şənbə günü, 03 oktyabr 2026
     

HƏZRƏTİ ÖMƏR İBNİ XƏTTAB

Image


Həz.Peyğəmbər buyurub: "Biz bu işə peyğəmbərliklə və Allahın rəhməti ilə başladıq. Məndən sonra 30 il xilafət və rəhmət olacaq. Sonra məlik-i abid (zor gücünə hakimiyyəti ələ alanların dövrü-V.C.) olacaq. Sonra da ümmətimdə zülüm, işgəncə və qarışıqlıq olacaq". İslam tarixinə bir də qısaca nəzər salsaq, bu kəlamın haqq olması qarşısında vəzifəmizi yalnız heyranlığımızla ifadə edə bilərik...
"Məndən sonra 30 il xilafət və rəhmət olacaq" buyuran həz. Məhəmməd, həmin müddət ərzində xəlifə olacaq dörd varisinin hakimiyyətini nəzərdə tuturdu. Bu dörd varislərdən hər biri Xəlifə-i Raşidə olaraq insanlara İslam dinini Həz.Peyğəmbər kimi anladan dövlət başçıları olub. Onlar heç bir məzhəb, təriqət yaratmayıblar.
İslam dövlətinin II xəlifəsi həzrəti Ömərin atasının adı Xəttab bin Nəvfət, anası isə Xantəmə binti Haşim bin Mujirədir. Peyğəmbər(ə)-nin qatı düşməni olan Əbu Cəhl həzrəti Ömərin dayısı olub. Qureyş qəbiləsindən olan həzrəti Ömər (581-644), İslamı qəbul edənlər içərisində 40-cı adam idi. Haqqı batildən ayırması, İslamı qəbul etməsi və bununla da dini qüvvətləndirməsi səbəbindən, Peyğəmbər(ə) ona Fəruq ləqəbi verib. Həzrəti Ömərlə Məhəmməd(ə)-nin qohumluğu 8-ci şəcərədən başlayır. Peyğəmbər(ə) həm də onun qızı Hafsa ilə evlənib. Yazılı mənbələrə görə, həzrəti Ömər Məhəmməd(ə)-ni və onun dinini qəbul edənə qədər Məkkədə dini rituallar gizli aparılıb. Hətta namaz üçün əzan da İslamı izləyənlərdən xəlvəti verilirdi. Həmin səbəbdən Peyğəmbər(ə) dua etdi ki: "Ya Rəbb, bu dini iki Ömərdən birilə əziz et". İki Ömərdən biri Ömər ibni Xəttab, digəri isə Əmr ibni Xişəm (Əbu Cəhl) olub. İslamı qəbul etməyən Əbu Cəhl Bədr döyüşündə (623-cü il) öldürüldü. Həzrəti Ömərin İslamı qəbul etməsindən sonra əzan, namaz və digər ibadətlər aşkar şəkildə icra edildi. Məhz onun qorxusundan müşriklər Məhəmməd(ə)-yə mane olmaqdan çəkindilər.
Xəlifəliyə aparan yol
Gələcəyin xəlifəsi uşaqlıqda dəvə otarıb. Atası onunla çox sərt rəftar edib. Həzrəti Ömər xəlifə olarkən həmin yerlərə gələrək, ağır uşaqlıq illərini belə xatırlayıb: "Ya Rəbbim, Sən nə böyüksən! Vaxtilə mən bu yerlərdə dəvə otarardım, yorğunluqdan bir az dincəlmək istəyəndə, atam məni döyərdi. Bu gün isə mən yüksək məqamdayam. Həmd olsun Sənə! Səndən başqasına boyun əymərəm". Mahir süvari, pəhləvan və şeir vurğunu olan həzrəti Ömər, həm də nəsəb elminin (qəbilələrin tarixi, şəcərə elmi) bilicisi idi. Bu bilgi, fiziki hazırlıq, qorxmazlıq və uşaqlıqda rastlaşdığı haqsızlıqlar sonradan onun bir şəxsiyyət kimi formalaşmasında, qəbilələrarası münasibətləri tənzimləməsində, dövlət işlərində ədalətli, prinsipial, ardıcıl, özünə və başqalarına tələbkar olmasında mühüm rol oynayıb. Həzrəti Ömərin bu xüsusiyyətlərini nəzərə alan Peyğəmbər(ə) buyurub: "Ey Xəttabın oğlu! Allaha and olsun ki, Şeytan səni yolunun üstündə görsə, yolunu dəyişdirib, başqa tərəfə qaçar".
İslamşünas akademik Krımski (1871-1942) isə ifrata vararaq hətta yazırdı: "Xəlifə Ömər Məhəmmədin özündən belə daha ardıcıl müsəlman idi". Təsadüfi deyil ki, həzrəti Əbu Bəkr vəfatından qabaq "Özündən sonra kimi xəlifə görmək istəyirsən" sualına cavab verib ki, "İslama ən sədaqətli və ədalətli şəxs kimi tanıdığım Öməri".
Dövlətçiliyin nəzəri və praktik açarı xəlifə Ömərə məxsusdur
Həzrəti Ömərin xəlifəliyi dövründə (634-644) İslam dini Ərəbistan yarımadasının sərhədlərindən çox-çox kənara çıxaraq, Fələstin, Suriya, Kiçik Asiya, Qafqaz (o cümlədən Azərbaycan), İran, hətta Türküstan və Çinə qədər yayıldı. Dövlət mülkiyyəti-beytülmal, daimi ordu, pul vahidi, təhsil və vergi-rüsum sistemi, inzibati-hüquqi təsisatlar və s. institutlar məhz onun xəlifəliyi dövründə yaradılıb. Həzrəti Ömərin vaxtında ilk dəfə olaraq, müsəlman təqvimi tərtib olundu. Onun əmrilə mülki və hərbi qulluqçuların aylıq maaşları rəsmiləşdi. Hər bir hərbçi xəlifənin məvacibi qədər maaş alırdı. Xidmət vaxtı ölən hərbçinin ailəsinə isə həmin maaş miqdarında təqaüd ayrılırdı. O, ilk dəfə olaraq, qoca, əlil və xəstələrə dövlət səviyyəsində təqaüd verilməsini təmin etdi. "Gənc, qüvvətli və sağlam ikən onların əməyindən bəhrələndiyimiz kimi, borcumuzdur ki, qoca, zəif və xəstə olanda da onları himayə edək" - kəlamı, xəlifə Ömərə məxsusdur.
Həzrəti Ömər Qüdsün təslim olunmasında şəxsən iştirak edib. O, eramızın hələ 70-ci illərində romalılar tərəfindən dağıdılan müqəddəs Süleyman məbədinin (e.ə. X əsrdə inşa edilib) xarabalıqları üzərində nümayişkaranə namaz qılıb. Bu hərəkətilə o, əslində, monoteist dinlərə münasibətdə İslamın varislik xarakterini nümayiş etdirdi. Həzrəti Ömərin bu xidmətini əbədiləşdirən xəlifə Əbdülməlik onun namaz qıldığı yerdə Ömərin adına Qübbət əs-Səhra məscidini (Ömər məscidi) tikdirdi (VII əsrin sonu). Həzrəti Ömərin xəlifəliyi dövründə İslam dövlətində 10 min məsciddə cümə namazı qılınırdı. İslam aləmində Əmirül-muminin (möminlərin əmiri, rəhbəri) titulunu ilk dəfə daşıyan da həz. Ömər olub.
Həzrəti Ömər təyin etdiyi valilərə belə xəbərdarlıq edirdi: "Əgər haqqı gözləməsəniz, mən sizdən uzağam". Əhaliyə isə deyərdi: "Əgər valiləriniz haqlıdırsa, onlara tabe olun. Haqsızdırlarsa, onlara itaət etməyin. Bilin ki, mən sizi qorumağa məsulam. Mən sözlə yox, işimlə sizə rəhbərəm".
Həzrəti Ömər heç vaxt xarici görünüşə aldanmaz, məsələləri dərinliklərinə qədər incələyər, fikir yürüdüb, sonra qərar verərdi. "Adamların şöhrətinə, puluna, görünüşünə aldanmayın. Onların namaz və niyazlarına da baxmayın, ağıl, iş və doğruluqlarına baxın" (həz.Ömər).
Bir gün həz.Ömər ətrafının təqdimatı ilə savadlı və mötəbər sayılan bir adamı Misirə vali təyin etmək üçün yanına çağırtdırdı. Bu zaman onun yanına kiçik uşaqlar da gəlir. Xəlifə valilik barədə əmri bir yana qoyub, uşaqları əzizləyir. Həmin şəxs təəccüblə soruşur: "Uşaqlar sizindir?". Həzrəti Ömər cavab verir: "Xeyr, onlar müharibədə həlak olanların yetimləridir". O: "Qəribə adamsınız. Mən doğma övladlarımı bircə dəfə belə əzizləməmişəm". Xəlifə uşaqları yola salandan sonra əmri imzalamır və deyir: "Əgər sən doğma balalarını sevə bilmirsənsə, idarə etdiyin əhaliyə heç vaxt məhəbbətin ola bilməz. Xalqın taleyini sənə tapşırmaq olmaz".
Söz azadlığı və prinsipiallıq
"Ümmətimin ittifaqı, onun fikir ixtilafındadır" Peyğəmbər(ə) kəlamıdır. Burada "fikir ixtilafı" dedikdə, söhbət ilahi vəhylər istisna olmaqla, hər hansı məsələ barədə hər kəsin söz azadlığından gedir. Elə nəticəni də xeyirli və bərəkətli edən konstruktiv fikir ayrılığıdır. Çünki tək adamın yanılma ehtimalı, çoxluğun yanılmasından daha çoxdur. Buna xüsusi önəm verən Peyğəmbər(ə) buyurub: "Mən də sizin kimi bir insanam. Zənnimdə, fikrimdə, gümanımda yanıla da bilərəm. Lakin Tanrı adından sizə bir söz söylədimmi, bilin ki, o doğrudur, həqiqətdir". həz. Ömər də Allah kəlamları istisna olmaqla, öz sözü, öz fikri olan bir şəxsiyyət idi və İslam tarixində buna dair kifayət qədər misallar var. Belə ki, Təbuk (630-cu il) hərbindən sonra münafiqlərin rəhbəri Abdulla ibni Ubey öldü. həz.Peyğəmbər yaranmış zərurətdən asılı olaraq, onunla mülayim davranırdı. Peyğəmbər(ə) Ubeyin oğlunun xatirinə onun cənazə namazını da qıldı. Lakin həz.Ömər buna etiraz etdi. Əksər təfsirçilərə görə, "münafiqlərdən ölən heç kəsin namazını qılma, qəbrinin başında durma" (Tövbə, 84) Rəbb kəlamı, bu hadisədən sonra nazil olub.
Həz.Ömər elə mənəvi şəxsiyyət idi ki, kim olursa-olsun qarşısına çıxan yalan söyləmək istəsəydi belə, dili topuq vurub, doğrunu söyləyərdi. Xəlifə mömini, möminlər arasına girib özünü mömin kimi qələmə verən münafiqi çox yaxşı tanıyırdı. Onun dostluq və düşmənçiliyi yalnız Allah üçün idi. O, dünyadakı ən kiçik xətasını belə axirətə saxlamayıb, cəzasını dünyada çəkmək istəyən bir mömin bəndə və prinsipial dövlət başçısı idi. Təsadüfi deyil ki, Mədinə münafiqləri həz.Ömərin imicinə ləkə gətirmək məqsədilə hər cür çirkin işlərdən istifadə edirdilər. Xəlifənin bir xəstə oğlu var idi. Onlar həmin cavanı sağaltmağa söz verdilər. həz.Ömərin oğlunu müalicə üçün münafiqin evinə apardılar. Və orada elə şərait yaratdılar ki, cavan oğlan münafiqin qızı ilə zina etdi. Bir müddətdən sonra münafiq xəlifənin qapısını döyərək ona dedi: "Qızımı qəbul et. O sənin gəlinindir". Xəlifə xəstə oğluna 100 dəyənək vurulmasını əmr etdi. 80 dəyənəkdən sonra oğlu öldü. həz. Ömər ağlaya-ağlaya dedi: "Ölüsünə də 20 dəyənək vurun". Sonra dedi: "Oğul, görəsən atalıq haqqını yerinə yetirib, səni axirət əzabından xilas etdimmi?".
Xəlifə Ömərə çoban Ömərin və Quran ayəsinin xatırlanması
Xəlifə şəhəri gəzərkən bir qadın digər ağbirçək qadına deyir: "Evə girək, Əmirül-muminin gəlir". Ağbirçək: "O kimdir? Dünən o buralardan keçərkən Ömər idi, bu gün möminlərin əmiri oldu?" Xəlifə bu sözü eşidib, bir an düşüncəyə daldıqdan sonra buyurdu: "Xəlifə Ömərə dəvə otaran Öməri xatırlatdığınız üçün sağ olun". Bu hadisədən sonra həz.Ömər mütəmadi olaraq, həmin qadını ziyarət edirdi...
Şəhəri gecə gəzən xəlifə bir evdən çox şit musiqi səsi eşidir. Maraq onu həmin evin bacasından evə daxil olmağa sövq edir. Bacadan evə girən həz.Ömər görür ki, bir qadın bir kişi ilə içki içib, biabırçı şəkildə rəqs edir. Xəlifəni görən hər iki günahkar çıxılmaz vəziyyətdə qalır. Özünə gələn kişi deyir: "Sən Quran ayəsinin əksinə getdin". Ömər: "Nəəə?" Kişi: "Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız" (Bəqara, 189) ayəsini sən pozdun". Çətin vəziyyətə düşən xəlifə dərhal evi tərk edir. Həmin kişi və qadın isə tövbə edirlər.
Həz.Ömərin şəhadət və vəsiyyəti
İran müharibəsindən sonra digər əsirlərlə yanaşı, Firuz adlı qeyri-müsəlman fars da Mədinəyə gətirildi. O, dülgər, dəmirçi və nəqqaş idi. Firuz xəlifənin yanına gəlib, verginin çoxluğundan şikayət edir. həz.Ömər bu şikayətə baxıb, qərar verir ki, ondan tutulan vergi qanunauyğundur. Səhərisi günü Firuz gizlicə məscidə girir. Xəlifə imamlıq vəzifəsini yerinə yetirmək üçün mehraba keçir. Bu zaman Firuz onu arxadan altı yerdən qılınclayır. həz.Öməri evinə aparan əshab deyir: "Vəsiyyət yüngüllük gətirər, istərdik fikrini bilək, özündən sonra xəlifəliyi kimə etibar edirsən?" Xəlifə heç kimin namizədliyini irəli sürmür və deyir: "Bu məsuliyyətli vəzifəni üzərimə götürmək istəmirəm. Amma məsləhət görərdim ki, xəlifə əşşəri-mubəşşirə daxil olan əshabdan seçilsin (Əşşəri-mubəşşir - hələ sağlıqlarında həz. Peyğəmbərin duasına görə, Cənnət vəd edilən 10 nəfərdir). 10 nəfərdən sağ qalan 7 nəfər idi. 7 nəfərin hamısını namizədlik siyahısına salırlar. Lakin həz. Ömər Səid bin Zeydi, öz nəslindən olduğuna görə siyahıdan çıxardır.
Can üstə olan Xəlifə 6 nəfərin hər birinin xarakteristikasını verir. Və sonra da onların - Səd, Əbdürrahmən, Talhə, Zubeyr, Osman və Əlinin - adlarının "səs vermə bülleteninə" salınmasını əmr edir. Səsvermənin ədalətli keçirilməsi üçün o, həm də 6 nəfərin olduğu binanı kənar təzyiqlərdən qorumaq barədə göstəriş verir. Belə də olur. Və nəticədə həz. Osman növbəti xəlifə seçilir. Göründüyü kimi, İslam tarixində ilk dəfə ölkə başçısının parlament üsulu ilə seçilməsi də həz. Ömərin müstəsna xidmətlərindəndir.
həz.Ömər son nəfəsində həz.Aişəyə xəbər göndərir: "Peyğəmbərin qəbrinin yanında məni dəfn etməyə razılıq versən, özümü dünyanın ən xoşbəxt adamı hesab edərəm". həz.Aişə deyir: "O bir yeri özüm üçün saxlamışdım. Lakin Ömərin Peyğəmbərə olan böyük məhəbbət, sədaqət və xidmətinə görə öz yerimi ona verirəm". həz.Aişənin bu cavabından sonra xəlifə Ömər rahatca canını tapşırdı. həz.Öməri Əbdürrahmən, Səd, Osman və Əli həzrətləri yudular. Onun cənazə namazını isə Sahibi Rumi qıldı. Allah rəhmət eləsin. Amin!
Vaqif CƏLİLOĞLU,
T.e.üzrə fəlsəfə doktoru




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ