şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dözümlülük və tolerantlıq: oxşar və fərqli cəhətlər
Tarix: 28.04.2014 / 11:01
Bölmə: Sosial
Dözümlülük, tolerantlıq, səbr, güzəştə getmə, əfvetmə və bağışlama kimi terminlər cəmiyyətdə barışın, vətəndaş həmrəyliyinin bərqərarında istifadə edilən sözlərdir. Bu terminlər bir-birinə nə qədər yaxın olsalar da, fəqət fərqli cəhətləri də kifayət qədərdir. Tətbiq sahəsinə görə bunların birini digərilə əvəz etmək bəzən mənanı, fikri dəyişdirə də bilər. Təəssüf ki, bəzi rəsmi beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin Tolerantlıq Deklarasiyasında və müəllif yazılarında dözümlülüklə tolerantlığı eyniləşdirmək cəhdləri kifayət qədərdir.
Bu yanlışlığa aydınlıq gətirmək üçün dözümlülük və tolerantlıq sözlərinin mənasının açılmasına böyük ehtiyac var.
İlk öncə qeyd edək ki, Allahın insana fitratdan verdiyi haqq və azadlıqlara heç kimin müdaxilə etməyə haqqı yoxdur. Bu qüdsi dəyərlərin yerinə yetirilməsində, tolerantlıqdan daha çox, dözümlülükdən danışmaq olar. Dözümlülük fərdin ən çox insani (ruhani, dini) tərəfilə əlaqəlidirsə, tolerantlıq və güzəştə getmək (ərəbcə müsaməha) isə onun bəşəri (dünyəvi) tərəfilə səciyyəlidir.
Dözümlülük
Məzəmmət etməmək, qınamamaq, xətrə dəyməmək, xoş görmək, xoşniyyətli olmaq mənalarını verən dözümlülük din, əxlaq, fəlsəfə, psixologiya, sosiologiya, iqtisadiyyat və siyasətlə sıx əlaqəsi olan bir sözdür. Bir-birindən fərqli olan bu sahələrdə dözümlülük termininin tətbiq sahəsi onun əsasən insan haqq və azadlıqlarının heç bir müdaxiləyə məruz qalmaması ilə bağlıdır. Çünki dözümlülük başqalarının fərqli düşüncə və yaşam seçimini anlayışla qarşılamaq tərzi olub, qarşı tərəflə bölüşülməyən dünya görüşü, fikir və duyğuları dilə gətirmədən tanınan haqqın, anlayışın adıdır. Dözümlülük insan haqları çərçivəsində heç bir dil, mədəniyyət, cins, inanc, düşüncə, sinif və etnik fərqə varmadan bütün insanların fitratdan gətirdiyi özəllikləri qeyd-şərtsiz qəbul etmək, onların bu məxsusi keyfiyyətlərlə düşünməsinə və əməllərinə mane olmamaqdır. Dözümlülük bəşəri anlamda fərqli cins, dini anlamda fərqli inanc, psixoloji və fəlsəfi anlamda fərqli düşüncə və fikir, sosioloji anlamda fərqli yaşayış tərzi və fərqli mədəniyyət, etnik anlamda fərqli irq və bu kimi fərqliliklərin həm varlığının qəbulu, həm də həmin fərqli dəyərlərin daşıyıcıları ilə birgə yaşamağın alternativsizliyinin dərk edilməsidir. Bununla yanaşı, dözümlülük xoş olan və ya xoş görünən, qınanmayan, məzəmmət edilməyən hər şeyin doğruluğunu təsdiq etmək də deyil. Bu baxımdan dözümlülüyün (Ərəbcə-safəhu; türkcə-xoşgörü) mahiyyətinə dair bəzi məlumatlara ehtiyac var.
Məlumdur ki, dözümlülüyün əsasını maraq doğuran əhvalat və ya hadisənin müəyyən bir önəm və dəyərə malik olması təşkil edir. Burada hadisələr, faktlar (məs., dil, din, irq müxtəlifliyi) müəyyən əhəmiyyət kəsb etdiyi üçün, onlara qarşı ən azı qəlbdə biganəlik olmur. Çünki biganəlik olan yerdə dözümlülüyə ehtiyac yoxdur. Dözümlülükdə qarşı tərəfin dəyərlərinin qəbul edilməsi çox mühümdür. Buna, başqa və fərqli olanın varlığını tanıma da demək olar. Əlbəttə, burada "qəbul etməkdə" məqsəd, var olan hər şeyi mənimsəmək yox, sadəcə, onun varlığını və sahib olduğu dəyərləri inkar etməməkdir. Bu həssas məqama toxunan Rəbbimiz buyurub: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizlə tanış olasınız (kimliyinizi biləsiniz) deyə, sizi (ayrı-ayrı) xalqlar və qəbilələr etdik. Allah yanında ən hörmətli olanınız Allahdan daha çox qorxanınızdır" (Hucurat, 13). Göründüyü kimi, ayədə "ey möminlər", "ey müsəlmanlar" yox, fərqli irq, inanc, din, cinsə, mədəniyyətə sahib adamlardan - "ey insanlar" terminindən istifadə olunub. Yəni hər bir cəmiyyət öz dəyərlərini saxlamaqla yanaşı, fərqli mədəniyyət, din, irq, dinə malik toplumu tanıdan məxsusi dəyərlərə də hörmət bəsləməli, onlara müdaxilə etməməlidir. Başqa sözlə, dözümlülükdə qarşı tərəfin dəyərlərini mənimsəmək olmadığı kimi, onun fərqli anlayış, düşüncə, inanc və mədəniyyətini aşağılamaq da olmaz. Burada münasibətlər "müxtəliflik təbiidir, harmoniyadır" prinsipi üzrə qurulmalı, zor tətbiq edilməməlidir. Bunu: "Dində zor yoxdur" (Bəqara, 256); "Sənin öz dinin var, mənim öz dinim" (Kafirlər, 6); (Ya Peyğəmbər!) "İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyil. Sənin vəzifən ancaq İslamı təbliğ etməkdir)". (Yunus) Rəbb kəlamları da təsdiq edir. Əminamanlığın, sülhün qarantı olan dözümlülük barədə Rəbbimiz buyurub: "Kitab əhlindən bir çoxu, həqiqət onlara bəlli olduqdan sonra belə, həsəd üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir" (Bəqara, 109). Orijinaldakı "qınamayın" mənasını ifadə edən "safh" sözü "pislik edənə pislik etməmək, ondan üz çevirməmək, ona xoş üz göstərmək, dözümlü olmaq" mənalarını ehtiva edir.
Məsələyə psixoloji tərəfdən baxılarsa, aydın olar ki, təbii müxtəlifliyin yaratdığı hormoniya hər iki tərəfi sıxıntıya məruz qoymamalıdır. Çünki qarşılıqlı dözümlülüyün qaynağı bəşərin fitratdan gətirdiyi qüdsi dəyərlərdir. Psixo-sosial baxımdan dözümlülüyün mövcudluğu vətəndaş həmrəyliyinin bərqərarı, deməli, ölkənin bütün vətəndaşlarının birliyi, dövlətin dirriyi və diriliyidir. Dözümlülük əxlaqi dəyər kimi həm də toplumdakı barışığı reallaşdıran mənəvi bir vasitədir.
Dözümsüzlüyün qarşısının alınmasında ən effektli vasitələrdən biri də tərbiyədir. Dözümlülük ruhunda tərbiyə başqasına münasibətdə qorxu və yaddaş hissi yaradan təsirlərə qarşı istiqamətlənməlidir. O, gənclərdə əxlaqi dəyərlərə əsaslanan müstəqil düşünmə, tənqidi yanaşma, öz fikrini sərbəst söyləmə keyfiyyəti yaratmalıdır.
Müasir dünyada dözümlülüyün vacibliyi, əhəmiyyəti və aktuallığından danışarkən ifrata əsla yol verilməməlidir. Hüdudu bilinməyən dözümlülük fərd və cəmiyyətin özünün inkarına çevrilə bilər ki, bunun da adı dözümlülük yox, əsarətdir. Çünki sərhədlərin olmadığı yerdə kimin kim olduğunu bilmək mümkün deyil. Hüdudları bilinməyən dözümlülüyə ehtiyac olmadığı üçün, onu süni şəkildə dözümlülük kimi qələmə vermək də doğru deyil. Əks halda, dözümsüzlüyün yaratdığı sosial partlayış burada da qaçılmaz olar. İnsanın yaşamasında sərhəd olmasaydı, ədalət, hüquq və qanunlara ehtiyac olmazdı. Qanunsuz bir yaşam düşünmək insan təbiətini tanımamaq anlamını verdiyi üçün bəşər həyatında sərhədi olmayan bir dözümlülüyün olması da qeyri-mümkündür. Əks halda, Yer kürəsi "dözümlülük evi" olardı.
Tolerantlıq
İslama görə, Tolerantlıq kifayət edə biləcək güc və imkana malik fərd və ya cəmiyyətin fərqli dil, din, düşüncə, söz, irq və s. özəl haqlara malik digər insan və ya qrupların varlığına, fəaliyyətinə mane olmamaq; dəyərlərinə hörmət etmək, onlarla hesablaşmaq, uzlaşmaq, əməkdaşlıq etmək deməkdir. Tolerantlıq eyni cəmiyyətdə yaşayan fərd və qrupların və ya fərqli mədəniyyətə sahib toplumların öz düşüncə, anlayış və yaşayışlarını istədikləri şəkildə ifadə etmək və həyata keçirməkdə sərbəst olduğunun ifadəsidir. Bununla yanaşı o, mədəniyyətlərə münasibət, tarixi və sosioloji baxımdan göz yumma, əziyyətə qatlanma, sıxıntı çəkmə kimi neqativlərdən də xali deyil.
Göründüyü kimi, dözümlülükdən fərqli olaraq, tolerantlıqda tolera edən tolera etdiyi şeyi əngəlləmə, ona qarşı çıxma gücünə sahib olmalıdır. Tolerant şəxs, qruplar və ya cəmiyyət daxili bir sıxıntı, əziyyət çəksə belə, sahib olduğu gücdən vaz keçməli, nəfsini ram edərək qəbul etmədiyi və xoşlamadığı şeyə qarşı çıxmamalıdır. Milli barışıq, vətəndaş həmrəyliyi, bayraq bakirəliyinin qorunmasını təmin edən bu durum, sözsüz ki, həm də gücə sahib fərdin və ya qurumun izzətini, şərəfini daha da ucaldır, onu daha güclü və demokratik edir. Çoxsaylının (və ya güclünün) azsaylının (və ya nisbətən gücsüzün) haqq və azadlıqlarına bu münasibətini heç vəchlə onun mərhəməti, güzəşti kimi qəbul etmək olmaz. Rəbb kəlamları və ondan qaynaqlanan demokratik dünyəvi qanunlara görə, bu, çoxsaylının azsaylıya güzəşti yox, azsaylının fitratdan gətirdiyi haqqıdır.
BMT-nin qəbul etdiyi deklarasiyaya görə, "tolerantlıq dünyanın zəngin mədəniyyətlərinin qəbul olunması, dərk edilməsi, insanın öz fərdiliyini təzahür etdirmək forması, müharibə mədəniyyətinin sülh mədəniyyətilə əvəz olunmasına səbəb olan ləyaqətlilikdir. Bu təkcə mənəvi borc deyil, eyni zamanda siyasi və hüquqi tələbatdır. Tolerantlıq hər kəsin öz dəyərlərini qoruması və başqalarının bu hüququnu qəbul etməsidir". Qeyd edək ki, dünyəvi lüğətlərdə olduğu kimi, BMT-nin bu sənədində də "tolerantlıq" və "dözümlülük" terminləri əsasən eyni mənada işlədilib. Klassik İslam teoloqları isə həmin terminlərin oxşar çəhətlərini qeyd etməklə yanaşı, həm də aralarındakı fərqli cəhətləri göstəriblər.
Dözümlülüklə tolerantlığın əlaqəsi
Dözümlülük hər şeyi təməlinə oturdan, fitratdan qaynaqlanan hər növ fərqliliyi doğal qəbul edən və bu cəhətilə qınamaya, məzəmmətə yer verməyən əxlaqi bir dəyərdir. Dözümlülüyün tolerantlıqdan əsas fərqi onun təməlində fitratın olmasıdır. Yəni irq, dil, din, cins, düşüncə, mədəniyyət və s. dəyərlərin insanın heç bir rolu olmadan Allahdan verilməsi və bunlara təcavüzün yolverilməzliyi dözümlülük çərçivəsində yer alıb. Bu dəyərlərin göz yumma, yumşaqlıq, qınama, sıxıntı keçirmə, rahatsız olma, tab gətirmə kimi tolerantın əhatə etdiyi neqativ duyğularla qarşılanması mümkün deyil. Deməli, insanın öz inancı ilə baş-başa qalması dözümlülüklə - xoşniyyətliliklə dəyərləndirildiyi halda, bu durumu tolerantlığa şamil etmək olmaz. Tolerantlıq bu çərçivədən kənarda qalır. Yəni inanan bir şəxsin (fərqli inanclıya mane olmadan) yaşamasını tolera etmək, qınamaq, məzəmmət etmək, onun ibadətinə görə sıxıntı keçirmək yanlışlıq olardı. Çünki həmin dəyərlər bəndənin yox, Rəbbimizin verdiyi nemətlərdir. Yeri gəlmişkən, ABŞ Konstitusiyası müəlliflərinin insan haqq və azadlıqları haqqında maddələrin orada əks olunmasına lüzum görməmələri də (müəlliflər hesab edirdilər ki, bu dəyərlər Allah tərəfindən verildiyinə görə, onlara dözümlülük göstərmək hər bir insanın Allah qarşısında borcudur) dözümlülüyün ilahi bir əmr olunduğuna işarədir.
Tolerantlıqdan fərqli olaraq, dözümlülük tələb edən dəyərlər (irq, din, dil, yaşam tərzi və s.) məxsusi olaraq Allahın istəyindən qaynaqlandığı üçün onlar xoş görümlüdür, xoş niyyətlidir. Həmin səbəbdən bəndədən tələb (!) olunur ki, onlara hörmətlə yanaşsın, dözümlü olsun. Əksinə, qeybət, həsəd, israf, xəsislik kimi neqativlərə tolerant olmaq müəyyən hallarda mümkün olsa da, fəqət xoşgörümlü olmadığı üçün onlara insan qəlbində bir etiraz əlaməti kimi dözümlülük olmur. Adam öldürmək, zina etmək kimi haramlara isə nə tolerantlıq, nə də dözümlülük göstərmək mümkündür.
Göründüyü kimi, bir-birindən fərqli olmasına baxmayaraq, ölkə daxilində və ölkələrarası münasibətlərdə sülh və əminamanlığın inkişafı və demokratiyanın açarı olan dözümlülük və tolerantlığın xüsusi əhəmiyyəti var.
Dözümlülüyün öncəliyi və tətbiq sahəsinin genişliyi tolerantlığın vacibliyinə kölgə salmır. Əksinə, onların hər ikisi əxlaqi normalar kimi bəşər həyatının vazkeçilməz dəyərləri, qloballaşma və inteqrasiya prosesinin hərəkətverici qüvvələridir.
Dözümlülük və tolerantlıq. Biri insana fitratdan verilən və Rəbb tərəfindən qorunması vacib bilinən ruhani-dini dəyər, digəri bəşər qanunları ilə tənzimlənən dünyəvi-mənəvi dəyər. İnsan ruh və bədən vəhdətində olduğu üçün tolerantlıq və dözümlülük də vəhdətdə olmalıdır. Onlardan birini digərindən ayırmaq ruhsuz bədən və ya bədənsiz ruh anlamına gələr.
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı -
Tramp, BVM və ukraynalı fəal…
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ