şənbə günü, 03 oktyabr 2026
     

Ramiz Zeynalov "avtoş"lara qarşı ümumxalq qınağına çağırış etdi

Image


Yollarda ötüşmə ilə məşğul olan, avtoxuliqanlıq edən gənclərin məsuliyyətsiz hərəkətləri ictimaiyyətin qınağına çevrilməlidir. Bunu "Trend"ə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib.
BDYPİ rəisinin sözlərinə görə, təhlillər göstərir ki, respublikada baş vermiş yol-nəqliyyat hadisələrinin 25 faizi sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən törədilir. O bu məsələdə övladlarına avtomobil hədiyyə edən valideynləri də məsuliyyətli olmağa çağırıb: "Ötən il 18 yaşı tamam olmamış, özünü sürücü adlandıran, lakin sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilən hadisələr nəticəsində 21 nəfər ölüb. Valideynlər buna diqqəti artırmalıdır. Gənc övladlarına avtomobil alırlar. Övlad gecə saat 3-4-ə kimi evə gəlmir. Bu valideyn düşünmürmü ki, oğlum indiyədək haradadır? Bu insanlar gedib ötüşmə ilə məşğuldurlar, avtoxuliqanlıq edirlər, sərxoşluq edirlər. Bu gənclərin yollarda belə məsuliyyətsiz hərəkətləri ictimaiyyətin qınağına çevrilməlidir. Belə olmasa, təkcə polislə bunun öhdəsindən gəlmək, onları tənzimləmək olmaz".
R.Zeynalov qeyd edib ki, respublikada yol polisi ümumilikdə 25 min km ərazidə xidmət göstərir. Yol patrul xidmətinə cəlb olunan polis əməkdaşlarının sayı isə cəmi 1700 nəfərdir. Ona görə də təkcə yol polisi bu problemin öhdəsindən gələ bilməz: "Gəlin baxaq görək, 1700 nəfər bu qədər yolda xidmət apara bilərmi? Bilməz. Yəni bu məsələdə ictimaiyyətin rolu güclü olmalıdır. Biz yol polisi olaraq bu qəzaların qarşısını təkbaşına almaq iqtidarında deyilik".
İdarə rəisi toy karvanlarının hərəkəti zamanı baş verən qayda pozuntularına da münasibət bildirib: "Bəzən toy karvanlarının hərəkəti zamanı ciddi şəkildə yol hərəkəti qaydalarının pozulması müşahidə olunur. Toy karvanında gəlin gedir. Təbii ki, bizim üçün də uyğun olmur ki, gəlini yolun ortasında saxlayıb inzibati protokol tərtib edək. Toy karvanında gedənlər dərk etməlidirlər ki, bu cür qayda pozuntuları sonda faciə ilə nəticələnir".
R.Zeynalovun fikrincə, ölkədə yol infrastrukturunun təkmilləşməsi ilə bağlı gedən işlərin hamısı qəzaların qarşısının alınmasına xidmət edir. Yollarda 4 minə yaxın müşahidə kamerası, radar qurğusu və digər texniki vasitələr var. Bundan əlavə, çoxlu piyada keçidləri tikilir. Bütün bunlar təhlükəsizliyə xidmət edən amillərdir.
İdarə rəisi hesab edir ki, müasir texniki vasitələrin köməyi ilə qayda pozuntularının qeydə alınması böyük rol oynaya bilər: "Biz ötən il sürət həddinin aşılması ilə bağlı 299 400-dən, bu ilin ilk 3 ayı ərzində isə 60 mindən artıq belə qayda pozuntusu aşkar etmişik. Əlbəttə, bu göstəricilər sürət həddini aşan sürücülərin çox az bir hissəsini təşkil edir. Amma görün, bu nə qədər böyük bir rəqəmdir. Bunun hər birinin arxasında böyük faciə dayana bilər. Lakin təəccüb və təəssüflə qeyd edim ki, texniki vasitələrin qurulmasından, radarların çoxluğundan şikayət edənlər də var. Şikayət edirlər ki, polis filan yerdə gizli radar qurub. Yəni qaydanı poza bilməməkdən şikayət edir, bir sözlə, həyatının sığortalanmasından, təhlükəsizliyindən narazı qalırlar. Əgər biz radarın köməyi ilə kiminsə sürətlə gedib qəza törətməsinin qarşısını alır və onun həyatını qurtarırıqsa, bu pisdirmi? İnsanların bu məsələyə diqqəti artırmasına nail olunmalı, onların təhlükəsizliyinə xidmət edən yol hərəkəti qaydalarına riayət olunması ön plana çəkilməlidir".
R.Zeynalov həmçinin bildirib ki, yollardakı qadağanedici yol hərəkəti nişanları necə gəldi yox, Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Yol hərəkəti təhlükəsizliyi komissiyasının rəyi əsasında və bir sıra təhlükəsizlik məsələləri nəzərə alınmaqla qoyulur: "Yollarda sürət həddini hərə istədiyi kimi 90 və ya 100 qoya bilməz. Həmin yolların hansı təhlükəsizlik tədbirlərinə cavab verdiyi nəzərə alınır. Yolun tam hamar, gözəl olması hələ o demək deyil ki, orada istənilən sürət həddi qoyula bilər. Burada təhlükəsizlik məsələləri var. Nişanlar yolun digər yollarla birləşməsi, yolun qoruyucu çəpərlərinin olması, ora birləşən yolların müvafiq qaydalarda birləşməsi, piyadaların, mal-qaranın oradan keçmək imkanının mümkün olub-olmaması nəzərə alınaraq qoyulur. Bəzən insanlar bunu qəbul etmir. Deyirlər ki, yol yaxşıdır, bəs niyə biz burada saatda 120 km sürətlə getməyək? Onda biz bu maşını niyə almışıq? Daha nəzərə almırlar ki, orada təsadüfən qarşıya çıxan hər hansı bir maneə ağır nəticələrə gətirib çıxara bilər. Bunların hamısı nəzərə alınmalıdır".
R.Zeynalov Azərbaycan sürücülərinin avtomobili ölkə daxilində və xaricdə necə idarə etmələri arasında maraqlı müqayisə aparıb: "Biz bəzi sürücüləri ittiham edirik, onları mədəniyyətsiz adlandırırıq. Həmin sürücülər gedib Avropada da avtomobil sürürlər. Lakin maraqlıdır ki, sərhədi keçəndən sonra onların heç biri yol hərəkəti qaydalarını pozmur. Hamısı da o qaydalara ciddi riayət edir. Amma Azərbaycan ərazisinə daxil olan kimi nəqliyyat vasitəsini istədiyi kimi idarə etməyə başlayırlar".
BDYPİ-nin rəisi yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması hallarının çoxluğuna da münasibət bildirib: "Təkcə ötən il yol hərəkəti qaydalarını pozduğuna görə 101 min piyada inzibati məsuliyyətə cəlb olunub. Bu az rəqəm deyil. Bu insanlar öz həyatını təhlükəyə, riskə atırlar. Bu, yolverilməzdir! Axı ömür insana bir dəfə verilir. Bu gün Bakı ən gözəl, müasir şəhərə çevrilir. Amma bu gözəl şəhərə xaricdən gələnlər görür ki, burada insanlar yolda haradan gəldi, necə gəldi keçirlər. Bizim haqqımızda, mədəniyyətimiz haqqında çox pis fikir formalaşır. Bir azərbaycanlı kimi bu bizi narahat etməlidir ki, bu hərəkətlərimizlə şəhərimizin, dövlətimizin adına ləkə gətiririk. Biz buna yol verməməliyik! Axı niyə elə hərəkət etməliyik ki, bizə mədəniyyətsiz desinlər?!"
İnsanların yol hərəkəti qaydalarına riayət etməsi sahəsində biliklərinin artırılmasına çox böyük zərurət olduğunu deyən İdarə rəisi bununla əlaqədar görüləcək tədbirlərin genişləndiriləcəyini açıqlayıb: "Bununla bağlı həm dərs vəsaiti, həm də metodik tövsiyələr hazırlamışıq. Bu sahədə Daxili İşlər Nazirliyi geniş işlər aparır. Artıq hörmətli nazirimiz Ramil Usubovla bu barədə müzakirələr aparılıb və bu işin daha da genişləndirilməsini, müasir üsullardan istifadə edilməsini planlaşdırmışıq. Bu tədrisdə yol polisinin özü də iştirak etməlidir. İnsanların bu sahədə biliyinin artırılmasını kütləvi şəkildə aparmaq lazımdır. Buna böyük ehtiyac var. Hələlik bu sahədə görülən işlər kifayət qədər deyil. Burada görülməli işlər çoxdur. İnsanların maariflənməsi, yol hərəkəti qaydalarını öyrənməsi vacibdir".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ