şənbə günü, 03 oktyabr 2026
     

"Postmodernizm ədəbi ierarxiyaları dağıdan destruktiv cərəyandır"

Image


Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" adlı layihənin icrasına başlayıb. Bu barədə martın 14-də Cəmiyyətin ofisində keçirilən mətbuat konfransında layihənin rəhbəri Məlahət Xəlilova məlumat verib.
M.Xəlilova bildirib ki, dövri ədəbiyyatın  tipologiyası, fəlsəfə, poetika və problematikasının müəyyənləşdirilməsi, eyni zamanda, dünya ədəbi prosesi üçün səciyyəvi olan axın və meyllərin milli ədəbiyyatda təzahürünün izlənməsində mühüm irəliləyişlər hiss olunur. Layihə rəhbəri təəssüf hissi ilə qeyd edib ki, ədəbi prosesə bu cür əhatəli baxış intensiv xarakter daşımır: "Ümumi səviyyə barədə isə qısaca bunu demək olar ki, bir neçə il öncə özünüdərk mərhələsində olan müstəqillik dövrü ədəbi prosesləri hazırda ədəbiyyatı dərk mərhələsinə keçməklə həqiqi missiyasını yerinə yetirməkdədir. Ədəbi cərəyanların ədəbiyyat və proses barəsində birtərəfli qaydada  hökm çıxarıb diaqnoz qoymasında subyektivlik halları çox olduğundan birmənalı etimad qazanmır. Deməli, yeni yanaşma üsulları gərəkir və bu baxımdan zaman ədəbi söhbətləri, polemik masaları, virtual müzakirələri gündəmə çıxarır. Son illərdə nəsr, poeziya və dramaturgiyamız yeni əsərlər hesabına xeyli zənginləşib, müxtəlif nəsillərin təmsilçiləri ədəbi prosesdə fəal iştirak edir. Dövri ədəbiyyata yeni cərəyan axınları başlanıb. Bir çox ədəbi cərəyanlar proseslərdə özünü tam təsdiq etməsələr də, müəyyən səviyyədə işıqlandırmağa müvəffəq olub". Məlahət Xəlilova qeyd edib ki, son illərdə ortaya çıxan əsərlər Azərbaycan ədəbiyyatının gələcək taleyi barədə nikbin fikirlər doğurur. Əlbəttə ki, sovet dövrü ilə müqayisədə müstəqillik dövrü ədəbiyyatında müəyyən keyfiyyət fərqləri, ideya-estetik dəyişikliklər baş verir: "Müxtəlif cərəyanlar üzərində yazılan əsərlər, təbii ki, bəzilərini çıxmaq şərtilə, çağdaş insanın mənəvi-əxlaqi dünyasındakı dəyişmə və yeniləşmələr, bədii təfəkkürdə gedən inkişafla səsləşə bilir. Müasir Azərbaycan ədəbiyyatında yazılan əsər və nəşr edilən kitablar hərtərəfli və ədalətli təhlilini gözləyir". Layihə rəhbərinin sözlərinə görə, getdikcə dünyaya daha sıx inteqrasiya olunan müasir ədəbi prosesləri eyni metodologiya və mətnə yanaşma prinsipləri ilə əhatəli şərh etmək çətindir. M.Xəlilova bildirib ki, ədəbi cərəyanların izlənilməsi və əhatəli şəkildə şərh edilməsi üçün ədəbi proseslərin milli ideologiya və strategiyasının işlənib hazırlanması təxirəsalınmaz  vəzifələrdən biri kimi qarşıda durur. Lakin bununla belə, o qeyd edib ki, Azərbaycan ədəbiyyatının tarixi, mənşəyi, predmeti, dövrləri, intibahı, qədim türk epos mədəniyyətindən yazılı ədəbiyyata keçid mərhələsi, bədii, dini-estetik, ideya-fəlsəfi istiqamətlərinin milli və ümumşərq mədəniyyəti kontekstində şərhi verilən bəzi kitablar "çağdaş başsız atlı" durumundan xilas edə bilən ədəbi strategiya örnəyi kimi çox böyük dəyərə malikdir. M.Xəlilova vurğulayıb ki, son dövrdə ədəbi proseslərdə müəyyən boşluqların doldurulması üçün mətbuatın üzərinə də böyük yük düşür: "Ədəbi proseslərin izlənilməsi və yazılan əsərlərin təhlil edilməsi üçün mətbuat orqanlarında məsələyə xüsusi diqqət yetirilməlidir. Təqdirəlayiq haldır ki, ayrı-ayrı gənc yazarlarımız da məlum kəsiri aradan qaldırmaq üçün təşəbbüs göstərirlər. Onların əsərlərində Azərbaycan ədəbiyyatındakı proseslərin əsas istiqamətlərini əks etdirən bu nümunələr uzun müddət postsovet məkanında eyni ideoloji sistemdə yaşamış  ölkələrdəki analoji proseslərin müqayisəsi baxımından xeyli material verir". Son zamanlarda bəzi yazarların xalqın mental dəyərlərinə uyğun olmayan postmodernist nümunələrə üstünlük verdiyini deyən Məlahət Xəlilova: "Amma biz nə qədər Avropa elmi-nəzəri fikri ilə inteqrasiyaya cəhd etsək də, unutmamalıyıq ki, Azərbaycan ədəbiyyatı əsas köklərilə ümumşərq mədəniyyəti və bədii-estetik fikri üzərində formalaşıb. Regionlaşma dövründən sonra bu ənənələrin bir qismi qırılıb. Təəssüf ki, insanların müəyyən qismi təsir altına düşərək açıq-saçıq və heç bir etik keyfiyyətlərə cavab verməyən əsərlərə üz tutur. Burada əsas yük tənqidçilərin üzərinə düşür. Və mən bu fikrə çağdaş tənqiddəki rəhmsizlik, ədalətsizlik, qeyri-əxlaqi yanaşma hallarını da əlavə edərdim". Məlahət Xəlilovanın sözlərinə görə, bəzən belə faktlar baş verir ki, tənqid ədəbiyyat tarixində danılmaz yeri olan qələm sahiblərinin, yaxud çağdaş ədəbiyyatın istedadlı nümayəndələrinin üzərinə yenilik adı altında qərəzli  hücumlar edir, ziyalı etikası, mizan-tərəzi bilmərrə unudulur.
Təhlil zamanı subyektə şəxsi münasibət yaradıcılığa obyektiv münasibəti önləyir: "Bu yolverilməz və bağışlanmazdır. Bu tənqidçi əxlaqına, tənqidçi şəxsiyyətinə, ən başlıcası, professional tənqid prinsiplərinə ziddir. Hesab edirəm ki, tənqidin oxucu ilə yazıçı arasında körpü yaratmaq, ədəbiyyatı tanıtmaq vəzifələrilə yanaşı, bir vəzifəsi də xeyirxahlıqdır. Yəni tənqid dağıdıcı yox, qurucu tənqid olmalıdır. Doğrudur, tənqidçi yazıçının əvəzinə əsər yaza bilməz. Amma tənqid, öndə qeyd etdiyim kimi, stimulyator ola bilər. Yəni tənqidçi sağlam, obyektiv və etik təhlilləri ilə yazıçını yetişdirə, cilalaya bilər. Təəssüf ki, çağdaş Azərbaycan tənqidinin  ədəbiyyatı yönləndirməsi faktlarını axtararkən yalnız postmodernizmə yoluxma yada düşür. Gəlin görək,  nədir bu postmodernizm? "Mədəniyyət və ədəbiyyatın bütün üslub və imkanlarının sinkretik qarışığı" və qeyri-ənənəvi mədəniyyət kimi səciyyələndirilən postmodernizm, əslində nihilizmin ən ifrat forması olmaqla özündən əvvəlki bütün ədəbi ierarxiyaları dağıdan destruktiv  bir cərəyandır. Sergey Kornevin sözləri ilə desək, "postmodern nihilizm tamamilə əks-mədəniyyət hadisəsidir. O, ilk növbədə Avropa mədəniyyətinə - onun rasionalizminə, sivil pafosuna qarşıdır". Mənşəyini Qərbdən götürən, Qasset, Derrida fəlsəfəsindən qaynaqlanan postmodernizm yarım əsrlik tarixi ərzində dünya ədəbiyyatına bir şey verməyib. Əksinə, Avropanın bütöv bir epoxa ərzində formalaşmış mədəni-estetik strukturunu parçalayıb. Sual oluna bilər; bəs Umberto Eko, bəs Orxan Pamuk, bəs Patrik Züskind və postmodernizmin uğuru sayılan digər örnəklər? Mən hesab edirəm ki, bu yazıçıların postmodernizmə aid edilən əsərləri - nə "Qızılgülün adı", nə "Qara kitab", nə də "Əttar" postmodernizmin uğuru olmayıb, müəlliflərinin istedadının, böyüklüyünün uğurudur.
Təəssüf ki, çağdaş Azərbaycan tənqidi ədəbiyyatımızı milliyyətsiz ölkələrin məhsulu olan və indiyəqədərki mədəniyyəti dağıdaraq onu postmədəniyyətə çevirməyi hədəfləyən bu destruktiv cərəyana sözün əsl mənasında yoluxdurdu. Bu gün ölkədə əli qələm tutan, lakin sözün yerini, çəkisini bilməyən hər kəs qabiliyyətsizliyini postmodernizm pərdəsi altında gizlədir və irad bildirəni də anlamaz, köhnə təfəkkürlü adlandırır. Məsələ diqqətdə saxlanmalı, tədbirlər planı hazırlanmalı, bəzi ədəbi cərəyanların qeyri-etik normaları barədə insanlar maarifləndirilməlidir".
"Olaylar" İA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ