəm.

- Sizi Abbas Lisaniyə nə bağlayır?

-  Abbas Lisani ilə mənim aramdakı doğmalıq səbəbsiz deyil. Məni ona bağlayan çox şey var, bu həm də hər ikimizin əslən Ərdəbilli olmağımızla bağlıdır. Mənim ata və ana nəslim ərdəbillidir. Onlar Ərdəbildə yaşayıblar. 1662-ci ildə Şah Abbasın dövründə saray intriqaları nəticəsində Ərdəbildən köçərək Quzey Azərbaycana - Ağdamın Abdal Gülablı kəndinə, İbadulla xanın yanına gəliblər, onunla qohum olublar. Şah Abbas farsyönümlü siyasət yürütdüyü üçün ulu babam Böyükkişi xan onun siyasətinə etiraz edib. Çünki babam Böyükkişi xan I Təhmasibin baş vəziri olub.

Abbas Lisaninin siyasi fəaliyyətində məni cəlb edən əsas amillərdən biri də onun yenilməzliyi, əyilməzliyidir. Onu heç bir təpki, həbs öz əqidəsindən döndərə bilmir, o heç vaxt mübarizəsindən geri çəkilmir. İranın dövlət konstitusiyasında biz türklərin bütün hüquqlarının müdafiə olunduğu, elm-təhsil hüquqları qorunduğu göstərilsə də, soydaşlarımız bunun əksini görürlər.

-  Deyirsiniz ki, Abbas Lisanini qazamata qədər aparan səbəb onun soydaşlarımızın haqqını tələb etməsidir və siz də buna görə onun azadlığa çıxmasını israr edirsiniz...

- Bəli. O, 1967-ci il fevral ayının 18-də yoxsul bir ailədə doğulub. Özü də ata-ana tərəfdən tər-təmiz oğuz türküdür, xalqını da səmimi qəlbdən sevir, çox səbrli və çox böyük ədəb-əxlaq sahibidir. Ən gənc yaşlarından da öz məqalələri ilə Azərbaycan türklərinin ana dillərində təhsil almaq hüquqlarından məhrum edilməsi ilə bağlı çıxışlar edib.

- Fəzail müəllim, siz Abbas Lisaninin pərəstişkarısınız. Bəs necə olub ki, bir dəfə də olsun onunla görüşməyə cəhd göstərməmisiniz?

- Mən Təbrizə, Ərdəbilə gedəndə Abbas Lisani ilə də görüşmək istəmişəm, lakin görüşümüz alınmayıb. Maddi cəhətdən imkansızlıq onunla görüşümə mane olub. Abbas Lisani ilk dəfə milli fəal kimi 30 yaşında qeydə alınıb. 1997-ci ildən başlayaraq Bəzz-Babək qalasına yürüşlərdə iştirak edib və orada çox odlu-alovlu, kəskin çıxışlar edib. Həmin çıxışlarda da deyib ki, Bəzz qalası bizim cümhuriyyət qalamızdır. Yəni ki, biz heç vaxt Babəkimizdən dönə bilmərik, Babək Allahsız adam olmayıb. Abbas Lisaninin apardığı mübarizə sırf Cənubi Azərbaycandakı soydaşlarımızın əzilən haqlarının, milli hüquqlarının bərpasına nail olmaqla bağlıdır. Mən burada Mahmudəli Çöhrəqanlının apardığı siyasi mübarizə ilə Abbas Lisaninin apardığı siyasi mübarizəni eyniləşdirə bilmərəm, çünki onlar arasında fərqlər var. Çöhrəqanlının apardığı mübarizə, sadəcə, parlament səviyyəsində olan mübarizədir. Abbas Lisaninin isə siyasi mübarizəsinin mayasında, kökündə o tay, bu tay Azərbaycanın milli birliyinə nail olmaq, Ağa Məhəmməd Şah Qacardan sonrakı Azərbaycanın birləşdirilməsi durur. Abbas Lisani deyir ki, mən Vətənimdən, millətimdən getmirəm. Son dövrlər Güney Azərbaycandan dünyanın müxtəlif ölkələrinə xeyli sayda türk gedir. Abbas Lisani isə buna qarşıdır. O deyir ki, mən mübarizəmi burada aparıb, haqq uğrunda vətənimdə öləcəyəm. Abbas Lisani sonuncu dəfə həbs ediləndə ona 10 il həbs verdilər. Abbas Lisanini bir neçə dəfə həbs ediblər və məsləkdaşlarını, yaxınlarını yanına buraxmayanda aclıq edib. O, sonuncu dəfə 47 gün aclıq etdikdən sonra həbs olunub. Onun bacısı da, həyat yoldaşı da Abbas Lisanini müdafiə edirlər, onun yolu ilə gedirlər. Abbas Lisaninin həyat yoldaşı deyir ki, İran rejimi orta məktəblərdə türk dilinin fakültativ məşğələ kimi tədrisinə icazə verməklə gözə kül üfürür.

- Abbas Lisani 10 il azadlıqdan məhrum edilməsi haqqında heç bir günahı olmadığını deyib və buna görə də Ərdəbil Apelyasiya Məhkəməsinə müraciət etdi...

- Təəssüf, Ərdəbil Apelyasiya Məhkəməsi Abbas Lisaninin müraciətinə olduqca aqressiv yanaşaraq onun həbs müddətini 7 il də artırıb. Abbas Lisaniyə qarşı bu haqsızlığı, siyasi basqıları şərh edən görkəmli politoloq, jurnalist, beynəlxalq əlaqələr üzrə elmlər doktoru Fərzad Səmədli belə deyir: “Abbas Lisaniyə verilən bu cəza qeyri-müəyyən dəlillərlə əsaslandırılıb”.

- Fəzail müəllim, Abbas Lisaninin müdafiəsi ilə bağlı yazılarınız, şeirləriniz onun ailəsinə çatırmı, onların bundan xəbəri varmı?

- Çox arzu edərdim ki, onların bundan xəbərləri olsun. Mən Abbas Lisaninin azadlığa çıxması üçün könülü olaraq bu işləri görürəm. Onun sönməz mübarizliyi onu gözlərimdə böyüdür. Bu gün onu təkcə mən müdafiə etmirəm, xaricdəki soydaşlarımız da müdafiə edirlər. Sosial şəbəkələrdə, internetdə onun azadlığa çıxması ilə bağlı çoxlu çağırış var. Abbas Lisanini yenilməzliyinə və dönməzliyinə görə yalnız dünya siyasətçiləri içində xüsusilə seçilmiş Nelson Mandela ilə müqayisə edə bilərəm.   

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ