şənbə günü, 14 noyabr 2026
     

Mediasiya xidməti boşanmaların say artım prosesinə necə təsir göstərə bilir…

Image


Bu gün Azərbaycanda boşanmaların statistikasına baxanda acınacaqlı halın şahidi oluruq. Məhkəmələrdə 10 işdən yeddisi boşanmalarla bağlıdır. Məhkəmələr boşanmaların qarşısının alınması üçün ən yaxşı halda bir addım atır ki, bu da tərəflərə üç ay müddətinə barışıq verilməsidir. Əksər hallarda boşanmağı qarşısına məqsəd qoyanlar onlara verilmiş 3 ay bitəndən sonra nikahlarına son verirlər.

Boşanmalar günü-gündən artdığı üçün, bu problemin qarşısının alınması məqsədilə 2019-cu il aprelin 3-də Prezident İlham Əliyev "Mediasiya haqqında" Qanunun tətbiqinə dair Fərman imzalayıb. Beş fəsil və 39 maddədən ibarət "Mediasiya haqqında" Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir. Bununla yanaşı, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Qeyd etdiyimiz kimi, boşanmaların statistikası sürətlə artır. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, 2019-cu ilin 7 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 10 000-ə yaxın boşanma halı qeydə alınıb.

Bu dövr ərzində boşanma ən çox Bakıda qeydə alınıb. Paytaxtda 2508 nikahın pozulması halı qeydə alınıb. Son 6 ay ərzində Ağdamda 210, Masallıda isə 176 boşanma hadisəsi qeydə alınıb.

Boşanmaların artması səbəbi kimi xarakter uyğunsuzluğu, övladın olmaması və kənar müdaxilələr olduğu deyilir. Bununla birlikdə sürətlə şəhərləşmə prosesi də ailələrin dağılmasına təsir göstərən amillərdəndir.

Ekspertlər bildirirlər ki, nikahın pozulmasının əsas səbəblərindən biri də vətəndaşların psixoloji cəhətdən hansısa savada malik olmamasıdır.

Vətəndaşlar isə boşanmaların sayının artmasına səbəb kimi gənclərin ailə həyatına hazır olmadan nikaha girmələrini göstərirlər. Boşanmaların qarşısını almaq üçün aidiyyatı dövlət qurumları müəyyən proqramlar icra edirlər.

  • Əliməmməd Nuriyev: “…bu, boşanmaların sayını ən azı yarıbayarı azalda bilər”

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, boşanmaq üçün məhkəmələrə müraciət edənlərin sayı artmaqda davam edir: “Boşanmaların qarşısını almaq üçün standart yanaşma tətbiq olunmamalıdır. Boşanmanın səbəbi araşdırılmalıdır. Burada xasiyyətlərin uyğun gəlməməsi, sosial problemlərin olması, sonsuzluq və digər sıxıntılar ailənin dağılmasına səbəb olur. Zənnimcə, bunlar boşanmaq üçün səbəb deyil. Bu səbəbdən də boşanmaq üçün əsl səbəblər araşdırılmalıdır. Bununla tək məhkəmələr deyil, vətəndaş cəmiyyətləri də məşğul ola bilər. Vətəndaş cəmiyyətləri sorğular vasitəsilə cütlüklərin nə səbəbdən izdivaca son qoymaq istədiyini müəyyən etməlidirlər”.

Həmsöhbətimiz boşanmaların ən çox qeydə alındığı bölgələrin adını da açıqladı: “Əsasən paytaxt Bakıda boşanmanın daha çox qeydə alındığı deyilir. Ancaq bölgələrdə də bu problem qabarıq vəziyyətdədir. Boşanma o halda məhkəməyə çatmalıdır ki, bunun geri dönüşü olmasın. Məlumdur ki, məhkəmələr ən yaxşı halda Ailə Məcəlləsinin 20.2-ci maddəsinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Tərəflərdən biri razı olmadıqda, məhkəmə barışıq üçün 3 ay vaxt verməklə işi təxirə salır. 3 ay sonra iddiaçı fikrindən daşınmayıbsa, onları boşayır. Təəssüf ki, 3 ay müddətində tərəflərin barışması üçün məhkəmə heç bir iş görmür, görə də bilmir. Çünki müvafiq hüquqi təminatlar yoxdur. Hüquqi təminatlar olarsa, məhkəmə 3 ay ərzində tərəfləri barışdırmaq üçün müvafiq icra hakimiyyəti orqanını, bələdiyyələri, müvafiq qeyri-hökumət təşkilatlarını bu ailə ilə mütəmadi əlaqə saxlamağa, onlarla danışıqlar aparmağa cəlb edə bilər. Məncə, bu, boşanmaların sayını ən azı yarıbayarı azalda bilər".

Həmsöhbətimiz onu da vurğuladı ki, ailədaxili problemlər olsa da, heç bir tərəf problemin həlli yolunu axtarmır, əksinə, çıxış yolunu boşanmada görür: “Ailədə problem var, amma heç kəs onu həll etməyə çalışmır. Ər-arvad aralarında konflikt olduğu üçün münaqişəni həll etmək qabiliyyətində deyil. Avropa ölkələrində xüsusi ailə psixoloqları var ki, onlar tərəfləri dinlədikdən sonra psixoloji baxımdan yardım edirlər. Bir tərəfdən ağsaqqallar institutu, digər tərəfdən, belə ailə psixoloqlarının, müəyyən problemlərlə bağlı şikayət edəcək qurumun olmaması boşanmaların qarşısınıın alınmasına sədd çəkir. Beləliklə, tərəflər boşanmaq qərarına gəlirlər. Bu səbəbdən də boşanmaların sayı artır. QHT-lərin sayı artırılsa, psixoloqlardan pulsuz yardım alınsa, qanunvericilik bazası möhkəmləndirilsə, nisbətən də olsa, rəqəmi aşağı salmaq olar”.

Hüquqşünas hesab edir ki, qanunvericilikdə hər hansı dəyişiklik etməklə problemin həllini tapacağını gözləmək lazım deyil: “Bu gün boşanan ailələr heç aliment ala bilmirlər. Ata dünyaya gələn övladına kömək etmək istəmir. Uşaq ailədə ən müqəddəs dəyərdir. Ancaq bu insanlar atalıq məsuliyyətini başa düşmürlər. Analar məsuliyyəti dərk etsələr, 2-3 uşağı atıb gedərlərmi? Məsuliyyət hissi azdır bəzi insanlarda. İctimai qınaq daha təsirli olmalıdır ki, gənclər bu işdən çəkinsinlər. Məhkəmələrdə boşanma zamanı gənclərə yol göstərən psixoloq olmalıdır, məsləhətçi olmalıdır. Sadəcə, qanun çərçivəsində ailələrə deyilir ki, get, 3 aydan sonra gələrsən. Bu müddət ərzində ailələrə məsləhətlər verilməlidir, müzakirə aparılmalıdır. Tövsiyə etmək lazımdır ki, müəyyən qədər əziyyətə dözsünlər, qarşılıqlı olaraq müəyyən qədər güzəştə getsinlər, ailələrini qorusunlar. Hər bir ailədə maddi problem ola bilər, evsizlik, işsizlik ola bilər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ