şənbə günü, 03 oktyabr 2026
     

Sağlamlıq imkanları məhdud olsa da, cəmiyyətə inteqrasiya imkanları məhdud deyil

Image


Hər bir sağlam düşüncəli, saf mənəviyyatlı insanın öz həyat və yaşam mübarizəsi var. Fiziki imkanlarından asılı olmayaraq, bütün ağıllı insanlar öz həyatını qurmaqda israrlıdır və buna haqqı çatır. Uca Yaradan heç də insanların hamısını bir biçimdə, bir ağılda, bir görünüşdə və bir səviyyədə yaratmayıb. Hər insan özüdür və hamının da özünəxas xüsusiyyətləri, taleyi, alın yazısı, xarakteri var.
Bir sözlə, Tanrı insanı bənzərsiz və təkrarsız yaradıb. Ancaq səbri gen, ürəyiaçıq Tanrı insanların hamısını heç də əqli və fiziki cəhətdən sağlam yaratmayıb. İnsanların bir qismi fiziki qüsurludur, sərbəst hərəkət imkanlarından məhrumdur. Lakin bu o demək deyil ki, onlar əlilliklərilə barışaraq qədərə boyun əyirlər. Xeyr, belə deyl. Əlillərin böyük bir qismi fiziki imkanlarının məhdud olmasına baxmayaraq, özlərinə uyğun peşə, sənət və məşğuliyyət növü tapırlar. Bir yandan bağlayan Tanrı başqa bir yandan qapıları açır ki, bu insanlar özlərini cəmiyyətin bir parçası sansın. Əlbəttə əlillər hər zaman öz əməyinin bəhrəsi ilə meydana çıxa bilib. Bilirik ki, onların cəmiyyətə inteqrasiya olunmasında ailələrinin, yaxınlarının da zəhməti az deyil. Əlləri olmayan gəncin ayaqları, ağzı ilə karandaşı, fırçanı hərəkətə gətirərək sənət inciləri yaratdığının çoxlarımız şahidi olmuşuq. Yaxud əlil arabasında oturub müxtəlif maraqlı hadisələrin iştirakçısına çevrilənlər də az deyil. Məsələn, bizimlə eyni şəhərdə yaşayan əlil paraşütçü Kamal Məmmədov bir neçə il əvvəl keçirdiyi qəza nəticəsində fiziki sağlamlığını itirsə də, qədəri ilə barışmayıb, cəmiyyətə, qaynar həyata inteqrasiya edib. Onu qeyd edək ki, Kamal Məmmədov əvvəlcə başqa ölkələrdə əlillərin məşğul olduğu əlil arabası rəqslərində iştirak edib. Belarusda keçirilən əlil arabasında idman rəqsi üzrə açıq çempionatın bürünc mükafatçısı olub. Sonra isə paraşütdən tullanmaq qərarına gəlib. O bizimlə söhbətində paraşütə olan marağını belə ifadə etdi: "Mən digər ölkələrdə yaşayan fiziki qüsurlu insanların həyatı ilə çox maraqlanırdım, onlar necə yaşayırlar, hara gedirlər, nə ilə məşğul olurlar? Bir dəfə belə şey rastıma çıxdı. Belarus, Rusiya, Ukraynadan hər birindən bir təmsilçi paraşütlə tullanıb. Azərbaycanın adına rast gəlmədim. İstədim ilk azərbaycanlı kimi gedim mən də tullanım. Bayraq ilə, dünyaya bizim azərbaycanlı gənclərin də fəal olduğunu göstərmək istədiyim üçün tullandım".
Kamalın həyat epopeyası, yaşam mübarizəsi, əlil olmasına baxmayaraq, Vətənimizin adını, bayrağını yüksəltmək naminə atdığı addımlar çox dəyərlidir və bu, iradəli əlil insanların cəmiyyətə uğurlu inteqrasiyasının unikal göstəricisidir. Sözsüz ki, Kamal kimi gənclər çoxdur və onların addımları əsl nümunədir.
Azərbaycan dövləti sağlamlıq imkanı məhdud olan insanların cəmiyyətə inteqrasiya etməsi üçün bir sıra tədbirlər görür, layihələr həyata keçirir. Birmənalı olaraq əlilliyi olan insanlara xüsusi diqqət, qayğı göstərmək hər bir kəsin borcu, vəzifəsidir. Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eləcə də problemlərini həll etmək sağlam insanların qarşısında duran ən vacib məsələlərdən olmalıdır. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabərhüquqlu yaşamaq haqqı var və bu onlar üçün çox vacibdir.
Sağlamlıq imkanları məhdud olan insanların əlilliyi olmayan insanlarla bərabər imkanlara malik olması məsələsi beynəlxalq sənədlərdə də öz əksini tapıb. Bu ilk dəfə BMT-nin 1993-cü ilin dekabrında qəbul olunmuş əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarında təqdim olunub. "Bərabər imkanların təmin olunması" termini xidmət, fəaliyyət növləri, informasiya və sosial infrastruktur kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyində də bu məsələlər tənzimlənir, ölkədə əlillərin sosial müdafiəsini, reabilitasiyasını təmin edən qanunlar qəbul olunub və dövlət proqramları həyata keçirilir. Əlilliyi olan insanların xoş rifahı naminə qanunvericilik və icra qurumlarında həlli vacib olan amillər və bu sahədə mövcud problemlər hər zaman diqqət mərkəzindədir. Bilirik ki, görülən işlərdən biri də sağlamlıq imkanları məhdud gənclərlə bağlı layihədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sağlamlıq imkanları məhdud gənclər üçün peşə hazırlığı kurslarının təşkilini həyata keçirir.
Məlumatlara görə, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasının təmin olunması məqsədilə ƏƏSMN-nin nəzdində yaradılan sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14) peşə hazırlığı kurslarının təşkilinə start verilib. Mərkəzdə 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə hazırlıq kurslarına ümumilikdə 200 nəfərədək sağlamlıq imkanları məhdud gənc cəlb ediləcək. 2, 3 və ya 6 aylıq kursları bitirdikdən sonra həmin gənclər qeyd olunan peşələr üzrə iş tapmaq imkanı qazanacaq. Həmçinin, onların yeni qazandıqları peşələr üzrə məşğulluğunun təmin olunması üçün Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq işlər görüləcək.
Bildiyimiz kimi, xeyli əvvəl Yeni Ramana qəsəbəsində sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub. Əvvəllər Gənc Əlillərin Əmək və İstirahət Evi adlanan bu müəssisə 1990-cı ildə 2 nömrəli internat evinin bazasında yaradılıb.
Müxtəlif sahələrdə əmək vərdişləri qazanmaq üçün ayrı-ayrı bölgələrdən bu Mərkəzə əlillər gəlir. Hətta rayonları Ermənistan tərəfindən işğal olunduğuna, həmçinin, ailə qurduqlarına görə burada məskunlaşıblar.
Dövlət başçısı İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı bölgələrdən gəlmiş əlillərin qalması üçün 53 otaqdan ibarət yataqxana, onların tibbi xidmətlə təmin olunması üçün tibbi korpus fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş 188 yerlik müəssisədə yeməkxana və kommunal xidmət korpusları, idman zalı, stolüstü idman və trenajor zalları və s. yaradılıb. İl ərzində 800 nəfərdən çox əlilliyi olan şəxs Mərkəzdə peşə hazırlığına cəlb olunub.
Bu Reabilitasiya Mərkəzindən danışarkən qeyd etməliyik ki, bu əsas və çoxfunksiyalı binadan ibarətdir. Tibbi korpusda sağlamlıq imkanları məhdud gənclər reabilitasiya keçirlər.
Mövzu ilə bağlı araşdırma apararkən bu sahədə xeyli işlər görüldüyünün şahidi olduq. Axır zamanlar sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiya olunması üçün görülən kompleks tədbirlər əlillərlə bağlı ictimai təşkilatların da diqqətini çəkir və onlar bu işləri təqdir edirlər. Məsələn, "Gülsam" Əlillərin Sosial Reabilitasiyası İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova əlilliyi olan şəxslərin əmək bazarına çıxışını asanlaşdırmaq üçün onların peşə reabilitasiyasının təmin olunması istiqamətində ƏƏSMN-nin həyata keçirdiyi layihələri təqdir edir. Onun sözlərinə görə, Səlim Müslümov bu nazirliyə rəhbər gətirildikdən sonra sosial dəstəyə ehtiyacı olanlara diqqət və qayğının artdığı hiss olunur. O, əlillərin peşə reabilitasiyasının təmin olunması məqsədilə ƏƏSMN-nin nəzdində yaradılan Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kurslarının təşkilini də müsbət qiymətləndirir: "Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumatda qeyd olunduğu kimi, bir ildə 800 gənc əlilin peşə sahibi olması mümkün olacaqsa, çox gözəl. Həqiqən də əlillərin peşə sahibi olmaları, məşğulluqlarını təmin etmələri müsbət hadisədir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Səlim Müslümov nazir təyin olunandan bəri onun həyata keçirdiyi islahatlar, toxunduğu məsələlər hər kəsi sevindirib. Əminəm ki, bundan sonra həm əlillərin, həm də sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində daha ciddi addımlar atılacaq".
Onun dediyinə görə, əlillərin cəmiyyətə inteqrasiyası uğurla həyata keçirilir. Ancaq əlillərin kütləvi şəkildə işlə təmin edilməsi sahəsində problemlər var. O deyir ki, əlillər özlərinə uyğun iş yerlərinin olmasını istəyir: "Elə sahələr var ki, əlillər orada işləyə bilər. Amma bəzi müəssisə rəhbərləri əlillərlə işləmək istəmir deyə, bizə yer ayırırlar. Amma əlillərin peşə reabilitasiyasının təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kurslarını bitirənlərin işlə təmin olunacağı bildirilir. Bax, bunun özü də çox böyük işdir. Əgər ildə 800 nəfər əlil peşə sahibi olub, işlə təmin olunarsa, o zaman üzərimizdən böyük bir yük götürülər. Biz heç kimə yük olmaq istəmirik. Ona görə də işləyib, həyatımızı özümüz qurmaq istəyirik. Ümid edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu layihəsi getdikcə daha da genişlənər, əlillərin kimsədən asılılığı qalmaz".
Qeyd edək ki, hazırda ölkəmizdə əlillərin təhsil alması, onların virtual olaraq onlayn dərslərdə iştirak etməsi təmin olunur. Azərbaycan dövləti sağlamlıq imkanı məhdud olan insanların evdə sərbəst, rahat təhsil alması üçün geniş şərait yaradıb və bunlar Azərbaycanda xüsusi sənədlərlə tənzimlənir. Sözsüz ki, əlillik problemi olan savadlı, ali təhsilli insanların gələcəkdə dövlət və ictimai qurumlarda, özəl sektorda işləməsinə də sıx-sıx rast gəlinəcək. Məsələ burasındadır ki, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiya olunmasına çalışırdı və dəfələrlə əlillərlə görüşmüşdü, onların əl işlərindən ibarət sərgilərinə gəlirdi. Sağlamlıq imkanları məhdud olan insanlara onun münasibəti, qayğısı lazımi səviyyədə idi. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva sağlamlıq imkanları məhdud olan insanlara qayğı ilə yanaşır.
Sağlamlıq imkanları məhdud olsa da, əlillər dövlətin, cəmiyyətin yanında olur və cəmiyyətə inteqrasiya edərək onun yararlı bir üzvünə çevrilirlər. Əlbəttə, əsas insanın mənəvi cəhətdən sağlam olması və yararlı olmağı bacarmasıdır. Fiziki məhdudiyyət heç bir vaxt onların arzu və diləklərinin, başlıcası isə ürəklərinin qarşısına sədd çəkə bilməz.





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ