şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Yeni zeytun bağlarının salınmasının təşviq olunması
Tarix: 12.03.2014 / 14:33
Bölmə: Sosial
İnsanların yaşayış tərzi, maddi rifah halı təbiətlə, təbii sərvətlərin zənginliyi ilə, bu sərvətlərdən səmərəli istifadə olunması və onların qorunması ilə bağlıdır. Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir. Təbiəti qorumaq ümumdövlət işi, ümumxalq işidir. İnsanı təbiət yaradıb və öz sərvətlərini səxavətlə onun istifadəsinə verib.
Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə, təbiətdən daha çox mənfəət götürür, daha doğrusu, onu qırır, dağıdır, məhv edir, əvəzini isə çox az qaytarır. Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, xüsusən canlı sərvətlərin qorunması hazırda dünya əhəmiyyətli bir məsələ hesab olunur. Doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. İl boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə malik güllər, suvarma və enerji əhəmiyyətli çaylar, min bir dərdin dərmanı olan bulaqlar Azərbaycanın qədir-qiymətini birə-min artırır. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir. Onun gözəl təbiəti, iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir ki, yer üzərindəki 11 iqlim növünün 9-u Azərbaycanda mövcuddur. Hər bir iqlim qurşağının təbii gözəlliyini, bu gözəlliyin süfrəmizə bəxş etdiyi nemətləri ayrı-ayrılıqda sadalamaq, bunlarsız insan məişətinin qeyri-mümkünlüyündən təkrar-təkrar danışmaq olar. Təbiət elə gözəl "sənət əsəri"dir ki, bu əsəri korlamaq bir yana dursun, hətta onu duymamağın özü insanlıqdan kənardır. Bu gün biz hər hansı ağacdan bir budaq qırarkən onu yaralamağımızın fərqinə varmırıq. Axı ağac da canlıdır, o da yaşamaq istəyir. Son dövrlərdə yaşıllığa verilən diqqət, parkların, ağaclıqların salınması təqdirəlayiqdir.
Yunan əfsanələrinə görə, hər bir cavan oğlan evlənməzdən qabaq yeddi zeytun tingi basdırıb, onu bar verənə qədər becərməli və sonra evlənməlidir. Belə bir xeyirxah əməl indiyə qədər yunan xalqı arasında adət və ənənəyə çevrilib. Nə demək olar, gözəl ənənədir, gözəl adətdir. Yaxşı olardı ki, bizdə də belə ənənələr olsun. Biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir.
Qeyd edək ki, qədim zamanlardan dünyanın subtropik ölkələrində becərilən zeytun əsasən Cənubi Avropa, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında, Aralıq dənizi hövzəsində, sonralar Yunanıstan, İspaniya, İtaliya və digər subtropik ölkələrdə yayılıb. Bu gün İtaliyada 2, İspaniyada 1,5, Yunanıstan və Türkiyədə isə 1 milyon hektardan da artıq ərazidə zeytun bağları salınıb. Meqaiqtisadiyyatın aqrar sektorunda zeytun plantasiyalarının artırılmasının yeni üsullarını axtarırlar. Subtropik qurşaqda yerləşən dövlətlərin əksəriyyətində zeytunçuluq kənd təsərrüfatının ixtisaslaşmış sahələrindən biri kimi təsdiq olunub və dövlət büdcəsinin formalaşmasında əsas rol oynamağa başlayıb. Dünyada bu nadir bitkidən alınan məhsulun illik istehsalı son illərdə 20 milyon tondan artıqdır. İtaliya, İspaniya və Yunanıstan yüksək satış göstəricilərinə görə fərqlənirlər. İqlim çalarlığı baxımından Azərbaycan heç də zeytun ixracatında üstünlük təşkil edən ölkələrdən geridə qalmır, əksinə, ölkəmizin yerləşdiyi coğrafi məkan, bir-birini əvəz edən iqlim qurşaqları torpaqlarımızın flora və faunasının zənginliyinə, al-əlvanlığına şərait yaradır. Tarixi mənbələrdə ölkəmizdə böyük zeytun bağlarının salındığı göstərilir. Lakin XIII əsrin əvvəllərində (1220-1256-cı illər) Azərbaycana monqol yürüşləri zamanı qışlamaya qalan ordu zeytun bağlarını qırıb odun kimi yandıraraq məhv edir.
II Dünya müharibəsindən sonra Azərbaycana Sovet İttifaqının bostanı kimi münasibət bəsləyən Stalin Abşeronda zeytunçuluq təsərrüfatının yaradılmasına və emal zavodunun tikilməsinə sərəncam verib.
Məlumat üçün bildirək ki, 1949-1950-ci illərdə ilk zeytunçuluq təsərrüfatı yaradılıb və kiçik emal zavodu tikilib. Sonralar Hövsan qəsəbəsində geniş ərazidə zeytun plantasiyası salınıb, Maştağa qəsəbəsində yeni zeytun emalı zavodu istifadəyə verilib. Sovet hakimiyyəti illərində Abşeronda zeytun bağlarının sahələri 20-30 il ərzində artaraq 3 min hektara çatıb. Lakin 90-cı illərdəki qarışıqlıq, anarxiya və xaos nəticəsində zeytun bağları müdafiəsiz qalır.
Torpaqların şəxsi mülkiyyətə verilməsi, sovet mülkiyyət formasının ləğv edilməsi zeytunçuluğun inkişafdan qalmasına səbəb olur. Belə ki, yeni mülkiyyət sahiblərinin təcrübəsizliyi özünü büruzə verir. Ayrı-ayrı əllərə keçən zeytun bağları baxımsız qalır. Sonralar yeni formalaşan sahibkarların da bir qismi bu plantasiyaların müəyyən hissəsini məhv edir, zeytun bağlarını tikinti meydançalarına çevirir və ya tamam başqa məqsədlər üçün istifadə edirlər. Nəticədə Abşeronda zeytun bağlarının ümumi sahəsi nəzərəçarpacaq dərəcədə azalır. Azərbaycanda son 20 ildə neft sektoru ilə yanaşı, iqtisadiyyatın, kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada əsaslı dəyişiklik, inkişaf müşahidə olunmasın. Sahibkarlığın inkişafı və onlara dövlət dəstəyi, güzəştli kreditlərin verilməsi istiqamətində görülən işlər artıq bəhrəsini verir.
Qeyd edək ki, ötən əsrin 70-ci illərinin əvvəllərində daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılıb, həmçinin Bilgəh, Maştağa subtropik bitkilər, Buzovna tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınıb. Abşeronda mövcud olan digər zeytun bağlarının taleyi də acınacaqlıdır. Belə ki, Abşeron yarımadasında ötən əsrin 90-cı illərinin əvvəllərində zeytun bağlarının ümumi sahəsi 2600 hektara çatdırılıb ki, bu bağların da 1000 hektardan çoxu məhsul verirdi. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb.
Məlumatda qeyd olunur ki, hazırda 1868 hektar zeytun sahəsinin 1556 hektarı bar verir. Zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı da tədricən artır. Azərbaycanda təkcə Abşeronda yox, digər bölgələrdə - Sumqayıt, Siyəzən, Salyan, Göyçay, Beyləqan və Yevlaxda da yeni salınan zeytun bağları genişləndirilir. Bakının Zirə qəsəbəsində 200 hektara yaxın zeytun bağı salınıb və Türkiyədən tinglər gətirilib. Zeytun bağlarının sahəsini artırmaq məqsədilə Hövsandakı özəl zeytunçuluq təsərrüfatında xüsusi tingyetişdirmə sahəsində hər il minlərlə ting əkilir.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirir ki, ölkədə zeytun istehsalını stimullaşdırmaq üçün xüsusi proqrama ehtiyac var: "Sovet hökuməti dövründən qalma zeytun bağları, demək olar ki, tamamilə məhv edilib. Həmin bağlardan təşkil olunmuş qaydada istifadə olunmur. Daxildə satılan zeytun isə başlı-başına buraxılmış zeytun bağlarından əldə edilən məhsullardan alınan məhsuldur. İtaliya və digər ölkələrdən gətirib zeytun istehsal edəcəklərini qarşıya məqsəd qoyublar. Problemin həlli üçün, düşünürəm ki, hökumət zeytunçuluğun inkişafı ilə bağlı xüsusi proqram qəbul etməlidir. Coğrafi məkanca bizə oxşar olan ölkələr, Türkiyə, İspaniya, İtaliya zeytun istehsalı üzrə dünyanın ən aparıcı ölkələridir. Azərbaycanın da yerləşdiyi coğrafi məkan imkan verir ki, ölkəmizdə zeytunçuluq inkişaf etdirilsin".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə qeyd edir ki, nazirlik zeytun ağaclarının qırılması ilə daim mübarizə aparır. Nazirlik rəsmisinin sözlərinə görə, bununla bağlı fiziki və hüquqi şəxslər dəfələrlə qanunvericilik əsasında cərimələnib: "Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun Suraxanı dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yoldakı 5 hektar sahədə 4000 ədəd zeytun ağacı əkilib. Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min kubmetr torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə artıq zeytun ağacları əkilib".
Qeyd edək ki, yaşadığım Hövsan ərazisində zeytunçuluq təsərrüfağı fəaliyyət göstərir. Təsərrüfatın rəhbərinin mətbuata verdiyi açıqlamaya görə, onun qarşısına qoyduğu məqsədlərdən biri də Azərbaycana yeni zeytun növlərini gətirməkdir: "2 hektara yaxın yeni zeytun bağları salınacaq. Bu işlərə yaxın vaxtlarda başlanılacaq. Məhsullarımız "Abşeron zeytunu" markası adı altında satılır".
Ölkə başçısı İlham Əliyev ölkədə zeytunçuluğun inkişafı üçün yeni zeytun bağlarının salınmasının vacib olduğunu bildirib. İ.Əliyev qeyd edib ki, Abşeronda zeytunçuluq inkişaf etməlidir: "Həqiqətən də, Azərbaycanda bu sahənin ənənələri var və təbii iqlim də buna zəmin yaradır. Zeytunçuluq təsərrüfatlarının, müasir emal müəssisələrinin yaradılması bu sahənin inkişafına böyük töhfə verə bilər. Hazırda Azərbaycanda zeytun istehsalı artır. Bakıətrafı kəndlər, Abşeron yarımadasında bunu etmək üçün çox yaxşı imkanlar var".
Dövlət Proqramı çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara yeni zeytun bağlarının salınması üçün güzəştli kreditlər ayırır. Məlumata görə, hazırda 200 hektar ərazidə zeytun bağının salınması üçün 400 min manat güzəştli kredit verilib. Artıq 140 hektarda tinglərin əkilməsi başa çatdırılıb.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunları ilə bağlı keçirilən konfransda iştirak edən ölkə başçısı İlham Əliyev bildirib ki, biz ərzaq təhlükəsizliyimizin əsas sahəsi olan taxılçılıq və zeytunçuluğu inkişaf etdirəcəyik.
Günel CƏLİLOVA
Yazı Azərbaycan Mətbuat Şurasının "Azərsun Holdinq"lə birgə keçirdiyi "Zeytun bağları" Azərbaycan zeytununun şöhrəti" mövzusundakı müsabiqəyə təqdim olunmaq üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik
- Prezident təyinatı verdi...
03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...
03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı
03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil
- Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...
03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"
03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır"
- Prezident
03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"
03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur"
- Prezident İlham Əliyev
03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir"
– XİN
03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib
03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- FOTO
03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...
03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi
03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı -
Tramp, BVM və ukraynalı fəal…
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ