şənbə günü, 03 oktyabr 2026
     

60 yaşı adlayıb keçə bilmədi Zərifə xanım Budaqova...

Image


Qədim türk yurdu, oğuz eli İrəvanda dünyaya gəlmişdi. Kimin ağlına gələrdi ki, sadə bir ailədə doğulan qaragözlü irəvanlı qız sonradan böyük zəka, işıqlı bir ürək sahibi olacaq. İrəvan torpağının havası, suyu, gözəl təbiəti onun ruhunda, mənəviyyatında dərin izlər buraxmışdı. Belə olmasaydı, o özünü bütövlükdə xalqımıza həsr etməzdi. Onu xalqa bağlayan isə içindəki sağlam niyyət və tükənməz sevgi idi.
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, akademik, AMEA Dilçilik İnstitutunun ilk qadın direktoru olmuş, dilçilik elmimizin şöhrəti olan Zərifə xanım Budaqovanı xatirələrinizdə canlandıracağıq. Ziyalı sözü işıqla, nurla, aydınlıqla, qadın sözü zərifliklə, gözəlliklə, ana sözü paklıqla, ülviyyətlə, məhəbbətlə, alim sözü dəyanətlə, qeyrətlə, təəssübkeşliklə əlaqələndirilib hər zaman. Zərifə xanım bu keyfiyyətlərin hamısını ləyaqətlə daşıyan və yaşadan xanım olub. Nə yaxşı ki, elmimizdə zəriflik timsalı Zərifə xanımın da xidmətləri olub, nə xoş bizim halımıza, belə dəyanətli xanım dilçilik elmini tərəqqiyə doğru aparanlardan biri kimi yaddaşlarda iz qoyub.
1989-cu ildə gəldi ömrünün xəzanı Zərifə xanımın. Varlığında əsən acı rüzgar onu birdəfəlik həyatdan qoparıb torpağa çəkdi. Taleyi yaman amansız oldu Zərifə xanımın. 60 yaş nə idi ki, onu adlayıb keçə bilmədi Zərifə Budaqova. Ömrünün altmışında əzizlərinə vida dedi. Əcəl necə zalım imiş.
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?
Əlbəttə, ana ayrılığı çətindir. Bu hicrana dözə bilmir balalar, bu ayrılıq onları üzür. 25 illik bir ayrılıq var aralarında, ancaq hər gün şəkillərdən danışırlar, xatirələrin pıçıltısı ilə ovunurlar. Qara torpaq anaları öz qoynuna ona görə çəkir ki, analar əbədi olsun, analar torpağa da analıq etsin. Zərifə xanım Budaqovanın vaxtı ilə əlindən tutduğu, övlad kimi qayğısına qaldığı dilçi alimlər onu doğma bir ana kimi, müəllim kimi dəyərləndirir, bu möhtəşəm xanımı tanımalarının səadətini yaşayırlar.
Yaşasaydı, doğmaları ilə, elm aləmində dayaq durduğu insanların əhatəsində bu günlərdə 85 illik yubileyini qeyd edəcəkdi Zərifə xanım. Qucaq-qucaq gül-çiçəyin, adına, işinə layiq sözlərin şirinliyindən bəxtiyar olacaqdı... Ancaq qismət olmadı ona bu gün... 60-dan bu üzə keçə bilmədi...İndi 85 illik yubileyi aprelin 28-də əzizləri tərəfindən qeyd ediləcək, o güllər-çiçəklər məzarı üstünə səpiləcək zərif qadının, böyük alimin, unudulmaz insanın...

Həyatının cövhəri gənclik...
İrəvanda xal qalmadı, o xallar gənc Zərifə xanımın yanaqlarına deyil, ürəyinə düzüldü. 1929-cu ildə İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində anadan olan Zərifə İsmayıl qızı Budaqova (Əliyeva) gəncliyinin ilkin çağında erməni fitnəsilə doğma İrəvandan didərgin düşüb. Bilirik ki, ermənilərin mənfur siyasəti sayəsində yüzlərlə azərbaycanlı ailəsi öz doğma yurdundan perik salınıb. Sadə, lakin halal bir ocaqda doğulan Zərifə xanım öz istedadı və biliyi ilə 1946-cı ildə tələbə adı qazandı. O dövrdə qızların ali təhsil alması halları elə də geniş yayılmamışdı, ancaq Zərifə kimi qızlar bu sahədə nümunə olmağı bacarırdı. Görkəmli alim 1946-cı ildə İrəvan Pedaqoji Məktəbini bitirərək həmin ildə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı bölməsinin filoloji fakültəsinə daxil olur. Lakin doğma İrəvanda təhsilini başa vurmaq irəvanlı qıza nəsib olmur. 1948-ci ildə Ermənistandan deportasiya olunan Zərifə xanım təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirərək 1950-ci ildə oranı bitirir. Azərbaycan EA Dilçilik İnstitutunun aspiranturasına daxil olan Zərifə Əliyeva (Budaqova) təhsilini Moskvada davam etdirir. O,1953-cü ildə Moskvada namizədlik, 1963-cü ildə doktorluq dissertasiyaları müdafiə edib. Onu da fəxrlə qeyd edə bilərik ki, Zərifə xanım azərbaycanlı qadınlar arasında ilk filologiya elmləri namizədi və doktoru olub. O buna öz savadı, işıqlı zəkası, xalqına, vətəninə bağlı olmaqla, qısa ömrünü fədakarlıqla elmə həsr etməklə nail olub.

Ucalığa aparan pillələr...
Öz zəhməti ilə elmin zirvəsinə doğru irəliləyən Zərifə xanımı hər zaman uğur təqib edirdi. Hər yeni açılan sabahda onun bir nailiyyət, uğur payı vardı. Onun biliyinə, zəhmətinə, xidmətlərinə dəyər verən Elmlər Akademiyası rəhbərliyi Zərifə xanıma etimad göstərərək onu 1955-ci ildə Dilçilik İnstitutunda Müasir Azərbaycan dilçiliyi şöbəsinin müdiri təyin edir və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edir. 1980-ci ildə Zərifə xanım Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1987-ci ildə Dilçilik İnstitutunun direktoru seçilir. Z.Budaqova 150-dən artıq əsərin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 25 elmlər namizədi yetişib. Böyük alimin rus dilində yazdığı "Qrammatika azerbaydjanskoqo yazıka" monoqrafiyası bir sıra xarici dillərə tərcümə edilib.

İbrət götürüləsi alim...
Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, tanınan dilçi alim, professor Buludxan Xəlilov Z.Budaqova haqda xatirələrində yazır ki, o, ibrət götürüləsi bir alim xanım olub":Azərbaycanın görkəmli dilçi alimlərindən biri olmub. O, ömrünü Azərbaycan dilinin öyrənilməsinə və tədqiqinə həsr edib. Belə bir müqəddəs və nəcib iş onu filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (indiki AMEA-nın) kimi şərəfli adlara ucaldıb. O, yüzdən çox elmi əsərin müəllifi kimi tanınaraq, respublikada dilçi alimlərin yetişməsində səmərəli fəaliyyət göstərib. Zərifə xanım iyirmidən çox elmlər namizədi və doktoru yetişdirib. Alimin "Azərbaycan dilinin sintaksisi", "Azərbaycan dilinin morfologiyası", "Müasir Azərbaycan dilində söz birləşmələri", "Müasir Azərbaycan bədii dilinin üslubiyyatı", "Azərbaycan dilinin orfoqrafiya qaydaları", "Azərbaycan dilinin durğu işarələri", "Müasir Azərbaycan ədəbi dilində sadə cümlə", rus dilində yazılmış "Azərbaycan dilinin qrammatikası" (fonetika, morfologiya, sintaksis) kitabları mənbə, məxəz rolu oynayır və dilçilərimizin stolüstü kitablarından sayılır... Professor Zərifə Budaqovanın tədqiqatları hər zaman türkoloqların maraq dairəsində olub, onun qaldırdığı problemlər həmişə ciddi elmi dəyəri ilə seçilib. Ona görə də onun araşdırmalarına türkoloqlar xüsusi əhəmiyyət verir. Məsələn, professorlardan türkoloq Məhərrəm Ergin, Sadəttin Buluc, Zeynəb Qorxmaz və digərləri professor Zərifə Budaqovanın yaradıcılığına araşdırmalarına xüsusi ehtiyac olan tədqiqatlar kimi yanaşıblar. Onun əsərlərinin əhəmiyyətini dilçilərimiz həmişə dəyərləndirib və yüksək qiymət verib. Vaxtilə professorlardan Ağamusa Axundovun çap etdirdiyi "Vacib nitq mədəniyyəti məsələsi", Afad Qurbanovun "Zamanın tələblərindən doğan kitab", Mirəli Seyidovun "Türkoloqların IV konqresində", Məmməd Qasımovun "Yazımızın nöqtəsinə də, vergülünə də fikir verək" və s. məqalələri Zərifə xanımın tədqiqatlarına verilən yüksək qiymətdir. Zərifə xanım həmişə dövri mətbuatın diqqət mərkəzində olub, dilçinin özü və tədqiqatları barəsində yüzlərlə məqalələr çap edilib. Onun səmərəli elmi fəaliyyəti və elmi əsərlərinin əhəmiyyəti Azərbaycan qadınlarının müvəffəqiyyəti kimi qiymətləndirilib və təbliğ olunub.
Səyyahlar, alimlər, tədqiqatçılar arasında bir yaxınlıq var. Bu da odur ki, onların izləri bir çox hallarda unudulsa da, heç vaxt itib getmir. Bir balaca axtarışa başlasan, ipin ucu əlində olacaq. Bu günə danılsan da, sabaha gedib çıxacaqsan. Biz də Zərifə xanımın yaradıcılığının bəzi məqamlarına toxunmaqla, həm dünənimizə getdik, həm də bu günümüzə gəlib çıxdıq. Məhəmməd Peyğəmbərin(s.) belə bir kəlamı var: "Behişt anaların ayaqları altındadır". Peyğəmbərimizin başqa bir söz yadıgarı da vardır: "Bir adam anasının, atasının sözünə şəfqətlə baxarsa, Allah ona qəbul olunmuş həcc savabı yazar". Bu mənada bizim hər birimizin dəyərli insanlarımızın, xidməti olan alimlərimizi yada salmağımız həm savabdır, həm də keçmişə hörmət və gələcəyə olan inamdır... Professor Zərifə Budaqova cismən dilçilərin arasında olmasa da, ruhən dilçilərlə, məhz dilin keşiyində dayanan ən nüfuzlu dilçilərlə birgədir. Azərbaycan dilçiləri həmişə Zərifə xanım Budaqovanın xatirəsini əziz tutacaq, onun xidmətlərini unutmayacaqlar".

Türkologiyanın cığıraçanları sırasında...
Zərifə xanım Budaqovanın XX əsrdə türkologiya elminin ən parlaq simalarından biri kimi görünməsi sözün həqiqi mənasında böyük bir işdir. 60 illik ömrünün böyük bir hissəsini həsr etdiyi türkologiya elmi çox cəfalı, çox çətin bir sahə kimi görkəmli alimin zərif, mərhəmətli qəlbinin işığında özünün yeni simasını təsdiqləyib. Ən yüksək yerlərdən hər zaman səsi gələrdi onun. Araşdırmamız nəticəsində məlum oldu ki, Z.Budaqovanın Azərbaycan dilçiliyinin və türkologiyanın aktual problemlərinə dair ümumittifaq və respublika nəşrlərində saysız-hesabsız elmi əsəri çap olunub. Azərbaycan dilinin qrammatikasının bir çox mühüm nəzəri-elmi problemləri ilk dəfə Z.Budaqova tərəfindən tədqiq olunaraq həll edilib. Onu da öyrəndik ki, o, həmçinin, 3 cildlik "Azərbaycan dilinin qrammatikası" fundamental əsərinin aparıcı müəlliflərindən və redaktorlarından biridir. Zərifə Budaqovanın elmi yaradıcılığında həmçinin türk dilləri qrammatikasının morfologiya, sintaksis və üslubiyyat kimi sahələrinə aid bir sıra məsələlər də öz obyektiv elmi şərhini tapıb. Bu böyük alimin çoxşaxəli elmi irsinin müəyyən bir qismi Azərbaycan dilçiliyinin dil tarixi, dialektologiya, dil əlaqələri (xüsusən də Azərbaycan və erməni dillərinin qarşılıqlı əlaqəsi), həmçinin ümumtürkoloji problemlər kimi sahələrini əhatə edir. Onun tədqiqatlarının Azərbaycan dilçiliyinin inkişafına önəmli təsiri olub. Bu elmi araşdırmalardakı məsələlərin qoyuluşu aktuallığı, elmi yeniliyi, problematikası, elmi mühakimələrinin dərinliyi ilə, yüksək dilçi professionallığı ilə diqqəti çəkir. Alimin monoqrafiyaları, kitab və dərslikləri, başqa elmi əsərləri onlar barəsində yazılmış bir çox resenziya və rəylərdə özünün yüksək, obyektiv və layiqli qiymətini alıb. Bütün bunlar bir daha göstərir ki, onun zəngin elmi irsi Azərbaycan dilçiliyinin müvafiq sahələrində yeni-yeni istiqamətli araşdırmaların yaranmasına, dilçiliyimizdə tam öyrənilməmiş mövzuların mahiyyətinin aşkarlanmasına elmi stimul olacaq.
O, bir çox beynəlxalq, ümumittifaq miqyaslı, respublika səviyyəsində simpozium, konfrans, müşavirə və elmi sessiyalarda Azərbaycan Elmlər Akademiyasını təmsil edib, həmin yığıncaqlarda maraqlı məruzə və məlumatları ilə ölkənin və eyni zamanda dünyanın türkoloji ictimaiyyətinin böyük nüfuzunu qazanıb.
O hər şeyi öz zəhməti, istedadı ilə qazandı, elmi adlarını, saysız kitab və məqalələrini özü yaratdı. Təkcə o zamanın dövlətindən, hökumətindən haqq etdiyi, layiq olduğu fəxri adları, mükafatları ala bilmədi. Ancaq bunlarsız da Zərifə xanım Zərifə xanımdır. Məhsuldar elmi-pedaqoji fəaliyyəti formaca yarımçıq qalsa da, onun böyük irsini ocağında davam etdirən var, qızı Sevinc xanım Budaqovanın Bakının təhsil sistemindəki peşəkar və ictimai fəaliyyəti əslində Zərifə xanımının yaşayan irsinin bariz nümunəsi sayıla bilər.

Qayğılar hər zaman onunla birgə olardı...
Qayğıkeş elm adamı, həm də qayğıkeş həyat yoldaşı və ana olub Zərifə xanım. Azərbaycan coğrafiya elminin sütunlarından olan akademik Budaq Budaqovun həyat yoldaşı olan Zərifə xanım elmin keşiyində ləyaqətlə durmağı bacardığı kimi, ailəsinin də keşiyində durub...Övladlar böyüdərək hərəsini doğma ocaqdan bir yerə pərvazlandırıb. Adını yüksəklikdə saxlayır, xatirəsini əziz tutur övladları Zərifə xanımın.
85 yaşınızı Sizsiz xatırladıq Zərifə xanım, torpağınız yumşaq, məkanınız cənnət, ruhunuz şad olsun!!!




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ