Cümə axşamı günü, 08 oktyabr 2026
     

Qoruqların ərazisindəki tarixi abidələrin pasportlaşdırılmasının hansı ümummilli əhəmiyyəti olacaq?

Image


Tarixi abidələr xalqımızın mədəni irsinin əsasını təşkil edir. Bu gün Azərbaycanın hər bir yerində tarixi-arxeoloji abidələr kifayət qədərdir. Lakin indiyə qədər aidiyyəti qurumlar tərəfindən abidələrin tam olaraq siyahıya alınma prosesi həyata keçirilməyib. Mütəxəssislərin bildirdiyinə görə, hazırda reyestrə salınmayan saysız abidəmiz var ki, bu abidələrin də xeyli hissəsi sakinlərin həyətyanı təsərrüfatlarında yerləşir. Bu da çox zaman onların diqqətdən kənarda qalması ilə nəticələnir.

Bəzən bildirilir ki, Azərbaycanda 3 mindən artıq müxtəlif profilli abidə qeydə alınıb. Bu gün, ümumiyyətlə, qeydiyyata alınan abidələrin tam siyahısı haqqında birmənalı məlumat yoxdur.  

Kiçik araşdırmamız zamanı əldə etdiyimiz məlumata görə, Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin sayı 21, dünya əhəmiyyətli arxeoloji abidələrin sayı 44, ölkə əhəmiyyətli memarlıq abidələrinin sayı 141, ölkə əhəmiyyətli arxeoloji abidələrin sayı 52, ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidələrinin sayı 59, yerli əhəmiyyətli memarlıq abidələrinin sayı 156, yerli əhəmiyyətli arxeoloji abidələrin sayı isə 4-dür. Əlbəttə, bu indiyə qədər siyahıya alınan və alınmayan abidələrin tam mənzərəsini əks etdirmir.

Azərbaycanda bir sıra qoruqlar fəaliyyət göstərir ki, həmin qoruqlarda da müxtəlif dövrlərə aid abidələr yerləşir.

Məlum olduğu kimi, Dövlət Turizm Agentliyinə qoruq ərazilərindəki tarixi abidələri pasportlaşdırmaq səlahiyyəti verilib. Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb. Fərmana yeni əlavə edilən 3.0.45-1-ci yarımbəndinə əsasən, Dövlət Turizm Agentliyinin vəzifələri sırasına qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini siyahıya və dövlət qeydiyyatına almaq, pasportlaşdırılmasını həyata keçirmək aid edilib

Dövlət Turizm Agentliyi (DTA) hansı qoruqlardakı abidələrin pasportlaşdırılmasını həyata keçirəcək?

  • Kənan Quluzadə: “Bizim qurumun tabeliyində 7 qoruq ərazisi var və pasportlaşdırma da bu qoruqlarda həyata keçiriləcək”

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu qurum yalnız öz nəzdində olan qoruqlardakı abidələri pasportlaşdıracaq. K.Quluzadənin sözlərinə görə, Turizm Agentliyinin nəzdində 7 qoruq var. “Bizim qurumun tabeliyində 7 qoruq ərazisi var və pasportlaşdırma da bu qoruqlarda həyata keçiriləcək.  Bundan əlavə, ötən ilin dekabrında cənab Prezidentin qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi yaradılıb. Bu 7 qoruğun həmin mərkəz tərəfindən idarə olunması nəzərdə tutulur, onun strukturu təsdiqlənib. Burada, ilk növbədə, mədəni-tarixi irsin saxlanması, ikincisi, qoruqların turistlər üçün daha cəlbedici edilməsi, üçüncüsü isə dövlət xərclərinin optimizasiyası nəzərdə tutulur. Bilirsiniz ki, cənab Prezidentin sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan maliyyə ilə Yanardağda yenidənqurma və bərpa işləri aparılıb. Bu ay yeni konsepsiyada Yanardağı təqdim edəcəyik. Bundan başqa, ölkə rəhbərliyinin tapşırığına əsasən, Şəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı xüsusi konsepsiyalar hazırlanır. Basqalın təqdimatının bu günlərdə kçiriləcəyi gözlənir, Şəkidə isə bu yöndə işlər görülür”.

K.Quluzadə qeyd etdi ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlar “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu,

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruğudur.

Dövlət Turizm Agentliyinin qoruq ərazilərindəki tarixi abidələri pasportlaşdırması istiqamətində görüləcək işlərə gəlincə, K.Quluzadə qeyd etdi ki, ilk növbədə, tarixi abidələrin invertarlaşdırılması keçirilir. “İnvertarlaşdırmadan sonra istifadə qaydaları hazırlanır. Bu istiqamətdə ki, dövlət təşkilatları, bələdiyyə qurumları, yerli əhali və s. tarixi abidələrin istifadəsində və qorunmasında hansı fəaliyyəti göstərə bilərlər. Belə bir məsələ var, Şəkidəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisndə yaşayan əhalinin sayı 14 min nəfərə yaxındır və oradakı tarixi abidələrin yarıdan çoxu fərdi təsərrüfatların ərazisində yerləşir. Bundan necə istifadə edilməsi ilə bağlı instruksiya hazırlanır. Birinci növbədə bu, mədəni irsin qorunması ilə bağlıdır. Yəni turistin gəlib-gəlməməsindən asılı olmayaraq, biz tarixi mədəni irsimizi qorumalıyıq. Digər məsələ də qoruqların turistlər üçün daha cəlbedici olmasıdır. Biz qoruqlarda yeni infrastruktur yaradırıq, burada turistlər üçün daha çox məlumat almaq imkanı olsun, rahatlıqları təmin olunsun, əyləncələrin sayı artsın. Burada, əlbəttə ki, dövlət büdcəsinin xərclərinin optimallaşdırılması da əsas götürülür. Bu qoruqların hamısı turistik məkandır, burada girişin ödənişli olması, bilet satılması məsələləri və s. var. Ordan əldə edilən gəlir hesabına isə qoruqların qismən də olsa özünümaliyyələşdirilməsinə nail olmaq nəzərdə tutulur”.

“İndiyə qədər agentliyin tabeliyində olan qoruqlardakı abidələrin siyahıya alınması ilə bağlı hər hansı bir addım atılıbmı”sualına cavabında K.Quluzadə bildirdi ki, buradakı abidələrin siyahıya alınması prosesi həyata keçirilib: “Qoruqların ərazisində yerləşən abidələrin siyahıya alınması prosesi həyata keçirilib. Abidələrin sayına gəlincə, bu barədə məndə konkret rəqəm yoxdur”.  

Əldə etdiyimiz məlumata görə, hazırda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində dövlət qeydiyyatına alınan dünya, ölkə və yerli əhəmiyyətli 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 23 tarix-mədəniyyət abidəsi var. Digər qoruqlarla bağlı məlumat əldə edə bilmədik.

  • Aida İsmayılova “... maddi-mədəni irs nümunəsi olaraq qorunması baxımından çox böyük əhəmiyyəti var”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq Aida İsmayılova bizimlə söhbətində bildirdi ki, Dövlət Turizm Agentliyinə qoruq ərazilərindəki tarixi abidələri pasportlaşdırmaq səlahiyyəti verilməsi müsbət bir haldır. O hesab edir ki, agentlik tərəfindən qoruqlarda mövcud olan abidələrin siyahıya alınaraq pasportlaşdırılmasının həm milli-mədəni, həm də tariximizin, maddi dəyərlərimizin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyəti var. “Qoruqların ərazisində olan bütün abidələr pasportlaşdırılacaqsa, bu olduqca böyük əhəmiyyətə malik olacaq. Bunun nəticəsində bilinəcək ki, bu abidələr hansı dövrə aiddir, vəziyyəti necədir, onun konservasiyaya ehtiyacı var, yoxsa yoxdur. Əgər varsa, onu konservasiya edəcəklər. Qoruq ərazilərindəki abidələrin pasportlaşdırılması artıq onun dövlət qeydiyyatında olduğunu bildirəcək. Pasportlaşdırılma nəticəsində abidələrin diqqətdən kənarda qalması məsələsi aradan qaldırılacaq, abidələrin siyahıya alınması məsələsi aktuallaşacaq. Bu həm də abidələtin turizm baxımından əhəmiyyətini göstərəcək. Düşünürəm ki, qoruqlardakı abidələrin dövlət qeydiyyatına alınmasının, pasportlaşdırılmasının həm turizm, həm gələcəkdə onların tanıdılması, həm də maddi-mədəni irs nümunəsi olaraq qorunması baxımından çox böyük əhəmiyyəti var. Eyni zamanda, buradakı abidələrin respublika, regional və dünya əhəmiyyətli olması məsələsi də aydınlaşacaq və qiymətləndiriləcək. Sonradan onların qorunması, lazımi siyahılara salınması məsələsi öz həllini tapa bilər” - deyə A.İsmayılova qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ