şənbə günü, 03 oktyabr 2026
     

Təhsil kreditləri sahəsində inqilabi dəyişiklik...

Image


Ölkə parlamentində qəbulu düyünə düşən qanun layihələrindən biri də təhsil kreditləri ilə bağlıdır. Yaxın perspektivdə də bu qanunun qəbulu gözlənmir. Xatırladaq ki, məsələ Milli Məclisin heç yaz sessiyasının da gündəliyinə salınmayıb. Bankların bu vaxta qədər verdiyi təhsil kreditlərinin faiz dərəcələri isə kifayət qədər yüksək olub. Lakin arayışsız kredit verilişinə qoyulan qadağa, həmçinin avtokreditlərin dayandırılması bankların bu sahədə siyasətlərini yeniləməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, hazırda banklar müştərilərini itirməmək üçün kredit faizlərini müəyyən dərəcədə aşağı salıblar. Bu prosesin təhsil kreditləri ilə bağlı olaraq da tətbiqi gözlənir. Yəni hazırda verilən təhsil kreditlərinin faiz dərəcələri daha aşağı olacaq. Lakin daha aşağı faizlə kredit alınması üçün təhsil kreditləri ilə bağlı qanunun qəbulu vacib sayılır. Çünki müvafiq layihədə tələbələrə aşağı faizlə kreditlərin verilməsi əvvəlcədən yaradılmış fond hesabına nəzərdə tutulub. Özü də burada təhsil kreditinin 20 il müddətinə qaytarılması nəzərdə tutulub. Aztəminatlı ailələr üçün kreditlərin aşağı faizlə, sosial kreditlərə uyğun 5 faizədək verilməsi nəzərdə tutulur. Sosial xarakterli təhsil krediti - aztəminatlı ailələrdən çıxan tələbələr üçün nəzərdə tutulur. Kommersiya xarakterli təhsil kreditlərində isə faizlər nisbətən yüksəkdir. Şəxs əmək qabiliyyətini itirdiyi zaman isə təhsil kreditini tələbənin əvəzinə işlədiyi və ya istənilən müəssisə ödəyə bilər. Xatırladaq ki, ABŞ da daxil olmaqla, inkişaf etmiş ölkələrdə tələbələr təhsil krediti götürərək oxuyurlar. Özü də çox aşağı faizlə. Məlumat üçün bildirək ki, beynəlxalq praktikada təhsil kreditlərinin faiz dərəcələri simvolik xarakter daşıyır. Yaxud ölkədəki inflyasiyanın orta illik səviyyəsinə, Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun səviyyədə müəyyənləşdirilir. Məsələn, bu gün ABŞ-da təhsil kreditləri 3,8-5%, İsveçdə-1%, Danimarkada-1,6%, Böyük Britaniya və digər Avropa ölkələrində inflyasiyaya uyğun səviyyədə 3 % -dən aşağıdır. Rusiyanın Əmanət Bankı tərəfindən güzəştlə verilən təhsil kreditlərinin faizi isə 5,06%-dir.
Təhsil kreditinin digər kreditlərdən fərqi tələbələr üçün əlçatan olmasıdır. Eyni zamanda, bu kreditləri tələbələr götürdüyü üçün girovlarla bağlı müəyyən güzəştlər edilir. Azərbaycanda da belə bir kredit növünün tətbiqi çox vacibdir. Dövlət təhsil müəssisələrində təhsil haqqının yüksək olması ödənişlə oxuyan əksər tələbələrin problemlərlə üzləşməsinə gətirib çıxarır. Bu baxımdan tələbələrin kreditə ehtiyacı var.
İqtisadçılar onu da bildirir ki, Azərbaycanda bankları tələbə kreditləri ödənişinə məcburi şəkildə cəlb etmək mümkün deyil, çünki banklar özəldir. Lakin müvafiq fond vasitəsilə bankların aşağı faizlə təhsil kreditləri verməsini həyata keçirmək olar. Elə bu fonda da vurğulanır ki, hökumət təhsil kreditlərini ya büdcə hesabına, ya da bankları stimullaşdırmaq yolu ilə həyata keçirməlidir. Birinci halda müvəkkil banklar vasitəsilə kreditlərin verilməsini təmin etməlidir ki, faiz dərəcəsi aşağı olsun. Bu zaman, təbii ki, dövlət büdcəsindən vəsait ayrılmalıdır. Kommersiya bankları isə cüzi faiz əlavə etməklə tələbələrə kredit təklif edə bilər. Digər variant Yaponiya modeli kimi tanınır. Təhsil krediti verən banklara müəyyən güzəştlər tətbiq olunur. Yəni daha çox təhsil krediti verən bank vergi ödənişlərindən azad olsa, bu da bankları kredit verməyə stimullaşdıracaq. Lakin bütün bunlar üçün, qeyd olunduğu kimi, müvafiq qanunun qəbulu önəmlidir. Belə qanunun yoxluğu şəraitində banklar özləri təhsil kreditləri verir. Lakin onların faiz dərəcəsi 20 faizdən yuxarıdır. Sadəcə, yuxarıda qeyd olunduğu kimi, indiki şəraitdə banklar müəyyən həddə faiz azalmasına gedə bilər ki, müştəri kontingentinin sayı azalmasın.
Onu da qeyd edək ki, bir sıra sivil ölkələrdə, dövlətlə yanaşı, xeyriyyə cəmiyyətləri də tələbələrin təhsil xərclərini öz üzərinə götürür.
Məsələn, Türkiyədə böyük təşkilatlar təhsil təqaüdləri təyin edirlər ki, dövlət də bunun müqabilində onlara vergi güzəştləri edir. Azərbaycanda da belə təcrübədən istifadə zəruri sayılır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ