şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
HƏZRƏTİ ƏBU BƏKR
Tarix: 17.03.2014 / 11:05
Bölmə: Sosial
Həz.Peyğəmbər buyurub: "Biz bu işə peyğəmbərliklə və Allahın rəhməti ilə başladıq. Məndən sonra 30 il xilafət və rəhmət olacaq. Sonra məlik-i abid (zor gücünə hakimiyyəti ələ alanların dövrü-V.C.) olacaq. Sonra da ümmətimdə zülüm, işgəncə və qarışıqlıq olacaq". İslam tarixinə bir də qısaca nəzər salsaq, bu kəlamın haqq olması qarşısında vəzifəmizi yalnız heyranlığımızla ifadə edə bilərik...
"Məndən sonra 30 il xilafət və rəhmət olacaq" buyuran həz. Məhəmməd, həmin müddət ərzində xəlifə olacaq dörd varisinin hakimiyyətini nəzərdə tuturdu. Bu dörd varislərdən hər biri Xəlifə-i Raşidə olaraq insanlara İslam dinini Həz.Peyğəmbər kimi anladan dövlət başçıları olub. Onlar heç bir məzhəb, təriqət yaratmayıblar. Xəlifələrin birincisi həz.Əbu Bəkrdir.
I xəlifə - həz.Əbu Bəkr
həz.Əbu Bəkr (568-634), müsəlman icmasının ruhani və dünyəvi başçısı kimi xəlifə (632-634) və ya Məhəmməd(ə)-nin I varisidir. O, həz.Ömər, həz. Osman və həz. Əli ilə yanaşı dörd mötəbər Rəşidi xəlifədən (əl-xulafə ər-Rəşidun) biri olub. Məkkəli varlı tacir ailəsindən çıxan həz.Əbu Bəkr Peyğəmbər(ə)-nin qaynatasıdır. 631-ci ildə müsəlmanların Mədinədən Məkkəyə ilk ziyarətinə (həcc mərasiminə) başçılıq etməyi, ömrünün son aylarında isə Mədinə məscidində özünün əvəzinə namaza rəhbərlik etməyi həz.Məhəmməd ona tapşırıb. Bütün bunlar, yaşının çoxluğu və digər amillər həz.Əbu Bəkrin I xəlifə seçilməsində xüsusi rol oynayıb. O, hakimiyyəti dövründə bir sıra istedadlı ictimai-siyasi və hərbi xadimləri öz ətrafına cəm edərək, bədəvi qəbilələrini Peyğəmbər(ə)-nin yaşıl bayrağı altında birləşdirib. həz.Əbu Bəkr xilafətinin 2 ildəki fəaliyyəti nəticəsində İslam Ərəbistanın özündə sabitləşib və sonra da onun hüdudlarından kənarda yayılıb. Məkkə və Mədinə istisna olmaqla, digər şəhərlərdə dindən dönmələr, yalançı peyğəmbərlərin üsyanlarının yatırılması, 633-cü ildə Sasanilərə, 634-cü ildə isə Bizansa qarşı uğurlu hərbi əməliyyatlar və digər hadisələr həz.Əbu Bəkrin xidmətlərindəndir.
Ləqəbləri
İslamdan qabaq həz. Əbu Bəkrin adı Əbdülkəbə idi. Məhəmməd(ə) onun adını dəyişdirib Əbdülləh (Allahın qulu) qoydu. Beləliklə, Peyğəmbər(ə)-nin ilk dəyişdirdiyi isim, həz.Əbu Bəkrin adı olub. Əbu Bəkr onun ləqəblərindən biridir. Atasının adı Osman, ləqəbi isə Əbu Kuhafədir. Ərəblərdə ləqəb addan daha məşhur olduğu üçün onun tam ləqəbi Əbu Bəkr bin Kuhafə, bin Əmr, bin Kəb, bin Sad, bin Təmim və bin Murradır. Murra isə həm də Rəsulu Əkrəmin 7-ci babasıdır. Göründüyü kimi, Peyğəmbər(ə) ilə həz.Əbu Bəkrin qohumluğu 7-ci şəcərədən gəlir. Peyğəmbər(ə)-nin həz.Əbu Bəkrə verdiyi ləqəblərdən biri də Ətikdir (Allahın atəşindən qurtulan qul). Lakin İslam aləmində Əbu Bəkr daha çox "Siddiq" ləqəbilə məşhurdur.
Həz.Əbu Bəkr siddiqdir
Təvhid kəlməsilə İslamı qəbul edən hər bir şəxs, dərəcə və mərtəbəsindən asılı olmayaraq təşkilatlanmış bir cəmiyyətə qəbul olunan sayılar. Dolayısı ilə bu da bir siddiqiyyətdir. Lakin siddiqliyin ən yüksək dərəcəsi həz.Əbu Bəkrə məxsusdur. Peyğəmbər(ə)-nin ilk ardıcıllarından biri kimi, şəxsən ona və onun dini təliminə son dərəcə sadiq olan həz. Əbu Bəkrin ərəb-müsəlman aləmində fəxri əs-siddiq (ən sadiq, ən doğru, ən düz danışan) adını alması isə bu hadisə ilə əlaqəlidir. Belə ki, "Peyğəmbər(ə) merac məsələsini camaata danışarkən Məkkə müşrikləri qəzəblənib. Onlar Əbu Bəkrin yanına gedərək ondan soruşublar: "Bilirsən dostun nə deyir". Əbu Bəkr: "Nə deyir?" "Məscidi Əqsaya, oradan da göyə qalxdığını bəyan etdi". Əbu Bəkr: "Bunu o söylədi?" Müşriklər: "Əlbəttə, özündən eşitdik". Əbu Bəkr dedi: "Deməli bu hadisə doğrudur. Bunlar nədir ki, mən onun sabah axşam Allahın özü ilə danışacağına belə inanıram". Məhz onun bu sözündən sonra möminlər Əbu Bəkrə "siddiq" dedilər. Digər bir hədisdə isə deyilir: "Meracdan qayıdarkən Allahın Elçisi Cəbrayıl(ə)-dən soruşdu: "Camaat mənə yenə inanmayacaq. Mənim meracımı kim təsdiqləyəcək?" həz.Cəbrail buyurdu: "Əbu Bəkr təsdiq edəcək. Çünki o, çoxdan siddiqdir".
Mağara əhvalatı
Həz.Əbu Bəkr İslamın yarandığı və təşəkkül tapdığı ilk dövrdən ömrünün sonuna qədər fədakarlıq, dinə və onun qurucusuna sarsılmaz sədaqətini felən nümayiş etdirib. Belə epizodlardan biri mağara hadisəsidir. Məkkədəki Qureyş əhli Peyğəmbər(ə)-ni nəyin bahasına olursa-olsun öldürmək qərarına gəldi. Bunu bilən həz.Məhəmməd hicrətdən (622-il) iki gün əvvəl həz.Əbu Bəkrə dedi: "Hicrətə icazə verildi. Biz hicrət etməliyik". Bu qərar görüləcək peyğəmbər işlərinin praktik başlanğıcı idi. Hər iki dost kafirlərin təqibindən Sevr dağındakı mağarada üç gün gizləndilər. Mağarada həz. Əbu Bəkr Məhəmməd(ə) üçün çox narahat idi. O, Peyğəmbər(ə)-nin "canından qorxursan" - sualını belə cavabladı: "Xeyr! Mən özüm üçün yox, sənə zərər toxunmasından ehtiyat edirəm. Sənin naminə mənim kimi minlərlə insanın fəda olması daha üstündür. Axı sən din sarayının memarısan". Rəsulu Əkrəm buyurdu: "Narahat olma, Allah bizimlədir". Quran mağaradakı bu həyəcanlı anları belə anladır: "(Ey mömünlər!) Əgər siz Peyğəmbərə kömək etməsəniz, Allah ona kömək göstərər. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu-Bəkrə): "Qəm yemə, Allah bizimlədir!"- dediyi zaman göstərmişdir. O vaxt Allah ona bir rahatlıq nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı" (Tövbə 40).
Həz.Əbu Bəkrin ibadət və səxavətinin dərəcəsi
Əshab (həz. Peyğəmbəri görənlər) ilə söhbət edən Məhəmməd(ə) buyurdu: "Əbu Bəkrin bir saatlıq ibadəti başqalarının 70 illik ibadətindən üstündür". Bu zaman əshab arasında bir çaşqınlıq yarandı. Buna rəğmən Rəsulu Əkrəm Əbu Bəkri çağıtdırıb ondan soruşdu: "Ey Siddiq, nə ilə məşğul idin". Siddiq dedi: "Ey Allahın Elçisi! Allah Cənnəti saleh qulları, Cəhənnəmi də asi və günahkar qullarını doldurmaq üçün yaradıb. Dua edirdim ki: "Ey uca Allah! Mən zəif qulunun vücudunu bütün Cəhənnəmi doldura biləcək qədər böyüt ki, daha orada bir kimsəyə yer qalmasın". Əshab bu sözdən sonra Peyğəmbər(ə)-yə minnətdarlıq, ona isə dua etdi. Bəli, həz.Əbu Bəkr bəşərin Cənnətdə olması naminə Cəhənnəmdə əbədi qalmağı arzu edən yeganə müsəlman idi. Əlbəttə bu istək, onun həm bəşərə olan məhəbbəti, həm də imanının kamillik zirvəsindən xəbər verir. Təsadüfi deyil ki, Peyğəmbər(ə) buyurub: "Əgər Əbu Bəkrin imanı xalqın imanı ilə müqayisə edilsə, onun imanı ağır gələr".
"Təbuq səfəri ərəfəsində (632-il) Rəsulu Əkrəm bizə sədəqə verməyi buyurdu. Özlüyümdə düşündüm ki, Əbu Bəkr həmişə bizdən daha artıq comərd olub. Bu dəfə mən ondan çox sədəqə verəcəm. Var-dövlətimin yarısını verdim. Allah Rəsulu soruşdu: "Ya Ömər, evdəkilərə bir şey saxladın?" Dedim: "Yarısını onlar üçün saxladım". Bu zaman Əbu Bəkr yanımıza gəlib mal-dövlətinin hamısını sədəqə verdiyini dedi. həz.Peyğəmbərin: "Ya Əbu Bəkr! Bəs evdəkilər üçün nə saxladın"-sualına isə, o belə cavab verdi: "Evdəkilərə Allah və Onun Rəsulunu saxladım". Bundan sonra Məhəmməd(ə) buyurdu: "İkinizin arasındakı fərq, cavablarınız arasındakı fərq kimidir" (həz.Ömər).
Həz.Əbu Bəkrin müdrikliyi
"Bu gün dininizi tamamalayıb mükəmməl etdim, sizə olan nemətimi tamamladım və bir din kimi sizin üçün İslamı bəyəndim, seçdim" (Məidə, 3). Bu ayə Peyğəmbər(ə) vida həccində, Ərafatda olarkən nazil olub. Müsəlmanlar yeni ayənin nazil olmasına çox sevindilər. Lakin həz.Əbu Bəkr ağlayırdı. Səhabə ondan: "Bu gün xoşbəxt bir gündür, nə üçün ağlayırsan" - soruşdu. Son dərəcə həssas, zəki və uzaqgörən olan həz.Əbu Bəkr dedi: "Hər kəmalın bir zəvalı, sonu var. Bu ayə, İslamın kəmala çatdığını və Məhəmməd(ə)-nin ömrünün sonundan xəbər verir". Doğrudan da həmin ayənin nazilindən 83 gün sonra kainatın Fəxri gözlərini əbədi yumdu... Bu ölüm yenicə qurulan İslam dövləti üçün növbəti sınaq oldu. həz. Ömər başda olmaqla əksəriyyət heç vəchlə inana bilmirdi ki, Peyğəmbər(ə) də ölə bilər. həz. Ömər deyirdi: "Kim Məhəmməd öldü desə, onun boynunu vuracam". Halbuki, Məhəmməd(ə)-nin də öləcəyini Quran bəyan etmişdi. Lakin Quranı əzbər bilənlər belə bu hadisədən sarsılıb, həmin ayəni yaddan çıxartdılar. Bu zaman həz.Əbu Bəkr: "Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-gediblər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki, geri dönən şəxs Allaha heç bir zərər yetirməz" (Ali İmran 144)- ayəsini camaatın yadına saldı. Əhali məhz bu müraciətdən sonra obyektiv reallığı başa düşdü və qarışıqlıq aradan götürüldü.
Növbəti mübahisə Peyğəmbər(ə)-nin harada dəfn olunması barədə oldu. həz.Əbu Bəkr bu dəfə də işə qarışdı. O dedi: "Peyğəmbərin buyurduğunu yaxşı xatırlayıram: "Elə bil peyğəmbər olmayıb ki, keçindiyi yerdə basdırılmasın". Belə də etdilər. həz.Peyğəmbəri öz evində son anda uzandığı çarpayını kənara çəkib, yerində qəbir qazdılar...
Ən böyük fəsad xəlifəlik uğrunda oldu. Ənsər (Mədinənin yerli camaatı) özünün, mühacirlər (həz.Peyğəmbərlə Məkkədən hicrət edənlər) isə özlərinin nümayəndəsini xəlifə görmək istəyirdilər. Vəziyyətin ən gərgin vaxtında həz.Əbu Bəkr buyurdu: "Ey Ənsər! Allah sizi dininə, Peyğəmbərinə kömək üçün seçdi. Peyğəmbərin hicrəti sizə nəsib oldu. Bizcə, ilk mühacirlərdən sonra sizin mərtəbənizdə heç kim yoxdur. Siz Peyğəmbərə yardım etdiniz. Lakin əhalinin əksəriyyəti Qureyş (həz.Peyğəmbərin qəbiləsi) tayfasından olduğu üçün sizi qəbul etməz". Buna rəğmən ənsərdən bəziləri dedi: "Bir xəlifə bizdən, bir xəlifə də mühacirlərdən olsun". həz.Əbu Bəkr buyurdu: "Xilafətdə şəriklik olmaz. İki qılınc bir qında olmaz. Bir məsciddə iki imam da olmaz. İki qibləyə də namaz qılınmaz". Tərəflər yalnız bundan sonra sakitləşdi və həz. Əbu Bəkr xəlifə seçildi.
Həz. Əbu Bəkrin biət (inauqurasiya) nitqi
"Ey insanlar! Sizin ən yaxşınız olmadığım halda sizin rəhbərinizəm. Vəzifəmi ədalətlə yerinə yetirsəm, mənə yardım edin. Yanılsam, mənə doğru yol göstərin. Doğruluq əmanət, yalançılıq xainlikdir. İçinizdəki ən zəif adam, haqqını alana qədər məndən güclüdür. Bir millət Allah yolunda savaşdan qaçarsa, alçalar. Bir millətdə pislik artarsa, o millət bəlaya düçar olar. Mən Allah və Peyğəmbərə itaət etdikcə, siz də mənə itaət edin. Mən Allah və Peyğəmbərə üsyan etsəm, sizin mənə itaətiniz lazım deyil". Doğrudan da böyüklərin böyüklüyü sadə və kiçik görünməkdən, kiçiklərin kiçikliyi isə böyük görünmək iddiasından doğur!
Həz.Əbu Bəkrin vəfatı və həz.Əlinin dəfn mərasimindəki çıxışı
Həz.Əli yazır: "Əbu Bəkr ölümündən qabaq mənə dedi: "Ömrüm sona çatıb. Peyğəmbəri yuyub kəfənlədiyin kimi məni də elə yu, kəfənlə. Tabutumu Rəsulu Əkrəmin türbəsinin qapısına qoy... Və de ki, Əbu Bəkr qapıdadır. İçəri girməyə izin istəyir... İcazə verməsə, məni Bəqi qəbiristanlığındakı qəriblər üçün ayrılan yerdə dəfn et..." Daha sonra həz.Əli yazır: "Əbu Bəkrin vəsiyyətini yerinə yetirdim. Tabutunu da Peyğəmbərin türbəsinin qapısına qoydum. Və belə bir səs eşitdim: "Sevdiyimi mənə gətirin! Onun üçün çox darıxmışam".
həz.Əbu Bəkrin dəfn komissiyasına rəhbərlik edən həz. Əli qəbr üstündə belə çıxış etdi: "Ey Əbu Bəkr! Sən Rəsulu Əkrəmin sevgili dostu, munisi (ünsiyyət edəni), sirdaşı, müşaviri idin. İlk öncə İslamı sən qəbul etdin... Sənin imanın cümlənin imanından daha xalis və pak idi. Sən hər kəsdən comərd və əziz idin. Xeyrət sahibi idin. Kərəm, xasiyyət, davranışlarda Peyğəmbərə daha çox bənzəyirdin. Rəsulu Əkrəmi sən təsdiq etdin. Hamı onu yalanlayarkən, sən onu doğruladın. Onun gözü və qulağı kimi idin. Mağarada onunla idin. Sən yerindən qımıldanmayan bir dağ kimi idin. İşin haqq, sözün və niyyətin doğru idi. Allah səni Məhəmməd Mustafa hüzuruna çatdırsın. Və bizi də sənin feyz və səvabından məhrum etməsin. Səndən sonra bizi azğınlaşdırmasın..." həz.Əli çıxışını qurtarandan sonra camaat dedi: "Ey Rəsulu Əkrəmin kürəkəni, doğru söylədin".
Həz.Əlinin bu çıxışından 1380 il keçəndən sonra biz də Allah, həz. Məhəmməd, Quran və dünya müsəlmanlarının birliyi naminə deyirik: Ya həz.Əli, həz.Əbu Bəkr barədə doğru söylədin. Sizdən sonra ya Əli, Allah bizi də azğınlaşdırmasın. Allah imanımızı məzhəb, təriqət təəssübkeşliyindən yüksək tutsun.
Vaqif CƏLİLOĞLU,
T.e.üzrə fəlsəfə doktoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik
- Prezident təyinatı verdi...
03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...
03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı
03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil
- Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...
03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"
03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır"
- Prezident
03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"
03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur"
- Prezident İlham Əliyev
03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir"
– XİN
03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib
03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- FOTO
03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...
03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi
03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı -
Tramp, BVM və ukraynalı fəal…
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ