şənbə günü, 14 noyabr 2026
     

Erkən ərə verilmələrə qarşı intihar hərəkətləri...

Image


XX əsrin əvvəllərinədək qızların zorla erkən yaşda ərə verilməsi Azərbaycanda geniş yayılmış bir hal idi. Qızlar çox zaman 12-13 yaşlarında kəbinli qadın olmaq məcburiyyətində qalırdılar. Qismən Xalq Cümhuriyyəti dövründə, əsaslı şəkildə isə Sovet hakimiyyəti zamanı, yəni XX əsrin 30-cu illərində vidalaşdığımız bu problem, təəssüf ki, yenə də aktuallaşıb.

Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi indi Azərbaycanın bir sıra regionlarının acı reallığıdır. Kəndlərdəki vəziyyət daha acınacaqlıdır. Hətta qızları bəzən valideynləri, ümumiyyətlə, məktəbə getməyə qoymurlar. Orta məktəbi qurtarıb ərə getməyən qız “evdə qalmış” hesab olunur və ictimai qınaq hədəfinə çevrilir. Qızları məktəbdən kənarlaşdırarkən onların rəyi nəzərə alınmır. Orta məktəbi bitirməyən qızların bəzisi taleyinə boyun əyib 16-17 yaşlarında valideynlərinin onlar üçün seçdiyi namizədlə ailə həyatı qurur. Bəziləri isə ailə qurmaq deyil, oxuyub karyera qurmaq üçün valideynlərinin istəyinə etiraz bildirib, özlərində güc tapıb ailələrini tərk edib, xəyallarının arxasınca gedirlər. Ancaq elə qızlar da var ki, onlar nə valideynlərinin onlar üçün seçdiyi şəxslə ailə həyatı qurmaq istəyir, nə də özündə güc tapıb onların istəyinə qarşı gedə bilir. Çıxış yolunu intiharda görür.

Son bir həftə ərzində iki 17 yaşlı qız erkən evliliyə qarşı çıxa bilmədikləri üçün son çarəni intiharda görüblər.

Zaqatala və Cəlilabadda iki 17 yaşlı qızın intiharı faktı qeydə alınıb. Onların erkən nikaha məcbur edildiyi iddia olunub və bu addımı ona görə atdıqları bildirilib.

Zaqatalanın Əliabad qəsəbə sakini, 17 yaşlı Gülər İsmayılovanın intihar etməsi xəbəri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. İlkin yayılan məlumata görə, yeniyetmə qız təhsilini davam etmək istəsə də, valideynləri onu özündən 15 yaş böyük iş adamı ilə nişanlamağa çalışıblar. Beləliklə, nişan gününə bir gün qalmış Gülər İsmayılova evin həyətində özünü asaraq intihar edib.

Növbəti bədbəxt hadisə isə Cəlilabadda qeydə alınıb. Hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb. Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarının yaydığı məlumatda qeyd olunur ki, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.

  • Elgün Səfərov: “Erkən nikaha məcburetmə ziyalı ailələrində də qeydə alınır”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirdi ki, bir ay ərzində bir neçə analoji faktın baş verməsi təəssüf doğurur: "Yetkinlik yaşına çatmayan qızların intihar və intihara cəhd faktlarının araşdırılması məqsədilə regionlarda monitorinq komissiyaları vasitəsilə nəzarət davam etdirilir. Eyni zamanda, onların ailə üzvləri, yaşadığı ünvandakı qohumları, tanışları tərəfindən məlumatların toplanması istiqamətində işlər aparılır. Hüquq-mühafizə orqanları, Daxili İşlər Nazirliyi və prokurorluq orqanları tərəfindən cinayət araşdırmalarının tətbiqi işləri davam etdirilir. Bütün özünəqəsdlərlə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi, özünü öldürmə həddində çatdırma ilə bağlı cinayət işləri açılıb. Hazırda istintaq işləri davam etdirilir. 17 yaşlı qızların intiharında erkən nikaha məcburetmə faktı öz təsdiqini taparsa, əlavə cinayət işləri da açılacaq. Belə olan halda, Dövlət Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 176.1-ci maddəsi, qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı əlavə cinayət işi açılması vacib hesab ediləcək. Bu halların araşdırılmasında hüquq-mühafizə orqanlarının mövqelərinin tətbiqi vacibdir. Eyni zamanda, psixoloqların və sosial işçilərin proseslərə cəlb edilməsi vacibdir ki, ailələrdəki digər uşaqlara təsirləri minimum dərəcədə olsun. Hazırda bu məsələ ilə bağlı prokurorluğun rəyini gözləyirik".

Həmsöhbətimiz təəssüf hissilə vurğuladı ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da nikaha məcburetmə halları yaşanır. Problemin qarşısının alınması üçün koordinasiyalı şəkildə işlər aparılmalıdır. Əsas məsələ vətəndaşlarda formalaşan stereotiplərin dəyişdirilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsidir: “Məlumat üçün onu da qeyd edim ki, erkən nikaha məcburetmə ziyalı ailələrində də qeydə alınır. Bakı həm ziyalılıq səviyyəsinə, həm ali təhsil alanların sayına görə öndədir. Amma Bakıda da erkən nikaha məcburetmə halları var. Amma monitorinqlər göstərir ki, erkən nikaha məcburetmə təhsil səviyyəsi aşağı və yüksək olan ailələrdə də qeydə alınır".

  • Mehriban Zeynalova: “Əvvəllər ölkədə övladını təhsildən yayındırmağa çalışan valideynlərin məsuliyyətə cəlb olunması, cəza metodları olub”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, əvvəllər ölkədə övladını təhsildən yayındırmağa çalışan valideynlərin məsuliyyətə cəlb olunması, cəza metodları olub: “Bəzən bəhanə gətirirlər ki, qızları şəhərə oxumağa getsə, müxtəlif problemlərlə qarşılaşa bilər, əxlaqı pozular və sairə. Valideyn övladını düzgün tərbiyə etsə və onu düzgün informasiya ilə məlumatlandırsa, uşaq kənardan informasiya almayıb, valideynlə bərabər məsələləri müzakirə etməyə hazır olsa, düşünürəm ki, heç nədən qorxmaq lazım deyil. Valideynin övladının təhsil hüququnu məhdudlaşdırması yolverilməzdir. Bəzən də deyirlər ki, təhsil haqqını ödəməyə imkan yoxdur. Bəlkə uşaq ödənişsiz təhsili qazanacaq? Bu cür fikirdə olanlar 16 yaşında qızını ərə verib, sonra ona yaxın durmayanlardır. Onlar üçün qıza kapital qoyuluşu əlverişli deyil. Bunun da kökündə stereotiplər durur. Bu cür valideynlər düşünürlər ki, oğlan böyüyüb evə qazanc gətirəcək, onları saxlayacaq, qız isə başqa evə köçəcək, qazancını başqalarına verəcək, ona görə qız uşağı əlverişli deyil. Bax, bu stereotiplərdən azad olmalıyıq”.

  • Könül Vaqifqızı: “Qızları intihar edən ailələr sonradan min cür bəhanə gətirirlər”

Psixoloq Könül Vaqifqızı qeyd etdi ki, qızların erkən yaşda ərə verilməsi problemi daim aktual olub: “Məktəbyaşlı qızlar gəlinlik paltarı deyil, oxumaq istədiklərini valideynlərinə, doğmalarına dedikdə onlar təzyiqlə qarşılaşırlar. Bu hal hər zaman olub və olacaq da. İradəsi zəif olan yeniyetmə qızlar ərə getmək istəmədikləri üçün həyatlarına son qoyurlar. Qızları intihar edən ailələr sonradan deyirlər ki, guya fərqli səbəbdən intihar edib, ailə zorakılığı olmayıb, uşağın özünün psixologiyasında problem var idi. Min cür bəhanə gətirirlər, amma hamımız yaxşı bilirik ki, qızların məktəbdən uzaqlaşdırılmasının nəticələri çox ağır olur. Sonuncu nümunədə də, gördüyümüz kimi, çox təəssüflər olsun ki, mələk kimi bir qız öz canına qıydı. Əvvəlcə qız evdən qaçıb, bu onun valideynlərinə mesajı olub ki, məni istəmədiyim həyata zorlamayın. Qızın evdən qaçmasına baxmayaraq, valideynləri yenə də nişan etməyə qərar veriblərsə, onun intiharına səbəb olublarsa, cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu, 17 yaşlı uşaqdır, yeniyetmədir. Bu yaşda onun qarşısında mayak olmaq lazımdır, yol göstərmək lazımdır, nəinki harasa sürükləmək”.

Psixoloqun sözlərinə görə, maarifləndirmə tədbirləri aparılsa da, istər bölgələrdə, istərsə də paytaxtda yenə də belə halların baş verməsi faciədir: “Əslində, müəyyən kütlə bunun faciə olmadığını, sadəcə, indvidual olaylar olduğunu düşünür. Amma elə deyil. Hələ bu, mediada səs salan hadisələrdir. Halbuki, mətbuatda yayımlanmayan olaylar da çoxdur. Nəinki 17 yaş, 15 yaşlı qızlar da evlənməyə məcbur edilir. Hamısı da intihar etmədiyinə görə gizli qalır. Bu mövzuda istər psixoloji, istər etik, istərsə də tibbi cəhətdən cəmiyyətə vurduğu ziyandan o qədər danışmaq olar ki… Öncə qeyd etməliyəm ki, bir qız məcbur və ya istəyərək 15-17 yaşında ailə qurmağa yönləndirilirsə, o, sabah hansı ailənin başçısı olacaq? Həmin qız erkən yaşında ana olacaq və cəmiyyət üçün bir insan yetişdirəcək, bəs o insanın psixoloji durumu necə olacaq? 17 yaşında hamiləlik depressiyası, doğuşdan sonrakı depressiyanı yaşamış bir uşaq gələcək övladına hansı tərbiyəni verəcək? Yaxud şəxsiyyətində hansı korreksiya işləri aparacaq? Bu da çox önəmlidir. Deməli, təkcə ailə deyil, həm də cəmiyyət ziyan çəkir. Digər tərəfdən, bir qız tez ailə qurduğu üçün intihar etməsə belə, yenə də mənim üçün o, mənəvi cəhətdən intihar etmiş sayılır. Çünki o, artıq cəmiyyətə heç bir faydası olmayan insandır. Özü hiss etməsə belə, onun daxili aləmi parçalanır”.

Psixoloq onu da vurğuladı ki, qızlarını erkən yaşda evləndirən və ya məcbur edən ailə üçün cəmiyyət faktoru önəmli rol oynayır: “Yəni camaatın “filankəsin qızı ailə qurmadı” və ya “filankəsin qızı evdə qaldı” kimi fikirləri həmin ailə üçün əhəmiyyət kəsb edir. Sanki qızın evdə qalması bir yükdür. Bu, psixologiyada da var. “Qızın evdə qalması bir məsuliyyətdir, gərəksiz problemdir, evləndirim problemini qıraqda çəksin”, - deyə düşünürlər. Bir neçə ay bundan qabaq da ərə verilən azyaşlı bir qız evlənəndən 5-6 ay sonra intihar etmişdi. Özünü tövlədə asmışdı, daha sonra məlum oldu ki, bu qız ailədə işgəncələr görür, ailəsinə deyə bilmədiyi müəyyən problemləri var. Azyaşlı olduğu üçün təzyiqlərə qarşı tez sınıb. O qız ailə qurmamışdan qabaq intihar etməsə də, gördüyünüz kimi, sonrakı mərhələdə buna cəhd etdi. Sanki tez ailə quran qızların hər hansı qırıqlıqları var”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ