şənbə günü, 03 oktyabr 2026
     

Müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması

Image


Məlumdur ki, dünya və onun bir hissəsi Azərbaycanda müasirləşmənin yolu yeni təhsil fəlsəfəsinin, elmi nailiyyətlərin və innovasiyaların məhsulu olan qabaqcıl texnologiyaların, idarəetmə üsullarının tətbiqindən keçir. Bunun üçün əsas prioritet istiqamətlər ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirməkdən, insan kapitalının inkişafını, ölkənin hər bir vətəndaşının müasir bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən ibarətdir.
Bütün bunlara isə məhz təhsilin inkişafı sayəsində nail olmaq mümkündür.
Qeyd edək ki, vaxtilə Sovetlər birliyinə daxil olmuş Azərbaycanın təhsil sahəsindəki uğurları bugünkü müstəqil Azərbaycanın həmin sektorda dünya standartlarına cavab verə bilən islahatlar aparmasına imkan verir. Belə ki, SSRİ vaxtı orta və ali təhsillə yanaşı, xalq təsərrüfatı, səhiyyə və mədəni-maarif müəssisələri üçün orta ixtisas təhsilli mütəxəssislər hazırlanırdı. SSRİ-də XX əsrin birinci yarısında müstəqil təhsil sahəsi kimi formalaşan bu sistemi 450-dən çox ixtisas üzrə orta təhsilli mütəxəssislər bitirirdi. Təkcə 1982-1983-cü tədris ilində ölkəmizdə 75 orta ixtisas təhsil müəssisəsində 82 min tələbə təhsil alırdı. Müstəqillik dövründə hazırlanan təhsil haqqında qanunların bir hissəsi məhz bu dəyərlər üzərində qurulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ölkəmizdə təhsilin müasir tələblər səviyyəsində inkişafına, aparıcı dünya standartlarına uyğun qurulmasına xidmət edir. Dövlət Strategiyasında Azərbaycan və dünya ölkələrinin müasir inkişaf tempinə uyğun təhsilin qurulmasında 5 strateji istiqamət müəyyənləşdirilib. Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılmasına xidmət edən birinci strateji istiqamət təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla bütün pilləri üzrə kurikulumların (təhsil proqramlarının) inkişafı kimi vacib məsələləri əhatə edir. Göründüyü kimi, Strategiyada qarşıya qoyulan vəzifələr ilk peşə-ixtisas təhsilindən də yan keçməyib.
Danılmaz faktdır ki, son illərdə peşə tədris mərkəzləri və komplekslərinin yaradılmasında, onların infrastrukturunun inkişafı sahəsində müəyyən işlər görülüb. Lakin fakt olaraq o da məlumdur ki, kurikulumlar müasir tələblərə cavab vermir və həlli vacib digər problemlər də kifayət qədərdir. Problemin aktuallığını nəzərə alan təhsil naziri Mikayıl Cabbarov KİV-ə verdiyi geniş müsahibəsində təhsil sahəsində qazanılan uğurları qeyd etməklə yanaşı, həm də bu sahədə həlli vacib problemlər və qarşıya qoyulan vəzifələrdən danışıb. Nazir deyib: "Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində müəyyən işlər görülüb, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq ələqələri qurulub. Bu sahədə Təhsil Nazirliyinin həyata keçirdiyi "Müasir Azərbaycan peşəkarları" layihəsi partnyorlarla effektiv iş birliyi şəklində həyata keçirilir və iş davam etdirilir. Lakin bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsilinin kurikulumları müasir tələblərə cavab vermir. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatından xeyli geridir. Strategiyada cəmiyyətin tələbinə uyğun ilk peşə-ixtisas və orta ixtisas təhsili standartları və kurikulumların hazırlanması, eləcə də müasir təminatlı peşə-tədris mərkəzlərinin yaradılması nəzərdə tutulub".
Rəsmi məlumatlara görə, hazırda ölkəmizdə ilk peşə-ixtisas təlimi verən 108 təlim-tədris müəssisəsi fəaliyyət göstərir. Bu peşə-tədris ocaqlarında 27 min yeniyetmə və gənc təhsil alır, müxtəlif peşələrə yiyələnir. Son illər bu mərkəz və komplekslərə hər il 15-17 min şagird qəbul edilir. Bu da ümumtəhsil müəssisələrini bitirən məzunların 11 faizidir. Və təbii ki, bu göstərici zamanın tələbinə cavab vermir. Çünki sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun olaraq, əmək bazarında mütərəqqi texnologiyaların tətbiq edildiyi sahələr üzrə ixtisaslı fəhlə kadrlarına böyük ehtiyac var.
Elmlə, sənnətlə dirilən ölməz
Dövlət Strategiyası bütövlükdə Azərbaycan təhsilinin, o cümlədən ilk peşə-ixtisas təhsilinin inkişafında çox ciddi dönüş yaradacaq. Belə peşə-tədris mərkəz və komplekslərində informasiya-kommunikasiya texnologiyalarının nailiyyətləri əsasında müasir təminatlı infrastruktur yaradılacaq, təhsil müəssisələri şəbəkəsi rasionallaşdırılacaq. Ümumiyyətlə, Strategiyada göstərilən işlər təhsilimizin hərtərəfli inkişafını və təhsil islahatlarının əsasını qoymuş mərhum Heydər Əliyev kursunun layiqincə davam etdirilməsi deməkdir. Bunu hazırda təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin ordudan sonra 2-ci yerdə olması da təsdiqləyir.
Danılmaz faktdır ki, müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdən biridir. Həmin səbəbdən, Dövlət Strategiyasında əsas hədəflər kimi hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi və digər məsələlərə xüsusi yer verilib. Bu isə, öz növbəsində, peşə təhsili sahəsində islahatyönümlü tədbirlərin vaxt itirmədən həyata keçirilməsini vacib edir.
Mövcud peşə-tədris təhsili kurikulumları dövrün tələbinə cavab vermədiyi kimi, həm də müasir, innovativ təlim forma və üsulları öz fəaliyyətində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanmasına da böyük ehtiyac duyulur. Etiraf edilməlidir ki, indiyədək səriştəyə əsaslanmayan, əmək bazarında kifayət qədər rəqabəti olmayan əməkhaqqı sisteminin mövcudluğu təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərib. Deməli, Strategiyada nəzərdə tutulan islahatlar təhsilin məzmunu, müəllim heyəti və tədris metodları, idarəetmə, infrastruktur, müasir təminatlı peşə-tədris mərkəz və komplekslərinin yaradılması və maliyyələşmə proseslərini tam ehtiva etməlidir.
Məlumdur ki, Sovetlər birliyindən miras qalan əksər təhsil müəssisələri fiziki aşınmaya məruz qalıb. Bu korpusların bir hissəsinin həm əsaslı təmirə, həm də orada müasir İKT nailiyyətləri ilə təchiz olunan nəzəri-praktiki auditoriya və siniflərin yaradılmasına ehtiyac var. Lakin bu, müasir tələbatı ödəmir. Həmin səbəbdən Dövlət Strategiyasının dördüncü istiqaməti müasir təminatlı peşə-tədris mərkəzləri və komplekslərinin, eləcə də ömür boyu təhsili təmin edən infrastrukturun yaradılmasına həsr olunub.
Burada İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması yaxın perspektivin prioritet məsələsi hesab olunub. Bu istiqamətdə ilk dəfə olaraq ömür boyu təhsil anlayışına xüsusi əhəmiyyət verilib. Çünki informasiya cəmiyyəti ömür boyu öyrənmə bacarıqlarına sahib fərdlərə ehtiyac duyur. Bu məqsədlə təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, regionlarda təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən universal mərkəzlərin yaradılması, yeni peşə-tədris mərkəzləri və komplekslərinin tikilməsi və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Strategiyada, həmçinin, ilk peşə-ixtisas təhsili sahəsində dövlət-biznes partnyorluğu sisteminin, peşə-tədris mərkəzlərində yaşından asılı olmayaraq hər bir şəxsin bilik və fərdi qabiliyyətlərinin inkişafı, yeni peşəyə, ixtisasa yiyələnməsi üçün xüsusi resurs, təlim və inkişaf mərkəzlərinin yaranması vacib bilinib.
Həyat sübut edir ki, elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, yalnız nəzəri xarakter daşıyan təhsil artıq öz əhəmiyyətini itirməkdədir. Həmin səbəbdən təhsilin məzmununun formaşlaşmasında nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi Strategiyada önə çəkilib. Azərbaycanın gələcək təhsilində bu istiqamət peşə tədris mərkəz və komplekslərini də əhatə etməlidir. Burada dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılmalı, qeyri-neft sektorunun inkişafı üçün səriştəli kadrlar hazırlanmalıdır. Bunun üçün təkcə iri şəhərlərdə yox, həm də rayonların spesifik xüsusiyyətini nəzərə alan müasir orta ixtisas təhsil mərkəzləri - lisey, kollec və s. peşə məktəblərinin açılması çox vacibdir.
Bölgələrdə fəaliyyət göstərəcək müasir təminatlı peşə tədris mərkəzlərinin açılmasında özəl sektor da mühüm rol oynaya bilər. Çünki müxtəlif təyinatlı özəl sektorun tələbinə uyğun kadrların hazırlanması, infrastrukturun yaradılması və İKT nailiyyətləri ilə təchiz olunan mərkəz və komplekslərin tam və ya bir hissəsinin özəl sektor tərəfindən maliyyələşməsi çağdaş dünya praktikasında da uğurla tətbiq olunan üsullardan biridir.
Müasir dövrdə qloballaşan dünyanın tələbinə uyğun təhsil sistemi formalaşdırmaq, sözsüz ki, müstəqil Azərbaycanın beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin əsaslı həllini nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, burada dünyanın aparıcı dövlətlərinin təhsil sisteminə inteqrasiya edən ölkəmiz üçün Avropa Şurası tərəfindən tövsiyə edilən kompetensiyalar qrupu prioritetdir. Çünki qloballaşan müasir dünyada xarici təcrübəni nəzərə almamaq qeyri-mümkündür. Lakin qloballaşma həm də hər bir xalqın özünün milli-mədəni dəyərlərini qorumaq instinktinə stimul verir. Həmin səbəbdən yaxın vaxtlarda ölkəmizdə təhsil sahəsində həyata keçiriləcək əsaslı islahatlarda ilk növbədə milli-mədəni dəyərlər, tarixən yaranan ənənələr qorunub saxlanacaqdır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ