şənbə günü, 14 noyabr 2026
     

Din və media...

Image


İnsan həyatını əhatə edən dəyərlər sistemində dinin rolu hər zaman üstün olub. Ümumiyyətlə, dini inanc istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsi olmaqla, onun bir növ istiqamətverici və hərəkətverici qüvvəsi kimi çıxış edib. O üzdən, hansı təriqətin üzvü olmasından asılı olmayaraq, hər kəsin dininə onun konstitusiyası kimi yanaşmaq lazımdır. Faktdır ki, din insanlar tərəfindən doğru dərk edildiyi zaman hətta sülhün təminatçısı rolunda çıxış edir. Konkret İslam dininə bu kontekstdən yanaşdıqda, onun ən humanist din kimi qəbul olunmasının kökündə məhz bu dəyərlər dayandığı şəksizdir. Lakin təəssüf ki, yaşadığımız mürəkkəb kataklizmlər dövründə, xüsusilə “ərəb baharı”nın başlaması ilə Orta Şərq dövlətlərindən böyük bir qaçqınlar ordusunun Avropaya üz tutması beynəlxalq mediada məqsədli şəkildə islamofobiya meylləri, radikal terror təşkilatlarının adının İslamla birgə çəkilməsi, İslam daxilindəki məzhəb problemlərinin qabardılması kimi məsələlər meydana gəldi. Üstəlik, Orta Şərqdə bəlli qüvvələr tərəfindən məqsədli şəkildə yaradılan İŞİD (Ərəb Şam Dövləti), “Boko haram” və digər bu kimi terror təşkilatlarının adının İslam dini ilə bağlanması əslində sadə insanlar arasında qorxu yaymaqla bir sıra ölkələrin daxilində xaos yaratmaq və beləliklə də bu ölkələrin müstəmləkə halına salınması məqsədinə hesablanmışdı və təbii ki, atılan bu addımlar İslamın əsl mahiyyətindən çox-çox uzaq idi. Lakin nə yazıq ki, bu məkrli plan baş tutdu və toruna hətta inanclı insanları da sala bildi. Halbuki, İslamı olduğu kimi dərk edib, onun bütün tələblərini yerinə yetirən şəxs heç bir halda digərinin canına və ya malına qəsd etməz, özünün olmayana (harama) sahiblənməz, intihara qalxmaz, yalan danışmaz, qiybət etməz və ən əsası, başqa dinlərin mənsublarına əsla düşmən münasibəti bəsləməz ki, adıçəkilən terror təşkilatları haqqında bunların heç birini demək olmaz.

Azərbaycan dövlətçiliyinin əsas təməl prinsiplərindən biri - dini dözümlülük...

İslamın bizə təlqin etdiyi dəyərlər isə müasir dövrümüzdə çox ciddi problem olan mehriban qonşuluq və dinc yanaşı yaşama prinsiplərinə birbaşa cavab verən zəruri şərtlərdir. Elə Azərbaycan dövlətçiliyinin əsas təməl prinsiplərindən hesab olunan dini dözümlülük, tolerantlıq konsepsiyasının da öz mayasını məhz bu şərtlərdən aldığı aşkardır. Bir çox millətlərin kompakt yaşadığı Azərbaycan kimi ölkələrdə əslində bu xətt həm də stabilliyin və təhlükəsizliyin qarantı kimi çıxış edir. O üzdən Azərbaycanın yaratdığı din-dövlət modeli digər ölkələrdə də təqdir olunur, nümunə olaraq göstərilir. Bütün bunların kökündə isə ölkənin sülhsevər siyasəti, qonşularla dinc yanaşı yaşamaq prinsiplərinə sadiqliyi və stabil, təhlükəsiz ölkə imicini qoruyub saxlamaq əzmi durur.

Faktdır ki, bu gün dünyanın bir çox ölkələrində məhz din adından istifadə olunaraq terror aktları, qanlı qırğınlar törədilir və təəssüflər olsun ki, bir çox hallarda bu olaylar məhz İslam adı ilə bağladılmağa çalışılır. Halbuki, İslam dini cana Allahın əmanəti kimi baxır və əcəlin yalnız Onun əmrilə gerçəkləşə biləcəyini təlqin edir. Bunu orta dini biliyi olan insanlar çox yaxşı dərk edir və o səbəbdən də bu istiqamətdə hər hansı provokasiyaya uymur. Lakin təəssüflə qeyd etməliyik ki, günümüzdə hələ də xurafata meyl edənlər tapılır və belələri çox asanlıqla din pərdəsi altında pozucu fəaliyyət göstərən təmayülləlin toruna düşərək özü özünü məhvə sürükləyir. Dediklərimizə konkret misal kimi ötən illərdə dünyanı lərzəyə salan, yuxarıda da adını çəkdiyimiz İŞİD təşkilatını göstərə bilərik. Adını müqəddəs İslam dini ilə bağlayaraq “xəlifəliyini” elan edən bu təşkilatın son bir neçə ildə necə qırğınlar törətdiyi, neçə-neçə şəhər və kəndləri viran qoyduğu, milyonlarla dinc insanı yurd-yuvasından didərgin saldığı günümüzün acı reallıqlarıdır. Və o da faktdır ki, bu təşkilatın üzvlər toplamaq üçün vaxtaşırı İnternet üzərindən etdiyi çağırışlara az qala bütün dünya ölkələrindən və nə yazıq ki, Azərbaycandan da gedənlər oldu. Bu qurbanların gedərkən ailələrini, kiçik yaşlı uşaqlarını özləri ilə götürməsi isə ayrı bir faciə idi və Azərbaycan dövləti duruma çox operativ şəkildə müdaxilə etməklə tezliklə bu hallara son qoymağı bacardı. Belə ki, Prezident İlham Əliyevin İŞİD sıralarında bədnam fəaliyyətin ardından ölkəyə qayıdanların məsuliyyətə cəlb olunacağı barədə imzaladığı sərəncam bu təmayülün qarşısının alınmasında əhəmiyyətli rol oynadı. Bununla neçə-neçə ailələr yad ölkədə qanlı qırğının qurbanı olmaqdan qurtuldu. Üstəlik, ölkədən gedib İŞİD sıralarında məhv edilən həmvətənlərimizin günahsız ailə üzvləri də dövlətin qayğısından kənarda qalmadı, Azərbaycan dövləti uzun diplomatik prosedurları keçərək günahsız körpələrin ölkəyə gətirilib yaxınlarına təhvil verilməsinə nail oldu.

Radikal dini təmayüllərin ölkə içində qarışıqlıq salmaq cəhdləri əleyhinə medianın rolu...

Din adından istifadə mövzusunda danışarkən radikal dini təmayüllərin ölkə içində qarışıqlıq salmaq cəhdlərini də yaddan çıxarmamalıyıq. Məlum olduğu kimi, yaxın illərdə belə təmayüllərin uzantıları Bakının “iki addımlığında” – Nardaran qəsəbəsində də kök salmağa cəhd etmişdi. Azərbaycanın hüquq-mühafizə orqanlarının həmin qüvvələr ətrafında keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində dilində Allah kəlamı, əlində silah (!) neçə-neçə əslində İslamın əsl mahiyyətindən xəbərsiz insanları qaragüruhçu kütləyə çevirib ondan manipulyasiya vasitəsi kimi istifadə etmək istəyən şəxs ifşa olundu. Elə medianın həmin hadisələr barəsində yaydığı səhih məlumatlar və hadisələrlə bağlı verilən şərhlər ölkədə dini maarifləndirmənin bir nüansı sayılmalıdır. Eyni sözləri məlum “Gəncə hadisələri” haqqında da demək olar və hadisələrin sonrakı inkişafı əslində bu qüvvələrin eyni mərkəzdən idarə olunduğunu meydana çıxardı. Bu kontekstdə baş verənlər isə bir acı gerçəyi ortaya qoydu: insanlarımız din pərdəsi altında cinayətkar fəaliyyət göstərən şəbəkələrin toruna düşürsə, deməli, ölkədə ideoloji və maarifləndirmə işi istənilən səviyyədə getmir və ciddi islahatlara ehtiyac var. Lakin bu o demək deyil ki, məsuliyyət yalnız müvafiq dövlət qurumlarının üzərinə düşməlidir. Bu işdə media da, bütövlükdə cəmiyyət də eyni dərəcədə məsuliyyət daşıyır. Elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də məhz bu səbəbdən sözügedən istiqamətdə apardığı məqsədyönlü fəaliyyətini media qurumları ilə koordinasiya etməkdə maraqlı tərəf kimi çıxış edir. Çünki media vasitələri bu fəaliyyətin geniş işıqlandırılmasında iştirak etməklə ölkədə dini maarifləndirmə işinin daha səmərəli təşkil olunmasına yardımçı olmaq baxımından ümumi işə öz töhfəsini verir. Təsadüfi deyil ki, son illər Azərbayan Mətbuat Şurası ilə Dini İşlər üzrə Dövlət Komitəsi bir sıra birgə tədbirlərin keçirilməsinə nail olub. Bu tədbirlərin əsas məqsədi isə qloballaşan dünyamızda din pərdəsi altında baş verən təhlükəli hallara qarşı ölkədə maarifləndirici tədbirlərin daha geniş spektri əhatə etməsi, beləliklə də Azərbaycandakı bugünkü stabillik və tolerant mühitin təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdir. Bu tədbirlərin ana xəttini ölkəmizdə milli-mənəvi və dini dəyərlərimizin təbliğ edilməsində, dinin ictimaiyyətə düzgün formada, mahiyyəti üzrə çatdırılmasında, eyni zamanda dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələrin təşviqi təşkil edir, eyni zamanda ideoloji təhlükəsizlikdə medianın oynadığı böyük rol diqqətə çatdırılır. Belə tədbirlərin birində DQİDK-nın sədri Mübariz Qurbanlı çox incə bir nüansa da diqqət çəkərək deyib ki, media bu kimi həssas məsələlərdə təhrifə yol verməməli, hansısa radikal fikirləri qabartmaqla, onun cəmiyyətdə yayılmasına imkan yaratmamalıdır. Çünki məlum həqiqətdir ki, dini inanc insanların ən həssas yeridir və tarixən din amilindən inanclı insanların “beyninin yuyulması” məqsədilə istifadə olunub. Səbəb də odur ki, cəhalətdə olan belə insanları idarə etmək daha rahat olur. Elə günümüzdə bir sıra ölkələrdə kamikadzelərin yetişdirilməsi, “cənnət” vədi ilə aldadılan belələrinin üzərinə bomba bağlayıb insanların gur olduğu yerlərdə özünü partlatması bunun əlaməti deyilmi?

Dini maarifləndirmə proseslərində sektalar mövzusu...

Dini maarifləndirmə işinin təşkilindən danışarkən Azərbaycanda fəaliyyət göstərən müxtəlif adda dini sektalar da gözardı edilməməlidir. Məlumdur ki, bəlkə də dünyanın ən tolerant ölkəsi olan Azərbaycanın qanunvericiliyi burada dövlət qeydiyyatından və müvafiq prosedurdan keçdikdən sonra heç bir dini sektaya qanun çərçivəsində fəaliyyət göstərməyi qadağan etmir. Lakin bu sektaların heç də hamısı işini qanun çərçivəsində qurmur və bir çox hallarda sadə əhalini müxtəlif vasitələrlə tora salmağa çalışır. DQİDK-nın sədri Mübariz Qurbanlı deyir ki, ölkəmizdə 909 dini icma dövlət qeydiyyatından keçib və bu şəraitdə din xadimlərimizin, ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə çox böyük vəzifələr düşsə də, media, xüsusilə sosial media dinimizin gözəlliklərini, insanpərvər dəyərlərini, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərini cəmiyyətə çatdırmaqda aktivlik nümayiş etdirməlidir. Lakin fikrimizcə, bunun üçün birinci növbədə media mənsublarının özləri həqiqi islamı dərk etməlidir ki, aldığı hər hansı informasiyanı təhrif etmədən, mahiyyəti üzrə təqdim etməklə ölkədəki islami maarifləndirmə işinə öz töhfəsini versin. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı bu məsələnin çözümünü  dövlət təhsil müəssisələrində dini bilikləri ehtiva edən fənlərin tədris olunmasında görür. Jurnalistlərin, ümumiyyətlə bütün cəmiyyətin düzgün dini biliklərə sahib olması üçün bunun önəminə diqqət çəkən Qəmər xanım deyir ki, dini mühitin zənginləşdirilməsi istiqamətində bu gün Azərbaycanda dövlət səviyyəsində işlər görülür və dövlət bu sahəyə hər cür dəstək verir. Lakin xanım Cavadlı haqlı olaraq bildirir ki, ideoloji işi birtərəfli qaydada aparmaq olmaz, buna bütövlükdə cəmiyyət dəstək verməlidir.

Mətbuat Şurası ilə DQİDK-nin birgə fəaliyyəti, perspektivlər...

AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə isə bu gün dini ideologiyanın Qərbin və Şərqin çox ciddi təsirlərinə məruz qalmasından narahatdır və bu təsir vasitələrindən biri, hətta birincisi kimi sosial medianı qeyd edir. Bu kontekstdə medianın, sosial medianın və elmin roluna toxunan İ.Məmmədzadə bildirir ki, hər bir ölkədə və bütövlükdə dünyada baş verən hadisələr cəmiyyətə məhz media vasitəsilə təqdim olunur ki, bütün bu məqamlar mətbuatın gücünü dəyərləndirmək məsələsini günbəgün aktuallaşdırmaqla, onu daha əhəmiyyətli müstəviyə çıxarır. Bu fikirlərin davamı olaraq demək olar ki, Azərbaycan coğrafi mövqe baxımından bu iki sivilizasiya arasında yerləşdiyindən, istər Qərbin, istərsə də Şərqin təsirlərinə çox həssas bir durumdadır və Azərbaycan dövlətinin bu istiqamətdə məqsədyönlü siyasət yeritməsi bu təmayüllərin ölkəyə nüfuz etməsini ciddi şəkildə əngəlləyə bilir. Elə bu səbəbdəndir ki, bu gün müvafiq Dövlət Komitəsi bu təsirlərin neytrallaşdırılması yönündə gərgin iş aparmaqla yanaşı, bu kontekstdə mətbuatın rolunu da yüksək qiymətləndirir, media qurumları ilə birgə maarifləndirici işin təşkilinə xüsusi önəm verir. Deyilən fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov da bölüşür. Bu gün Azərbaycan mediasının kifayət qədər inkişaf etdiyini və baş verən hadisələrə milli maraqlar nöqteyi-nəzərindən yanaşdığını xüsusi qeyd edən MŞ sədri  DQİDK ilə birgə tədbirlərin keçirilməsinə məhz bu üzdən böyük önəm verdiklərini bildirir.

Bütün bu deyilənlərdən çıxan nəticə isə ondan ibarətdir ki, milli mediamız dövlətçilik maraqlarına sadiqliyini bundan sonra da ardıcıl nümayiş etdirməli, dövlət-din və cəmiyyət-din münasibətlərində təkcə informasiya daşıyıcısı kimi deyil, həm də aparıcı rollardan birinin ifaçısı kimi çıxış etməlidir. Çünki bu, dövrün tələbidir.

Samirə SƏFƏROVA

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəyə təqdim olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ