şənbə günü, 03 oktyabr 2026
     

Qarabağ probleminin həlli prosesinə gənclərin dəstəyi vətənpərvərlik nümunəsi kimi...

Image


Qarabağ Azərbaycan gənclərinin ən həssas yeridir. Gənclik ermənilərin torpaqlarımızı işğal etməsi faktı ilə heç cür barışa bilmir. Kifayət qədər vətənpərvər olan Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə hər an hazır vəziyyətdədir. Ekspertlər də bildirir ki, Azərbaycan dövlətinin qarşısında duran ən mühüm və həlli vacib məsələ Dağlıq Qarabağ problemidir.    Əməkdaşlarımızın bu yöndə apardıqları araşdırmalara nəzər salıb qeyd edirik ki, artıq bu münaqişə lokal konflikt halından çıxaraq qlobal fazaya daxil olduğundan, problemin həlli istiqamətində Azərbaycan dövlətinin atdığı bütün addımlar heç bir nəticə vermir. Bu məsələyə dünyanın aparıcı dövlətlərinin ikili prinsiplərlə yanaşması konfliktin ömrünün xeyli dərəcədə uzanmasına səbəb olub.    Əməkdaşımızın yazdığına görə, ancaq biz bir şeyi dərk etməliyik ki, işğal olunan bizim ata-baba torpağımızdır və onun düşməndən azad olunması üçün əlimizdən gələni etməliyik: "Artıq konfliktin yarandığı gündən 20 ildən çox bir vaxt keçib. Heç də az olmayan bu müddət ərzində Azərbaycanda yeni bir nəslin formalaşması prosesi gedir. Xüsusilə bu istiqamətdə gənclərin üzərinə böyük iş düşür. Onların tam vətənpərvər hisslərlə, milli şüura bağlı şəkildə tərbiyə olunması, Dağlıq Qarabağ probleminin əsl mahiyyəti ilə yaxından tanış olması olduqca zəruri bir məsələdir.    Vətənpərvərliyin mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdan ibarətdir. Bu bağlılıq həm də mənsub olduğu millətin etik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və milli qürur kimi hallanır. Burada Vətənin xarakteri, mədəni incilərini qorumaq da vətənpərvərlik keyfiyyətinə aiddir. Bu hissin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dininə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur". Tarixçi Təzəgül Yusifovanın dediyinə görə, millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir: "Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, o zaman gənclərin beyninin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə aparılan təbliğatın miqyasından asılıdır. İnsanların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın aparılmasına dövlətin bütün mümkün resursları cəm olunmalıdır".    Gənc nəsildə vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsini günümüzünən aktual məsələlərindən biri hesab edən tarixçi deyir ki, dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin vətənpərvərlik hissini dərk etməsindən keçir: "    Milli mənlik şüuru özünüdərk deməkdir. Vətənpərvərlik də həmçinin. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir. Deyim ki, dünyada gedən qloballaşma prosesinin sürətlənməsinin bu məsələyə də mühüm təsiri var. Gənclərimizin əksəriyyəti Avropa dəyərlərini mənimsəməyə çalışır. Düzdür, Avropa dövlətləri böyük inkişaf mərhələsi keçib və hazırda bu coğrafiyada olan ölkələr dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır. Bu baxımdan da gənclərimizin Avropadan öyrənməli olduğu çox zəruri məsələlər var. Ancaq bəzən Avropa dəyərləri altında gənclərimiz elə təbliğatın təsirinə düşür ki, bu həm bizim milli, mental, həm də dini dəyərlərimizlə kəskin ziddiyyət təşkil edir. Gənclərimizlə bağlı təbliğatın aparılmasında bir az mühafizəkar olmaq lazımdır. Milli şüuru deqradasiyaya uğradan, vətənpərvərlik hisslərini öldürən, adət-ənənələrimizlə tamamilə ziddiyyət təşkil edən təbliğatın qarşısı kəskin şəkildə alınmalıdır. Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə həssas yanaşmaq reallığı ortaya çıxır. Onu da qeyd edək ki, sözügedən məsələdə milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır. Bir şeyi unutmaq olmaz ki, gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa fəhlə. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır".    Tarixçinin sözlərinə görə, Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür, müəyyən layihələr həyata keçirilir: " Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması, ilk növbədə, onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacibdir. Başlıca olaraq bu məsələdə müasir dövrün tələblərinin nəzərə alınması və ona uyğun olaraq işin qurulması önəmli məsələdir.    Ölkəmizin dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı Azərbaycan gəncliyinin qarşısında çox böyük vəzifələr var. Bu gün, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan gəncliyi Dağlıq Qarabağla bağlı məsələlərdə vahid mövqedən çıxış edir. Bu çox sevindirici haldır. Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan gəncliyinin hərbi xidmətə olan münasibəti çox yüksəkdir. Son vaxtlar orduda, demək olar ki, fərarilik hallarına rast gəlinməməsi gənclərin Qarabağla bağlı istənilən vaxt başlaya biləcək hərbi əməliyyatlarda iştirak etmək üçün hazır olmasından xəbər verir. Bunlarla yanaşı, Azərbaycan gəncliyi Dağlıq Qarabağla bağlı aparılan və dövlətimizin ümumi mövqeyini əks etdirən bütün siyasi tədbirlərdə olduqca fəal iştirak edir. Beynəlxalq səviyyədə Dağlıq Qarabağla bağlı aparılan təbliğatda Azərbaycan gəncliyinin göstərdiyi fədakarlığı xüsusilə vurğulamaq lazımdır".    Qəzetimizin əməkdaşının qeydlərinə görə, biz müharibə görmüş dövlətik. Ona görə də televiziyalarda, mətbuat orqanlarında, küçə və meydanlardakı böyük reklam lövhələrində vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edən materialların yerləşdirilməsinə önəm vermək lazımdır: " Təkcə mifikləşmiş tarixi qəhrəmanlarımızı təbliğ etməklə kifayətlənmək doğru deyil. Gördüyümüz kimi, Azərbaycan gəncliyi bu istiqamətdə olduqca fəallıq nümayiş etdirir. Ancaq bu o demək deyil ki, bu yöndə olan təbliğat tamamilə unudulmalıdır. Bir sözlə, Dağlıq Qarabağla bağlı gənclər arasında təbliğatın daimi aparılmasına böyük ehtiyac var".    Müasir Azərbaycan gəncliyinin Dağlıq Qarabağ probleminin həllində rolu barədə fikirlərini bizimlə bölüşən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyevanın fikrincə, hazırkı Azərbaycan gəncliyinin əksəriyyəti dövlətimizin taleyinə yazılmış bu acı konfliktin tarixi ilə həmyaşıddır: "Biz bu müharibənin tarixi ilə birgə böyüyərək, onun doğurduğu acıları içimizdə çəkərək gənc olmuşuq. Mən də başda olmaqla, bugünkü Azərbaycan gəncliyi torpaqlarımızın bir qarışını da düşmənə güzəştə getmək fikrində deyil. Biz Dağlıq Qarabağla bağlı dövlətimizin qəbul edəcəyi bütün qərarları canla-başla həyata keçirməyə hazırıq. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, Ermənistan tərəfi konstruktiv mövqe tutmayacaqsa, digər vasitələrə əl atacağıq. Mən əminəm ki, siyasi əqidəsindən asılı olmayaraq, özünü Azərbaycan Respublikasının vətəndaşı bilən hər bir gənc torpaqlarımızın geri qaytarılmasında əlindən gələni əsirgəməyəcək".    Gənclərin siyasi və beynəlxalq müstəvidə də Dağlıq Qarabağla bağlı aktiv təbliğat apardığını bildirən Aytac Əliyeva qeyd etdi ki, təmsil olunduqları bütün beynəlxalq tədbirlərdə haqlı tələbimizi səsləndirirlər: "Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən bir neçə dəfə çoxdur. Bizim özümüz müasir silahlar istehsal edirik. Yəni bizim istənilən vaxt torpaqlarımızı azad etməyə gücümüz çatar. Ancaq dövlətimiz ilk əvvəl konfliktin sülh yolu ilə nizama salınmasını istəyir. İştirak etdiyimiz beynəlxalq simpoziumlarda Azərbaycanın sülh tərəfdarı olduğunu bəyan edirik. Eyni zamanda, torpaqlarımızı silah yolu ilə azad etmək gücündə və ruhunda olduğumuzu da dünyaya bəyan edirik. Gənclərimizin Dağlıq Qarabağ problemi ətrafında istənilən yöndə apardığı fəaliyyəti qənaətbəxş hesab etmək olar. Beynəlxalq tədbirlərdə siyasi fikir ayrılığı olan gənclərin bu mövzu ətrafında eyni mövqedən çıxış etməsi bizi çox sevindirir. Bir faktı sizə deyim ki, Yeni Azərbaycan Partiyasının gəncləri kimi iştirak etdiyimiz bir neçə beynəlxalq tədbirdə düşmən ölkənin də gəncləri iştirak edib".    Gənclik Azərbaycanın Qarabağ ağrısını yaşayır, zəfər sorağı ilə yaşayır və sevinməyi, bütöv Vətənin gənci olmağı arzulayır. Bu bütün vətənpərvər gənclərin dilə gətirdiyi çox böyük istəkdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ