çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Bədii əsər tənqidinə görə telejurnalistə cəza vermək doğrudur? - ATV-nin iş üsuluna reaksiyalar...

Image


TV-lərdə elə olaylar baş verir ki, bəzən cəmiyyət ona reaksiya verməli olduğu halda susur, bəzən də ictimaiyyətin rəy bildirməməsi tələb olunduğu halda az qala hamı bir ağızdan o isə münasibət bildirir. 

Məlum olduğu kimi, xalq yazıçısı Çingiz Abdullayev "ATV" telekanalını məhkəməyə verməyə hazırlaşır. Buna səbəb bir müddət əvvəl "ATV" telekanalının efirində yayımlanan "Xəbərin olsun" verilişinin aparıcısı Kubra Məhərrəmovanın Çingiz Abdullayevin əsərlərini "zir-zibil" adlandırmasıdır.

Məsələ ilə bağlı bizim.media-ya açıqlama verən "ATV" telekanalının mətbuat katibi Ozal İbrahimli bildirib ki, hadisə ilə bağlı aparıcı Kübra Məhərrəmovaya ciddi xəbərdarlıq edilib:

"Sözügedən ifadənin səsləndiyi verilişdən dərhal sonra kanal rəhbərliyi aparıcılar və redaksiya heyəti ilə iclas keçirib. Qeyd edilən ifadəni işlədən aparıcıya rəsmi şəkildə ciddi xəbərdarlıq edilib".

ATV-nin məhz bu məsələyə görə aparıcıya cəza verməsi azad mətbuatçılıq, efir azadlığı prinsipləri nöqteyi-nəzərindən nə dərəcədə düzgündür?

Bu arada millət vəkili Etibar Əliyev mətbuata açıqlamasında aparıcını müdafiə edib. O qeyd edib ki, aparıcı Ç.Abdullayevi təhqir etməyib: "Əslində Kübra xanım Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib. 

Tural Turan: "Zir-zibil sözü hüquqi kontekstdə təhqirdirmi?" 

O, detektiv janrını "zir-zibil" adlandırıb..." Şair Tural Turan hesab edir ki, bu məsələ ciddi araşdırmalıdır: "İstənilən halda təhqir yolverilməzdir, amma təhqirin də dərəcə meyarı olmalıdır. Fikrimcə, bu məsələ hüquqi kontekstdə araşdırılmalıdır. Mən də Çingiz Abdullayevi yazıçı kimi qəbul etmirəm. Çünki detektiv janrının peşəkar ədəbi janrlara dəxli yoxdur. Amma bu o demək deyil ki, yazdıqları zir-zibil adlandırılmalıdır. Zir-zibil sözü hüquqi kontekstdə təhqirdirmi? Bu məsələ də ciddi araşdırma mövzusudur".

Aydın Xan Əbilov: "...Aparıcının cəzalandırılması düzgündür"

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, aparıcının davranışı özü mətbuat azadlığına ziddir. "İndi haqqı çatdı-çatmadı, istənilən adam yazıçıları, şairləri, sənət adamlarını, müğənniləri söyməklə öz piarını qurmaq, özünü tanıtmaq istəyir. Təsəvvür edin ki, dünya şöhrətli, detektiv əsərlər ustası, dünyada 100 milyondan çox kitabı satılmış Çingiz Abdullayev hara, hansısa "Xəbərin olsun" şou-beznes verilişinin aparıcısı hara? Görün Azərbaycan ictimai-humanitar düşüncəsi nə günə düşüb ki, televiziyada yenicə işə düzəlmiş, kimlərinsə sayəsində bu sahəyə gəlmiş qızcığazlar o boyda ustad yazıçının əsərlərinə "zir-zibil" deyir. Məncə Audivizual Şura belə məsələlərə ciddi reaksiya verməlidir. Torpaqlarımızı qaytarmışıq. Bəs Azərbaycan insanının əlindən gedən əxlaqını, mənəviyyatını geri qaytara bilərikmi? Çox təəssüf ki, TV-lərdə belə xoşagəlməz hallar çox olur. Biz sosial verilişlərdə tez-tez oluruq, orada da həyatın dibində olan, əxlaqsız, arvadından xəbəri olmayanlar, ərini atıb onunla-bununla gəzənlər tanınmış ekspertlərin, yazıçı və vəkillərin üstünə elə çığırıb-bağırırlar ki, aparıcılar da onlara müdaxilə edə bilmir. Sanki onlar 30-40 ildir bizim yerimizə Azərbayana xidmət edirlər, bizə söz deməyə haqları çatır"- deyə qeyd edən A.X.Əbilova görə, Azərbaycanda çoxdan mənəviyyat və əxlaq müfəttişliyinin yaradılmasına ehtiyac var, o müfəttişlər televiziyada özünü apara bilməyən, Azərbaycanın milli dəyərləri sayılan insanlara qarşı hansısa "zir-zibil" tipli sözü işlədən şəxslər barədə aidiyyəti qurumlara müraciət etməlidir. Ç.Abdullayevin ermənilərə qarşı mübarizə apardığını və Azərbaycan həqiqətlərini  yaydığını deyən A.X.Əbilov bildirdi ki, yazıçının əməyini qiymətləndirmək lazımdır. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi olaraq K.Məhərrəmova barədə məsələni araşdırıblar və AYB-nin onunla bağlı bəyanatına qoşulublar: "Bəyanat qəbul etdik, bildirdik ki, bu cür insanlar vaxtında cəzalandırılmalıdır. Efirlər onlara qadağan edilməlidir. Necə ola bilir ki, hər hansı bir xoşagəlməz hərəkət edən şəxsi məşhər ayağına çəkirlər, amma görkəmli ədəbiyyat adamının əsərlərinə   "zir-zibil" deyənlər gen-bol reklam olunur? Bu kanalda onun verilişlərinin sayı çox olacaq, ATV-dən çıxarsalar belə başqa kanallar ona qucaq açacaq. KİV-lər, yaradıcı insanlar belə hallara qarşı barışmaz olmalıdır. Hesab edirəm ki, aparıcının cəzalandırılması düzgündür. Bu kimi halların qarşısı vaxtında alınmalıdır ki, başqaları da görkəmli şəxsiyytlərin əsərlərini təhqir etməyə qalxmasınlar"-deyə A.X.Əbilov əlavə etdi.

Azər Həsrət: "...Burada dəhşətli bir şey yoxdur" 

Media eksperti Azər Həsrətin isə məsələyə mövqeyi belə oldu: "Hər şeydən əvvəl onu demək istəyirəm ki, hörmətli Çingiz Abdullayevin ATV-ni məhkəmə ilə  hədələməsi, bu yola əl atması heç də məqbul sayıla bilməz. Əlbəttə, onun hüququdur, bir söz deyə bilmərik. Amma ictimaiyyət önündə olan, özəlliklə də dünyada əsərləri çap olunan bir yazıçı, eyni zamanda AYB-nin bir rəsmisi, əlavə olaraq da başqa ictimai fəaliyyətləri ilə həmişə göz önündə olan şəxs kimi Çingiz Abdullayev məhkəmə yolu tutmamalıdır. Bu, məsələnin birinci tərəfi. İkinci tərəfdən də, aparıcılar ifadələrinə diqqət yetirməlidirlər. Bu onun üçün lazımdır ki, birincisi, təmsil etdikləri, yaxud efirində tamaşaçı önünə çıxdıqları televiziya kanalının nüfuzuna xələl gəlməsin, ikinci bir tərəfdən, özləri də özlərini təhlükə altına qoymasınlar. Bu baxımdan, həmkarımızın ifadəsi şəxsən mənə görə məqbul deyil, televizya kanalının da ona xəbərdarlıq etməsi, tənbeh tədbiri görməsi də birbaşa televizyanın özünün etik davranış qaydaları ilə tənzimlənməsi məsələsidir. Yəni onlarda bu cür ifadələrin açıq efirdən səsləndirilməsi məqbul sayılımır, sayılmadığılna görə də jurnalist, aparıcı buna görə cavab verməlidir. Bəzən olur, biz media təmsilçiləri emosiyalara qapılırıq ifadələrimiz həddindən artıq sərt olur, yaxud da cızığından çıxır. O zaman təbiidir ki, xəbərdarlıq da edilə, cəza da tətbiq edilə bilər. Amma bir daha qeyd edirəm ki, Çingiz Abdullayvin məhkəmə perspektivi haqda danışması yerinə düşmür...Düzdür, hüququdur, amma onun kimi adamlar bu cür ifadələrə dözümlü yanaşmalıdır"

A.Həsrət hesab edir ki, o, üzrxahlıq tələb edə, polemika aça, etik çərçivədə cavab verə bilər, bunlar mümkündür, amma məhkəmə seçimi düzgün deyil: "Kimin ağzından bir ehtiyatsız ifadə çıxacaqsa durub onu məhkəməyəmi daşıyacaqsınız? Bu düzgün deyil. Televizyanın aparıcını cəzalandırmasına gəlincə, burada dəhşətli bir şey yoxdur. Bu təbiidir ki, daxili qayda-qanunlar, qəbul olunmuş etik normalar aşılırsa cəzalandırmaq olar. Məhkəmə haqda danışmağa isə heç gərək yoxdur".

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ