şənbə günü, 03 oktyabr 2026
     

Bakıda "parkovka" məsələsi getdikcə kəskinləşir

Image


Məlum olduğu kimi, paytaxtda səkilərdə, yolun hərəkət hissəsində, parkların və metroların giriş hissələrinə qanunsuz parklanmaların qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında" Sərəncam imzalayıb.
Yeni Sərəncama əsasən, Bakı şəhərinin prospektlərində, parkların ətrafında, xiyabanlarda, metro stansiyaları yaxınlığında, səkilərdə bütün qanunsuz avtodayanacaqlar tamamilə ləğv ediləcək.
Avtodayanacaqlardan kənar yerdə saxlanan avtomobillər cərimə meydançasına aparılacaq.
Məlumdur ki, paytaxtda mövcud olan avtodayanacaqların sayı həddindən artıq azdır. Şəhərin bir hissəsində avtodayanacaq var, digər hissəsində isə yoxdur. Maraqlıdır, avtomobillərin park edilməsi üçün dayanacaqlar yetərlidirmi? Götürək elə "Azərbaycan" Nəşriyyatının qarşısını. Kim bilməsə də, ölkə jurnalistləri yaxşı bilir ki, bu ərazidə avtomobil dayanacağı yoxdur, nə yerüstü, nə də yeraltı avtomobil parkı tikilib. Belə olan halda nəşriyyat əməkdaşları avtomobillərini harada saxlamalıdırlar? Eləcə də paytaxtın mərkəzi hissələrində avtomobil dayanacaqları olmayan küçələr var. Xüsusilə də darısqal küçələrdə dayanacaq yaratmaq ümumiyyətlə mümkün deyil. Bu küçələrdə avtomobillər ya səkilərin "başına çıxır", ya da yolun hərəkət hissəsində dayanmaqla piyadaların. Bəs bu cür yollarda avtomobillərin dayanma-durması üçün hansı tədbirlər görülməlidir?
Şəhərdə mövcud olan avtodayanacaqların qiymətləri isə saatdan və ərazidən asılı olaraq dəyişir.
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Vüqar Bayramov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki,
son günlərin ən çox müzakirə edilən məsələlərindən biri də Bakıda avtomobillərin park edilməsi, daha doğrusu, maşınların yol kənarlarında park olunmasının qadağan ediməsidir: "Təbii ki, tixacların aradan qaldırılması və eləcə də piyadaların sərbəst hərəkətinin təmin edilməsi baxımından yollardan avtomobillərin yığışdırılması müsbət haldır. Etiraf etmək lazımdır ki, şəhərin mərkəzi küçələrindən avtomobillərin "qeyb olunması" bu zonada tıxac problemini müəyyən qədər yumşalda bilib. Bununla belə, burada digər reallıq da var ki, iş yeri şəhərin mərkəzi və ya mərkəzə yaxın ərazisində olanlar işə gələn zaman bütün hallarda avtomobilləri park etməlidirlər. Təbii ki, sual yaranır - harada park etməli?
Məsələ yalnız yol nəqliyyatı və ya tıxacla bağlı deyil, problemin iqtisadi tərəfləri də var. Problem ondadır ki, şəhərin mərkəzindəki yeraltı avtomobil park yerlərindəki qiymətlər heç əhalinin ödəmə qabiliyyətinə uyğun deyil. Əslində, avtomobil park yerlərinin inşasında məqsəd heç də gəlir əldə etmək deyil, Bakıdakı tixac problemini aradan qaldırmağa töhfə vermək idi. Məhz bu səbəbdən də bu yerlərin inşası əsasən dövlət büdcəsi hesabına maliyyələşdirildi. Deməli, sözügedən xidmət kommersiya xarakterli olmamalıdır. Amma yüksək qiymətlər başqa reallığı gündəmə gətirdi. Məşğul əhali sözügedən park yerlərindən istifadə edə bilirmi? İş yeri şəhərin mərkəzində olan və avtomobildən istifadə edənlər üçün artıq bu park yerləri avtomobillərini saxlamaq üçün, demək olar, yeganə seçimdir. İdeal halda şəhərin mərkəzində işləyən şəxs həftədə 5 və aya 20 gün işləyirsə, gündəlik iş vaxtı 8 saatdırsa o avtomobili park etmək üçün hər gün 6 manat ödəməklə ayda 120 manat xərcləyəcək. Həmin şəxs şənbə günləri də işləyirsə, onun avtomobil park xərci 144 manatadək yüksələcək. Ölkəmizdə orta aylıq əmək haqqının 430 manat olduğunu nəzərə alsaq, o zaman avtomobil park xərci maaşın 1/3-ni təşkil edir. Yəni mərkəzdə işləyən şəxs qazandığı hər 3 manatın 1 manatını avtomobilini park etmək üçün verməlidir. Bu isə kifayət qədər yüksək xərcdir.
Məhz bu müqayisə göstərir ki, şəhərdə avtomobil park xərcləri xeyli yüksəkdir və oradakı qiymətlər əhalinin ödəmə qabiliyyətinə uyğun deyil. Bu da, təbii ki, həmin yerlərin inşasının əsas məqsədə, tıxacın aradan qaldırılmasına tam xidmət etmədiyini deməyə əsas verir. Aydındır ki, biz Bakıdakı avtomobil park qiymətlərini Nyu York, London kimi iri şəhərlərdəki tariflərlə müqayisə etməməliyik. Məsələ heç də həmin ölkələrdə orta aylıq əmək haqqının yüksək olmasında deyil, eyni zamanda həmin şəhərlərdə ictimai nəqliyyatın daha modern qurulması ilə bağlıdır. Bu özünü eyni zamanda metroda gediş qrafiklərinin olması və ona əməl edilməsindən başlayaraq digər ictimai nəqliyyat növlərinin sivil və intizamlı şəkildə işləməsində göstərir.
Bu baxımdan, Bakıda avtomobil park qiymətlərinə yenidən baxılması və dəyişdirilməsinə ehtiyac var. Əvvəla, şəhərin mərkəzində avtomobil park yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilməsi daha məqsədəuyğundur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) müqayisəli və əhalinin ödəmə qabiliyyəti nəzərə alınmaqla eknometrik hesablamaları göstərir ki, məhz bu qiymət əhalinin gəlirlilik səviyyəsinə uyğundur. İkincisi, iş yeri şəhərin mərkəzində olan və iş günlərində daimi olaraq avtomobil park yerlərindən istifadə edənlər üçün xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Üçüncüsü, ödənişsiz zamanın 15 dəqiqədən 30 dəqiqəyədək artırılmasına ehtiyac var. Çünki hazırkı ödənişsiz müddətdən istifadə imkanları, demək olar, yoxdur. Nəhayət, avtomobil park yerlərindən istifadə üçün aylıq və ya həftəlik kartların buraxılmasına ehtiyac var. Bu, vətəndaşların daha güzəştli şərtlərlə bu xidmətdən faydalanmasına imkan verəcək".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ