şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əli bəy Hüseynzadə və Türk dünyası
Tarix: 30.04.2014 / 11:24
Bölmə: Sosial
Türk dünyasının böyük oğlu, filosof, dilçi, publisist, həkim, şair və rəssam Əli bəy Hüseynzadə şərəfli bir ömür yolu keçib. Onun ən böyük arzusu türkçülüyü ideologiya səviyyəsinə qaldırmaq, millətinə böyük dəyər vermək, türk adını ucaltmaq olub. "Mən milliyyətpərvər bir insanam" - deyən Əli bəy Hüseynzadə hələ sağlığında türkçülüyün babası adlandırılıb.
Dünyaya səpələnən milyonlarla türkün dili və onların qarşılaşdıqları problemlərin həllində Əli bəy Hüseynzadə mübarizliyi, cəsurluğu və iti qələmi ilə şöhrət qazanıb. Türkün haqq səsindən ilhamlanan Əli bəy hətta həyatının çətin anlarında ölümün gözünə dik baxmağı da bacarıb. Əsl həqiqət odur ki, onun damarlarında axan türk qanı, gözlərindəki yurd təəssübkeşliyi və səsindəki hayqırtı türkə düşmən olanların nəfəsini belə kəsə bilib. XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndəsi Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda doğulub. Atası Tiflis Müsəlman Məktəbinin müəllimi Molla Hüseyn Hüseynzadə, anası Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızı Xədicə xanım olub. Babası Şeyxülislam Axund Əhməd Hüseynzadə dövrünün böyük ilahiyyatçısı kimi tanınıb. Rus şairi M.Lermontovun Rayevskiyə yazdığı məktubda adı çəkilən türk alimi Əhməd, Əli bəyin babası Axund Əhməd Hüseynzadə idi. Görkəmli mütəfəkkir M.F.Axundzadə Axund Əhməd Hüseynzadə ilə dostluq münasibətləri quraraq xatirələrində yazırdı ki, "o, filosof təbiətli, liberal məsləkli, tərəqqi sevən, fitrən fəsanətli bir adamdı". Məğrurluğu ilə seçilən Axund Əhməd Hüseynzadənin Qafqazda Ali Ruhani Məktəbinin yaradılmasını imperatordan tələb etməsi bütün Rusiyanı silkələmişdi. Vaxtı ilə Axund Əhməd Hüseynzadənin əmisi və qayınatası Şeyxülislam Məhəmmədəli Hüseynzadə də İslam dininin gözəl bilicilərindən biri olub. Təsadüfi deyil ki, ağlı, zəkası ilə Şeyxülislam Məhəmmədəli Hüseynzadə 22 yaşında Tiflisdə şiə məzhəbi üzrə Qafqaz müsəlmanlarının rəhbəri seçilir. Uşaqlıq illərindən başlayaraq gələcəyin dahi mütəfəkkiri, filosofu kimi yetişən Əli bəyin İslama bağlılığı soykökündən qaynaqlanırdı. O, 6 il ibtidai məktəbdə, 10 il gimnaziyada təhsil alır. Tiflis gimnaziyasında fizika, riyaziyyat elmləri ilə bərabər, həm də fars, ərəb, rus, fransız, latın, yunan, alman, ingilis və çin dillərini öyrənir. Babasından türk dilinin incəliklərini, türk məfkurəsini öyrənən Əli bəy ömrünün sonuna qədər dilinə, dininə sadiq qalır. Axund Əhməd Hüseynzadə Əli bəydə türkləşmək, islamlaşmaq və çağdaşlaşmaq məfkurəsinin təməlini qoya bildisə, sonradan bu yolu Ziya Göyalp, Məhəmməd Əmin Rəsulzadə və Mustafa Kamal Atatürk türkün amalına, şüarına çevirə bildi. Gənclik illərində Əli bəy Hüseynzadə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alır. O illərdə Əli bəy Hüseynzadə ictimai-siyasi proseslərlə yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir.
1897-1900-cu illərdə Türkiyə-Yunanıstan müharibələrində iştirak edir, İtaliyada hərbi həkim kimi çalışır. Əli bəy Hüseynzadə 1905-ci il avqustun 15-də Rusiya müsəlmanlarının I qurultayında iştirak edir. 1907-ci ilina avqustun 25-dən sentyabrın 4-dəka Bakıdaa keçirilmiş Azərbaycana müəllimlərinin II qurultayının keçirilməsində müstəsna rola oynamışdı.
Əli bəy Hüseynzadə 1903-1910-cu illərdə Türkiyədən Azərbaycana qayıdır. Neft milyonçusu H.Z.Tağıyevin vəsaiti ilə 1905-ci ildə Əli bəy Hüseynzadənin redaktorluğu altında "Həyat" qəzetində, 1906-cı ildə Əli bəy Hüseynzadənin redaktorluğu ilə "Füyuzat" məcmuəsində xalqın maarifləndirilməsi və türkçülük ideyaları təbliğ edilir. Həqiqətən də, xalqın qəflət yuxusundan oyanmasında "Həyat", "Füyuzat", "Kaspi" həlledici rol oynayır. Erməni xislətini, hiyləgərliyini böyük ustalıqla qələmə alan Əli bəy Hüseynzadə 1905-ci il iyulun 5-də "Həyat" qəzetində "Erməni vətəndaşlarımıza tövsiyə və ixtiraatımız" adlı məqaləsində yazırdı: "Avropanın bir ucundan o biri ucuna, bəlkə də Amerikadan-Avstraliyaya gedən o yolda fəryadlar ediyorlar...Pişik öz pislikini torpaqla sətr etdiki kibi, bunlar da qüsurlarını, öz qəbahətlərini, öz vəhşətlərini söz tufanı içində gizliyib, bizim isə ən kiçik qəbahətimizi.. mübaliğələndiriyorlar idi".
O, dövrdə işıq üzü görən mətbu nəşrlər türkçülüyün aşılanmasında, maarifçiliyin təbliğində, millətin gerilik səbəblərinin araşdırılmasında aparıcı əhəmiyyət daşıyıb. Xüsusən də "Həyat" qəzetində "Türk kimdir və kimlərdən ibarətdir?" adlanan silsilə məqalələr Əli bəyin imzasıyla dərc olunur. Bir sözlə türk xalqlarının və onların düşüncələrinin oyanmasında Əli bəyin xidmətləri böyükdür. Əli bəy yazırdı: "Bən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam - demək ki, bən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm".
Türkiyə Darülfünününda oxuyarkən Əli bəy tələbələr arasında türkçülük ideyalarını təbliğ edir. Bu yerdə türkləşmək, islamlaşmaq, müasirləşmək ilk öncə Əli bəy Hüseynzadəyə mənsubdur desək yəqin ki, yanılmarıq. Əli bəy şəxsiyyətinin dahiliyi bir də odur ki, o, türk xalqlarının müstəmləkə əsarətində olmasının, onların son dərəcə iqtisadi-mədəni geriliyinin başlıca səbəbini bu xalqların parçalanmış vəziyyətində görürdü. Türklüyün ən qədim mayasının Turan olması onun qəlbinin hərarətindən yazdığı misralara hopmuşdu. Təsadüfi deyil ki, Əli bəy Hüseynzadə İstanbul hərbi türk məktəbinin tələbəsi olarkən ilk dəfə Turani imzasının da təməlini qoyur:
Sizlərsiniz, ey qövmi macar, bizlərə ixvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan.
Bir dindəyiz biz, həpimiz haqpərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə Quran!
("Turan")
1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultaya Türkiyədən Azərbaycana Əli bəy Hüseynzadə dəvət alır. Ona 16 illik ayrılıqdan sonra doğma Bakını, yaxınlarını, dostlarını görmək nəsib olur. İsmailiyyə binasının yanında qoyulan radio efirində qurultayın gedişatı şəhər sakinləri tərəfindən izlənilir. Qurultayda Əli bəy Hüseynzadə "Qərbin iki dastanında türk" adlı mövzuda çıxış edir. Bu çıxışdan sonra o, türkün xilaskarı kimi yenidən şöhrət qazanır. Martın 5-də Əli bəy Hüseynzadə Azərbaycan Yazıçılar Cəmiyyətinin fəxri üzvü seçilir.
Türkiyəni özünə doğma Vətəni hesab edən Əli bəy Hüseynzadə bu diyarda böyük nüfuz sahibi kimi tanınır. Əli bəy İstanbulda 1913-ci ildə Qafqaz türkləri Maarif Cəmiyyətinin, 1916-cı ildə Yüksək Sağlıq Məclisinin, 1916-cı ildə Türk-Macar Dostluq Yurdu Ümummərkəzinin üzvü olur. Təsadüfi deyil ki, Əli bəyin müasiri olan tarixçi Yusif Akçuraoğlu haqlı olaraq yazırdı ki, "əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi". Homerin, Esxilin, Hotenin və Şillerin əsərlərini tərcümə edən Əli bəy Hüseynzadənin daxili dünyası həm də rəssamlıq sənətinə bağlıydı. Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alan Əli bəy Hüseynzadə bir sıra portret, natürmort və mənzərələrin də müəllifidir. 1910-cu ildən etibarən Əli bəy Hüseynzadə professional rəssam kimi fəaliyyət göstərir. 1905-1906-cı illərdə yağlı boya ilə çəkdiyi "Bibiheybət məscidi" adlı rəsm əsərini hətta Bakıdakı ingilis konsulu Mak Donnel almaq istəyir. Bu xəbəri eşidən neft milyonçusu H.Z.Tağıyev möhtəşəm rəsm əsərinin satılmasına qəti etiraz edir. O, cibindən 500 manat pul verərək həmin əsəri alır. Sonra rəsmi satan şəxsə söyləyir ki, Əli bəyə tablonu alması haqqında məlumat verməsin. Qəribəsi odur ki, uzaqgörən Hacı "Bibiheybət məscidinin şəkli qoy Bakıda qalsın, gedib Londona düşməsin" - demişdir. Yağlı boya ilə çəkilən "Azərbaycanlı ailəsi", "Mənzərə", "Şeyx Şamilin portreti", "Atatürkün portreti", "Topqapı sarayı" tabloları bir-birindən mövzu əhatəliyinə, rəngarəng təsvirlərinə görə seçilir. Burada müəllif Quran ayələrindən də istifadə edib. Qeyd edim ki, bu gün Dövlət İncəsənət Muzeyində Əli bəyin 1888-ci ildə Sankt-Peterburqda təhsil alarkən Tiflisdə çəkdiyi "Şeyxülislam" portreti əsəri qorunur. Sonradan 1903-cü ildə həmin əsəri Əli bəy Vətənimizə gətirərək qardaşı İsmayıl bəyə bağışlayır.
Tanrı dövrünün tanınmış ziyalısı, təbibi, filosofu, şairi və rəssamı olan Əli bəyə türk dünyasını öz zəkasıyla fəth etmək üçün fitri istedad vermişdi. Böyük əzablar, məhrumiyyətlər çəkən şair "Halı vətən" şeirində yazır:
Ayıltmadı qələmim
Şu türkilə əcəmi.
Nə qoydular yazayım,
Nə qırdılar qələmi.
("Halı-vətən")
Hazırda Əli bəy Hüseynzadənin rəsm əsərləri Bakı muzeylərində, İstanbul və Parisdəki şəxsi kolleksiyalarda saxlanılır. Bu gün türkçülük ideologiyasının qaynaqlanmasında İsmayıl bəy Qaspiralının, Yusif Akçuranın və Ziya Göyalpın da adları çəkilir. Onların öncül sırasında yalnız bir vətən fədaisi, türk oğlu Əli bəy Hüseynzadə türkçülüyün yorulmaz cəfakeşi kimi ülkər tək parladı ki, bir daha türk olduğumuzu unutmayaq. O ülkərin şöləsi isə dünyaya səpələnərək nə az, nə çox 150 ildir ki, türkün şanlı zəfər tarixində bərq vurur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı -
Tramp, BVM və ukraynalı fəal…
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ