şənbə günü, 03 oktyabr 2026
     

Sələmçinin günahı Allah dərgahında anası ilə zina edənin günahı kimidir

Image


Faiz, riba sözü "çoxalıb axan, dolub daşan" mənasını verir. Bu söz azəri türkcəsində "borc qarşılığında bəlli zaman sonunda alınan müəyyən məbləğ və ya borcun təyin olunmuş vaxtda gətirdiyi qazanc" anlamına uyğundur. Ribanın lüğəti mənası isə "çoxalma, artma, böyümə" anlamını verir. Riba "borcludan borc müddətində alınan əlavə gəlirdir" və bu söz dilimizdəki faiz, sələm termininin tam qarşılığıdır.
Quranda faizin yasaqlanması
Faiz İslamdan qabaq ərəblər arasında geniş yayılmışdı. Məkkə, Taif və Mədinədə faizlə məşğul olmaqla çalışmadan qazanan bankirlər çox idi. Onlar müəyyən vaxtın sonunda verdikləri borca görə əlavə gəlir götürürdülər. Borclu təyin olunan vaxtda borcunu ödəmədiyi təqdirdə, faizin miqdarı artardı. Bu adət o qədər populyar idi ki, artıq bankirlər buna "alış-veriş də faiz kimidir" deyirdilər.
Cahiyyət dövründə içki və faiz kimi kök atmış adətlər bədəvilərin adi həyat tərzi idi. Həmin səbəbdən Rəbbimiz bu haramları tədricən yasaqlayırdı. Quranda içkinin qadağası 3-cü dəfə gerçəkləşdiyi kimi, faizin haram olması da 4-cü dəfə bildirilib. Faiz barədə nazil olan ilk ayə budur: "(Sərvətlərinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz..." (Rum 39). Bu ayədə faiz qadağan olmasa da, fəqət faiz qazancında bərəkətin olmadığı bildirilib. Müəyyən vaxt keçəndən sonra 2-ci ayə nazil olub: "Və qadağan olunmasına baxmayaraq (yəhudilər) sələm aldılar və xalqın malını haqsız yedilər. Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq" (Nisə 161). Bu ayədə faizin müsəlmanlara aid açıq bir hökmü olmasa da, fəqət Rəbbimiz bu ifadə ilə faizin çox pis iş olduğunu buyurub.
Faizin artığının müsəlmanlara haram olması ilk dəfə bu ayə ilə təsbit olunub: "Ey iman gətirənlər! Ribanı (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasanız! (Ali-İmran 130). Göründüyü kimi, bu ayədə qoyulan faizin artığından ("qat-qat") söhbət gedir. Ayə faizin birmənalı qadağasını ehtiva etmir. Lakin bu, faizə qurşanan bir cəmiyyəti hidayət yoluna aparan İlahi bir metod - tədricən haramdan səkindirmə, bəlkə də, son xəbərdarlıqdır. İçkinin içilməsini haram etmədən sərxoş halda namaza yaxınlaşmanı qadağan edən ayə kimi (bax: Nisə 43).
Və nəhayət içki, qumar, faiz kimi mərəzlərə mübtəla olan xəstə bir cəmiyyəti metodik surətdə tərbiyə edən Rəbbimiz, faizi birmənalı haram buyurur: "Faiz (sələm) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq cin vurmuş (dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də faiz kimi bir şeydir!" - dediklərinə görədir. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir... Allah faizi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilən malın bərəkətini) isə artırar... Doğrudan da, iman gətirmişsinizlə, Alllahdan qorxub sələmdən vaz keçin! Belə etməsəniz, Allaha və onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin..." (Bəqara 275-279). Göründüyü kimi, faizlə (sələm, riba) məşğul olmaq Quranda Allah və Onun Peyğəmbərinə qarşı müharibə etmək kimi təsbit olunub. Qeyd edək ki, müqəddəs Kitabda heç bir haram üçün belə formada təhdid istifadə edilməyib. Faizin haramlıq dərəcəsinin dəhşətini xarakterizə edən Peyğəmbər(ə) buyurub: "Merac gecəsi bir camaata rast gəldim. Kənardan baxdıqda onların mədələri daxili görünən və içi ilanlarla dolu olan bir evə bənzəyirdi. Cəbrail(ə)-dən soruşdum: "Kimdir bunlar"? Cavab verdi: "Bunlar faiz yeyənlərdir".
Təhrifli Tövrat və İncil faiz haqqında
Faiz təkcə İslamda yox, ondan qabaqkı hər iki monoteist dində də haram buyrulub: "Mənim xalqımdan kasıb bir kəsə borc versən, faizsiz ver. Onu darıxdırma" (Tövrat, Çıxış, XXII: 25); "Kasıb qardaşına yardım et, qoy o sənin yanında yaşasın. Ondan faiz alma və mənfəət güdmə. Məndən qorx!" (Orada, Levit, XXV: 35, 36); "Din qardaşına heç bir şeyi faizlə vermə. Qeyri-yəhudiyə isə faizlə borc verə bilərsən", (Yenə orada, Təsniyə, XXIII: 19,20). Göründüyü kimi, İudaizmdə yəhudilərə öz aralarında faizlə iş körmək qadağan olunsa da, qeyri-yəhudilərdən faiz alınmasında qadağa yoxdur. İncildə isə deyilir: "Borcu almaq niyyətilə verəcəksənsə, sənin nə mükafatın olar? Zira günahkar da günahkara borc verir ki, sonradan onu alsın..." (İncil Lukaya görə, VI: 34,35).
Allah rəhmətindən xaric olanlar
"Zina və ya riba yayılan bir məmləkətdə olanlara Allahu-Təalənin əzabı halaldır". Bu hədisə söykənən İslam alimlərinə görə, faiz almaq və vermək insanın son nəfəsdə imansız getməsinə səbəb olur. Sələmin ən ağır günahlardan olduğunu nəzərə alan bəzi İslam alimləri isə hesab ediblər ki, azacıq alınan və ya verilən ribanın günahı Allahu-Təalə dərgahında anası ilə zina etmiş kəsin günahı kimidir. Sələmin mahiyyətini açan İmam Rəbbani (v.e.1624) deyib: "Qarşı tərəfin daha artığını ödəməsi şərtilə borc vermək faizdir. Haram anlaşma ilə qazanılan, malın hamısını haram edər. Məs., 12 kisə buğda ödəməsi şərtilə 10 kisə buğdanın borc verilməsi, alınan 12 kisə buğdanın hamısını haram edər".
İslamiyyət tarixin müəyyən anlarında sələmin kökünü kəssə də, fəqət son zamanlar bu bəla yenidən xortlamağa başlayıb. Batıdan yenidən ixrac edilən bu köhnə mərəz bəzi çağdaş islam ölkələrinin iqtisadi qurumlarında yabançı bitki kimi inkişaf etməkdədir. Sələm, faiz sistemində çalışanlar isə əksər halda xarici vətəndaşlar olmadığına görə, sözsüz ki, bu sahəni həmin ölkənin vətəndaşları işlətməlidir. Və nəticədə faiz sistemində işləyənlər-müdirindən tutmuş adi işçisinə qədər, kimisi öz xoşu, kimisi də məcburiyyət qarşısında qalaraq bu işlə məşğul olurlar. Faizi bir mənalı haram buyuran Rəbbimiz bütün sahələrə faizi calaq edən, fürsət düşdükcə milləti faizə təşviq edən, iş dünyasının borc alıb-vermə kimi etibar rəmzini gəmirən bir mərəzi bəyənərmi?! "Faiz yeyən, yedirdən, ona şahidlik edən və sənədləşdirən hər kəs Allah rəhmətindən xaricdir" (Müslim, v.e. 875, Müsaqat: 105) Peyğəmbər(ə) kəlamıdır. Göründüyü kimi Bəqara 275 ayəsində sadəcə faiz yeyənlər zikr edilərkən, hədisdə isə faiz yeyən, yedizdirən, şahidlik və katiblik edən "Allah rəhmətindən xaricdir" kəlamı ilə ifadə edilib.
Nisyə satışda qiymət fərqinə icazə verilirmi?
Çağdaş dünyanın iqtisadi və ticari münasibətləri sanki insanı faizə zorlayır, ona başqa sahədə qazanc əldə etməyə mane olur. Müxtəlif bank əməliyyatları, mənzil, avtomobil kreditləri, yeni istehsal sahəsinin açılması üçün bankdan pul götürmək faizə girmənin müxtəlif yollarıdır.
Alış-veriş isə istər nəqd, istərsə də nisyə olsun, dinin icazə verdiyi hüdudlar içində mübah (qadağa qoyulmayan) və caizdir (mümkün). Bu barədə dini təşviqlər də mövcuddur. "Namaz qılıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın (yenə öz işinizə qayıdın)" (Cümə 10) Rəbb kəlamı, müsəlmanın həm dünyavi, həm də ibadət həyatının vəhdətdə olmasını tövsiyə edir. Alış-veriş ticarət vasitəsilə qazanc gətirdiyi kimi, həm də sosial-iqtisadi sahənin bir seqmenti kimi cəmiyyətə xidmət növüdur. Bu, həm də mənəvi bir mükafatdır. Şəriət iş adamının sərmayəsini mühafizə etməsi və ticarətini halal yolla genişləndirməsi üçün nisyə satışla nəğd satış fərqini müəyyən edib. Bəqara 275, 276-cı ayələrinin hikməti hər iki növ alış-verişi mübah bilib, halal ticarətin təməlini göstərib. Quran hikmətinə söykənən Peyğəmbər(ə) isə bir satış içərisində iki-nisyə və nəqd satışın caiz olmadığını bildirib. Bu hədisi şərh edən alimlərin fərqli yozumları da var. Belə ki, bəzi islam alimləri nisyə satışın caiz olmadığını, digərləri isə vədə (sözləşmə, bir iş üçün qabaqcadan müəyyən edilmiş vaxt, möhlət) fərqinin faiz olmadığını, yəni hədisin qadağa həddinə girmədiyini bəyan ediblər. Əksər alimlərə görə: "Alıcı ilə satıcı müamilə edərkən, satıcı bu mal nisyə filən qiymətə, nəqd isə bu qiymətə desə və ya bir ay sonra ödəyərsən bu qiymətə, iki ay sonra ödəyərsən filən qiymət desə, iki qiymətdən birinin üzərində anlaşmadan müamiləni tamamlasalar, belə satış caiz deyil. Peyğəmbər(ə)-nin eyni zamanda iki şərtlə satışı yasaqlaması da buna görədir. Lakin nəqd və ya nisyə qiymətdə (ikisindən birində) anlaşılarsa, bu caiz olar". Bu gün bazarda müştəriyə ilk olaraq nəqd və ya nisyə qiymətlər söylənilir: "nəqd bu qədər, nisyə filən qiymətə" deyilir, bunlardan birini seçmək təklif olunur. Burada mühüm olan əqdin bir təklifə (nəqd və ya nisyəyə) bağlılığıdır. Bu anlaşmada şəriət baxımından heç bir maneə yoxdur. Diqqət yetiriləsi cəhət isə şübhəsiz ki, satıcı ilə müştəri arasındakı əqdin ödənişin bir forması üzərində aparılmasıdır. Lakin o da qeyd edilməlidir ki, nisyə mal verilməsi zaman satıcı vaxta görə qiyməti dəyişdirməməlidir. Yəni "filən vaxta pulu versən bu qiymətə, həmin vaxtdan keçərsə başqa qiymətə (daha bahasına) verirəm"deyib, şərt qoymamalıdır. Əks halda, bu anlaşma faizə girmək sayılır. Çünki bu əqddə alıcı ilə satıcı bir qiymət üzərində anlaşmırlar. Müsəlman üçün ən etibarlı satış isə nəqd və nisyə arasında fərqin yoxluğudur. Məhz belə davranış insanlar arasında etibarı, məhəbbəti, din qardaşlığını möhkəmlədir.
Faiz qadağasının fəlsəfəsi
Sələmdə başqasının zəhmətilə varlanmaq var. Halbuki, insan heç vaxt başqasının zəhmətilə mükafatlanmaz. Quranda bəyan edildiyi kimi: "İnsana ancaq öz əməli, öz zəhməti qalar! Şübhəsiz ki, onun əməli, zəhməti görünəcəkdir! Sonra da onun əməlinin tam əvəzi veriləcəkdir!" (Nəcm 39-41). "Necə çalışmaq" məsələsini isə Peyğəmbər(ə) belə açıqlayıb: "Halal qazanmaq hər müsəlman üzərində vacibdir". Kəlama görə, müsəlmanın özünü və himayəsində olanları dolandırması, onların borclarını ödəməsi və başqasının minnətini götürməyəcək miqdarda halaldan qazanması fərzdir. İslam hesab edir ki, bu prinsip hər bir imanlı şəxs üçün namus, ləyaqət və şərəf məsələsidir. Qeyri-islami, qeyri-insafi və qeyri-insani yollarla çalışmaq, rüşvət, korrupsiya, qumar, sələm və s. kimi haram qazanclar ümmət, millət və dövlət üçün bir illət (qüsur, xəstəlik) və bir zillətdir (alçaqlıq, rəzillikdir).
Halal dairəsindəki zəhmət və xidmətdə isə izzət, ləzzət, ümid, rahatlıq və sevinc var. Ailə və cəmiyyət üçün halal zəhmətlə qazanc əldə edənlər insanlar tərəfindən sevildiyi üçün, onlar Allah tərəfindən də əziz tutulur. "İnsanların ən xeyirlisi cəmiyyətə ən çox faydalı olanıdır" (Hədis). Belə insanlar Allah rəhmətilə əhatə olunur və Onun məğfirətilə bağışlanır. Belələrinin çalışmaları günahlarına kəffarə olur. Onlara mələklər istiğfar, yardım etdikləri insanlar isə dua edərlər. Bir sözlə, gələcəyin sinəsindəki şərəf taxtına layiq olmanın və əbədi rəhmət qazanmanın ünvanıdır, halal zəhmət. Bunu "Çalışmaq ibadətdəndir" Peyğəmbər(ə) kəlamı da sübut edir.
Sələmin haram edilməsinin fəlsəfəsi həm Quranın Nəcm 39-41 ayəsi, həm də Rəsulu Əkrəm(ə)-nin "Çalışmaq ibadətdəndir" kəlamına söykənir . Yəni İslam sərmayənin işləmədən, çalışmadan artmasına, öz sahibinə qazanc gətirməsinə qadağa qoyur. Məlumdur ki, istehsal üç əsas komponentlə reallaşır: sərmayə, işçi qüvvə, avadanlıq. Sərmayə özü-özlüyündə mənfəət gətirə bilmədiyi üçün o, hökmən iş və avadanlıqla birgə olmalıdır. Belə olduqda sərmayə gəlirə də, zərərə də şərik olur. İşçi qüvvə isə müəssisənin gəlir və zərərlə işləməsindən asılı olmayaraq ən azı maaşını alır. Avadanlıq isə nə gəlirdə, nə də maaşda iştirak edir. O ancaq icarəyə verilə bilər. Bu 3 hökmdən aşağıdakı həqiqətlər üzə çıxır. İstehsalın 3 əsas amili (iş, sərmayə və avadanlıq) arasında əsas üstünlüyü iş təşkil edir. İş elə bir amildir ki, onun işmuzdu adı ilə sabit səhmi ola bilər, mənfəətə də şərik ola bilər. Lakin iş dəymiş ziyana şərik olmaya bilər. Göründüyü kimi, sərmayə və avadanlıqdan fərqli olaraq, iş amilinin 3 üstünlüyü var.
Faiz bala qarışdırılan zəhərdir
Faiz cəmiyyətdə düşmənçilik, kin və həsəd hisslərinin önə keçməsinə rəvac verir, vətəndaş və ümmət həmrəyliyini harama qurban verir. Bu zaman yardımlaşma və mərhəmət duyğuları tədricən yox olar. Halbuki, bütün səməvi dinlərin xüsusən, İslamın ən birinci hədəfi toplumda qarşılıqlı yardımlaşma və mərhəmət hissinin şahlanmasını təmin etməkdir. Faizin cəmiyyətdə adi hala keçməsi həmin toplumun mənəvi dəyərlərinin aşılanmasının göstəricisidir. Faiz cəmiyyətdə bir kəsimin çalışmadan qazanmasını təmin etdiyi üçün, insanları çalışmaq kimi bir ibadətdən məhrum edir. Onları tənbəlləşdirir. Hamı var-dövlətini pula çevirib faizlə qazanmağa üstünlük versə, məmləkətin vəziyyəti necə olar? "Belə şey ola bilməz" deyə, sələmçilərin toplumun hesabına ifrat qazanc əldə etməsi ədalətdirmi?! Axı faizlə pul verən heç bir əmək sərf etmədən həmişə qazancda olduğu halda, faizə borc götürən uzun müddət zəhmət çəkməklə iflas ehtimalı içində çabalayır. İnsaf və mürüvvət hissinin yoxluğu, "Mən" adlanan əqrəbin önə çıxması, vətəndaş həmrəyliyinin düşməni olan faiz, Allah və Onun Rəsulu ilə müharibə etmək deməkdir. Kaş, faiz yeyənlər bunu dərk edəydilər...





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ