şənbə günü, 03 oktyabr 2026
     

Müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması

Image


Təhsildə elektron resurslar insan fəaliyyətinin bütün sahələrində kompyuter texnologiyalarının tətbiqi yeni elmin və fənnin - informatikanın yaranmasına səbəb oldu. Bu termin ilk dəfə ötən əsrin 60-cı illərində Fransada istifadə edilib. İngilisdilli ölkələrdə ona "compyuter science" (kompyuter texnologiyası elmi) sinonimi uyğundur. Ölkəmizdə informatika müstəqil sahə kimi fəaliyyət göstərir və bir neçə ildir ki, müstəqil fənn kimi məktəblərdə tədris olunur.    İnformatika insan fəaliyyətinin saxlanması və ötürülməsi prosesini kompyuter vasitəsilə müəyyən edir. Lakin kompyuterin gücü insanların və onların malik olduqları biliklərin sayəsində müəyyən edilir.    İnformatikanın öyrənilməsi prosesində yalnız kompyuterdən istifadə etmək deyil, həmçinin onun istifadəsini ətraf aləm haqqında bilgilərin alınması üçün yönəltmək də mühüm yer tutur.    Müasir məktəbdə bu, çətin peşələrdən biri sayılır. İnformatika müəllimi davamlı olaraq yeni kompyuter texnologiyalarının yaranmasına, onlarla iş, dəyişən üsullar, yeni proqramların meydana gəlməsi və inkişafına nəzarət edib, məlumat toplamalıdır.    Elektron təhsil resursları dərs materiallarının elektron cihazlar vasitəsilə təqdim olunmasıdır. ETR deyəndə informasiya, texniki və proqram təminatı və elektron nəşrlər başa düşülür. Digital təhsil resurslarına rəqəmsal şəkillər, videofraqmentlər, statik və dinamik modelləri, interaktiv modelləşdirmə, xəritələr, səs yazmaları, simvolik obyektlər və qrafika, mətn sənədləri və digər zəruri tədris materialları daxildir.    Ən müasir və səmərli təhsil üçün lazım olan elektron təhsil resursları kompyuter vasitəsilə yaradılır. Ən sadə elektron təhsil resursları qrafik mətnlərdir. Onlar adi kitablardan əsasən mətn və illüstrasiyaların təqdimat formasına görə fərqlənir: məlumatlar kağız üzərində deyil, kompyuter ekranında təqdim olunur. Lakin ekrandakı görüntünü kağız üzərinə köçürmək, çap etmək çox asandır.    Elektron resursların üçüncü səviyyəsi vizual və ya audio fraqmentlərdən ibarətdir. Kitabla bu resurslar arasında olan formal fərqlər göz qabağındadır: heç bir səs, film, animasiya poliqrafik (çap) nəşrlərdə mümkün deyil.    Ən əhəmiyyətli fərqlər multimedia elektron resursları adlandırılan resurslarda mövcuddur. Bunlar təhsil üçün yaradılan ən güclü və maraqlı məhsullardır ki, bura mətn, şəkillər, video, audio və digər rəqəmsal funksiyalar daxildir.    Elektron təhsil resurslarının mühüm üstünlüyü onların tələbənin fərdi öyrənməyini təmin etməsindədir. Multimedia sistemindən istifadə edərək, müəllimlər şagirdlər üçün öz təlim kursları və müəllif hüquqları olan fərdi təhsil proqramlarını yarada bilərlər.    Elektron təhsil resursları şagirdlərə nə verir? İlk növbədə həqiqətən öyrənmək imkanı. Bildiyimiz kimi, təlim prosesi iki hissədən ibarətdir: müəllimin iştirakı ilə təlim və müstəqil yerinə yetirilən ev tapşırıqları. Bu vaxta qədər ev tapşırıqları məlumatın yadda saxlanmasından və ya əzbərlənməsindən, mətnlərin və düsturların tərtib olunmasından ibarət idi. Elektron təhsil resursları dərsin öyrənilməsi üçün daha üstün praktik şərait yaradır, yəni bu zaman şagird muzeylərə virtual səyahətlər edə bilər, laboratoriya işlərini həll edərək, həmin anda cavabların düzgün olub-olmadığını özü yoxlaya bilər. Yəni sərbəst şəkildə öz bilik və bacarıqlarının nə səviyyədə olduğunu müəyyən edə bilər.    Bu gün dünyada belə bir fikir var ki, informasiya - kommunikasiya texnologiyalarına (İKT) malik olmadan heç bir nəzəri metodologiyanı praktikada tətbiq etmək olmaz. Ola bilsin ki, biz yüksək biliyə və materiallara malik olaq, amma praktikada onu tətbiq etmək üçün İKT sistemlərinə, avadanlıqlarına, məlumatların idarə olunmasına, müasir proqram təminatı, serverlərə və s. malik olmaq lazımdır. Məhz buna görə də Prezident İlham Əliyev Azərbaycanda İKT-nin tətbiqini prioritet məsələ hesab edir.     İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər hazırlanaraq həyata keçirilib ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib.    Bununla yanaşı, cəmiyyətin ayrı-ayrı müxtəlif sahələrində də İKT-nin geniş tətbiqi üçün müxtəlif proqramlar qəbul olunur. Və cəmiyyətdə təhsilin missiyası, təhsilin üzərinə düşən vəzifələr çox mühüm əhəmiyyətə malikdir. Təbii ki, təhsilin qarşısındakı vəzifələrin həyata keçirilməsi, təhsilin bu günün tələblərinə cavab verməsi məqsədilə İKT mühüm vasitə rolunu oynayır. Məhz bu nöqteyi-nəzərdən ilkin olaraq 2005-ci ilin avqustunda "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" (2005-2007-ci illər) qəbul olunub. Həmin proqramın hədəfi orta ümumtəhsil məktəblərinin kompyuterləşdirilməsi idi. Xüsusən də hər 29 şagirdə bir kompyuterin düşməsi bu proqramın qarşısında duran əsas vəzifələrdən bir idi. Amma, bildiyimiz ki, təkcə kompyuterləşdirmə ilə bu işləri bitirmək olmaz. Çünki informasiya cəmiyyəti təkcə kompyuterləşdirmə ilə yox, eyni zamanda, bu kompyuterlərin müasir bir şəbəkə infrastrukturunda qoşulmasını təmin etməkdir. Ona görə də Prezident İlham Əliyev bu zərurət və əvvəlki görülmüş işlər nəzərə alınmaqla 2008-ci ilin iyun ayında "2008-2012-ci illərdə Azərbaycan Resrublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqda Sərəncam imzalayıb.    Dövlət Proqramı qeyd olunan məsələlərin səmərəli və kompleks şəkildə həllinə yönəlib. Proqramın əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.    Yeri gəlmişkən, 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən "Təhsildə İKT ili" elan olunmasını da Azərbaycanda bu sahədə görülən işlərin zirvəsi hesab etmək olar. "Təhsildə İKT ili" çərçivəsində elektron resursların yaradılması barədə yeni layihələr və tədbirlər həyata keçirilib. Sevindirici haldır ki, ötən illərdə layihələr özəl şirkətlərin təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyilə həyata keçirilib.    Məlum olduğu kimi, təhsil sisteminin informasiyalaşdırılması prosesində müəllim əsas yer tutur. Təhsilin informasiyalaşdırılmasının müvəffəqiyyəti məhz müəllimin İKT sahəsində biliklərinin səviyyəsindən və onun bu sahədə olan vərdişlərinin tədrisdə tətbiqindən birbaşa asılıdır. Maraqlıdır ki, Dövlət Proqramı çərçivəsində pedaqoji hazırlığın komponenti üzrə atılan addımlar tam olaraq dünya müəllimlərinin İKT üzrə biliklərinin artırılması istiqamətində müşahidə edilən islahatlarla da eynilik təşkil edir.    Hazırda kompyuterlər müəllimin köməkçisinə və universal alətə çevrilib. Bir neçə ildir ki, RİTN, Təhsil Nazirliyi, HP və "Microsoft", "BestComp Group" şirkətləri tərəfindən reallaşdırılan "Xalq kompyuteri" layihəsinə başlanıb. Layihənin əsas məqsədi, sadəcə, müəllimlərin kompyuterlərlə təmin olunmasından ibarət deyil, məhz onların öz həyatlarına münasibətlərin dəyişdirilməsi, dəyərlər haqqında yenidən düşünmələri və düşüncələrində irəliləyişin əldə olunması üçün imkanlarının yaradılmasından ibarətdir. Orta məktəb müəllimləri layihənin ilk iştirakçıları oldular. Artıq xeyli sayda müəllim güzəştli şərtlərlə müasir HP kompyuteri əldə edib.     Göründüyü kimi, müasir, İKT-yə əsaslanan təhsil strukturunun, o cümlədən elektron təhsilin yaradılmasına artan maraq sözügedən sahəyə əlavə vəsaitlərin cəlbini zəruri edir. Azərbaycan dövləti həyata keçirdiyi siyasətlə sübut edir ki, bu cür gözəl təşəbbüsləri qarşılamağa hazırdır.    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulur.    Strategiyaya görə, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması nəzərdə tutulub. Təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin ümumdaxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması planlaşdırılır.    Təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması nəzərdə tutulub.    Strategiyada, həmçinin, təhsil tədqiqatlarının yeni maliyyələşmə mexanizminin tətbiqi, mülkiyyət formasından asılı olmayaraq, müvafiq təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması, aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədilə maddi dəstək sisteminin yaradılması, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən ümumdaxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında differensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutlub.    Tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumdaxili məhsula nisbəti mərhələlərlə 2 dəfəyədək artırıla bilər.    Müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması, təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması, təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri sisteminin genişləndirilməsi, məktəbəqədər və ümumtəhsil müəssisələrində uşaqlara pulsuz əsasda müvafiq xidmətlərin (dərs və ya təlim vəsaitləri və s.) göstərilməsi yeni Strategiyada nəzərdə tutulub.    Bütün bu araşdırılanlardan bir nəticə hasil olur-Azərbaycan dövləti elektron təhsilin inkişafında maraqlıdır. Bu proqramın həyata keçirilməsi üçün əlavə vəsaitlərin ayrılması da dövlət tərəfindən qarşılanır.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçündür.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ