şənbə günü, 03 oktyabr 2026
     

İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması

Image


İstedad sonradan qazanılmır, insanın özü ilə doğulur. Elə uşaqlar olur ki, zamanında bu istedadı inkişaf etdirə bilmir, istedad onun daxilində, ürəyinin bir küncündə dəfn olunur. O bilir ki, içində doğulan, lakin ayaq tutub yerimək səadətini yaşamayan bir aləm yatır. Əlbəttə, bu, insana hər zaman ağrı verir. Bəzi hallarda valideynlərin, müəllimlərin onlara qayğı göstərməməsi səbəbindən istedad cilalanıb üzə çıxa bilmir.
Ancaq bununla bərabər kifayət qədər istedadı tamamlanan, ifadə olunan uşaqlar da var və bu uşaqların aləmi bizləri özünə cəlb edir. Azərbaycan tarixən istedadlar diyarıdır. İstedadlı uşaqlar həm ailələr, cəmiyyət, həm təhsil müəssisələri, həm də dövlətimiz tərəfindən lazımi səviyyədə qayğı ilə əhatə olunur.
Məlumdur ki, xüsusi istedadı olan uşaqların öz bacarıqlarını inkişaf etdirməsi üçün təhsil müəssisələri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir.
Azərbaycanda uşaqların istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər çoxdur, günü-gündən də bu işlərin miqyası artır. Fakt budur ki, bugün Azərbaycanda insan kapitalının inkişafı, uşaqların müasir bilik və bacarıqlara yiyələnməsinin reallaşdırılması prioritet istiqamətlər sırasında mühüm yer tutur. Ona görə ki, insan kapitalının inkişafı ölkə iqtisadiyyatının qlobal sistemə uğurlu inteqrasiyası prosesində ən mühüm şərtlərdən biri kimi təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Son illər Azərbaycanda təhsil sistemi yeni mərhələsini yaşayır, inkişaf, tərəqqi təhsilimizin əsas istiqamətinə çevrilib. Təhsil sistemində böyük əhəmiyyət kəsb edən məsələlərdən biri istedadlı uşaqlara qayğı və diqqətin daha da artırılmasıdır. Ekspertlərin fikrincə, bu məsələ ilə bağlı xüsusi inkişaf proqramlarının hazırlanması diqqət mərkəzində saxlanır və müvafiq tədbirlər həyata keçirilməkdədir.
Bir neçə il əvvəlki tarixə baxsaq görərik ki, bu məsələ ilə bağlı Azərbaycan dövlətinin həmişə aydın münasibəti olub. Bəllidir ki, mərhum Azərbaycan prezidenti Heydər Əliyev bu məsələyə xüsusi önəm verib. Onun fikirlərinə istinad edək: "
"...Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir şagirdin cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir".
Heydər Əliyev istedadlı uşaqlara qayğısını özünün imzaladığı sənədlərlə ifadə edib. Onun 1999-cu il iyulun 29-da imzaladığı Fərmanla təsdiq olunan "Azərbaycan Respublikasında Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı"nda Təhsil, Gənclər, İdman və Turizm nazirliklərinə istedadlı uşaqların üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması mühüm vəzifə kimi qarşıya qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də istedadlı uşaqlara qayğısı yüksək səviyyədədir. Bilirik ki, ölkə başçısı "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006 -2010-cu illər)" təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Burada istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması məqsədi qeyd edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 17 aprel tarixli Sərəncamı təsdiq edilən "Xüsusi istedada malik olan uşaqların (gənclərin )
yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nda qeyd edilir ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ötən əsrin 70-ci illərindən etibarən diqqət mərkəzində olub, bu vacib iş sahəsinin mühüm prioritetlərdən biri kimi irəli sürülərək reallaşdırılması istiqamətində ciddi addımlar atılıb: "Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş, bunlarla bərabər, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açılmış, istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək, təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Son illər Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi xeyli genişləndirilmiş, lisey və gimnaziyalarda təhsilin məzmununun müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni tədris plan və proqramları hazırlanaraq tətbiq edilməyə başlanmış, pedaqoji kadr heyətinin tərkibi ilbəil yaxşılaşdırılmışdır".
Ekspertlərin dediyinə görə, bütün bunlarla yanaşı, respublikada xüsusi istedad və qabiliyyətə malik uşaq və gənclərlə işin təşkili sahəsində bir sıra həlli vacib problemlər hələ də qalmaqdadır.
Təhsil mütəxəssisləri bu problemi belə təsnifatlandırır:
- istedadlı uşaq və gənclərin inkişaf perspektivlərini müəyyənləşdirən sosial-psixoloji tədqiqatların aşağı səviyyədə aparılması;
- istedadlı uşaq və gənclərin aşkara çıxarılması üzrə və belə uşaqlarla iş sahəsində elmi-pedaqoji və psixoloji cəhətdən əsaslandırılmış ardıcıl sistemin, səmərəli fəaliyyət mexanizminin yaradılmaması;
- ümumtəhsil məktəblərində məktəb psixoloqu kadrlarına ehtiyac səbəbindən psixoloji xidmətin zəif həyata keçirilməsi;
- pedaqoji ali və orta ixtisas məktəblərində müəllimlik peşəsinə hazırlanan tələbələrə istedadlı uşaqlarla iş sahəsində nəzəri biliklərin, xüsusi metodikaların aşılanmaması.
"Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006 -2010-cu illər)" əsas məqsədi respublikanın ümumtəhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib, onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir.
İstedadlı uşaqların xüsusi təhsil müəssisələrində, lisey, gimnaziyalarda təhsil alması, istedadlı uşaq və gənclərin iştirakı ilə keçirilən olimpiada hərəkatı genişlənəcək, xüsusi istedada və qabiliyyətə malik uşaqlar, o cümlədən olimpiada qalibləri üçün imtiyazların müəyyənləşdirilməsi, habelə onların müəllimlərinin əməyinin stimullaşdırılması sahəsində əlavə tədbirlər həyata keçirilməsi, pedaqoji ali və orta ixtisas məktəblərində tələbələrin istedadlı uşaq və gənclərlə iş metodikasına yiyələnməsinin təmin ediləcəyi qeyd edilir.
Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda isə bildirilir ki, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişafı diqqət mərkəzində saxlanmalıdır.
Yuxarıda qeyd edilənlər istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması zərurətini qarşıya mühüm vəzifə kimi qoyur. Mütəxəssislər bildirirlər ki, sözügedən inkişaf proqramlarında təhsilin məzmunu məsələsi diqqət mərkəzində saxlanmalıdır. Bu məqam "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da öz aydın ifadəsini tapıb. Həmin sənəddə göstərilir ki, beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyllərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır. Çünki inkişaf etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan, kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının yüksəldilməsi xüsusi vurğulanır.
Ekspertlər tövsiyə edir ki, istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları hazırlanarkən bir neçə digər cəhətə də xüsusi önəm verilməlidir. Onlardan birincisi, istedadlı uşaqların orta təhsil çərçivəsində bütün fənlərə dair bilikləri mənimsəmək zəruriliyi nəzərə alınmalıdır. Mütəxəssislər digər tərəfdən deyir ki, onların istedadlı olduqları sahə və konkret təhsil məqsədlərilə bağlı bu biliklərin həcmi, məzmunu və s. fərqli ola bilər. Burada bir məqam da diqqət çəkməlidir. Bu, təhsilin əsas məqsədlərindən biri kimi istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının aşkarlanmasının, inkişaf etdirilməsinin və peşə fəaliyyətində reallaşdırılmasının təmin edilməsidir. Çünki cəmiyyət müasir problemlərin həllini əsasən məhz belə uşaqlardan gözləyir. Ona görə də onların vaxtında aşkarlanaraq inkişafının təmin edilməsinə istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarında təlimin prioritet məqsədlərindən biri kimi yanaşılmalıdır.
İstedadlı uşaqların istedadının üzə çıxarılmasının bir sıra formaları mövcuddur. Bu təlimləri irəli sürən alimlər qeyd edir ki, belə təlim forması müxtəlif yaş qruplarına aid olan istedadlı uşaqların təlim prosesində dövri olaraq müəyyən müddətə qruplaşdırılmasını nəzərdə tutur. Bu, istedadlı uşaqların öz yaşıdları və yaşca onlardan fərqlənən digər istedadlarla ünsiyyətdə olmalarına, eyni sahədə istedadı olan uşaqlarla özlərini müqayisə etməyə, öz vəziyyətlərini qiymətləndirməyə və s. imkan verir.
Pedaqoqlar deyir ki, istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarında ümumi təhsilin son mərhələlərində istedadlı uşaqların seçdikləri peşəyə uyğun universitet səviyyəsində məşğul olmaq imkanı yaradılmasını nəzərdə tutan məqamlar da öz ifadəsini tapmalıdır.
İstedadlı uşaqlara dövlətin qayğısı günü-gündən genişlənir və daha yüksək səviyyədə özünü ifadə edir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ