şənbə günü, 03 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
ƏBU LƏHƏBLƏR
Tarix: 21.04.2014 / 12:00
Bölmə: Sosial
Yer kürəsi auditoriya, peyğəmbərlər müəllim, səmavi kitablar isə dərsliklərdir. Hərəsi bir aləm olan bu nemətlər Rəbbin sərgilənən sənət əsərləridir. Allaha, Onun kitabları və peyğəmbərlərinə inanmayan talesiz bədbəxt insanlar isə cəhənnəmlə "müjdələniblər". Lakin Şeytana şərik olan bəzi kafirlərə qarşı Rəbbin elə cəzaları var ki, O, bunu Cəhənnəmə saxlamaqla yanaşı, həm də bu dünyada verir.
Əslində, Rəbbin bu cəzası çağdaş və gələcək nəslin ibrət alması üçündür.
Musa(ə)-yə dözülməz işgəncələr verib, "Allah mənəm" deyən Fironu (II Ramzes, e.ə. 1314-1200) çayda boğan Rəbb buyurub: "Firon batacağı halda: "Mən artıq Ona təsliməm" - dedi. - İndimi? Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik. (Sənin cansız bədənini sahilə atacağıq)". (Yunus, 90-92).
Bəli, Rəbbin hökmü ilə qəbir belə onun kafir cəsədini qəbul etmədi. Belə ki, Fironun cəsədi 1881-ci ildə Krallar qəbiristanlığında aparılan arxeoloji qazıntılar nəticəsində tapıldı. Cəsədi müayinə edən alimlər 3081 il öncə Rəbbə səcdə halında ölən Fironun durumunun sanki indicə ölmüş insana oxşadığını görüb, heyrətə gəldilər. Rəbb hikmətinin təntənəsi kimi, hazırda o cəsəd İngiltərədəki muzeydə saxlanılır. Saxlanılır ki, bəşər ondan ibrət alsın.
İsa(ə)-yə olmazın işgəncələr verən Qüds əhlinin taleyi də Allahın hikmətlərindəndir: "Ey Yerusəlim, Peyğəmbərləri öldürən və onlara göndərilən kitabları daşlayan Yerusəlim! Toyuq öz cücələrini qanadları altına topladığı kimi, mən də sənin övladlarını neçə dəfə toplamaq istədim, fəqət siz istəmədiniz. Budur, eviniz sizə tənha buraxılır" (İncil, Matta, 23:37, 38).
Bu qarğış, bəd dua Həz.İsaya məxsusdur. Həmin hadisədən 1981 il keçməsinə baxmayaraq, tənha buraxılan o yer hər gün münaqişə, müharibə, qətl və terrorla üz-üzə qalır.
Günəş şüasını hamıya eyni dərəcədə verdiyi kimi, Quran da öz nurunu hamıya bərabər səviyyədə verir. Fəqət hamı ondan eyni dərəcədə bəhrələnə bilmir. Quran və Peyğəmbər(ə)-nin nurundan bəhrələnə bilməyən talesiz bədbəxtlərdən biri də Əbu Ləhəb olub.
Əbu Ləhəb Məhəmmədin(ə)-nin doğma əmisi idi. Peyğəmbərin əmilərindən Əbu Talib onun himayədarı, Həmzə İslam uğrunda şəhid-mücahid, Abbas isə Həccə gedənlərə su paylayan olduğu halda, Əbu Ləhəb Şeytanın yolunu tutdu. Quran da onun aqibətini və kafir kimi öləcəyini qabaqcadan xəbər verdi. Peyğəmbər(ə) "ən yaxın qohumlarını qorxut (İslama dəvət et)" (Şüara, 214) ayəsi nazil olan kimi, qohumlarını İslama təşviq etdi. Əbu Ləhəb ona: "Əllərin qurusun, eyib olsun sənə. Bizi buna görə çağırdın?" dedi. Əbu Ləhəb Peyğəmbər(ə) Kəbəyə gedərkən yolda tonqallar yandırıb, ona mane olurdu. Onun arvadı Ümmü Cəmil isə boynundakı ləl-cəvahiratı göstərib deyirdi: "And olsun Lat və Üzzaya. Bu qızılları da satıb, Muhəmmədə mane olacağam". Varlı ailədən olan Ümmü Cəmil tikanları Məhəmmədin(ə) getdiyi yola özü atırdı. Halbuki, bu kafir qadın həmin işi başqasına da gördürə bilərdi. Fəqət intiqam hissilə yanan bu qadın özü bu işdən həzz almaq istəyirdi. "Təbbət" surəsini nazil edən Allah, Əbu Ləhəbin əllərinin quruyacağını, var-dövlət və övladlarının çox olmasına rəğmən dəhşətli bir xəstəlikdən tənha öləcəyini qabaqcadan bildirdi. Başqa sözlə, Allah və onun peyğəmbərinə asi olan Əbu Ləhəb həm bu dünyada, həm də axirətdə küfrünün cəzasını aldı. Belə ki, Bədr savaşında sarsıntı keçirən Əbu Ləhəb, yoluxucu xəstəliyə düçar oldu. Övladları onu evdən çıxarıb bir xəndəyə tulladılar. Yeddi gündən sonra ölümünü eşidib xəndəkdəki cəsədini bir qula daşlatdılar.
Təbbət "əllərin qurusun" mənasını verən bəd duadır. Əbu Ləhəbə həsr olunan Təbbət surəsində Rəbb hikmətlərindən biri də mütləq ədalət prinsipidir. Sonsuz elm və hikmət Sahibi bu surə ilə bütün bəşərə göstərir ki, qohumluq bağından, var-dövlət, övladların çoxluğundan, mənsəbdən asılı olmayaraq, hər bir kəsin yaradıcısı Odur. Onun mütləq ədalət məhkəməsində istisna halları yoxdur. Hətta o şəxs Peyğəmbər(ə) nəslindən olsa belə. Bu surə sanki bəşərə xatırlatma, ədalətin keşiyində dayanan məmurlara isə ibrət dərsidir. Surə həm də ona şahidlik edir ki, sifariş və rüşvətlə haqqa batil, batilə haqq donu geydirən və bununla zülmü özlərinə kredo edən hakimlərin aqibəti də Əbu Ləhəb kimi olacaq. Ya bu dünyada, ya axirətdə, ya da Əbu Ləhəb kimi hər ikisində.
Zülm
Zalım - zülm edən adama deyilir. Zülm isə insanlara əli, dili və qələmi ilə zərər verməklə onların haqlarına təcavüzdür. "Allah zalimləri sevməz" (Ali İmran 57). Peyğəmbər(ə) isə buyurub: "Hər kim zalımla yol getsə, günah edər"; "Bir zalımın uzun ömür sürməsi üçün dua etmək, əslində yer üzündə Allaha qarşı üsyan edilməsini istəmək, buna həvəs göstərmək deməkdir".
Zalımın zülmünə kömək, ona dəstək vermə və dayaq durma, yaltaqlıq və məddahlıq, zalımın özündən və zülmündən də pisdir. Zalımın zülmünü yaşadanlar məhz bu keyfiyyətlərə malik bədbəxt və talesiz insanlardır. Zalımla yol getmək mahiyyətcə, zülmü müvəqqəti də olsa dəstəkləməkdir. Zalıma dua etmək isə, onunla şərik olmaq və Allahdan zülm diləməkdir. Rəbbin əmanəti olan ömrü və canı zalımın önündə alçaltmaq, bəzən bu ömrü hətta ona qurban diləmək, Yaradana asilik və ilahi harmoniyaya ziddir. Çünki heç kim iki ağaya qulluq edə bilmədiyindən, zalım da Allaha yox, şeytana qulluq edir.
İslamda dinin beş varlıq qayəsini qorumaq ən ümdə və müqəddəs vəzifədir. Bu dəyərlər hər bir fərdin canı, malı, söz azadlığı, dini və gələcək nəslinin qorunmasıdır. Cəmiyyət və millət üçün isə həmin qayə ölkə vətəndaşlarının insan kimi yaşama haqqı, ölkənin xalqa məxsus yeraltı və yerüstü sərvətləri, xalqın bütün təbəqəsinin söz, düşüncə və etiqad azadlıqları və milləti bir millət kimi yaşadan gələcək nəslin qorunmasıdır.
Bu baxımdan, həmin dəyərlərin sivil ölkələrin Konstitusiyaları və BMT-nin müvafiq sənədlərində bir Allah əmanəti kimi təsbit edilib, dövlət səviyyəsində qorunması heç də təsadüfi deyil. Deməli, bu ümumbəşəri dəyərlərə bilavasitə və dolayısı ilə qəsd edən hər bir kəs zülmkardır.
İnsanların mallarını zülmlə əllərindən almaq, onların bu sahədə əməl və ümidlərini qırmaq deməkdir. Zira sərvətlərinin alınacağını bilən həmin şəxslər çalışıb sərmayə toplamağı tərk edərlər. Və bu nisbət zülmün dərəcəsindən asılı olar. Zülm böyük olduqca işsizlik hökm sürər, əhali işləməyi yadırğar, "çalışmaq ibadətdəndir" Peyğəmbər(ə) kəlamı unudular. İqtisadi durum iflasa uğrar, idxal ixracı üstələr, əmək qabiliyyətli əhalinin əksəri ölkəni tərk edər. Nəticədə ölkənin nüfuzu azalar, müstəqil xarici siyasət olmaz, yurdlar boşalar, demoqrafik tərkib dəyişər, millətin gen kodu deformasiyaya uğrayar. Yeraltı və yerüstü sərvətlər xarici dövlətlərin xammal bazasına çevrilər, milli elm və texnika isə yerində sayar. Ölkənin müdafiə qabiliyyəti azalar, idarəçilikdə Rəbb və Peyğəmbər(ə) kəlamları unudular, zərərli dini təriqətlər isə dövlətçiliyi gəmirər. Torpaqlar əldən gedər, dinə sahib çıxılmaz. Ədalət və sosial müdafiə kağız üzərində qalar. Bu zaman ölkənin iflası tədricən olduğu üçün, tənəzzülü hər adam görə bilməz. Zülmün nəticəsi bir müddət keçdikdən sonra aşkar olar.
Zülm təkcə mal və sərvətlərin sahibinin əlindən alınması deyil. Kimliyindən asılı olmayaraq, birinin malını qəsb edən, hər hansı bir şeyi haqsız tələb edən, dinin məsul etmədiyi bir işi digərinə yükləyən zülmkar sayılır. Zira bu işlərin hamısı ölkənin tənəzzülünə və İslami - demokratik prinsiplərin ziddinə yönəldiyi üçün dövlətə qəsd olunar. Dövlət isə xalqa xidmətdə məsul olduğuna görə, sonda həmin zülm bilavasitə o ölkənin vətəndaşlarına sirayət edər. Elə Quran və Peyğəmbər(ə) kəlamlarının zülmü haram etməsinin də səbəb və hikməti budur.
O ki qaldı edilən zülmün ədalətli cəzasına, İslamda bu mexanizm Quran və şəriət kitablarında təsbit olunub. Məsələn, zina, şərab, qətl, rüşvət, böhtan və s. haramlara girən adi vətəndaşın konkret cəzası göstərildiyi kimi, bu hal lokal, fərdi xarakter daşıyır. Və ona qarşı ədalətli cəza tədbirləri hökmən həyata keçirilir. Necə deyərlər. Burada "qanun şahdır". Qlobal, kütləvi şəkildə xalqa edilən zülmlər isə adi vətəndaşlar deyil, bəzi səlahiyyət sahibləri və onların məmurları tərəfindən baş verir. Təəssüflə qeyd etmək lazımdır ki, belə hallarda zülmkar iqtidar sahiblərinə nəinki ya qorxudan, ya nəfsdən konkret cəzalar tətbiq edilmir, hətta onlara məddahlıq və itaət edilir. Bax, zülmün ən pisi və ən böyüyü budur.
Zamanın əksər din xadimləri belə zülmə görə adekvat cəza yox, "şah qanundur" prinsipini, nadir hallarda isə sadəcə susmağı üstün tuturlar. Halbuki, Peybəmbər(ə) buyurub. "Cihadın ən üstünü zülmkar buyruq sahibinə həqiqəti söyləməkdir"; "Məzluma yardımçı ol, zalıma düşmən kəsil".
İslam tarixində Quran hikmətinə ikili standartdan yanaşan aparıcı din xadimləri və qazilərin şahı qanun etməsi isə, zülmün artıq kritik həddinə dəlalət edir. Hərçənd ki, həmin din xadimləri: "xalqa qarşı zülm edənlərin yeri cəhənnəmdir" Peyğəmbər(ə) kəlamını çox gözəl bilirdilər və indi də bilirlər. Məgər Yezidin yanında olan qazi və dinin saflığına mükəlləf olan digər alimlər bilmirdilər ki, o, əyyaş və pozğunun biridir? Rəbbin haram buyurduğu şərab məclislərində xəlifə Mötəsimin (833-842) daimi qonağı qazi Yəhya deyildimi? O qazi ki, oğurlanan bir yumurta üçün əllərin kəsilməsinə, içilən şəraba görə başqasına cəza verdirirdi. Mötəsimlə birlikdə harama girən Yəhya isə ona qul kimi itaət edirdi. Halbuki xəlifə olmaq mütləq itaət üçün kifayət deyil. İtaət Allah və Peyğəmbər(ə) kəlamlarına riayət edən xəlifəyə edilər. Allahın haramlarına girən və xalqa zülm edən rəhbərə itaət edilməz. "Zalıma yardım edən adam, əslində İslamdan uzaqdır" - Peyğəmbər(ə) kəlamıdır.
"Nəslinin, soyunun mənafeyini güdən, onların tərəfini saxlayan və xalqı yalnız öz nəslinin, soyunun mənafeyini güdməyə çağıran bizdən deyil. Nəslinin, soyunun tərəfini saxlayarkən ölən də bizdən deyil"; "Rüşvətlə yoğrulan hər bir cəsədin ən layiqli yeri cəhənnəmdir".
Bu hədislərə görə, böyük zülmün növlərindən biri də ölkə varidatının bir qrup insanın əlində haram və zülmlə təmərküzləşməsidir. Bu zaman ölkədə bürokratiya, rüşvət, korrupsiya, kölgə iqtisadiyyatı, narkobiznes, qaçaqmalçılıq, müxtəlif "...xanalar" çiçəklənər. Əhalinin əksəriyyəti "ya qəbrə, ya Sibirə" getməyə məcbur olar. Allah kəlamlarını əhaliyə təbliğ edən, fəqət söylədiyini yaşamayan din xadimləri dünyanın hər iki döşündən süd sağar; "Heç ibrət alan varmı" - Rəbb sorğusu gəlir mənbəyinə çevrilər; qəlbi, dili və qələmi bir-birinə zidd olan alim və şairlər hökmdar süfrəsində əyləşər; Müəllim arxalı şagirddən "dərs" alar; "Donosçuluq" muzdlu sənət sayılar; məhkəmələr sifarişlə hökm edər; Dəyərli insanlar böhtan və təxribatların qurbanı olar; Qəlbin zəkatı olan göz yaşları gündüz şamla axtarılar; Vicdan müxaliflikdən çıxıb, şərlə qardaşlaşar; "Sən qazan, mən yeyim" - prinsipi qanuniləşər. Həz.Əli demişkən: "Erkək bayquşun dişi bayquşa mehr kimi vəd etdiyi maddi xarabalıqlar, bir ovuc mənəviyyatsız insanların tikdirdiyi mənəvi xarabalıqlarla tamamlanar; Məddah və yaltaqlar, hətta məsum körpələrin sual və təəccüb dolu baxışlarından xəcalət çəkməz; Halal qadın harama sürüklənər, haram qadın isə halal adlanar; Batil tüğyan edər, haqqın bağrı çatlar; Məzluma yardımçı, zalıma düşmən kəsilən təklənər; Zülm edən alçaq isə bəslənər.
O zaman qəlblər daşlaşar, sönük gözlər Xaliqə deyil, günəbaxan çiçəyi kimi xilqətə baxar. Nəticədə həmd Allaha yox, (haşə!), bəndəyə ünvanlanar; əmr sahibləri peyğəmbər adlanar (haşə!), İslam isə tərsinə geyilən paltara çevrilər".
Göründüyü kimi, zülm istər fərdi, istərsə də ictimai həyatda bəşər və Allah əmrlərinə qarşı bir fironluqdur. Bu mərəzin çarəsi isə Rəbbin rizası üçün zalıma qarşı deyilən və yazılan hər söz, işlənən hər bir əməldir. Unutmamalıyıq ki, "Məzlumun zalımdan öc alacağı gün, zalımın məzluma zülm etdiyi gündən daha çətindir". Həzrət Əlinin bu kəlamına görə, hər növ zülmün islah edilməsi nə qədər şərəfli vəzifədirsə, bir o qədər də iradə, əzm və fədakarlıq tələb edən bir işdir. Bunun üçün lazım gələrsə, İmam Hüseyn kimi candan belə keçilməlidir. Çünki bu nümunədən sonrakı nəsil müti və kölə olmağı deyil, yerində ölməyi öyrənir. Yerində ölməyi dərk etmək isə, nəslin hürr yaşamasının qarantıdır. İslam aləmi müxtəlif dövrlərdə bu dəyərdən məhrumiyyətinin cəzasını çox vaxt azadlığının əlindən alınması ilə dadıb. Çünki hürriyyət qarantı olmayanların yaşamaq qarantı yoxdur. Bu həm fərd, həm də cəmiyyət üçün belədir.
Haşə, Allah zalım deyil. Fəqət ONUN xəlifəsi olan bəşər, verilən ilahi əmanətlərə sahib çıxmayıb, zülmün qulu olarsa, o zaman Allah həmin zümrəyə zalımlar vasitəsilə əzab verər. Başqa sözlə, zalımlar hürr yaşamayan fərd və cəmiyyət üçün Allahın qılıncı olarlar.
"Sənə üz verən hər pislik özündədir" - Quran ayəsidir. Elə isə, həyat yollarında imtahan olunan zaman, qoy heç kəs "Allah məni imtahan edir" - deməsin. Çünki Rəbb pisliklə imtahan olunmur. Və O, heç kimi pisliklə imtahan etmir. Günah isə Haqq dərgahında unudulmur...
DİGƏR XƏBƏRLƏR
Tarix: 02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
Tarix: 02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
Tarix: 02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
Tarix: 02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
Tarix: 02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
Tarix: 02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı -
Tramp, BVM və ukraynalı fəal…
03.10.2026 / 06:07
Təyyarə olayında şok detal -
intihar missiyası…
02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi
- “Trampa səs verməyin”!
02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir
- hərəkət isə yoxdur...
02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir -
3 ölkə istisnadır…
02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək -
Pakistan XİN
02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...
02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə
- təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...
02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...
02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...
02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu
- Bakı media forumu yeni mərhələ aça bilər...
02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz
- Əliyev beynəlxalq forumda mesaj verdi...
02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər
- FOTO
02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...
02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…
02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...
02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...
02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir
02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi...
Belə gedərsə...
02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..
02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...
02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...
02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq"
- Prezident İlham Əliyev
02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...
02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər...
Moskvada təşviş...
02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi
– Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…
02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi
- Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…
02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi
02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib
- VİDEO
02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...
02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə
- şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...
02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...
02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq
- Prezident açıqladı...
02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
- FOTO
02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir"
- Davud Rüstəmov
02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı
02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır"
- Prezidentin köməkçisi
02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"
02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir"
- Tahir Budaqov
02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
- Prezident İlham Əliyev
02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"
- Prezident
02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub
- FOTO
02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"
02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq"
- Prezident
02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"
02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"
- Prezident
02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü...
- FOTO
02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik"
- Hikmət Hacıyev
02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır"
- Prezident
02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır"
- Prezident
02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"
02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər"
- Hikmət Hacıyev
02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"
02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"
- Prezident İlham Əliyev
02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"
02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
- Prezident
02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi
02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır"
- Hikmət Hacıyev
02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi
- FOTO/YENİLƏNDİ
02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır -
Oklahomada tərəfdarlarına çağırış etdi
02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi -
217 il sonra…
02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il:
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO
02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq
02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı -
digər səhiyyə xərcləri 17 faizin altında…
02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ